Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 3(3-10)-485/2026 20.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən tərtib olunmuş ## ##### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 239-cu maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Ağsu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-110)-159/2026 saylı qərarından * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş şikayətə baxmağa hazırlıq zamanı, müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən tərtib olunmuş ## ##### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 239-cu maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Ağsu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-110)-159/2026 saylı qərarından * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş şikayət Şəki Аpellyasiya Məhkəməsinə аiddir. Inzibati xətа haqqında iş üzrə icraatı rədd edən hallar araşdırılarkən müəyyən olunur ki, iş materiallarının 1-ci cildinin 180-ci səhifəsindən olan xəbərnamədən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi Ağsu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarını ## #### 2026-cı il tarixdə almışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş şikayət həmin qərardan şikayət vermə müddəti bitəndən 4 gün sonra, yəni ## #### 2026-cı il tarixdə poçt vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə göndərilmiş və ## #### 2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Inzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Inzibati Xətalar Məcəlləsinin 57.5-1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) məlumatlandırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilmiş inzibati xəta haqqında protokollar, o cümlədən elektron protokollar, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlar (qərardadlar), o cümlədən elektron qərarlar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.5-1.1. inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 57-1.1.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.5-1.2. inzibati xəta törətmiş şəxs bu Məcəllənin 57-1.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş sənədlər və onların əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir (Inzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsi). Göründüyü kimi, qeyd olunan maddələrin mənasına görə, birinci instansiya məhkəməsinin inzibati xəta haqqında qərarının surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində şikayət verilə bilər və əgər şikayət vaxtında verilməmişdirsə, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim tərəfindən bərpa edilə bilər. Belə vəziyyətdə məsələ Inzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinin tələblərinə uyğun olaraq həll edilməsi üçün şikayət və iş materialları Ağsu Rayon Məhkəməsinə qaytarılmalı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinə apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair vəsatət vermək hüququ izah olunmalıdır. Inzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu məsələsi həll edilir. Şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir (Inzibati Xətalar Məcəlləsinin 132.2-ci maddəsi). Beləliklə, məhkəmə hesab edir ki, Ağsu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-110)-159/2026 saylı qərarından * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş şikayət, şikayət vermə müddəti ötürülməklə verildiyindən inzibati işin materialları Ağsu Rayon Məhkəməsinə qaytarılmalı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinə apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair Ağsu Rayon Məhkəməsinə vəsatət vermək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Ağsu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-110)-159/2026 saylı qərarından * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş şikayət, şikayət vermə müddəti ötürülməklə verildiyindən inzibati işin materialları Ağsu Rayon Məhkəməsinə qaytarılsın. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinə apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair Ağsu Rayon Məhkəməsinə vəsatət vermək hüququ izah olunsun. Qərаrdаddan kаssаsiyа qаydаsındа şikаyət və yа protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-485/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-10)-485/2026
20.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver