Məhkəmə qərarları › İş №3(3-10)-495/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-495/2026

03.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-495/2026 03.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Səmədov Xəqani Hacı oğlunun sədrliyi, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Qax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qax Rayon Məhkəməsinin (hakim Mirheydər Zeynalov) ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) EQ ******** nömrəli, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsinə dair verdiyi şikayətin təmin edilməməsi qərara alınmışdır. işin halları: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsilə məhkəməyə müraciət edərək, EQ 37649833 №li, ## #### 2026-cı il tarixli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) izahatında göstərmişdir ki, ona məxsus «Mercedes-Benz E280 CDI» markalı, «az 90 Z0 505» dövlət qeydiyyat nişanlı avtomobillə ## #### 2026-cı il tarixdə Qax rayonu, C.Cabbarlı küçəsində, M.F.Axundov istiqamətində hərəkətdə olarkən 61 km/saat sürətlə hərəkət etdiyi əsas gətirilərək barəsində 10 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Həmin yolda 50 km/saat sürət həddini müəyyən edən 3.** nömrəli yol nişanı yerləşir. Lakin həmin nişandan sonra V.Eyvazov küçəsi ilə yol ayrıcı mövcuddur. Yol ayrıcından sonra 50 km/saat sürət həddini təkrar edən heç bir yol nişanı və ya onun təsir zonasını uzadan əlavə məlumat lövhəsi yoxdur. Radar isə məhz həmin yol ayrıcından sonra yerləşir. Azərbaycan Respublikasının «Yol hərəkəti haqqında» Qanunun * saylı Əlavəsinin II hissəsində nəzərdə tutulan 3.24 №li (Maksimum sürətin məhdudlaşdırılması) yol nişanına əsasən, bu nişanın qüvvəsi quraşdırıldığı yerdən ondan sonrakı ilk yolayrıcına qədər, yaşayış məntəqələrində isə yolayrıcı olmadıqda yaşayış məntəqəsinin sonuna qədərdir. Bu səbəbdən hesab edir ki, V.Eyvazov küçəsi ilə yol ayrıcını keçdikdən sonra 50 km/saat məhdudiyyəti artıq qüvvədə olmamışdır. Radarın yerləşdiyi hissədə yaşayış məntəqəsi üçün tətbiq olunan ümumi sürət həddi nəzərə alınmalı idi. Buna baxmayaraq, ona 50 km/saat məhdudiyyəti əsasında inzibati cərimə tətbiq edilmişdir. Qərar qanunsuzdur. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Qax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya şikayəti verilmişdir. Şikayətin dəlilləri: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) verdiyi apellyasiya şikayətini əsaslandıraraq bildirmişdir ki, Baş Dövlət Yol Polisi İdarəsinin ## #### 2026-cı li tarıxii, EQ 37649833 nömrəii inzibatı tənbeh haqqında qərarı ilə o, idarə etdiyi "Mercedes-Benz E280 CDI" markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qax rayonu, C.Cabbarlı küçəsindən M.F.Axundov küçəsi istiqamətində hərəkətdə olarkən 61 km/saat sürətlə hərəkət etdiyi əsas gətirilərək İnzibati Xətalar Məcəlləsinin (İXM) 328.1 -ci maddəsi ilə 10 (on) manat məbləğində inzibati cərimə olunmuşdur. Həmin qərardan verdiyi şikayətə Qax Rayon Məhkəməsində baxılmış və hakim Mirheydər Zeynalovun sədriyi ilə ## #### 2026-cı il tarixdə *(*-***)-***/**** nömrəli qərar çıxarılaraq şikayəti təmin edilməmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, guya "inzibati xəta haqqında qərarın qanunsuz olduğunu təsdiq edən heç bir tutarlı sübut məhkəməyə təqdim olunmamışdır". Hesab edir ki, Qax Rayon Məhkəməsinin sözügedən qərarı əsassız, qanunsuz və sübutların tam, hərtərəfli və obyektiv araşdırılmaması nəticəsində çıxarılmışdır. 3.24 ("Maksimum sürətin məhdudlaşdırılması") yol nişanının qüvvəsi quraşdırıldığı yerdən ondan sonrakı ilk yolayrıcına qədər şamil olunur. Yolayrıcından sonra həmin məhdudiyyəti təkrar edən yeni nişan yoxdursa, yaşayış məntəqələri üçün müəyyən edilmiş ümumi sürət rejimi (60 km/saat) qüvvəyə minir. Hərəkət etdiyi Cəfər Cabbarlı küçəsində 50 km/saat sürət həddi təyin edən 3.24 nişanından sonra Vaqif Eyvazov küçəsi ilə yol ayrıcı mövcuddur. Sürətölçən radar cihazı isə məhz bu yol ayrıcından sonra yerləşdirilmişdir. Yol ayrıcından sonra 50 km/saat məhdudiyyətini təkrar edən heç bir yol nişanı və ya onun təsir zonasını uzadan əlavə məlumat lövhəsi yoxdur. Dolayısı ilə, radarın yerləşdiyi hissədə yaşayış məntəqəsi üçün ümumi hərəkət sürəti olan 60 km/saat həddi qüvvədə olmuşdur. Onun hərəkət sürəti 60 km/saat olduğuna görə, normativ hüquqi aktlara əsasən xətaya yol verilməmişdir (ölçmə cihazının icazə verilən xətası çərçivəsindədir). Birinci instansiya məhkəməsi qərarında göstərmişdir ki, guya tərəfindən heç bir sübut təqdim olunmamışdır. Lakin bu iddia həqiqəti əks etdirmir. O, məhkəməyə ərizəsilə birlikdə həmin yol ayrıcının, yol nişanının və radarın yerləşmə mövqeyini aydın göstərən fotoşəkilləri təqdim etmişdir. Məhkəmə iclası zalında şəxsi çəkilişi olan video yazını və hadisə yerinin video sübutunu gətirərək məhkəməyə təqdim etmişdir. Məhkəmə zalında aparılan rəsmi audio/video qeydiyyatında da bu sübutları təqdim etməsi və izahatları açıq-aydın lentə alınmışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsinə təqdim etdiyi foto və video sübutları tədqiq etmiş, nə hadisə yerinə baxış keçirilməsi haqqında vəsatətini təmin etmiş, nə də DYP tərəfindən xəritə/sxem tələb edərək yol ayrıcının mövcudluğunu yoxlamışdır. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən, barəsində inzibati icraat aparılan şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə görə isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə iclasına şikayət olunan orqanın (DYP) nümayəndəsi belə gəlməmiş, məhkəməyə radarın dəqiq koordinatları və yol nişanlarının yerləşmə sxemi təqdim edilməmişdir. Sübutetmə öhdəliyi iddia edən orqanın üzərinə düşdüyü halda, məhkəmə yalnız formal olaraq cərimə qərarına əsaslanmış və təqsirsizlik prezumpsiyasını pozmuşdur. Odur ki, Qax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi, DİN Baş Dövlət Yol Polisi İdarəsinin ## #### 2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh haqqında qərarının ləğv edilməsi, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, işə apellyasiya instansiyasında baxılarkən tərəfindən təqdim edilən video və foto sübutların tam və hərtərəfli tədqiq edilməsini, zərurət yarandıqda Qax rayonu C.Cabbarlı və V.Eyvazov küçələrinin kəsişməsindəki yol nişanlarının yerləşmə sxeminin müvafiq qurumdan tələb olunmasını xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, barəsində qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) ərizə ilə müraciət edərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən apellyasiya məhkəməsi işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.1-ci maddəsinə görə, hakimin inzibati xəta haqqında iş üzrə qərarından şikayət və ya protest apellyasiya instansiyası məhkəməsinə verilir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Qax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan EQ 37649833 №li, ## #### 2026-cı il tarixli nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 manat məbləğində cərimə edilmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qərarı əsaslandıraraq göstərmişdir ki, inzibati xəta haqqında qərarın qanunsuz olduğunu təsdiq edən heç bir tutarlı sübut məhkəməyə təqdim olunmamış və qərarın əsassızılığını təsdiq edən heç bir əsas müəyyən olunmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) verdiyi apellyasiya şikayətinin başlıca dəlili Qax rayonu, Cəfər Cabbarlı küçəsində 50 km/saat sürət həddi təyin edən 3.24 yol nişanından sonra Vaqif Eyvazov küçəsi ilə yol ayrıcının mövcud olması, sürətölçən radar cihazının isə məhz bu yol ayrıcından sonra yerləşdirilməsi, yol ayrıcından sonra 50 km/saat məhdudiyyətini təkrar edən heç bir yol nişanı və ya onun təsir zonasını uzadan əlavə məlumat lövhəsi olmadığından orada yaşayış məntəqəsi üçün ümumi hərəkət sürəti olan 60 km/saat həddinin qüvvədə olmasındandır. Məhkəmə şikayətin dəlillərilə bağlı olaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 2-ci bəndində göstərilmişdir ki, yol hərəkətinin iştirakçıları yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin VII bəndində göstərilmişdir ki, yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan 150-1000 metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 11-ci bəndində göstərilmişdir ki, yolayrıcı yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir. Habelə, həmin Qanunun 64-cü maddəsinin VI bəndində göstərilmişdir ki, 3.16, 3.20, 3.22, 3.24, 3.26—3.30 nişanlarının qüvvəsi nişanın qoyulduğu yerdən ən yaxın yolayrıcına qədər, yaşayış məntəqələrində yolayrıcı olmadıqda isə yaşayış məntəqəsinin qurtaracağına qədərdir. Yola bitişik ərazilərdən yola çıxış yerlərində, çöl, meşə yolları və qarşısında müvafiq nişanlar qoyulmamış digər ikinci dərəcəli yollarla kəsişmə (qovuşma) yerlərində nişanlar qüvvəsini itirmir. Sadalanan normaların tələbləri baxımından məhkəmə Qərardan şikayət verən orqan (şəxs) dəlillərini əsaslı hesab etmir, onun İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi və onun əməlində həmin inzibati xəta tərkibinin olması iş materialları ilə kifayət qədər sübut olunur. İXM-nin 328.1-cü maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə - 10 manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 21-ci mаddəsinə əsasən, inzibаti tənbeh məsuliyyət tədbiridir və inzibаti xətа törədən şəxsi qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə həm inzibаti xətа törətmiş şəxs, həm də bаşqа şəxslər tərəfindən yeni inzibаti xətа törədilməsinin qаrşısını аlmаq məqsədi dаşıyır. Qeyd edilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) Qax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi barədə şikayətinin dəlilləri əsassızdır. Apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) manat məbləğində inzibati cərimə edilməsinə dair DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin EQ 37649833 №li, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsinə dair verdiyi şikayətin təmin edilməməsi barədə qərar qəbul etməklə düzgün nəticəyə gəlmişdir. İXM-nin 31-ci mаddəsinə əsasən, inzibаti xətаyа görə tənbeh bu Məcəlləyə uyğun оlаrаq tətbiq edilir. Fiziki və yа vəzifəli şəxslər bаrəsində inzibаti tənbeh tətbiq edilərkən xətаnın xаrаkteri, inzibаti xətа törədənin şəxsiyyəti, оnun təqsirinin dərəcəsi, əmlаk vəziyyəti, hаbelə məsuliyyəti yüngülləşdirən və аğırlаşdırаn hаllаr nəzərə аlınır. İnzibаti Xətаlаr Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda apellyasiya instansiyası məhkəməsi qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Qax Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar