Məhkəmə qərarları › İş №3(3-10)-494/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-494/2026

25.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-494/2026 25.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilməsinə dair Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhəmədiyyə oğlunun müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxmağa hazırlıq zamanı, müəyyən etdi Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən hakim Ülvi Qənbərov) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilməsi müəyyən edilmişdir. işin halları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhəmədiyyə oğlunun barəsində AR IXM-nin 528.1-1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (##.##.2026-cı il tarixli MN 2488509) tərtib olunmuşdur ki, o, 22000 manat əsas borc, 500 manat faiz borcu və 157,50 manat dövlət rüsumunun iddiaçı zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsi barədə Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli *(***)-****/**** saylı; ##.##.2025-ci il tarixdən başlayaraq ##.##.2015-ci il təvəllüdlü X1 və ##.##.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqınıın 0,62 misli həddində sabit pul məbləğində zərərçəkmiş şəxs1 xeyrinə aliment ödənilməsi, 50 manat dövlət rüsumunun Dövlət Büdcəsinə ödənilməsi barədə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli 2(011)- ****/**** saylı icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etmədiyinə görə ##.##.2026-cı il tarixdə AR IXM-nin 528.1-ci maddəsi ilə inzibati qaydada tənbeh olunmuş və barəsində olan inzibati tənbeh vermə haqqında qərarın qüvvəyə mindiyi gündən bir il keçməmiş eyni icra sənədlərinə münasibətdə IXM-nin müvafiq maddəsində nəzərdə tutulan inzibati xətanı yeridən törədərək Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli *(***)-****/**** saylı icra sənədi üzrə zərərçəkmiş şəxs2 22657.50 manat, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli 2(011)- ****/**** saylı icra sənədi üzrə zərərçəkmiş şəxs1 5056 manat məbləğində borcunu ödəməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhəmədiyyə oğlu özünü qismən təqsirli bilərək göstərmişdir ki, 22000 manat əsas borc, 500 manat faiz borcu və 157,50 manat dövlət rüsumunun iddiaçı zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsi barədə Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli *(***)-****/**** saylı; ##.##.2025-ci il tarixdən başlayaraq ##.##.2015-ci il təvəllüdlü X1 və ##.##.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqınıın 0,62 misli həddində sabit pul məbləğində zərərçəkmiş şəxs1 xeyrinə aliment ödənilməsi, 50 manat dövlət rüsumunun Dövlət Büdcəsinə ödənilməsi barədə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli 2(011)- 7260/2025 saylı icra sənədləri üzrə tələbi icra etməməsi üzrsüz səbəbdən olmamışdır. Belə ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli 2(011)- ****/**** saylı icra sənədi üzrə o, indiyədək hissəhissə ödənişlər etmiş, lakin maddi vəziyyəti ilə əlaqədar natamam ödənişlər etdiyi üçün zərərçəkmiş şəxs1 cəmi 5056,0 manat məbləğində borcu qalmışdır. Qəbələ Rayon Məhkəməsinin ##.##.2026ci il tarixli *(***)-****/**** saylı icra sənədi üzrə zərərçəkmiş şəxs2 ödənilməli olan 22657.50 manat məbləğində vəsaitin ayda 500 manat ödənilməklə qaytarılması barədə tələbkarla razılaşa bilməmişdir. Başqa gəlirləri və qiymətli əmlakı olmadığından tələb olunan məbləği birdəfəlik ödəmək iqtidarında deyil. Ona görə də, qalıq borcunun hissə-hissə ödənilməsinə möhlət verilməsini xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhəmədiyyə oğlunun müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətləri vermişdir. apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 veridiyi apellyasiya şikayətində Qəbələ Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı inzibati xəta haqqında iş üzrə barəsində inzibati tənbeh tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhəmmədiyə oğluna 20 (iyirmi) sutka müddətinə inzibati həbs verilməsi barədə qərarı ləğv edililməsini, borcun ona, tələbkara, tam şəkildə ödənilməsi, icra sənədi üzrə tələbin tam icra olunması və hazırda hər hansı borcun qalmaması nəzərə alınaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhəmədiyyə oğlunun müdafiəçisi Vəkil veridiyi apellyasiya şikayətində Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhəmədiyyə oğlunun həbsdən azad olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. hüquqi məsələlər: IXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; IXM-in 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Iş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli 2(011)- ****/**** nömrəli icra vərəqəsinə əsasən ##.##.2025-ci il tarixdən başlayaraq ##.##.2015-ci il təvəllüdlü X1 və ##.##.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqınıın 0,62 misli həddində sabit pul məbləğində aliment zərərçəkmiş şəxs1 xeyrinə, 50 manat dövlət rüsumu Dövlət Büdcəsinə ödənilməlidir. Iş materiallarında olan Qəbələ Rayon Icra Qrupunun ##.##.2026-cı il tarixli “Icraata başlamaq haqqında” Qərarının surətinə əsasən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli 2(011)- ****/**** nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. Iş materiallarında olan AR-nın ƏN Qəbələ Rayon Icra Qrupu tərəfindən verilmiş ##.##.2026-cı il tarixli e*****/****-**-* nömrəli bildirişin surətinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhəmədiyyə oğlundan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli 2(011)- ****/**** nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. Iş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli *(***)- ****/**** nömrəli icra vərəqəsinə əsasən cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhəmədiyyə oğlundan 22000 manat əsas borc, 500 manat faiz borcu və 157,50 manat dövlət rüsumu tutulub iddiaçı zərərçəkmiş şəxs2 xeyrinə ödənilməlidir. Iş materiallarında olan Qəbələ Rayon Icra Qrupunun ##.##.2026-cı il tarixli “Icraata başlamaq haqqında” Qərarının surətinə əsasən Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli *(***)-****/**** nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. Iş materiallarında olan AR-nın ƏN Qəbələ Rayon Icra Qrupu tərəfindən verilmiş ##.##.2026-cı il tarixli e******/****-**-* nömrəli bildirişin surətinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhəmədiyyə oğlundan Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli *(***)-****/**** nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. Iş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** saylı Qərarının surətinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhəmədiyyə oğlu AR IXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Iş materiallarında olan AR ƏN Qəbələ Rayon Icra və Probasiya şöbəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli arayışa əsasən Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli *(***)-****/**** saylı icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhəmədiyyə oğlunun zərərçəkmiş şəxs2 22657.50 manat, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı icra sənədinə əsasən zərərçəkmiş şəxs1 5056 manat borcu var. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı işin icraata qəbul edilməsinə dair qərardadı və Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı yekun qərarı ləğv edilərək inzibati xəta haqqında material Qəbələ Rayon Məhkəməsinə işə baxmağa hazırlıq mərhələsinə qaytarılmalıdır. Belə ki, IXM-in 6-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə tənbeh tətbiq edilərkən qanunçuluq prinsipinə ciddi riayət olunmalı, inzibati xəta haqqında iş üzrə icraat qanunla müəyyən edilmiş səlahiyyətlər çərçivəsində və tam qanunauyğun prosedurlar əsasında həyata keçirilməlidir. Lakin birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, IXM-in 84-cü maddəsinin tələblərinə zidd olaraq sübutları məcmuda düzgün qiymətləndirməmiş və nəticədə qanunsuz məhkəmə aktı qəbul etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişində qanunvericiliyin tələb etdiyi əsas prosessual sənədlərin mövcudluğu və forması məcburi xarakter daşıyır. IXM-in 100-cü maddəsinin müddəalarına əsasən, inzibati xəta törədilməsi faktını təsdiq edən ilk və əsas sənəd qanunauyğun şəkildə tərtib edilmiş inzibati xəta haqqında protokoldur. Hazırkı iş materiallarının tədqiqi zamanı isə məlum olmuşdur ki, iş materiallarında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol mövcud deyildir. Inzibati xəta haqqında protokolun iş materiallarında olmaması prosessual qanunvericiliyin fundamental şəkildə pozulması deməkdir. Müvafiq protokol olmadan şəxsin inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunması qanunsuzluq təşkil edir və birinci instansiya məhkəməsi bu mühüm halı tamamilə nəzərdən qaçırmışdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il # #### tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. Inzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. Inzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarında həmin Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il # ###### tarixli Qərarına istinad edilməklə qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Inzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Qanunun analogiya üzrə tətbiqi konkret hüquq münasibətlərini tənzimləyən normanın olmamasını və bu hüquq münasibətlərinə oxşar münasibətləri tənzimləyən digər qanun normasının tətbiqini nəzərdə tutur. Məhz konkret normanın olmaması qanunun analogiya üzrə tətbiqini onun təfsirindən fərqləndirən əsas əlamətdir. Hüquq nəzəriyyəsində formalaşmış fikrə əsasən, hüququn təfsiri normanın mətninin mənasının aydınlaşdırılması və izahıdır. Hüquqi boşluq isə əksinə, hüquqi məsələni tənzimləyən normativ mətnin olmamasını və ya natamam olmasını nəzərdə tutur. Normativ akt konkret mübahisəli məsələnin həlli üçün nəzərdə tutulduqda, lakin nəticə etibarı ilə mətninin ikimənalılığı və ya qeyri-dəqiqliyinə görə deyil, natamamlığına görə bunu etmək qabiliyyətində olmadıqda boşluq yaranır. Beləliklə, baxmayaraq ki, hüquqi boşluğun müəyyən edilməsi yalnız hüquq normasının təfsir edilməsindən sonra mümkün olur, onun aradan qaldırılması hüquq normasının təfsiri prosesi çərçivəsində həyata keçirilmir. Hüquq tətbiqedən normanın məzmununu, o cümlədən nəzərdə tutulan mənanı müəyyən etməklə həmin normanın qeyri-müəyyənliyini və ikimənalılığını aradan qaldırmış olur. Boşluğun aradan qaldırılması zamanı isə hüquq tətbiqedən faktiki olaraq konkret hüquqi mübahisənin birdəfəlik həlli üçün qanunvericiliklə müəyyən edilmiş meyarlara müvafiq davranış qaydası müəyyənləşdirir. Oxşar münasibətləri tənzimləyən CPM-in 303.3.4-cü maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun məhkəməyə təqdim olunmuş materiallarda olmaması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. CPM-in 391.8 və 391.8.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsində məhkəmə baxışı bu Məcəllənin 303.3-cü maddəsinin tələbləri pozulmaqla keçirildikdə Apellyasiya instansiyası məhkəməsi cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. Inzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. IXM-nin 135.1.1-cı maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. IXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; IXM-in 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, inzibati xəta törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsinə dair ittiham məhz inzibati protokol (prokurorun qərarı) əsasında yaranır. Bu prosessual sənəd olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatın növbəti, yəni inzibati xətaya dair işə baxılması mərhələsinə keçmək mümkün deyil. Hazırkı iş materiallarının tədqiqi zamanı iş materiallarında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol mövcud olmadığından işə mahiyyəti üzrə baxılması qeyri-mümkündür Odur ki, apellyasiya məhkəməsi hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı işin icraata qəbul edilməsinə dair qərardadı və Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı yekun qərarı ləğv edilərək inzibati xəta haqqında material Qəbələ Rayon Məhkəməsinə işə baxmağa hazırlıq mərhələsinə qaytarılmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və IXM-in 132-136-cı maddələrini rəhbər tutaraq, qərara aldı: Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı işin icraata qəbul edilməsinə dair qərardadı və Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı yekun qərarı ləğv edilərək inzibati xəta haqqında material Qəbələ Rayon Məhkəməsinə işə baxmağa hazırlıq mərhələsinə qaytarılsın. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dərhal həbsdən azad edilsin. Qərar icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar