Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-486/2026 25.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Səmədov Xəqani Hacı oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümmətov Hümmət Həmid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi İskəndərov Sərvər Cavad oğlunun iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş ## ##### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində Məcəllənin 239-cu maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərbətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini Elmar Musayev tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İsmayıllı Rayon Məhkəməsinin (hakim Nərmin Qoşqarova) ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş ## ##### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Məcəllənin 239-cu maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İşin halları: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş Məcəllənin 239-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında ## ##### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, İsmayıllı rayonu Aşağıbaş kəndində qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ekoloji ekspertizanın müsbət rəyi və 2-TG illik statistik hesabatları idarəyə təqdim edilmədiyi müəyyən edilmiş və həmin MMC tərəfindən Məcəllənin 239-cu maddələrində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İsmayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə " xxxx” MMC barəsində Məcəllənin 239-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı ilə apellyasiya şikayəti qismən təmin olunaraq, İsmayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin qərarında göstərilmişdir ki, işə baxan birinci instansiya məhkəməsi iş üzrə materialları hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Birinci instansiya məhkəməsinin iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə izahat verərək iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru İskəndərov Sərvər Cavad oğlu izahat verərək bildirmişdir ki, Şəki Apellyasiya Məhkəməsində işə baxılarkən MMC-nin fəaliyyətinin dayandırılması ilə bağlı sənəd iş materiallarında olmadığı üçün qərar ləğv edilərək geri qaytarılmışdır. 2026-cı ilin fevral ayının 25-dən qış mövsümü ilə əlaqədar MMC-nin fəaliyyəti dayandırılmışdır. Halbuki, ekologiya əməkdaşları MMC-nin fəaliyyətdə olduğu yerə baxış keçirməmiş, akt və protokol idarədə tərtib edilmişdir. Ona hər hansı xəbərdarlıq olunmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Qərardan narazı qalan inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi İsmayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: İnzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsləri tərəfindən həyata keçirilmiş dövlət ekoloji nəzarəti tədbirləri zamanı müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyəti həyata keçirilməsinə baxmayaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulmuş vəzifələr yerinə yetirilməmiş, dövlət ekoloji ekspertizasının müsbət rəyi və 2-TG ilkin statistik hesabatı təqdim edilməmişdir. Bu faktlar əsasında ## ##### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. İş üzrə əvvəllər qəbul edilmiş İsmayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı Şəki Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə ləğv edilmiş və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Apellyasiya Məhkəməsi qərarında açıq şəkildə göstərmişdir ki, iş üzrə bütün hallar tam, hərtərəfli və obyektiv araşdırılmalıdır. Lakin işə yenidən baxılarkən İsmayıllı Rayon Məhkəməsi əvvəlki hüquqi mövqeyini faktiki olaraq dəyişdirməmiş, iş üzrə toplanmış sübutları tam və obyektiv qiymətləndirməmiş, İnzibati Xətalar Məcəlləsinin sübutların qiymətləndirilməsini tənzimləyən normalarını düzgün tətbiq etməmiş və nəticədə ## #### 2026-cı il tarixli qərarla inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir. Birinci instansiya məhkəməsi qərarında əsasən belə nəticəyə gəlmişdir ki: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 239cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yaranmamışdır; hüquqi şəxsin ekoloji cəhətdən təhlükə törədən fəaliyyət göstərməsi kifayət qədər sübut edilməmişdir; inzibati orqan tərəfindən protokol ehtimallar əsasında tərtib edilmişdir; hesabatın təqdim edilməməsinə dair hüquqi şəxsə əvvəlcədən rəsmi bildiriş verilmədiyindən onun məsuliyyətə cəlb olunması mümkün deyildir. Apellyasiya şikayəti verən hesab edir ki, məhkəmənin bu nəticələri iş materiallarına, mövcud sübutlara və tətbiq edilməli olan maddi hüquq normalarına uyğun gəlmir. Məhkəmə sübutların yalnız bir hissəsinə istinad etmiş, inzibati orqan tərəfindən təqdim edilmiş aktı, inzibati xəta haqqında protokolu, rəsmi məktubları və digər sənədləri qarşılıqlı əlaqədə qiymətləndirməmiş, nəticədə sübutların məcmusundan irəli gələn hüquqi nəticəyə deyil, ayrı-ayrı halların təcrid olunmuş şəkildə qiymətləndirilməsinə üstünlük vermişdir. Bundan əlavə, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239cu maddəsinin hüquqi məzmununu düzgün şərh etməmiş, həmin maddənin tətbiqi üçün zəruri olan hüquqi meyarları qanunvericiliyin məqsədinə uyğun qiymətləndirməmiş və bunun nəticəsində maddi hüquq normalarını səhv tətbiq etmişdir. Beləliklə, İsmayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı həm maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, həm də sübutların natamam və birtərəfli qiymətləndirilməsi səbəbindən qanunsuz və əsassız hesab edilməli, ləğv olunmalıdır. Birinci instansiya məhkəməsinin qərarının əsasını təşkil edən hüquqi nəticələrdən biri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsinin məzmununun düzgün təfsir edilməməsi olmuşdur. Məhkəmə hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin fəaliyyəti həmin maddənin tətbiqi üçün zəruri olan hüquqi əlamətləri yaratmır və buna görə də inzibati məsuliyyət istisna olunur. Apellyasiya şikayəti verən bu nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə həm maddənin dispozisiyasını, həm də həmin maddə ilə qorunan ictimai münasibətlərin mahiyyətini düzgün qiymətləndirməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ətraf mühitə təsir göstərə bilən təsərrüfat fəaliyyəti həyata keçirən hüquqi və fiziki şəxslərin ekoloji qanunvericilikdən irəli gələn öhdəliklərini yerinə yetirməməsinə görə inzibati məsuliyyət müəyyən edir. Bu norma preventiv xarakter daşıyır və məqsədi ekoloji təhlükənin baş verməsini gözləmədən, onun qarşısının alınmasını təmin etməkdir. Məhkəmə isə bu normanı yalnız faktiki ekoloji zərər və ya istehsal prosesinin tam sübut olunması ilə əlaqələndirmişdir. Halbuki maddənin məzmunundan görünür ki, məsuliyyətin yaranması üçün ətraf mühitə zərər vurulmasının baş verməsi tələb olunmur. Hüquqi şəxsin ekoloji qanunvericiliklə müəyyən edilmiş vəzifələri yerinə yetirməməsi inzibati məsuliyyətin yaranması üçün kifayət edən hüquqi əsasdır. İş materiallarından görünür ki, "xxxxH MMC beton dirəklərinin hazırlanması ilə bağlı fəaliyyət göstərmiş, həmin fəaliyyət üzrə dövlət ekoloji ekspertizasının müsbət rəyi təqdim edilməmiş, eləcə də qanunvericiliklə nəzərdə tutulmuş 2-TG ilkin statistik hesabatı verilməmişdir. Bu hallar ## ##### 2026-cı il tarixli aktla, inzibati xəta haqqında protokolla və inzibati orqanın digər rəsmi sənədləri ilə təsdiq edilmişdir. Məhkəmə isə həmin sübutların hüquqi əhəmiyyətini lazımi qaydada qiymətləndirmək əvəzinə, yalnız hüquqi şəxsin fəaliyyətini tam şəkildə sübut etmədiyi qənaətinə gəlmişdir. Halbuki inzibati icraatda sübutlar ayrı-ayrılıqda deyil, qarşılıqlı əlaqədə və məcmu halında qiymətləndirilməlidir. Bundan başqa, məhkəmə "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 18-ci maddəsini də düzgün tətbiq etməmişdir. Həmin maddəyə əsasən, təbiətdən istifadə edən və ətraf mühitə təsir göstərə bilən fəaliyyət həyata keçirən subyektlər ekoloji monitorinq aparmağa, qanunvericilikdə nəzərdə tutulmuş ekoloji məlumatları təqdim etməyə və ekoloji tələblərə riayət etməyə borcludurlar. Bu norma hüquqi şəxsin fəaliyyətinin qeydiyyatda olmasını deyil, faktiki olaraq ətraf mühitə təsir göstərə bilən fəaliyyət həyata keçirməsini əsas götürür. Məhkəmə isə qanunun bu mahiyyətini nəzərə almamış, məsuliyyətin yaranmasını yalnız istehsal fəaliyyətinin bütün elementlərinin ayrıca sübut olunması ilə şərtləndirmişdir ki, bu da maddənin məqsədinə uyğun deyildir. Eyni zamanda məhkəmə belə nəticəyə gəlmişdir ki, hesabatın təqdim edilməməsinə görə əvvəlcədən rəsmi bildiriş verilməməsi məsuliyyəti istisna edir. Lakin nə İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsində, nə də ekoloji qanunvericilikdə inzibati məsuliyyətin yaranması üçün inzibati orqanın əvvəlcədən xəbərdarlıq etməsi və ya ayrıca bildiriş göndərməsi şərt kimi nəzərdə tutulmamışdır. Hüquqi şəxslər sahibkarlıq fəaliyyətini həyata keçirərkən qüvvədə olan qanunvericiliyin tələblərini bilməli və onlara əməl etməlidirlər. Qanunun tələblərinin yerinə yetirilməməsi "bildiriş almamışıq" arqumenti ilə aradan qaldırıla bilməz. Əks yanaşma hüquqi müəyyənlik, qanunun aliliyi və inzibati məsuliyyət institutunun məqsədlərinə zidd olardı. Beləliklə, birinci instansiya məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsini və "Ətraf mühitin mühafizəsi haqqında" Qanunun müvafiq müddəalarını düzgün tətbiq etməmiş, maddi hüquq normalarını yanlış təfsir etmiş və nəticədə əsassız olaraq inzibati xəta tərkibinin mövcud olmadığı qənaətinə gəlmişdir. Bu isə qərarın ləğv edilməsi üçün müstəqil hüquqi əsas təşkil edir. İsmayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı göstərir ki, məhkəmə iş üzrə toplanmış sübutları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin sübutların toplanması, araşdırılması və qiymətləndirilməsini tənzimləyən normalarına uyğun şəkildə qiymətləndirməmiş, onların qarşılıqlı əlaqəsini nəzərə almamış və nəticədə işin faktiki hallarına uyğun olmayan hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə sübutlar hakim tərəfindən hərtərəfli, tam, obyektiv və onların məcmusu əsasında qiymətləndirilməlidir. Heç bir sübutun əvvəlcədən müəyyən edilmiş üstün hüquqi qüvvəsi yoxdur. Məhkəmə yalnız ayrı-ayrı sübutları deyil, bütün sübutların qarşılıqlı əlaqəsini və bir-birini tamamlayan xarakterini qiymətləndirməyə borcludur.Lakin hazırkı işdə məhkəmə bu tələblərə əməl etməmişdir. İş materiallarında mövcud olan ## ##### 2026-cı il tarixli akt, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol, Regional idarənin rəsmi məktubları, habelə ekoloji nəzarət tədbirləri nəticəsində əldə edilmiş digər sənədlər birlikdə qiymətləndirildikdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin beton dirəklərinin hazırlanması ilə bağlı fəaliyyət göstərdiyini, bu fəaliyyət üzrə ekoloji qanunvericiliyin tələblərinə əməl etmədiyini və buna görə inzibati məsuliyyət üçün hüquqi əsasların mövcud olduğunu təsdiq edir. Məhkəmə isə həmin sübutların hər birini ayrı-ayrılıqda qiymətləndirmiş, onların məcmusundan irəli gələn hüquqi nəticəni nəzərə almamışdır. Qərarda göstərilmişdir ki, guya inzibati orqan hüquqi şəxsin fəaliyyət göstərdiyi ünvanda araşdırma aparmamış, protokol ehtimallar əsasında tərtib edilmişdir. Halbuki bu nəticə iş materialları ilə təsdiq olunmur. İnzibati xəta haqqında protokol tərtib edilməzdən əvvəl qanunvericiliyin tələblərinə uyğun olaraq ekoloji nəzarət tədbirləri həyata keçirilmiş, akt tərtib edilmiş, aşkar olunmuş pozuntular sənədləşdirilmiş və yalnız bundan sonra hüquqi qiymət verilərək inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə həmin sənədlərin hüquqi qüvvəsini əsaslandırılmış şəkildə təkzib edən hər hansı sübut göstərməmişdir. Bundan başqa, məhkəmə protokolun tərtibi zamanı hüquqi şəxsin nümayəndəsinin iştirak etməməsinə xüsusi əhəmiyyət vermişdir. Lakin bu hal özü-özlüyündə protokolun etibarsız hesab olunmasına əsas vermir. İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, şəxsin protokolun tərtibində iştirak etməməsi yalnız onun müdafiə hüququnun faktiki olaraq məhdudlaşdırıldığı sübuta yetirildiyi halda prosessual pozuntu hesab edilə bilər. Hazırkı işdə isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC məhkəmə iclasında iştirak etmiş, izahat vermiş, etirazlarını bildirmiş və müdafiə hüququndan tam istifadə etmişdir. Buna görə də protokolun tərtibi mərhələsində irəli sürülən formal iradlar inzibati icraatın nəticəsinə təsir göstərə biləcək xarakter daşımır. Məhkəmənin digər arqumenti ondan ibarətdir ki, hüquqi şəxsə 2-TG hesabatının təqdim edilməsi barədə əvvəlcədən rəsmi məlumat verilməmişdir. Lakin bu arqument də hüquqi cəhətdən əsaslı deyildir. Qanunvericilikdə təsərrüfat subyektinin qanunla müəyyən edilmiş öhdəliklərini yerinə yetirməsi üçün hər dəfə inzibati orqan tərəfindən ayrıca xəbərdarlıq edilməsinin zəruriliyi nəzərdə tutulmamışdır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər fəaliyyətlərini qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun qurmağa borcludurlar və bu öhdəlik dövlət orqanının ayrıca xəbərdarlığından asılı deyildir. Bundan əlavə, birinci instansiya məhkəməsi Şəki Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarında göstərilmiş hüquqi mövqeni də tam nəzərə almamışdır. Apellyasiya Məhkəməsi işi yeni baxışa göndərərkən məqsəd sübutların daha dolğun araşdırılması və bütün halların obyektiv qiymətləndirilməsi idi. Lakin yeni baxış zamanı məhkəmə əvvəlki hüquqi mövqeyini mahiyyət etibarilə dəyişməmiş, eyni arqumentlərə əsaslanaraq yenidən icraata xitam vermişdir. Beləliklə, iş üzrə mövcud sübutların tam və obyektiv qiymətləndirilməməsi, onların qarşılıqlı əlaqəsinin nəzərə alınmaması, eləcə də prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində məhkəmə işin faktiki hallarına uyğun olmayan qərar qəbul etmişdir. Bu hallar isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə zidd olmaqla yanaşı, qərarın apellyasiya qaydasında ləğv edilməsini şərtləndirən mühüm hüquqi əsaslardan biridir. İsmayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı yalnız iş üzrə sübutların düzgün qiymətləndirilməməsi ilə deyil, eyni zamanda maddi və prosessual hüquq normalarının səhv tətbiq edilməsi ilə də xarakterizə olunur. Məhkəmənin hüquqi nəticələri həm Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin, həm də inzibati məsuliyyət institutunun məqsəd və mahiyyətinə uyğun deyildir. İlk növbədə qeyd edilməlidir ki, Şəki Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə İsmayıllı Rayon Məhkəməsinin əvvəlki qərarı ləğv edilərkən işin tam, hərtərəfli və obyektiv araşdırılması, bütün sübutların qarşılıqlı əlaqədə qiymətləndirilməsi və iş üzrə əhəmiyyət kəsb edən halların tam müəyyən edilməsi tələb olunmuşdur. Lakin işə təkrar baxılarkən birinci instansiya məhkəməsi apellyasiya instansiyasının göstərişlərinin mahiyyətini yerinə yetirməmişdir. Qərarın məzmunundan görünür ki, məhkəmə əvvəlki hüquqi mövqeyini dəyişməmiş, eyni arqumentləri təkrar etməklə yenidən inzibati icraata xitam vermişdir. Belə yanaşma apellyasiya instansiyasının hüquqi göstərişlərinin formal xarakter daşıması təəssüratı yaradır ki, bu da məhkəmə baxışının məqsədinə uyğun deyildir. Digər tərəfdən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuş təqsirlilik prinsipini düzgün tətbiq etməmişdir. Məhkəmə faktiki olaraq inzibati məsuliyyətin yaranması üçün qanunda nəzərdə tutulmayan əlavə şərtlər müəyyən etmiş, inzibati orqanın üzərinə qanunvericilikdə nəzərdə tutulmayan sübutetmə yükü qoymuşdur. Halbuki inzibati icraat zamanı təqdim edilmiş akt, inzibati xəta haqqında protokol, rəsmi yazışmalar və digər sənədlər birlikdə qiymətləndirildikdə hüquqi şəxsin ekoloji qanunvericiliyin tələblərini pozduğu kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə isə bu sübutların hüquqi qüvvəsini təkzib edən hər hansı obyektiv sübut müəyyən etmədən onları əsassız hesab etmişdir. Qərarda göstərilən "protokol ehtimallar əsasında tərtib edilmişdir" nəticəsi də hüquqi baxımdan əsaslandırılmamışdır. Məhkəmə bu qənaətini təsdiq edən konkret fakt və ya sübut göstərməmiş, yalnız cavabdehin izahatlarına üstünlük verməklə kifayətlənmişdir. Halbuki İXMin sübutların qiymətləndirilməsinə dair müddəalarına əsasən, məhkəmə hər bir sübutu obyektiv, qərəzsiz və qarşılıqlı əlaqədə qiymətləndirməlidir. Cavabdehin izahatı digər rəsmi sübutları avtomatik olaraq etibarsız hesab etməyə əsas vermir. Bundan başqa, məhkəmə hüquqi şəxsin fəaliyyət göstərdiyi ünvanda araşdırma aparılmadığını əsas gətirərək inzibati məsuliyyəti istisna etmişdir. Lakin qanunvericilikdə inzibati xəta haqqında protokolun yalnız hüquqi şəxsin fəaliyyət göstərdiyi ünvanda aparılmış yoxlamanın nəticələrinə əsasən tərtib olunması barədə imperativ tələb mövcud deyildir. Əsas məsələ inzibati xətanın qanuni üsullarla müəyyən edilməsi və sübutlarla təsdiq olunmasıdır. Hazırkı işdə isə bu şərtlər mövcuddur. Məhkəmənin hüquqi səhvlərindən biri də ondan ibarətdir ki, o, 2-TG statistik hesabatının təqdim edilməməsini yalnız əvvəlcədən rəsmi xəbərdarlıq edildiyi halda məsuliyyət yaradan hal kimi qiymətləndirmişdir. Bu yanaşma nə İnzibati Xətalar Məcəlləsində, nə "Ətraf mühitin mühafizəsi haqqında" Qanunda, nə də ekoloji qanunvericiliyin digər aktlarında öz əksini tapmışdır. Hüquqi şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu andan qanunvericiliklə müəyyən edilmiş öhdəliklərə riayət etməyə borcludur və bu öhdəliklərin icrası dövlət orqanının ayrıca xəbərdarlığından asılı ola bilməz. Məhkəmə həmçinin inzibati məsuliyyətin tətbiqində formanı mahiyyətdən üstün tutmuşdur. Halbuki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqelərində və formalaşmış məhkəmə təcrübəsində dəfələrlə qeyd edilmişdir ki, prosessual xarakterli formal çatışmazlıqlar yalnız işin nəticəsinə təsir göstərdiyi halda qəbul edilmiş qərarın qanuniliyinə təsir edə bilər. Hazırkı işdə isə məhkəmə tərəfindən göstərilən formal iradların heç biri inzibati xətənin mövcudluğunu təkzib etmir və inzibati orqanın topladığı sübutları etibarsız hesab etmək üçün kifayət etmir. Beləliklə, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual hüquq normalarını pozmuş, sübutları tam və obyektiv qiymətləndirməmiş, həmçinin Şəki Apellyasiya Məhkəməsinin əvvəlki qərarında verilmiş hüquqi göstərişləri mahiyyət etibarilə yerinə yetirməmişdir. Nəticədə qəbul edilmiş ## #### 2026-cı il tarixli qərar qanunsuz və əsassız olmaqla ləğv edilməli, iş üzrə yeni hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilən hallardan, iş materiallarında olan sübutların məcmusundan və tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının məzmunundan aydın olur ki, İsmayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslı hesab edilə bilməz. Birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, inzibati orqan tərəfindən təqdim olunmuş sübutları qarşılıqlı əlaqədə qiymətləndirməmiş, cavabdehin izahatlarını isə digər sübutlarla müqayisə etmədən üstün tutmuşdur. Bunun nəticəsində iş üzrə maddi həqiqət müəyyən edilməmiş və yanlış hüquqi nəticəyə gəlinmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsini düzgün tətbiq etməmiş, həmin normanın məqsəd və mahiyyətini yanlış şərh etmiş, inzibati məsuliyyətin yaranması üçün qanunvericilikdə nəzərdə tutulmayan əlavə şərtlər müəyyən etmişdir. Bu isə maddi hüquq normalarının pozulması ilə yanaşı, inzibati məsuliyyət institutunun preventiv mahiyyətini də aradan qaldırmışdır. Bundan əlavə, məhkəmə sübutların qiymətləndirilməsi zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin sübutlara dair müddəalarının tələblərinə riayət etməmiş, inzibati xəta haqqında protokolun, yoxlama aktının və digər rəsmi sənədlərin sübut əhəmiyyətini əsassız olaraq zəiflətmiş, həmin sənədləri təkzib edən hər hansı mötəbər sübut olmadan onların hüquqi qüvvəsini şübhə altına almışdır. Eyni zamanda, Şəki Apellyasiya Məhkəməsinin əvvəlki qərarında verilmiş hüquqi göstərişlər mahiyyət etibarilə yerinə yetirilməmiş, işə yenidən baxılarkən əvvəlki qərarda mövcud olmuş hüquqi nöqsanlar aradan qaldırılmamışdır. Nəticədə yeni qəbul edilmiş qərar da eyni hüquqi səhvləri təkrar etmişdir. İnzibati xəta haqqında iş üzrə toplanmış sübutlar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ekoloji qanunvericiliyin tələblərinin pozulduğunu və İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin mövcud olduğunu kifayət qədər təsdiq edir. Buna baxmayaraq, məhkəmənin həmin sübutları düzgün hüquqi qiymətləndirməməsi qanunsuz qərarın qəbul edilməsinə səbəb olmuşdur. Odur ki, İsmayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, iş № *(5-132)-209/2026 nöməli qərarının ləğv edilərək birinci instansiya məhkəməsinin sübutları natamam araşdırması, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməməsi nəzərə alınaraq həmin qərarın qanunsuz və əsassız hesab edilməsi, iş materiallarında olan sübutlara tam və obyektiv hüquqi qiymət verilməklə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin mövcudluğunun müəyyən edilməsi, apellyasiya instansiyası məhkəməsi mümkün hesab etdiyi halda, iş üzrə yeni qərar qəbul edilərək hüquqi şəxsin qanunvericilikdə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilməsi, əgər apellyasiya instansiyası əlavə araşdırmanın zəruri olduğu qənaətinə gələrsə, iş üzrə qəbul edilmiş qərar ləğv edilərək inzibati xəta haqqında işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi və işə baxılarkən apellyasiya məhkəməsinin hüquqi mövqeyi və göstərişlərinin tam təmin olunmasının tapşırılması xahiş edilmişdir. Apellyasiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxsin nümayəndəsi İskəndərov Sərvər Cavad oğlu apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində tərtib olunmuş inzibati protokol qeyri-qanunidir. Xəzər Vəliyev * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə yeni rəis təyin olunanda onu bir neçə dəfə yanına çağırmışdır. * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Nərman Cırıyev bir neçə dəfə ona bildirmişdir ki, “yeni təyin olunan rəis tələb edir ki, sənin barəndə akt yazım”. O, da Xəzər Vəliyevlə görüşüb ekologiyaya hansı zərəri vurmasını soruşmuşdur. Bir müddət sonra Nərman Cırıyev ona zəng edib barəsində akt tərtib olunduğunu bildirmişdir. O, bununla bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərbətlər Nazirliyinə şikayət məktubu yazmışdır. Ona nazirlikdən Xəzər Vəliyev barəsində tədbir görüləcəyi barədə cavab verilmişdir. Bundan sonra Xəzər Vəliyev onu yanına çağırıb onun barəsində haqsızlıq etdiyini, barışmaq istədiyini bildirmişdir. O, da ona qarşı haqsızlıq olunduğu üçün şikayət etdiyini bildirmişdir. * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi İsmayıllı rayonunda haqsız olaraq bir çox obyektləri cərimələmişdir. Hətta KOB-dan Orxan Məmmədli də gəlmişdir. Orxan Məmmədli sahibkarlarla görüş keçirmiş və kimlərin şikayətinin olduğunu soruşmuşdur. O, söz alıb * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin qanusuz hərəkətlərindən şikayət etmişdir. Ondan başqa 3-4 nəfər də şikayət etmişlər. KOB-dan gələn bir neçə nümayəndə * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində Xəzər Vəliyevlə görüşərək sahibkarın obyektini bağlamağa ixtiyarının olmadığını bildirmişlər. Verilən suallara cavab olaraq bildirdi ki, inzibati xəta haqqında protokolu Nərman Cırıyev tərtib etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC kiçik bir sexdən ibarətdir və onlar üzüm əkmək üçün dirəklər istehsal edirlər. Gün ərzində 33-35 ədəd dirək istehsal edə bilirlər. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində inzibati protokol və akt tərtib olunanda o, iştirak etməmişdir. X1 Cırıyevə akt yazmasını, ya da işdən çıxmasını bildrimişdir. Tərtib olunmuş akt və inzibati protokol qərəzli şəkildə tərtib olunmuşdur. Xəzər Vəliyev rəis kimi 4-5 ay işləmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC İsmayıllı rayonu İsmayıllı kəndində yerləşir. Hazırda həmin ərazi şəhər hesab olunur. Akt və inzibati protokol iş vaxtından sonra, * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati binasında tərtib olunmuşdur. Ona iki gün sonra zəng edib barəsində akt tərtib olunduğunu və gəlib imzalamasını bildirmişlər. O, da aktdan xəbəri olmadığını və imzalamayacağını bildirmişdir. Onlar dirəklərin istehsalında qum, sement və çınqıldan istifadə edir, təbiətə heç bir ziyan vurmurlar. Şikayətin təmin olunmamasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklərinə baxmayaraq protokol tərtib edən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında işə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutaraq, iş materiallarını, apellyasiya qaydasında verilmiş şikayəti, birinci instansiya məhkəməsində inzibati qaydada aparılmış icraatı və tərəflərin dəlillərini təhlil edərək hesab edir ki, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan ## ##### 2026-cı il tarixli, ****** nömrəli aktdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyət göstərdiyi İsmayıllı rayonu Aşağıbaş kəndi ərazisində tikinti materiallarının satışı sahəsində beton dirəklərinin hazırlanması faktı aşkar olunmuş, araşdırma zamanı İskəndərov Sərvər Cavad oğlu beton dirəklərinin hazırlanmasına dair dövlət ekspertizasının müsbət rəyi və 2 TG illik statistik hesabatları təqdim etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçisi Nərman Cırıyev tərəfindən tərtib olunmuş ## ##### 2026-cı il tarixli, ****** nömrəli aktın surətindən görünür ki, İskəndərov Sərvər Cavad oğlu beton dirəklərinin hazırlanmasına dair Dövlət ekspertizasının müsbət rəyi olmadan və 2 TG illik statistik hesabatları təqdim edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## ##### 2026-cı il tarixli, Ç- BM/****/*** nömrəli məktubundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə barəsində AR İXM-nin 239-cu maddəsi ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı protokolun surəti göndərilmişdir. İş materiallarında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin ##.##.2026-cı il tarixli, ** saylı iclas protokolunun surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də fəaliyyət göstərən beton nişan dirəklərinin sexinin fəaliyyəti ##.##.2026- cı il tarixdən müvəqqəti dayandırılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hüquqi şəxslər təbiətdən istifadəçi olduğu, istehsalatla məşğul olduğu halda ətraf mühitin müəssisə (istehsalat) monitorinqini aparmağa borcludur və əgər həyata keçirdiyi fəaliyyət ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətidirsə məhz o halda ətraf mühitə təsirinin uçotunu və hesabatını aparmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC yalnız o, halda inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində tənbeh tətbiq edilə bilərdi ki, onun həyata keçirdiyi fəaliyyətin ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyəti olması mötəbər sübutlarla öz təsdiqini tapmış olsun. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hüquqi şəxslər (təbiətdən istifadələr) ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, onların həyata keçirdiyi ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabatını aparmağa borcludurlar. Lakin iş materillarında, inzibati orqan tərəfindən təqdim edilmiş inzibati araşdırmaya dair sənədlərdə, həmçinin məhkəmə araşdırması zamanı xxxx” MMC-nin təbiətdən istifadəçi olduğu, həyata keçirdiyi fəaliyyətin ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyəti olmasını təsdiq edəcək heç bir mötəbər sübut müəyyən edilməmişdir. Həmçinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İskəndərov Sərvər Cavad oğlu məhkəmədə verdiyi izahatında üzüm əkmək üçün dirəklərin istehsalında qum, sement və çınqıldan istifadə etdiklərini, təbiətə heç bir ziyan vurmadıqlarını göstərməklə yanaşı akt və inzibati protokolun qərəzli şəkildə tərtib olunduğunu qeyd etmişdir. Bundan başqa birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçisi Nərman Cırıyev tərəfindən tərtib olunmuş ## ##### 2026-cı il tarixli, ****** nömrəli akt Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsində ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə vəzifəli şəxslərə iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslərə isə səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilməsi ilə bağlı inzibati məsuliyyət təsbit edilmişdir. İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsi). İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs olunur. Belə ki, Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6-cı maddəsində bəhs olunan qanunçuluq prinsipinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Bu prinsipə əsasən, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirməlidirlər. İnzibati Xətalar Məcəlləsinin qanunçuluq prinsipinin əsasını təşkil edən Konstitusiyanın 12-ci maddəsinin İ hissəsinə, 71-ci maddəsinin İ və X hissələrinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Konstitusiyanın qeyd olunan normaları insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Beləliklə, inzibati xətalar qanunvericiliyi səlahiyyətli orqanla fiziki və hüquqi şəxslər arasında inzibati xətalarla bağlı yaranan münasibətləri tənzimləyir. Bu münasibətlərdə tərəflərdən biri kimi dövlət orqanı və ya qanunvericiliklə səlahiyyətlərinə aid edilmiş hər hansı bir publik subyekt çıxış edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, şikayətin dəlilləri əsaslı olmadığından təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı qüvvədə saxlanılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəllləsinin 133-135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-486/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-486/2026
25.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver