Məhkəmə qərarları › İş №3(3-10)-488/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-488/2026

26.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-488/2026 26.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1000 (min) manat məbləğində inzibati cərimə edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı (hakim Tural Hüseynli) ilə, ##.##.1975-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1000 (min) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. işin halları: Protokolu tərtib edən orqanndən daxil olmuş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı icra sənədinə əsasən 0,075 ha torpaq sahəsi üzərində iddiaçının sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə mane olmaq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qadağan edilməsi üçün xəbərdarlıq edilməsinə, həmçinin barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmasına baxmayaraq, qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində həmin icra sənədinə münasibətdə Protokolu tərtib edən orqan icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış və həmin icra sənədini təkrar icra etməmişdir. Bu hərəkətləri ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Birinici instansiya məhkəməsi iclası zamanı Protokolu tərtib edən orqan icra məmuru X1 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)****/**** saylı icra sənədinə əsasən 0,075 ha torpaq sahəsi üzərində iddiaçının sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə mane olmaq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qadağan edilmişdir. Lakin borclu tərəfindən qeyd olunan icra vərəqəsi icra edilməmiş qalmışdır. Borcluya dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, borclu icra sənədinin icra etməkdən yayınmışdır. Həmçinin Mingəçevir Şəhər Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2026-cı il qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs AR IXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Borclunun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə inzibati xətanı təkrar törətməklə icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də, hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Birinici instansiya məhkəməsi iclası zamanı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi - vəkil vəkil1 məhkəmə iclası zamanı izahatında bildirmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Yevlax Ərazi Idarəsi tərəfindən Zərərçəkmiş şəxs verilmiş ************ reyestr nömrəli ünvan 2D (yeni qaydalarla: AZ 4509, ünvan 3) ünvanında yerləşən xüsusi mülkiyyət növündə ümumi birgə payda olan 0.075 ha torpaq sahəsi üzərində iddiaçının sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə mane olmağın cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qadağan edilməsi qət edilmişdir. Lakin borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına laqeyd yanaşmışdır. Belə ki, borclu tələbkara məxsus torpaq sahəsindən dəmir darvazasını götürməməklə sonuncunun ona məxsus torpaq sahəsindən istifadəsinə maneə yaradır. Odur ki, məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Birinici instansiya məhkəməsi iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında göstərmişdir ki, o, özü II qrup əlildir. Protokol əsassız olduğu üçün onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Birinici instansiya məhkəməsi iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verilmiş suallara cavab olaraq tələbkara məxsus torpaq sahəsində ona məxsus dəmir darvazanın olmasını təsdiq etmişdir. Birinici instansiya məhkəməsi iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil2 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan protokol əsassızdır. Belə ki, qeyd olunan icra sənədi hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən icra olunmuşdur. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Iş üzrə yuxarı qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayəti və proses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətində Mingəçevir Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsini icra etməkdən imtina etməmişdir. Həmin qətnamə tam olaraq icra olunmuşdur. Belə ki, Protokolu tərtib edən orqan icra məmurları tərəfindən ##.##.2026-cı il tarixdə mübahisəli darvazasını sökdürmüş və həmin yerə tələbkara məxsus darvaza quraşdırılmışdır. Bununla bağlı icra məmuru tərəfindən akt tərtib olunmuşdur. Apellyasiya məhkəməsi iclası zamanı barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Apellyasiya məhkəməsi iclası zamanı zərərçəkmiş şəxsin vəkili vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Apellyasiya məhkəməsi şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Protokolu tərtib edən orqan icra məmuru X1 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MingəçevirŞəhər Məhkəməsinin *(***)-****/**** saylı icra vərəsi üzrə icra sənədinin icra etməmişdir. Iş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli icra vərəqəsinin surətindən görünür ki, iddia təmin edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Yevlax Ərazi Idarəsi tərəfindən Zərərçəkmiş şəxs verilmiş ************ reyestr nömrəli ünvan 2D (yeni qaydalarla: AZ 4509, ünvan 3) ünvanında yerləşən xüsusi mülkiyyət növündə ümumi birgə payda olan 0.075 ha torpaq sahəsi üzərində iddiaçının sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə mane olmağın cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qadağan edilməsi qət edilmişdir. Iş materiallarında olan ##.##.2026-cı il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borcludan Mingəçevir Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026- cı il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icrası tələb olunmuşdur. Iş materiallarında olan ##.##.2026-cı il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, icra sənədi üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göndərilmişdir. Iş materiallarında olan izahatlardan görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Yevlax Ərazi Idarəsi tərəfindən verilmiş texniki pasportdan görünür ki, reyestr nömrəsi 902013004426-10301, ünvan 1 ünvanının hüquqi subyekti Məmmədov Yusif Əbdülhüseyn oğludur. Iş materiallarında olan tibbi sosial ekspertiza çıxarışından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ikinci dərəcəli əlildir. Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Konstitusiya Məhkəməsinin Plenumu “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” # ######## 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Bu məsələ ilə bağlı Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə, məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə ## #### 1997-ci il tarixli Qərar). Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs könüllü icra üçün icra məmuru tərəfindən verilmiş müddət ərzində icra sənədini könüllü olaraq icra etməmişdir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həqiqətən də məhkəmə aktının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, icra sənədini üzrsüz səbəbdən bir il ərzində təkrarən icra etməmiş və bununla da Inzibati Xətaları Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Inzibati Xətaları Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirildiyi üçün, ona birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq etmişdir. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətdə onu da qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə icra sənədini könüllü olaraq icra etməsini bildirsə belə, onun tərəfindən qeyd olunan icra sənədi protokol tərtib olunduqdan sonra icra olunmuşdur. Qeyd olunan hal isə şəxsin Inzibati Xətalar Məcəlləsinin 53-cü maddəsi və IXM-nin 528-ci maddəsinin Qeydi üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsas deyildir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Inzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi və onun əməlində həmin inzibati xəta tərkibinin olması iş materialları ilə kifayət qədər sübut olunur. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Inzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəlllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, yaşını, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini, 2-ci qrup əlil olmasını o cümlədən əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb qanuni və əsaslı olaarq onun barəsində Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə tənbehini təyin etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, 3(5-146)-1056/2026 nörməli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibаti Xətаlаr Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 134.1-ci maddəsində göstərilən qərarlardan birini, o cümlədən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar