Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 3(3-10)-490/2026 20.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, ******* nömrəli elektron qərarın ləğv edilməsinə dair Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş şikayətə baxmağa hazırlıq zamanı, müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, ******* nömrəli elektron qərarın ləğv edilməsinə dair Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş şikayət Şəki Аpellyasiya Məhkəməsinə аiddir. Inzibati xətа haqqında iş üzrə icraatı rədd edən hallar araşdırılarkən iş materiallarının 47ci səhifəsindən olan çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Hüquq Idarəsi Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarını ## #### 2026-cı il tarixdə almışdır. Qeyd olunanlardan əlavə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Hüquq Idarəsi tərəfindən ## #### 2026-cı il tarixdə tərtib olunmuş şikayətdə Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının X1 Xidmətinə ## #### 2026-cı il tarixdə daxil olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş şikayətlərdən ## ###### 2026-cı il tarixdə tərtib olunmuş şikayət həmin qərardan şikayət vermə müddəti bitəndən 2 gün sonra, yəni ## ###### 2026-cı il tarixdə poçt vasitəsilə Göyçay Rayon Məhkəməsinə göndərilmiş, ## #### 2026-cı il tarixli şikayət isə şikayət vermə müddəti bitəndən 5 gün sonra yəni ## ###### 2026-cı il tarixdə poçt vasitəsilə Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Inzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Inzibati Xətalar Məcəlləsinin 57.5-1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) məlumatlandırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilmiş inzibati xəta haqqında protokollar, o cümlədən elektron protokollar, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlar (qərardadlar), o cümlədən elektron qərarlar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.5-1.1. inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 57-1.1.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.5-1.2. inzibati xəta törətmiş şəxs bu Məcəllənin 57-1.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş sənədlər və onların əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir (Inzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsi). Göründüyü kimi, qeyd olunan maddələrin mənasına görə, birinci instansiya məhkəməsinin inzibati xəta haqqında qərarının surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində şikayət verilə bilər və əgər şikayət vaxtında verilməmişdirsə, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim tərəfindən bərpa edilə bilər. Iş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Hüquq Idarəsi şikayət vermə müddətini ötürmüşdür. Belə vəziyyətdə məsələ Inzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinin tələblərinə uyğun olaraq həll edilməsi üçün şikayət və iş materialları iş üzrə qərar qəbul etmiş birinci instansiya məhkəməsinə qaytarılmalı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Hüquq Idarəsinə apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair Göyçay Rayon Məhkəməsinə vəsatət vermək hüququ izah olunmalıdır. Inzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu məsələsi həll edilir. Şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir (Inzibati Xətalar Məcəlləsinin 132.2-ci maddəsi). Beləliklə, məhkəmə hesab edir ki, Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından verilmiş şikayət, şikayət vermə müddəti ötürülməklə verildiyindən inzibati işin materialları Göyçay Rayon Məhkəməsinə qaytarılmalı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Hüquq Idarəsinə apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair Göyçay Rayon Məhkəməsinə vəsatət vermək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş şikayət, şikayət vermə müddəti ötürülməklə verildiyindən inzibati işin materialları Göyçay Rayon Məhkəməsinə qaytarılsın. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Hüquq Idarəsinə apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair Göyçay Rayon Məhkəməsinə vəsatət vermək hüququ izah olunsun. Qərаrdаddan kаssаsiyа qаydаsındа şikаyət və yа protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-490/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-10)-490/2026
20.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver