Məhkəmə qərarları › İş №3(3-10)-489/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-489/2026

01.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-489/2026 01.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Səmədov Xəqani Hacı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümmətov Hümmət Həmid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 və protokol tərtib edən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-yə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsinə dair Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarından protokol tərtib edən orqan DƏMX-nin Hüquq İdarəsinin rəis müavini Tərlan Məlikli və barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin direktoru X4 tərəfindən verilmiş şikayətlərə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Ucar Rayon Məhkəməsinin (hakim Xəyal Bədəlov) ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ilə bağlı başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, cəmiyyətə 2000 (iki min) manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barəsində İnzibati Xətalar Məcəlləsinin 539.1- 1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İşin halları: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Mərkəzi Aran Regional Şöbəsindən daxil olmuş ## ### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli və ## ### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollardan görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-yə və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 qüvvədə olan əmək müqaviləsini qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsinin təmin olunması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Mərkəzi Aran Regional Şöbəsinin ## ##### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli icrası məcburi göstəriş məktubu göndərilmiş, lakin tələb yerinə yetirilməmişdir. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Mərkəzi Aran Regional Şöbəsi tərəfindən hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair ## ### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli və ## ### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Birinci instansiya məhkəməsinin iclasında inzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Mərkəzi Aran Regional Şöbəsinın baş məsləhətçi - əmək müfəttişi Nümayəndə bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-yə və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 qüvvədə olan əmək müqaviləsini qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsinin təmin olunması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Mərkəzi Aran Regional Şöbəsinin ## ##### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli icrası məcburi göstəriş məktubu göndərilmiş, lakin tələb yerinə yetirilməmişdir. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Mərkəzi Aran Regional Şöbəsi tərəfindən hüquqi şəxsbarəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair ## ### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli və ## ### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinin və həmin cəmiyyətin vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, o, ## ####### 2024-cü il tarixdən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsindən azad olunmuş, həmin vəzifəyə atası X5 təyin olunmuşdur. Hazırda da barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru atası X5r. Sözügedən MMC dəftərxana ləvazimatları satışı ilə məşğul olan kiçik bir mağaza olmuşdur. 2020-ci il də pandemiya dövründə vəziyyət yaxşı olmadığı üçün onlar şirkəti işlədə bilməmişlər. Protokolda göstərilən hallarla bağlı qeyd etmişdir ki, o, hazırda həmin MMC-nin direktoru deyil barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyəti 2023-cü ildən 5 illik müddətə yəni 2028-ci il tarixə qədər fəaliyyətini dayandırıb. Odur ki, hesab edir ki, tərtib edilmiş protokollar əsassızdır və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından protokol tərtib edən orqan DƏMX-nin Hüquq İdarəsinin rəis müavini Tərlan Məlikli və barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin direktoru X4 tərəfindən şikayətlər verilmişdir. şikayətin dəlilləri: Protokol tərtib edən orqan DƏMX-nin Hüquq İdarəsinin rəis müavini Tərlan Məlikli verdiyi şikayəti onunla əsaslandırılmışdır ki, Ucar Rayon Məhkəməsinin (hakim Xəyal Bədəlov) ##.##.2026-cı il tarixli, 3(5-164)- ***/**** nömrəli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin (bundan sonra - Xidmət) Mərkəzi Aran Regional Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-yə və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barəsində tərtib edilmiş ## ### 2026-ci il tarixli, MN 2463564 və ******* nömrəli inzibati xəta haqqında protokollar əsasında inzibati xəta haqqında işə baxılaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-in 53.1.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ilə bağlı başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, cəmiyyətə 2000 (iki min) manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Hesab edir ki, Ucar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli və Xidmətin Mərkəzi Aran Regional Şöbəsinin ## ### 2026ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 inzibati məsuliyyətə cəlb edilməlidir. "Əmək və məşğulluq" altsisteminə baxış zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-yə və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 tərəfindən elektron sənəd formasına keçirilməyən əmək müqavilələrinin olduğu müəyyən edilmişdir. Bununla bağlı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-yə və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 qüvvədə olan əmək müqavilələrinin qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsinin təmin edilməsinə dair icrası məcburi olan göstəriş verilmişdir. Lakin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-yə və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMCnin vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 tərəfindən məktubda göstərilən müddət ərzində icrası məcburi göstəriş məktubunun tələbini icra etməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında 2024cü il 28 iyun tarixli ****-VIQD nömrəli Azərbaycan Respublikasının Qanununu 12.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bağlanılmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərhələlərə uyğun olaraq həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il ## ######## tarixli *** nömrəli Qərarına əsasən 2024-cü il ## #### tarixli ****-VIQD nömrəli Qanun qüvvəyə minənədək bağlanılmış qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi iri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlər üçün 2025-ci il # ####adək müəyyən edilmişdir. Xidmətin Mərkəzi X12i göstərişinə baxmayaraq barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 tərəfindən heç bir tədbir görülməmiş və bu barədə Xidmətin Mərkəzi Aran Regional Şöbəsinə məlumat verilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın vəzifəli şəxslərinin bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Həmçinin Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2026-cı il tarixli qərarına (bundan sonra Plenum Qərarı) istinad edilərək vəzifəli şəxs barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edildikdən sonra inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol (inzibati xəta haqqında iş üzrə icraatın edildiyindən başlanması haqqında qərar) tərtib edilərək baxılması üçün məhkəməyə göndərilməsinin istisna edilməsinə əsaslanmış və iş üzrə icraata xitam vermişdir. Plenum Qərarının qəbul edilməsinə əsas olmuş hal məhz məcburilik və preyudisiallıq xüsusiyyətlərini əmələ gətirən qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş faktların preyudisial qüvvəsinin nəzərə alınmaması, artıq araşdırılaraq qiymətləndirilmiş halların yenidən mübahisələndirilməsi və təkzib edilməsinin mümkünlüyü, bu baxımdan inzibati xəta haqqında işə baxan məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə qərarında araşdırılaraq qiymətləndirilmiş faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi məsələsi ilə bağlı qeyri-müəyyənliyin olmasıdır. Plenum Qərarında göstərildiyi kimi məqsəd belə hallarda inzibati xəta haqqında işin tam və obyektiv araşdırılmasının təmin edilməsi, prosessual qənaət prinsipinin gözlənilməsi və ziddiyyətli qərarların qarşısının alınması olmalıdır. Lakin bu gün məhkəmələr tərəfindən müvafiq qərar geriyə doğru şamil edilməklə qərarın qəbul edilməsi məqsədinə zidd nəticələrə səbəb olmaqdadır. Belə ki, İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi əsaslan konkret göstərilmişdir və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarına istinad edilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə tərəfindən formal olaraq Məcəllənin 53-cü maddəsinə istinad edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi nəticəsində eyni fakt üzrə faktiki olaraq vəzifəli və hüquqi şəxsə münasibətdə iki fərqli ziddiyyətli qərar qüvvədə olmuş olur. Həmçinin, qeyd olunan hal faktiki olaraq hüquqi şəxsin əməlinə hüquqi qiymət verilməməsinə və nəticədə cəzasızlıq mühitinin və geniş sui-istifadə hallarının yaranmasına səbəb olur. Qeyd olunanlara əsasən məhkəmə tərəfindən hüquqi şəxsin əməlinə müstəqil hüquqi qiymət verilməsi və vəzifəli şəxsə münasibətdə tənbeh tədbiri tətbiq edilməsi nəzərə alınmaqla hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi zəruridir. Nəzərə almaq lazımdır ki, Plenum Qərarında hüquqi şəxsə münasibətdə protokolun məhkəməyə göndərilməsi istisna edilir, artıq göndərilmiş protokolları məhkəmədə baxılması istisna edilmir. Beləliklə, Ucar Rayon Məhkəməsi tərəfindən mötəbər sübutların qiymətləndirilməsi düzgün aparılmadığından işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmişdir. Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Xidmətin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. Həmin Məcəlləsinin 135.1.2-ci maddəsinin tələblərinə əsasən, hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması onun qərarının ləğv edilməsi üçün əsasdır və Ucar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə uyğun olaraq inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hərcürfaktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir Həmin Məcəllənin 2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 21-ci maddəsində isə qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Odur ki, Ucar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi və Xidmətin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barəsində tərtib edilmiş ## ### 2026-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin direktoru X4 verdiyi apellyasiya şikayətini əsaslandıraraq bildirmişdir ki, Ucar Rayon Məhkəməsinin (HAKİM: X2) ## #### 2026-cı il tarixli, 3(5- ***)-***/**** nömrəli qərarı ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cəmiyyətə 2000 (iki min) manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır, maddi və prosesual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən qərar ləğv edilməlidir. Məhkəmə qərarında iddia olunur ki, X7 Xidmətinin Aran regional şöbəsi tərəfindən ## ### 2026-cı il tarixdə tərtib olunmuş MN seriyalı 2463564 və ******* nömrəli protokollara əsasən əmək müqavilələrinin elektron qeydiyyata alınması barədə qanunvericiliyin tələbləri pozulmuşdur. Lakin məhkəmə onun tərəfindən obyektiv səbəblərdən yaranan halları nəzərə almamışdır. Belə ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC ##.##.2023-cü il tarixdə fəaliyyətini dayandırmışdır (təsdiqedici sənəd əlavə olunur). Həmin dövrdə bütün işçilərlə mövcud əmək müqavilələrinə xitam verilmiş, əməkhaqqı fondu ləğv edilmiş, bütün mövcud obyektlər bağlanmış, kassa aparatları müvafiq qeydiyyatlardan çıxarılmışdır. Sözügedən tarixdə sadəcə diqqətsizlikdən 1 ədəd əmək müqaviləsi sistemdə qalmışdır (belə ki, inzibati xətanın yaranma tarixi ##.##.2023-cü ildir). Digər əmək müqaviləsi üzrə münasibətlər ##.##.2024-cü il tarixdə bitmişdir (müvafiq sənəd əlavə edilir, belə ki, xətanın yaranma tarixi ##.##.2024-cü ildir). İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 4 ay keçənədək verilə bilər. Bu xəta davam edən xəta hesab edilə bilməz. İnzibati tənbeh tətbiq edilərkən şirkətin rəsmi nümayəndəsinin iştirakı təmin edilməmiş və beləliklə müdafiə hüquqları pozulmuşdur. Xətanın xarakterinin sadəcə mexaniki səhv olması, xətanın törədilməsində hər hansı bir qərəzin və ya zərərli nəticənin olub-olmaması nəzərə alınmamışdır. Baş vermiş gecikmə heç bir ictimai təhlükəli və ya zərərli nəticə doğurmamış, işçilərin əmək hüquqlarının pozulmasına gətirib çıxarmamışdır. İnzibati Xətalar Məcəlləsinin prinsiplərinə uyğun olaraq, işin halları imkan verdiyi halda daha yüngül tənbeh növü tətbiq edilə və ya xətanın az əhəmiyyətli olması əsası ilə işə xitam verilə bilərdi. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, törədilmiş inzibati xəta az əhəmiyyətli olduqda, şəxs inzibati məsuliyyətdən azad edilə və ona şifahi xəbərdarlıq edilə bilər. Sözügedən inzibati xəta barədə ilk dəfə ##.##.2026-cı il tarixdə Ucar Rayon Məhkəməsində keçirilmiş iclasda məlumat aldıqdan dərhal sonra fəaliyyəti dayandırılmış və ASAN imza sertifikatı ləğv edilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC tərəfindən yenidən müvafiq xərclər edilərək ASAN imza sertifikatı alınmış və yuxarıda göstərilən əmək müqavilələri sistemdən çıxarılmışdır. Belə ki, xəta tamamilə aradan qaldırılmışdır. Hər hansı bir qərəzli və ya davamlı qanun pozuntusunun olmaması sübut edilmişdir. İXM-nin 32.1.1-ci maddəsinə əsasən, xəta törətmiş şəxs tərəfindən xətanın zərər nəticələrinin qarşısının könüllü alınması, habelə xətanın dərhal aradan qaldırılması məsuliyyəti yüngülləşdirən hal hesab olunur. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən bu amili və onun şəxsiyyətini (inzibati xətanı ilk dəfə törətməyini) ümumiyyətlə nəzərə almamışdır. Belə ki, İXM-nin 32-ci maddəsinə əsasən məhkəmə inzibati tənbeh tətbiq edərkən şəxsin maddi vəziyyətini, yaşını və səhhətini mütləq nəzərə almalıdır. Onun təqaüdçü olması, aldığı təqaüdün demək olar ki, tamamını ağır xərçəng xəstəliyinin (müvafiq sənədlər əlavə edilir) müalicəsinə, bahalı dərman preparatlarına xərcləməsi fonunda barəsində ağır maliyyə tənbehindən ibarət cərimə qərarının çıxarılması humanizm və ədalət prinsiplərinə ziddir. O, 76 yaşlı, təqaüdçüdür və hazırda ağır qan xərçəngi (leykemiya) xəstəliyindən əziyyət çəkir. Davamlı olaraq ağır müalicə, kimyaterapiya və həkim nəzarəti altındadır. Yaşının çox olması və bu amansız xəstəliklə mübarizə aparması sözügedən inzibati texniki məsələlərin (əmək müqaviləsinin elektron sistemdən gecikmə ilə çıxarılmasının) vaxtında icra edilməməsinə birbaşa obyektiv təsir göstərmişdir. Bu hal hər hansı qərəzdən deyil, tamamilə fiziki qeyri-mümkünlükdən və ağır səhhətindən irəli gəlmişdir. Odur ki, Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilərək, ağır xərçəng xəstəsi və təqaüdçü olması, xətanın dərhal və könüllü aradan qaldırılması nəzərə alınaraq barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 21-ci maddəsinə əsasən xitam verilməsini xahiş etmişdir. prosessual məsələlər: Apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak edən protokol tərtib edən orqanın nümayəndəsi X1 şikayəti müdafiə edərək bildirdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Mərkəzi Aran regional şəbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 bağlanmış əmək müqaviləsinin elektron formada bağlanması barədə sənəd ünvanlanmışdır. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 yaranmış pozuntunun aradan qaldırılması üçün 7 iş gün müddət təyin olunmuş və məlumat verilməsi xahiş edilmişdir. Lakin tərəflərindən verilmiş icarsı məcburi göstəriş qeyd olunan müddət ərzində icra olunmamışdır. Bu səbəbdən də protokol tərtib edilərək baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilmişdir. Hesab edirlər ki, məhkəmənin qərarı hüquqi şəxsə münasibətdə əsaslı, vəzifəli şəxsə münasibətdə isə əsassızdır. Verilən suallara cavab olaraq bildirdi ki, aparılmış yoxlama zamanı vəzifəli şəxsin işdən azad edilməsi barədə sənəd aşkar edilməmişdir. Hər bir halda apellyasiya şikayətini müdafiə edirlər. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 protokol tərtib edilərkən dəvət edilib və əlavə sübutlarının təqdim edilməsi təklif edilmişdir. Əmək müqaviləsinə kağız üzərində xitam verilsə də, bu elektron sistemdə işlənilməli idi. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin direktoru X4 tərəfindən verilmiş şikayətin təmin edilməməsini, protokol tərtib edən orqan tərəfindən verilmiş şikayətin təmin edilməsini xahiş edir. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 protokol tərtib edən orqan tərəfidən verilmiş şikayətə etiraz edərək bildirdi ki, yoxlama aparan əməkdaşlar vergilər nazirliyinə məxsus e-taxes.gov.az internet portalına daxil olsaydılar görərdilər ki, ## ####### 2024-cü il tarixdə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC tərəfindən vergilər nazirliyinə müraciət olunmuş və direktor dəyişikliyi olmuşdur. Bu barədə ## ####### 2024-cü il tarixdə vergilər nazirliyinin e-taxes.gov.az internet portalında qeydiyyat aparılmışdır. Verilən suallara cavab olaraq bildirdi ki, onun 2024-cü ilədək barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC ilə bağlılığı olmuşdur. 2024-cü ildə o, vəzifəsindən azad olunmuşdur. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC 2023-cü ildə öz fəaliyyətini dayandırıb, lakin işlərin yenidən bərpa edilməsi niyyəti ilə direktor müəyyən müddətdə öz vəzifəsində qalmışdır. Sistemdə qalan bir müqavilə texniki xəta nəticəsində qalmışdır. X3 səhhətində yaranmış problemlə bağlı həmin məsələ unudulmuşdur. Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının hüquqi şəxsə münasibətdə ləğv olunmasını xahiş edir. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC 2023-cü ildə fəaliyyətini dayandırmış, lakin ləğv olunmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin direktoru X4 tərəfindən verilmiş şikayətin təmin edilməsini, protokol tərtib edən orqan tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməyinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azəbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2-ci maddəsinə görə, hakimin inzibati xəta haqqında iş üzrə qərarından şikayət və ya protest apellyasiya instansiyası məhkəməsinə verilir. 133.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 133.2.8-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Protokol tərtib etmiş orqan DƏMX-nin Hüquq İdarəsi tərəfindən verilmiş şikayətin məzmunundan görünür ki, onun əsas dəlili xidmətin Mərkəzi X12i göstərişinə baxmayaraq barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 tərəfindən heç bir tədbir görülməməsinə və bu barədə Xidmətin Mərkəzi Aran Regional Şöbəsinə məlumat verilməməsinə baxmayaraq sonuncu barəsində İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsidir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin direktoru X4 tərəfindən verilmiş apellyasiya şikayətinin başlıca dəlili isə yaşının çox olması və amansız xəstəliklə mübarizə aparması səbəbindən əmək müqaviləsinin elektron sistemdən gecikmə ilə çıxarılmasının, bunun isə qərəzdən deyil, tamamilə fiziki qeyri-mümkünlükdən və səhhətindən irəli gəlməsi nəzərə alınmadan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, cəmiyyətə 2000 (iki min) manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsindəndir. Məhkəmə şikayətlərin dəlillərini araşdırıb, tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığını işdə olan materiallar əsasında yoxlayıb hesab edir ki, aşağıda şərh olunan əsaslara görə şikayətlər təmin edilməməli və Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı baxılmış şikayətlərə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi obyektiv cəhətdən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə yaranır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Mərkəzi Aran Regional Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-yə ünvanlanan və müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemi vasitəsi ilə cəmiyyətə çatdırılmış ## ##### 2026-cı il tarixli, 3-17- */*-*****/**** nömrəli göstəriş məktubundan görünür ki, sonuncu cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2024-cü il tarixli *** nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının 2024-cü il ## #### tarixli ****-VIQD nömrəli Qanunu qüvvəyə minənədək bağlanılmış qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələsi iri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlər üçün 2025-ci il # ####adək müəyyən edilməsi, və əmək müqavilələrinin qanunvericiliyə əsasən ## ##### 2026-cı il tarixədək elektron sənəd formasına keçirilməsinin təmin edilməsinin vacibliyi, eləcə də, əks təqdirdə İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyət yaranacağı barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Mərkəzi Aran Regional Şöbəsinin ## ##### 2026cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında 2024-cü il ## #### tarixli ****-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunun 12.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bağlanılmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərhələlərə uyğun olaraq həyata keçirilir. “Əmək və məşğulluq” altsisteminə baxış zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC tərəfindən elektron sənəd formasına keçirilməyən əmək müqavilələrinin olduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC tərəfindən qüvvədə olan əmək müqavilələrinin qanunvericiliyə əsasən ## ##### 2026-cı il tarixədək elektron senəd formasına keçirilməsi təmin olunması ilə bağlı X7 Xidmətinin (bundan sonra-Xidmət) Mərkəzi Aran regional söbəsi (bundan sonra-Regional şöbə) tərəfindən ## ##### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli icrası məcburi göstəriş məktubu göndərilmişdir (sözügedən müraciətlərin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə çatdırılmasını təsdiq edən poçt göndərişlərinin izlənməsi sənədləri də əlavə edilmişdir). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər İdarəsinin ## #### 2026-cı il tarixli, 3- 21- *-**/*-*****/**** nömrəli məktubundan görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC ## ###### 2017-ci il tarixdə Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsi tərəfindən ********** nömrəli VÖEN-lə dövlət qeydiyyatına alınmışdır. Baza məlumatlarına əsasən cəmiyyətin hal-hazırda direktoru X4 (FIN 5RBN8F9) olaraq qeyd edilmişdir. Cəmiyyətin təsisçisinin ## ###### 2023-cü il tarixli qərarına əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 (FIN *******) cəmiyyətinin direktoru vəzifəsinə təyin edilmişdir. Cəmiyyətin təsisçisinin ## ####### 2024-cü il tarixli qərarına əsasən X4 (FIN 5RBN8F9) yenidən cəmiyyətə direktor təyin edilmişdir. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC rəsmi müraciəti əsasında fəaliyyəti ## ###### 2023-cü il tarixdən ## ###### 2028-ci il tarixədək dayandırılmışdır. İş materiallarına əlavə edilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin təsisçisinin ## ####### 2024-cü il tarixli qərarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 ## ####### 2024-cü il tarixdən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin direktoru vəzifəsindən azad edilmiş, həmin vəzifəyə X4 təyin edilmiş və sözügedən qərarın dəyişikliyin edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər İdarəsinə təqdim edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qərarı belə əsaslandırmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər İdarəsinin ## #### 2026-cı il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubu və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin təsisçisinin ## ####### 2024-cü il tarixli qərarı ilə müəyyən edildiyi kimi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 ## ####### 2024-cü il tarixdən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin direktoru vəzifəsindən azad edilmişdir. Bu hal isə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmasına münasibətdə həmin Məcəllənin 3-cü maddəsinin tələbləri ilə (bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs) ziddiyyət təşkil etdiyindən şəxsin inzibati məsuliyyətə cəlb olunmasını birmənalı və imperativ şəkildə istisna edir. Məhkəmə birinci instansiya məhkəməsinin həmin mövqeyilə razılaşır və əlavə olaraq qeyd edir ki, Apellyasiya instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 izahatından müəyyən edilmişdir ki, Vergilər Nazirliyinə məxsus e-taxes.gov.az internet portalından da müəyyən edilir ki, ## ####### 2024-cü il tarixdə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC tərəfindən vergilər nazirliyinə müraciət olunmuş və direktor dəyişikliyi olmuşdur. Bu barədə ## ####### 2024cü il tarixdə vergilər nazirliyinin e-taxes.gov.az internet portalında qeydiyyat aparılmışdır. Həmçinin müəyyən edilir ki, hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsi törədilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Mərkəzi Aran Regional Şöbəsi tərəfindən düzgün müəyyən edilmiş və qeyd edilən halı təkzib edə biləcək hər hansı mötəbər sübut təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 münasibətdə onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraatın İXM-in 53.1.2-ci maddəsinə əsasən xitam verməklə və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə təqsirli bilərək barəsində inzibati tənbeh tədbiri tətbiq etməklə tam ədalətli və qanuni mövqe tutmuşdur. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, DƏMX-nin Hüquq İdarəsinin rəis müavini Tərlan Məlikli və barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin direktoru X4 tərəfindən verilmiş şikayətlər təmin olunmamalı, “Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Hüquq İdarəsinin rəis müavini Tərlan Məlikli tərəfindən verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin direktoru X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı baxılmış şikayətlərə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz. Hаkim Xəqani Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar