Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-496/2026 02.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair şikayətinin təmin edilməməsi və həmin qərarın dəyişdirilmədən saxlanılmasına dair Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim Pərvanə Məmmədova) Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair şikayətinin təmin edilməməsi və həmin qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. işin halları: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətlə Şəki Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəis əvəzi X1 tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etmişdir Birinci instansiya məhkəməsi iclasında iştirak edən şikayətçi şikayətin ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin məsləhətçi müfəttişi X4 tərəfindən onun barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə ## ### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi əvəzi X1 tərəfindən qəbul edilmiş ## #### 2026cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən o, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. Barəsində qeyd edilən inzibati xəta haqqında protokolun və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas kimi onun ## ### 2026-cı il tarixdə Şəki rayonu, Qızılarx kəndi ərazisində donuzçuluq fermasında heç bir icarə sənədi olmadan 7 (yeddi) ədəd müxtəlif diametrli və cinsdə olan köküstə yaşıl ağacları və 24 (iyirmi dörd) ədəd kolu kəsdiyini, təbiətə 3280 manat məbləğində ziyan dəydiyini göstərmişlər. Onun həmin hərəkətlərində inzibati xəta tərkibi olmamışdır. Kəsildiyi bildirirlən 7 (yeddi) ədəd müxtəlif diametrli və cinsdə olan köküstə yaşıl ağacların və 24 (iyirmi dörd) ədəd kolun yerləşdiyi ərizi xüsusi mülkiyyətdə olan torpaq sahələrinə aiddir. Qeyd edilən ərazidəki torpaq sahəsinin mülkiyyətçisi X2r. ## ##### 2026-cı il tarixli, **/** nömrəli hərrac protokoluna əsasən "xxxx" ASC-nə məxsus olan və Şəki rayonu, Qızılarx kəndində yerləşən əmlak kompleksi kimi müəssisisə 180000 manata X2. Həmin hərrac protokolundan da görünür ki, hərrac yolu ilə 180000 manata satılması nəzərdə tutulan əmlak kompleksinə müəssisə (obyekt, daşınar əmlak, yarımçıq tikili) ilə yanaşı 17424 kvadrat metr torpaq sahəsi də daxil olmuşdur. Hərracdan əvvəl “xxxx" ASCnin adına ## ### 2018-ci il tarixdə verilmiş *********** qeydiyyat nömrəli, 40401300002106301 daşınmaz əmlakın reyestr nömrəli çıxarışdan görünür ki, "xxxx" ASC-nin mülkiyyətinə verilmiş 3381 kvadrat metr torpaq sahəsi xüsusi mülkiyyətə aid torpaq sahəsi olmuşdur. Həmin xüsusi mülkiyyətdə olan torpaq sahəsinin əvvəlki mülkiyyətçisi "xxxx" ASC, hazırki mülkiyyətçisi isə X2r. Həmin ağac və kolların kəsilməsi nəticəsində zərər dəymişdirsə də, həmin zərər dövlətə, meşəyə, bələdiyyə deyil, torpağın və onun üzərində yerləşən əmlakın xüsusi mülkiyyətçisi X2 dəymişdir. X2 və əvvəlki mülkiyyətçinin isə mülkiyyətinə dəymiş zərərlə bağlı hər hansı bir şikayəti, iddiası, tələbi olmamış və hazırda da yoxdur. O, sadəcə təmizlik işləri görmüş, oranı hərracdan sonra iş görülməsi üçün artıq ağac və kollar götürülməli idi. Qeyd etdiklərinə əsasən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən onun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinərək, 2000 (iki min) manat məbləğində inzibati cərimə edilməyimlə bağlı verilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi-X6 bildirmişdir ki, şikayət əsassızdır. Kəsilən 6 ədəd incil, 1 ədəd göyəm, 19 böyütrkən, 3 ədəd nar, 1 ədəd üzüm, 1 ədəd yemişan olmaqla, cəmi 7 ədəd ağac, 24 ədəd kol olmaqla, diametrləri nəzərə alınmaqla 3280 manat ziyan dəymişdir. Həmin ağac və kolların götürülməsi ilə bağlı nə sahibkar, nə də ki, vətəndaş tərəfindən hər hansı müraciət edilməmişdir. Həmin ərazi qeyriyaşayış sahəsidir. Kəsilmə və budanma üçün icazə alınmalı idi. Buna əməl edilməmiş, inzibati xəta törədilmişdir. Şəxs bildirir ki, orada fəhlə işləyir, bekar qaldığı üçün təmilzik üçün etmişdir. Özünün iştirakı ilə araşdırılmışdır. Qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya şikayəti vermişdir. apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) verdiyi apellyasiya şikayətində Şəki Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən onun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinərək, 2000 (iki min) manat məbləğində inzibati cərimə edilməyi ilə bağlı verilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin dəlilləri ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan birinci instansiya məhkəməsinə verilmiş şikayətlə eyni məzmunda olmuşdur. Apellyasiya instansiya məhkəməsi iclası zamanı barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda çıxış edərək sonda ona təyin olunmuş cərimənin azaldılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə hazırki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarı dəyişdirilmədən saxlanmaldır. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin müfəttişi Pərvin Səmədov, Rəvan Zakirli, Şahəddin Novruzzadə, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən imzalanmaqla, 18-## ### 2026cı il tarixdə tərtib edilmiş ****** saylı aktdan görünür ki, Idarənin əməkdaşları tərəfindən Şəki rayonu Qızılarx kəndi ərazisində reyd keçirilmiş, Köhnə donuzçuluq ferması adlanan ərazidə köhnə tikilnin ətrafında ağac və kolların məhv edilməsi faktı aşkar edilmişdir. Həmin ərazi 3381 kv.m olmaqla xxxx ASC-nin əmlak kompleksi kimi müəssisə sahəsi olduğu və onun sahəsinin 1724 kv.m hissəsi ##.##.2026-cı il tarixdə X3 adına hərrac yolu ilə özgəninkiləşdirilmişdir. Əraziyə baxış zamanı həmin şəxsin iştirakı təmin olunmuşdur. Baxış zamanı 1 ədəd 12 sm, 1 ədəd 16 sm, 2 ədəd 20 sm, 1 ədəd 28 sm, 1 ədəd 30 sm olan incil ağacı, 1 ədəd 20 sm olan göyəm ağacı, ümumilikdə 7 ağac, 19 ədəd böyürtkən, 3 ədəd nar, 1 ədəd üzüm, 1 ədəd yemişan kolunun, ümumilikdə 24 ədəd kolunyaş halda kökündən kəsilərək əraziyə yığıldığı aşkar edilmişdir. Araşdırma zamanı həmin ağac və kolların X5 trəfindən məhv edildiyi müəyyən edilmişdir. Iş materiallarında olan X5 * saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəis əvəzi Anar Vəliyevə ##.##.2026-cı il tarixdə verdiyi izahatın surətindən görünür ki, köhnə donuzçuluq fermasında müdriyyətin xəbəri olmadan boş dayanmamaq üçün kolları qırmışdır. Bu hərəkətin qanunsuz olduğunu bilməmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi- müfəttiş X4 tərəfindən ## ### 2026-cı il tarixdə tərtib olunmuş MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ## ### 2026-cı il tarixdə Şəki rayonu Qızılarx kəndində yerləşən köhnə donuzçuluq ferması adlanan ərazidə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ağac və kol kəsilməsi faktı müəyyən olunmuş və onun barəsində Azərbaycan Respublikası IXM-in 253.2-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair protokol tərtib olunmuşdur. Iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəis əvəzi X1 # #### 2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Şəki rayonu Qızılarx kəndində yerləşən köhnə donuzçuluq ferması adlanan ərazidə heç bir icazə sənədi olmadan 7 ədəd müxtəlif diametrli ağac və 24 ədəd kolu kəsmişdir. Təbiətə dəymiş ziyan 3280 manatdır. Buna görə Azərbaycan Respublikası IXM-in 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə sonuncu barəsində 2000 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Iş materiallarında olan ziyanın hesablanmasına dair cədvəldən görünür ki, dəymiş ziyan Azərbaycan Respublikası Naizrlər Kabinetinin ## ####### 2016-cı il tarixli, *** saylı qərarına əsasən hesablanmaqla, 6 ədəd (1 ədəd 12 sm, 1 ədəd 16 sm, 2 ədəd 20 sm, 1 ədəd 28 sm, 1 ədəd 30 sm diametrli) incil ağacı, 1 ədəd (20 sm diametrli) göyəm ağacı olmaqla ümumlikdə 1360 manat, 19 böyütrkən, 3 ədəd nar, 1 ədəd üzüm, 1 ədəd yemişan kolu, cəmi 24 ədəd kol olmaqla, cəmi 1920 manat olmaqla, yekun 3280 manat təşkil edir. Iş materiallarında olan iki ədəd foto-şəkildən görünür ki, şəkillərdən kəsilmiş ağac və kolların yaş kökü üstdə olmaları müəyyən olunur. Şikayətçi də ərazinin fotolarını məhkəməyə təqdim etmişdir. Iş materiallarında olan çıxarışdan və hərracın nəticələrinə dair sənədlərdən aydın olur ki, Şəki rayonu Qızılarx kəndində yerləşən ərazidə 1.7424 ha torpaq sahəsində 3381 kv.m qeyriyaşayış binası sənaye, nəqliyyat, rabitə təynatlı olmaqla xüsusi mülkiyyət hüququ ilə xxxx ASC-nin adına qeydiyyata alınmışdır. ##.##.2026-cı il tarixli yekun protokola görə X3 əldə etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur ki, ağac və kollar meşə fonduna daxil olmamaqla, yaş kökü üstə kəsilmiş, kəsilməsi üçün heç bir icazə alınmamışdır. Həmin əmlak və yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyətdə olsa da, sənaye, nəqliyyat, rabitə təynatlıdır. Həmin ağacların kəsilməsi “Yaşıllıqların götürülməsi Qaydası”na uyğun həyata keçirilməlidir. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən həmin ağac və kolların kəsilməsi özünün etirafedici izahatı ilə yanaşı, iş materiallarına əlavə edilmiş foto materialları, akt, məhkəmə iclasında bildirilən izahatlar ilə tam şəkildə sübuta yetirilmiş, onun əməlinin inzibati xəta tərkibi yaratmaması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Şikayətin dəlillərində göstərilən hallar dolayası ilə törədilmiş inzibati xətanın mövcudluğunu səciyyələndirir. Barəsində qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) təmizlik işləri gördüyü üçün etməsini, lakin bunun məsuliyyətə cəlb edilməli əməl olmadığını iddia etsə də, məhkəmə hesab edir ki, bu hal şəxsin məsuliyyətdən azad edilməsinə əsas ola bilməz. Odur ki, şikayətin dəlilləri əsassız hesab edilərək təmin edilməməli və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin ## #### 2026-cı il tarixli, MN ******* saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin əsas dəlili olan inzibati xətanın törədildiyi torpaq sahəsinin şəxsin xüsusi mülkiyyətində olması ilə bağlı dəlillərə münasibətdə qeyd edir ki, IXM-nin 253-cü maddəsinin “Qeyd” hissəsi ilə Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsi mahiyyət etibarı ilə eyni məzmunlu olduğundan işə mahiyyəti üzrə qiymət verilərkən “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin ## ###### 2022-ci il nömrəli qərarında əks olunmuş mövqe rəhbər tutulmalı idi. Qeyd edilən Plenum qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 259-cu maddəsinə əsasən, meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) cinayət məsuliyyəti yaradır. Həmin maddənin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu maddənin müddəaları xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) hallarına şamil edilmir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “kənd təsərrüfatı bitkiləri” anlayışı qanunvericilikdə müəyyən edilməsə də, nəzəriyyədə kənd təsərrüfatı bitkiləri əsasən ərzaq məhsulları, texniki xammal və heyvandarlıq üçün yem əldə etmək məqsədi ilə becərilən mədəni bitkilər kimi qəbul olunur. Mədəni bitkilər isə “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsinə əsasən, insan tərəfindən ərzaq məhsulları, sənaye üçün xammal, yem, dərman, bəzək (dekorativ) məqsədi ilə becərilən bitki növləri, sort və formalarıdır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli qərarı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”nın * nömrəli əlavəsində kənd təsərrüfatı bitkilərinin və çoxillik əkmələrin siyahısı müəyyən edilmiş və bu siyahıya buğda, çəltik, arpa, pambıq, eləcə də üzüm, çay və s. kimi çoxillik əkmələr aid edilmişdir. Yaşayış məntəqələrinin torpaqlarındakı digər yaşıllıqların, habelə xüsusi mülkiyyətdə olan sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahələrindəki yaşıllıqların kəsilməsi (götürülməsi) məsələsinə münasibətdə Konstitusiya Məhkəməsinin Plenumun yuxarıda istinad edilmiş qərarında qeyd olunmuşdur ki, Meşə Məcəlləsinin 12-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahələrində yerləşən yaşıllıqlar, qanunvericiliklə digər hallar müəyyən edilmədikdə, onların xüsusi mülkiyyətinə aid edilir. Göstərilən yaşıllıqlar üzərində sahiblik, istifadə və sərəncam hüquqları Azərbaycan Respublikası meşə qanunvericiliyinin və digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq mülkiyyətçi tərəfindən həyata keçirilir. Respublika ərazisindəki yaşıllıqların (meşə fondu torpaqlarında, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət olan yaşıllıqlar istisna olmaqla) götürülməsi mexanizmi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il ## ###### tarixli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası” ilə tənzimlənir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən, yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Qaydanın 2.2-ci bəndində yaşıllıqların götürülməsinin yol verildiyi hallar müəyyən edilmişdir. Həmin Qaydanın 2.4-cü bəndinə görə, fiziki və hüquqi şəxslər bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. Yaşıllıqların götürülməsinə dair ərizə müvafiq mərkəzi icra hakimiyyəti orqanında, yerli icra hakimiyyəti orqanında və ya bələdiyyədə qeydiyyata alınır, 2 (iki) təqvim günü ərzində həmin qurum tərəfindən təqdim olunmuş sənədlər yoxlanılır və imtinaya əsas olmadığı təqdirdə, yaşıllıqların götürülməsinə dair rəyin alınması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunur (“Yaşıllıqların götürülməsi Qaydası”nın 2.7-ci bəndi). Qaydanın 3.1 və 3.2-ci bəndlərinə görə isə bu Qaydanın 2.7-ci bəndinə uyğun olaraq yaşıllıqların götürülməsinə dair istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin müraciəti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeydiyyata alınır və 3 (üç) təqvim günü müddətində onun yerli qurumları tərəfindən təqdim olunmuş sənədlər əsasında yaşıllığa yerində baxış keçirilir və müvafiq rəy tərtib edilir. Yaşıllıqların götürülməsinə dair rəydə yaşıllıqların yerinin dəyişdirilməsinin (kökündən çıxarılmasının) və ya bərpa edilməsi şərtilə kəsilməsinin məqsədəuyğunluğu əsaslandırılmalı, götürülən yaşıllıqların növü, sayı, cinsi, yaşı, diametri, hündürlüyü, bioloji vəziyyəti və gül-çiçək və ot bitkilərinin sahəsi barədə məlumatlar əks olunmalı, həmçinin rəydə müvafiq şərtlər (aqrotexniki, mövsümi, vegetativ və s.) nəzərə alınmaqla işlərin icra müddəti müəyyənləşdirilməlidir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda da istinad olunmuş qərarının nəticə hissəsinin 2-ci bəndində qeyd olunmuşdur ki, fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahələrindəki, habelə yaşayış məntəqələrinin torpaqlarındakı yaşıllıqların (xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət olan yaşıllıqlar istisna olmaqla) götürülməsi müvafiq normativ hüquqi aktlara uyğun olaraq səlahiyyətli dövlət orqanlarının (bələdiyyələrin) qərarı ilə həyata keçirilə bilər. Iş materiallarında olan çıxarışdan və hərracın nəticələrinə dair sənədlərdən aydın olur ki, Şəki rayonu Qızılarx kəndində yerləşən ərazidə 1.7424 ha torpaq sahəsində 3381 kv.m qeyri-yaşayış binası sənaye, nəqliyyat, rabitə təynatlı olmaqla xüsusi mülkiyyət hüququ ilə xxxx ASC-nin adına qeydiyyata alınmışdır. ##.##.2026-cı il tarixli yekun protokola görə X3 əldə etmişdir. Qeyd olunanlar isə Qərardan şikayət verən orqan (şəxs) mülkiyyətində olankateqoriyası qeyri-yaşayış binası sənaye, nəqliyyat, rabitə təynatlı torpaq sahəsində ağacların götürülməsi üçün müvafiq normativ hüquqi aktlara uyğun olaraq səlahiyyətli dövlət orqanlarının (bələdiyyələrin) qərarının zəruri olduğunu təsdiq edir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsində qeyd olunmuş dəlillər iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Şərh olunanlara əsasən və Azərbaycan Respubikası Inzibati Xətalar Məcəlləsinın 133- 137-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-496/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-496/2026
02.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver