Məhkəmə qərarları › İş №3(3-10)-487/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-10)-487/2026

19.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 3(3-10)-487/2026 19.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsində nəzərədə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi barədə tərtib edilmiş ## ##### 2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati təhbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 3(5-158)-537/2026 saylı qərarından Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsi tərəfindən verilmiş şikayətə baxmağa hazırlıq zamanı, müəyyən etdi: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsində nəzərədə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi barədə tərtib edilmiş ## ##### 2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati təhbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 3(5-158)-537/2026 saylı qərarından Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsi tərəfindən verilmiş şikayət Şəki Аpellyasiya Məhkəməsinə аiddir. Inzibati xətа haqqında iş üzrə icraatı rədd edən hallar araşdırılarkən iş materiallarına əlavə edilmiş “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, əki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 3(5-158)-537/2026 saylı qərarı ## #### 2026-cı il tarixdə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsinin elektron kabinetinə yerləşdirilmişdir. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsi tərəfindən verilmiş şikayət həmin qərardan şikayət vermə müddəti bitəndən 28 gün sonra, yəni ## #### 2026-cı il tarixdə tərtib olunaraq Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Inzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Inzibati Xətalar Məcəlləsinin 57.5-1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) məlumatlandırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilmiş inzibati xəta haqqında protokollar, o cümlədən elektron protokollar, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlar (qərardadlar), o cümlədən elektron qərarlar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.5-1.1. inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 57-1.1.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.5-1.2. inzibati xəta törətmiş şəxs bu Məcəllənin 57-1.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş sənədlər və onların əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir (Inzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsi). Göründüyü kimi, qeyd olunan maddələrin mənasına görə, birinci instansiya məhkəməsinin inzibati xəta haqqında qərarının surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində şikayət verilə bilər və əgər şikayət vaxtında verilməmişdirsə, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim tərəfindən bərpa edilə bilər. Iş materiallarından görünür ki, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsi şikayət vermə müddətini ötürmüş, qeyd olunan səbəbdən də Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə apellyasiya şikayəti qanuni və əsaslı olaraq geri qaytarılmışdır. Inzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu məsələsi həll edilir. Şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir (Inzibati Xətalar Məcəlləsinin 132.2-ci maddəsi). Beləliklə, məhkəmə hesab edir ki, Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərarından verilmiş şikayət, şikayət vermə müddəti ötürülməklə verildiyindən inzibati işin materialları ilə birlikdə Şəki Rayon Məhkəməsinə qaytarılmalı, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsinə apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair Şəki Rayon Məhkəməsinə vəsatət vermək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 3(5-158)-537/2026 saylı qərarından Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsi tərəfindən verilmiş şikayət, şikayət vermə müddəti ötürülməklə verildiyindən inzibati işin materialları ilə birlikdə Şəki Rayon Məhkəməsinə qaytarılsın. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsinə apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair Şəki Rayon Məhkəməsinə vəsatət vermək hüququ izah olunsun. Qərаrdаddan kаssаsiyа qаydаsındа şikаyət və yа protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar