Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 3(3-10)-491/2026 02.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, barəsində inzibati xəta üzrə qərar qəbul olunmuş şəxs Qərardan şikayət verən orqan (şəxs) etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, Qərarından şikayət verilən orqan Qərarından şikayət verilən orqan Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarından şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatətinin təmin edilməməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadından Qərarından şikayət verilən orqan nümayəndəsi X1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Elza Cəbrayılzadə) ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadına əsasən Qərarından şikayət verilən orqan Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarından şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatətinin təmin edilməməsi müəyyən edilmişdir. işin halları: Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarına əsasən şikayət qismən təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 5000 (beş min) manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası səhiyyə nazirinin müavini X2 tərəfindən ## ####### 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi qərara alınmışdır. Qərardan narazı qalan Qərarından şikayət verilən orqan Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarından şikayət və həmin qərardan şikayət vermə müddətinin bərpa edilməsinə dair ərizə verərək, ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan nümayəndəsi müddətin bərpa edilməsi haqqında məhkəməyə ərizə ünvanlayaraq, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ***/**** saylı qərarından apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəblərinin üzrlü hesab edilməsini, Qərarından şikayət verilən orqan etibarnamə üzrə nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsini və apellyasiya şikayətinin baxılması üçün qanunvericiliyin tələblərinə uyğun olaraq Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclası zamanı qərardan şikayət verən şəxs Qərardan şikayət verən orqan (şəxs) etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı izahat verərək, Qərarından şikayət verilən orqan şikayət vermə müddətini buraxdığını bildirərək, şikayət vermə müddətinin bərpa edilməsinə dair ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Qərardaddan narazı qalan Qərarından şikayət verilən orqan nümayəndəsi X1 şikayət verərək Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadının ləğv edilməsini, Qərarından şikayət verilən orqan Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərarından apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə vəsatətinin təmin edilməsini, Qərarından şikayət verilən orqan ##.##.2025-ci il tarixli məhkəmə qərarından verdiyi apellyasıya şikayətinin icraata qəbul edilərək qanunvericiliyin tələblərinə uyğun olaraq baxılması üçün apellyasıya instansiyası məhkəməsinə göndərilxahiş etmişdir. apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə 57-ci maddənin tələblərini yalnız formal şəkildə qeyd etməklə kifayətlənmiş, həmin maddədə nəzərdə tutulan rəsmi təqdimetmə faktının konkret olaraq hansı subutla təsdiq edildiyini göstərməmişdir. Başqa sözlə, məhkəmə "##.##.2025-ci ildə elektron sistem üzərindən göndərilib faktından ##.##.2025-cı ildə rəsmi qaydada verilib" nəticəsinə gəlmişdir Lakin bu nəticə özözlüyündə əsaslandırılmamışdır. Çünki IXM-ın 130.1-ci maddəsində müddətin başlanması "göndərildiyi tarixlə deyil, "rəsmi qaydada verildiyi vaxtla başlanmışdır. Bu iki hal arasında hüquqi fərqin nəzərə alınmaması apellyasiya müddətinin yanlış hesablanmasına səbəb olmuşdur. IXM-in 130.2-ci maddəsinə əsasən, 130.1-ci maddədə nəzərdə tutulmuş müddət aktın "göndərilmə" ilə "rəsmi qaydada verilmə" eyni hüquqi anlayışlar deyildir, Apellyasiya məhkəməsi iclası zamanı barəsində inzibati xəta üzrə qərar qəbul olunmuş şəxs Qərardan şikayət verən orqan (şəxs) etibarnamə üzrə nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan Qərarından şikayət verilən orqan nümayəndəsi məhkəmə iclasına gəlməmiş, IXM-in 133.2.4cü maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. hüquqi məsələlər: IXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; IXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Apellyasiya məhkəməsi şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, Qərarından şikayət verilən orqan nümayəndəsi X1 tərəfindən verilmiş şikayət təmin edilməməli və iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarının tədqiq edilməsi zamanı müəyyən olunur ki, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ##.##.2025-ci il tarixdə “AzDoc” elektron sistem üzərindən Qərarından şikayət verilən orqan göndərilmişdir. Lakin qərarından şikayət verilən orqan Qərarından şikayət verilən orqan nümayəndəsi Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarından ##.##.2026-cı il tarixdə məhkəməyə şikayət versə də, həmin qərardan şikayət verilməsi üçün müəyyən edilmiş müddətin ötürülməsinə dair hər hansı əsaslı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Inzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Inzibati Xətalar Məcəlləsinin 57.5-1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) məlumatlandırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilmiş inzibati xəta haqqında protokollar, o cümlədən elektron protokollar, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlar (qərardadlar), o cümlədən elektron qərarlar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.5-1.1. inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 57-1.1.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.5-1.2. inzibati xəta törətmiş şəxs bu Məcəllənin 57-1.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş sənədlər və onların əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir (Inzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsi). Göründüyü kimi, məhkəmənin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərardadında ətraflı təsvir olunub şərh edildiyindən, həmçinin məhkəmə həmin sübutların mötəbərliyi ilə razılaşdığından bu sübutları yenidən təsvir və şərh olunmasına zərurət görmür. Apellyasiya instansiya məhkəməsinin bu mülahizələri, Insan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının mübahisələndirilməsi ilə bağlı bir sıra işlərə baxan zaman nümayiş etdirdiyi və ardıcıl olaraq müdafiə elədiyi hüquqi mövqelərdən də qaynaqlanır. Məsələn: «V.K.Nelyubin Rusiya Federasiyasına qarşı iş üzrə» ## ####### 2006-cı il tarixli qərardadında Avropa Məhkəməsi bildirdi ki, insan Hüquqlarının müdafiəsi və əsas azadlıqlar haqqında Avropa konvensiyasının 6-cı maddəsində təsbit edilmiş ağlabatan müddət daxilində ədalətli məhkəmə araşdırmasına (məhkəməyə) olan hüquq, Konvensiyanın hüququn aliliyini bəyan edən Preambulası nəzərə alınmaqla təfsir edilməlidir. Hüququn aliliyini təmin edən təməl şərtlərdən biri isə məhkəmələrin qəti (yəni, artıq qüvvəyə minmiş) qərarlarının şübhə altına alınmasını istisna edən hüququ müəyyənlik prinsipidir (qərardadın 22-ci bəndi). Beynəlxalq Məhkəmənin mövqeyinə görə hüquqi müəyyənlik prinsipi heç bir tərəfə sadəcə təkrar məhkəmə dinləmələrinin keçirilməsi və iş üzrə yeni qərarın çıxarılması naminə məhkəmələrin qəti və icra üçün məcburi olan qərarlarına yenidən baxılmasını tələb etməyə imkan vermir. Artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və dəyişdirilməsi üzrə yuxarı məhkəmələrin səlahiyyətləri yalnız fundamental səhvlərin düzəldilməsi üçün istifadə olunmalıdır. Baxılan məsələ üzrə sadəcə iki fərqli mövqenin mövcudluğu təkrar baxılma üçün əsas ola bilməz. Bu prinsipdən kənara çıxılmasına yalnız əhəmiyyətli və təkzibedilməz hallar olduqda bəraət qazandırmaq mümkündür (23-cü bənd). Ümumiyyətlə, Avropa Məhkəməsi Konvensiyanın 6-cı maddəsinin 1-ci paraqrafında təsbit edilən məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasını hüquqi müəyyənlik prinsipinə əməl olunması ilə əlaqələndirərək, qeyd etdi ki, konvensiya iştirakçılarının hüquq sistemlərində, verilməsi hər hansı müddət hüdudları ilə məhdudlaşdırılmayan şikayət əsasında artıq qüvvəyə minmiş və icrası məcburi olan məhkəmə qərarının ləğv edilməsi imkanının nəzərdə tutulması ədalətli məhkəmə araşdırmasına (məhkəmə müdafiəsinə) olan hüququ illüziyaya çevirir (24-cü bənd). Avropa Məhkəməsi eyni yanaşmanı Brumareskunun Rumıniyaya qarşı ## ####### 1999-cu il tarixli, X6rşı ## #### 2002-ci il tarixli, Ryabıxın Rusiyaya qarşı ## #### 2003-cü il tarixli, X5rşı ## ####### 2004-cü il tarixli qərardadlarda və bir sıra başqa qərarlarında da nümayiş etdirmişdir. Beləliklə, məhkəmə aktını vaxtında almış şəxs tərəfindən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayətinin verilməməsi, bunun isə qanunvericilikdə heç də məqbul hesab edilməyən səbəblərlə əlaqələndirməsi, müddət keçdikdən sonra apellyasiya şikayətini verməsi halları yalnız həmin şəxsin iradəsindən asılı olan məsələ kimi təzahür edir. Istisna etmək olmaz ki, inzibati orqan sui-istifadəyə yol verib uzun müddət səhlənkarlığı nəticəsində məhkəmə aktından şikayət verməmişdir. Aydındır ki, qüvvəyə minmiş məhkəmə aktının taleyi, onun yaratdığı hüquq münasibətləri barəsində uzun müddət sürən belə qeyri-müəyyənlik vəziyyəti, yuxarıda göstərilən presedentlər və həmin qərarlarda şərh edilən hüquqi müəyyənlik prinsipi nöqteyi-nəzərindən məqbul sayıla bilməz. Qeyd olunanlardan əlavə inzibati orqan apellyasiya şikayətində qərarın onlara rəsmi formada təqdim olunmadığını bildirsə belə, müddət bərpası ilə bağlı vəsatətdə qeyd olunan xüsusata toxunmamış, vəsatəti inzibati orqan daxilində sənəd dövriyyəsinin müyyən vaxt tələb etməsi ilə əsaslandırmışdır. IXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Qərarından şikayət verilən orqan nümayəndəsi X1 tərəfindən verilmiş şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və IXM-in 133-135-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Qərarından şikayət verilən orqan nümayəndəsi X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-491/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-10)-491/2026
02.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver