Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 3(3-10)-492/2026 25.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Səmədov Xəqani Hacı oğlunun sədrliyi, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından protokol tərtib edən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini Elmar Musayev tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin (hakim Nərgiz Abbaszadə) ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilərək inzibati məsuliyyətdən azad edilməsi qərara alınmışdır. Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından protokol tərtib edən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından protokol tərtib edən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini Elmar Musayev tərəfindən təkrarən apellyasiya şikayəti verilmişdir. Protokol tərtib edən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini Elmar Musayev tərəfindən verilmiş apellyasiya şikayətində Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin mövcud olduğu nəzərə alınaraq qanunvericiliyin tələblərinə uyğun qərar qəbul edilməsi xahiş edilmişdir. Protokol tərtib edən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ## ###### 2026-cı il tarixdə, *- **-**/*-****/**** nömrəli məktubla Şəki Apellyasiya məhkəməsinə müraciət edərək eyni məsələ ilə bağlı fərqli tarixlərdə Şəki Apellyasiya Məhkəməsinə müraciət etdiklərini, buna görə də ##.##.2026-cı il tarixli apellyasiya şikayətinin baxılmadan saxlanılmasını xahiş etmişlər. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ-nin və protokol tərtib edən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılmasını ehtiva edən 17-ci fəslində inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən apellyasiya şikayətindən imtina edilməsinə dair norma nəzərdə tutulmadığından, yəni bu məsələ İXM ilə tənzimlənmədiyindən, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair # ###### 2016-cı il tarixli qərarına istinad etməklə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müvafiq normaları analogiya üzrə tətbiq edilməlidir. Belə ki, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında göstərilmişdir ki, cinayətprosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Ona görə də Аzərbаycаn Respublikаsı Cinayət-Prosessual Məcəlləsinin 390.4-cü (Apellyasiya şikayətinin və ya apelyasiya protestinin geri götürülməsi, dəyişdirilməsi və onlara əlavə edilməsi) maddəsinə əsasən, bu Məcəllənin 390.5 və 390.6-cı maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir. Аzərbаycаn Respublikаsı Cinayət-Prosessual Məcəlləsinin 396-cı (Apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi) maddəsinə əsasən, apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. İşdən görünür ki, protokol tərtib edən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini Elmar Musayev müraciət edərək iş üzrə verilmiş apellyasiya şikayətindən imtina etdiklərini və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Ona görə də apellyasiya məhkəməsi hesab edir ki, həmin apellyasiya şikayətinə baxılmasına xitam verilməlidir. Qeyd olunаnlаrа əsаsən və İXM-in 131-133 və 136-cı mаddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi qərara aldı: Protokol tərtib edən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini Elmar Musayev tərəfindən verilmiş apellyasiya şikayətindən imtina qəbul edilsin və apellyasiya şikayətinə baxılmasına xitam verilsin. Qərardad elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-492/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-10)-492/2026
25.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver