Məhkəmə qərarları › İş №3(3-10)-497/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-497/2026

28.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-497/2026 28.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi X9 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi və 20 (iyirmi) gün müddətə inzibati həbs edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Aygün Mürsəlova) ilə, ## ###### 1989-cu ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdaş rayonunun, Yenicə kəndində qeydiyyatda olan və yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi və 20 (iyirmi) gün müddətə inzibati həbs edilməsi qərara alınmışdır. işin halları: Ağdaş rayon Prokuroru vəzifəsini müvəqqəti icra edən R Nazim Babayev tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli “Inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqındda” qərara əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır ona görə ki, o, ##.##.2026-cı il tarixdə yaşadığı Ağdaş rayonu Yenicə kəndində yerləşən fərdi yaşayış evində həməndlisi və qohumu X1 üz və sinə nahiyəsindən yumruq və təpiklə bir neçə dəfə vuraraq ona sağ qaşüstü nahiyənin, çənəaltı nahiyənin, burun kökünün, sol qulaqönü nahiyənin, sol əlin II barmağının üst səthinin, sağ dirsək oynağının arxa səthinin, sol və diz oynağının ön səthinin sıyrıqları, burun yəhərinin qançırı olmaqla dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Birinci instansiya məhkəməsi iclası zamanı Ağdaş rayon Prokurorunun köməkçisi X2 izahatında bildirmişdir ki, Ağdaş rayon Prokuroru vəzifəsini müvəqqəti icra edən R Nazim Babayev tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli “Inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqındda” qərara əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır ki, o, ##.##.2026-cı il tarixdə yaşadığı Ağdaş rayonu Yenicə kəndində yerləşən fərdi yaşayış evində həməndlisi və qohumu X1 üz və sinə nahiyəsindən yumruq və təpiklə bir neçə dəfə vuraraq ona sağ qaşüstü nahiyənin, çənəaltı nahiyənin, burun kökünün, sol qulaqönü nahiyənin, sol əlin II barmağının üst səthinin, sağ dirsək oynağının arxa səthinin, sol və diz oynağının ön səthinin sıyrıqları, burun yəhərinin qançırı olmaqla dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiysında nəzərdə tutulmuş qaydada Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq eilməsini xahiş edir. Bundan əlavə bildirir ki, Zərərçəkmiş şəxs rayon prokurorluğuna ərizə ilə müraciət edərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qanuna müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclası zamanı barəsində inzibati icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək göstərmişdir ki, ## ##### 2026-cı il tarixdə evə gəldiyi zaman Fərid Osmanovu həyat yoldaşının yanında görmüşdür. Həmin vaxt o, onların arasında hər hansı münasibətin olduğunu bilməmiş və əvvəllər də belə bir münasibətdən şübhələnməmişdir. Fərid Osmanovu həyat yoldaşı ilə ilk dəfə həmin gün birlikdə görmüşdür. O, Fərid Osmanova müraciət edərək: “Sən mənim məhləmdə nə gəzirsən?”–deyə soruşmuş, lakin Fərid heç bir cavab verməmiş və sakit dayanmışdır. Həmin vaxt Fərid Osmanov həyat yoldaşını belindən tutmuşdu və yoldaşını seyvanın altına tərəf apararaq “Qorxma, gəl bura” deyirdi. O, yenidən Fəriddən burada nə etdiyini soruşmuş, Fərid ona bir yerdə böyüdüklərini, bir yerdə çörək kəsdiklərini demişdir. Həyat yoldaşı həmin vaxt ona heç bir izahat vermədi. Hadisədən əvvəl heç vaxt həyat yoldaşı ilə Fərid Osmanov arasında hər hansı münasibət olmasını fikirləşməmişdir. Sonradan telefon məsələsindən Fəridin və yoldaşının görüşdüklərini və aralarında münasibət olduğunu başa düşmüşdür. Bundan sonra əsəbiləşərək Fərid Osmanovu təpiklə sinə nahiyəsindən vurmuşdur. Fərid Osmanov yerə yıxılmış, o, Fəridin üzərinə getdikdə, Fərid Osmanov ona zərbə vurmuş və o, yıxılmışdır. O, yerdə olduğ zaman Fərid ayağa qalxaraq qaçmış, həyat yoldaşı onu arxadan tutaraq saxlamışdır. Bundan sonra o, anasına hadisə barədə məlumat vermək üçün toya getmişdir. Daha sonra isə Fərid barədə eşitmişdir. Daha onra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birinci instansiya məhkəməsi iclasında sualları cavablandırarkən bildirmişdir ki, toydan qayıdaraq evə gəldiyi zaman evdə səs olmadığını görüb, seyvanın altına girmiş, onların harada olduğunu və niyə səslərinin gəlmədiyini müəyyən etmişdir. Uşaq telefonla məşğul idi, həyat yoldaşı isə qabları yuyurdu. O, evdən çıxmaq istədikdə qapıdan kimsənin içəri girdiyini görmüş, həmin anda həyat yoldaşı aşağı düşmüş və “Sən bura niyə gəlmisən?” demiş, Fərid Osmanov həyat yoldaşını belindən tutub seyvanın altına tərəf apardıqda o, çıxıb “Sən burada nə gəzirsən?” deyə müraciət etmişdir. Hadisə zamanı bundan başqa heç nə görməmişdir. Hadisə baş verəndən sonra yoldaşı ilə Fəridin iki-üç ilə yaxındır görüşdüyünü bilmişdir. Əvvəllər bir dəfə Nikahın pozulması üçün məhkəməyə müraciət etməmişdir. Birinci instansiya məhkəməsi iclası zamanı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs izahat vərərək bildirmişdir ki, mərhum X1 onun doğma oğludur. Fərid çox tərbiyəli, zəhmətkeş və ailəsinə bağlı bir gənc idi. Vətən Müharibəsində iştirak edib qayıtdıqdan sonra kənd təsərrüfatı işləri ilə məşğul olurdu. Onun hər hansı şəxslə ədavət və ya düşmənçiliyi olmamışdır. Hadisədən bir gün əvvəl saat 18:00 radələrində qonşu Murad Əliyevin evində təşkil olunmuş "ciyər axşamı" məclisində Fəridlə birlikdə iştirak etmişdir. O, məclisdən tez ayrılsa da, Fərid orada qalıb həmyaşıdları ilə vaxt keçirmiş, qonaqlara xidmət etmişdir. Növbəti gün qonşusu Muradın övladının qız toyu idi və o, ailəvi həmin toya dəvət almışdır. Həmin toy məclisi Ağdaş rayonu, Ləki qəsəbəsində yerləşən “Samir” şadlıq sarayında keçirilmişdir. Fərid həmin toya getməyəcəyini, özünə məxsus traktorda təmir işlərini aparacağını bildirmişdi. Həmin gün, yəni ##.##.2026-cı il tarixdə səhər saatlarında Fərid yuxudan oyandıqdan sonra traktorda təmir işləri görməyə başlamışdır. Saat təxminən 11:30-da o, həyat yoldaşı Aynur Osmanova ilə birlikdə evdən çıxmışdır. Fərid isə evdə tək qalmışdır. Saat təxminən 17-18 radələrində o. həyat yoldaşı ilə birlikdə toydan çıxıb evə gəlmişdir. Darvazadan içəri girəndə traktorun yanında heç kimin olmadığını və təmir işlərinin yarımçıq qaldığını görmüşdür. Tövlə tərəfə keçdikdə, tövlədən təxminən 15-20 metr aralıda Fəridin yerdə hərəkətsiz uzandığını görmüşdür. Yaxınlaşdıqda onun üz və boğaz nahiyəsinin qan içində olduğunu görüb şoka düşmüşdür və fəryad qoparmışdır. Onun qışqırıq səsinə həyat yoldaşı oraya gəlmiş və o, da gördüklərindən qışqırmağa və ağlamağa başlamışdır. Fəridin boğazına tüfənglə atılmışdı və o, yerə yıxılmışdı, bir yerə də qan tökülmüşdü. Tüfəng də yanından yarım metrə aralıda idi, əllə qoyulan kimi. Fərid özü-özünə atsaydı tüfəng sinəsinin üstündə olardı, onun özünün-özünə atmasına inanmır. Hadisə yerinə ilk olaraq qonşusu Ağakərim gəlmiş, gələn kimi “bu yazığı kim vurub” demişdir. Tez özünü toparlıyıb ətrafa baxanda oğlunun meyidinin yanında Elnurun ayaq izlərini görmüşdür. Hadisə yerinə yaxın əl yuma yeri var, oradan su axıb lil yaradıb, lilin içərisində ayaq izləri var idi, o, bu barədə müstəntiqə də məlumat vermişdir. Elnurun arvadı ilə onun oğlunun haqq-hesabını o, hadisənin 4-cü günü bilmişdir. Bu barədə Elnur və onun anası əvvəldən bilmişlər, lakin heç bir tədbir görməmişlər. Həyat yoldaşı dəfələrlə Elnurun anasına gəlinin Fəridin yanına qoymamasını, müharibə ilə əlaqədar Fəridin problemlərinin olmasını bildirmişdir. Lakin onlar heç bir məhəl qoymaraq Fəridin maşını ilə gəlini Bakı-Şəki gəzdirmişlər. O, şikayətçidir, işinə düzgün baxılmasa Ali Məhkəməyə qədər şikayətçi olacaqdır. Elnurgil ona barışıq təklif etməmiş, barışıq ola da bilməz, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Iş üzrə yuxarı qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ağdaş Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayəti və proses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətində Ağdaş Rayon Məhkəməsinin hakimi Aygün Mürsəlovanın barəsində 20 sutka inzibati həbs tənbehi tətbiq edilməsi haqqında ## ###### 2026-cı il tarixli qanunsuz və qərəzli qərarının ləğv edilməsini, IXM-in 30.2-ci maddəsinin imperativ tələbi, IXM-in 32.1.6-cı maddəsi üzrə yüngülləşdirici hal və iki azyaşlı övladını təkbaşına böyütməyi və faktiki olaraq qanunsuz olaraq həbs olunduğu nəzərə alınaraq minimal məbləğdə inzibati cərimə tətbiq edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, faktiki olaraq onun himayəsində 14 yaşına çatmamış 2 (iki) azyaşlı övladı vardır və onları təkbaşına böyüdür. Uşaqların tərbiyəsi, gündəlik qidalanması, mənəvi və maddi təminatı birbaşa onun öhdəliyindədir. Iş materiallarına uşaqların doğum haqqında şəhadətnamələri və təkbaşına böyütməyini təsdiqləyən arayışlar təqdim olunsa da, məhkəmə bu imperativ normanı kobud şəkildə pozmuşdur. IXM-in 30.2-ci maddəsində məhkəməyə heç bir mülahizə və ya mülahizə sərbəstliyi (seçim hüququ) verməmişdir. 14 yaşına çatmamış övladını təkbaşına böyüdən kişilər barəsində inzibati həbsin tətbiqi qanunla qəti şəkildə qadağandır. Hakimin qanunun bu açıq tələbini pozaraq çıxardığı qanunsuz qərar nəticəsində 2 azyaşlı övladım evdə başsız və gözü yaşlı qalmışdır. Hakim Aygün Mürsəlova barəsində inzibati həbs tənbehi tətbiq edərkən rəsmi nikahın xitam olunmamasını bəhanə gətirərək IXM-in 30.2-ci maddəsindəki imperativ qadağanı nəzərə almamışdır. Lakin həmin maddədə "boşanmış"xxxx"təkbaşına böyüdən" şərtini müəyyən etmişdir ki, bu vəziyyət də kağız üzərindəki nikahla deyil, faktiki hallar müəyyən edilir. Ananın 2026-cı ilin aprel ayından etibarən evi tərk edərək 2 azyaşlı övladını onun öhdəsinə buraxıb getməsi nəticəsində uşaqların baxımı və tərbiyəsi faktiki olaraq yalnız onun üzərindədir. Hüquqi əsası olmayan formalist yanaşma ilə onun 20 sutka həbs edilməyi isə anasız qalmış azyaşlı uşaqları tamamilə kimsəsiz və baxımsız qoyaraq onların yaşamaq və təhlükəsizlik hüquqlarını birbaşa pozmuşdur. Əgər ana digər ölkədə yaşasa və ya həbsdə olsa idi, lakin nikah pozulmamış olsa idi onda hakimin bu işə yanaşması necə olardı? Bundan başqa IXM-in 32.1.6-cı maddəsinə əsasən, "inzibati xətanın zərər çəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi" inzibati məsuliyyəti yüngülləşdirən hal hesab olunur. ## ##### 2026-cı il tarixdə baş vermiş münaqişə Fərid Osmanovun əxlaqsız və qanunsuz davranışı nəticəsində keçirdiyi dərin psixoloji sarsıntı fonunda baş vermişdir, lakin törətdiyi əməldən son dərəcə peşmandır. Məhkəmə tənbeh növü seçərkən nə bu yüngülləşdirici halı, nə səmimi peşmançılığını, nə də ailə vəziyyətini nəzərə almışdır. Apellyasiya instansiya məhkəməsi iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi X9 apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan Protokolu tərtib edən orqan nümayəndəsi və zərərçəkmiş şəxsin hüquqi varisi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Apellyasiya məhkəməsi şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməməli və Ağdaş Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi X3 ## ##### 2026-cı il tarixli ** nömrəli ekspert rəyindən görünür ki, X1 meyitində aşkar olunan xəsarətlərdən boynun orta 1/3-nin ön səthinin, udlağın, qırtlağın, traxeyanın, yemək borusunun, boynun yumşaq toxumalarının, damarların, boyun fəqərələrinin zədələnməsi və baş beyninin yumşaq qişasına qansızma ilə müşayiət olunan yarası patronla qırma ilə təchiz olunmuş odlu silahdan açılan bir atəşin əlavə faktorlarının təsirindən törənmişdir. Sağ qaşüstü nahiyənin, çənəaltı nahiyənin, burun kökünün, sol qulaqönü nahiyənin, sol əlin II barmağının üst səthinin, sağ dirsək oynağının arxa səthinin, sol və sağ diz oynağının ön səthinin sıyrıqları, burun vəhərinin qanaxması ölümündən az əvvəl küt alət təsirindən törənmiş, törənmə müddətləri ##.##.2026-cı il tarixə uyğundur. Ayrıayrılıqda boynun orta 1/3-nin ön səthinin, udlağın, qırtlağın, traxeyanın, yemək borusunun, boynun yumşaq toxumalarının, damarların, boyun fəqərələrinin zədələnməsi və baş beyninin yumşaq qişasına qansızma ilə müşayiət olunan yarası həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vuran xəsarətlərə aiddir. Sağ qaşüstü nahiyənin, çənəaltı nahiyənin, burun kökünün, sol qulaqönü nahiyənin, sol əlin II barmağının üst səthinin, sağ dirsək oynağının arxa səthinin, sol və sağ diz oynağının ön səthinin sıyrıqları, burun vəhərinin qanaxması sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. 2. X1 meyitində aşkar olunan xəsarətlər həyatidir. Atəş və atəşin əlavə faktorlarının təsiri göstərdiyi yaxın məsafədən açılmışdır. 3. X1 meyitində aşkar olunan xəsarətin yara kanalının istiqaməti öndən arxaya, soldan sağa, aşağıdan bir qədər yuxarıya doğrudur. 4. X1 ölümünə səbəb boynun orta 1/3-nin ön səthinin odlu silah yarası-boyun fəqərələrinin sınığı, udlağın, qırtlağın, traxeyanın, yemək borusunun, boynun yumşaq toxumalarının, damarların və baş beyninin yumşaq qişasının zədələnməsi olmuşdur. Ölüm ani baş vermişdir. Həmin xəsarətlərin xarakteri, ağırlıq dərəcəsi və bədəndə yaratdığı funksional pozuntular nəzərə alınmaqla, şəxsin atəş açıldıqdan dərhal sonra hər hansı məqsədli və ya qeyriixtiyari hərəkətlər etmək qabiliyyəti olmamışdır. 5. X1 ölümü meyitin müayinəsindən ən azı 6, ən çoxu 12 saat əvvəl baş vermişdir. 6. X1 meyitində aşkar olunan boynun orta 1/3-nin ön səthinin odlu silah yarası ov tüfəngindən dirənmiş vəziyyətdə açılan bir atəş nəticəsində əmələ gələ bilər. 7. X1 meyitində aşkar olunan xəsarətlərdən sağ dirsək oynağının arxa səthinin sıyrığı onun ölümündən əvvəl arxası üstə yerə yıxılması zamanı əmələ gələ bilər.

8. X1 döş qəfəsində hər hansı bir xəsarət aşkar olunmadı. 9. X1 meyitindən götürülən qanda etil spirti və narkotik vasitələr aşkar olunmadı (****/K saylı ##.##.2026-cı il tarixli məhkəmə-kimyəvi müayinə aktı). Iş materiallarında olan Protokolu tərtib edən orqan müstəntiqi X6 ## #### 2026-cı il tarixli “Cinayət işinin başlnılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, ## ##### 2026-cı il taarixdə saat 18 radələrində Ağdaş RPŞ-dən Ağdaş rayonu Yenicə kənd sakini ## ### 1997-ci il təvəllüdlü X1 yaşadığı faktı üzrə cinayət hadisəsi olmadığındaan həmin epizod üzrə CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. X1 əməlində Azərbaycan Respublikası CM-in 127 və 228.1-ci maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələrlə cinayət işinin başlanması CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. X1 barəsində IXM-in 590.2-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında vəsatət qaldırılmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Fərid Osmanova məxsus mobil telefonu sonuncunun yaşadığı evin yakınlığındakı bağ sahəsinə atması əməlində mülkiyyət əleyhinə cinayət tərkibi olmadığından, eləcə də Fərid Osmanovun ölümü intihar olduğundan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində başqa cinayətin izlərini gizlətmək niyyəti mövcud olmadığına görə, həmin epizod üzrə onun barəsində CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində IXM-in 157-ci maddəsinin tərkib əlamətlərinin olub-olmaması məsələsinə baxılması və hər bir fakt üzrə (həm Fərid Osmanova, həm də Nuranə Osmanovaya münasibətdə) ayrı-ayrılıqda inzibati icraatın başlanılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında vəsatət qaldırılmışdır. Iş üzrə 1 ədəd “TOZ” markalı ov tüfəngi, tüfəngin sol lüləsindəki 1 ədəd 16 kalibrli “Kaiser” patronu və sağ lüləsindəki 1 ədəd boş giliz, patrontaşdakı 14 ədəd boş giliz (12- si plastmas, 2-si metal) və 1 ədəd kustar üsulla doldurulmuş "Kaiser" patronu Ağdaş RPŞ-yə təhvil verilsin, ** saylı qanabənzər ləkə, pres ipi, meyitdən götürülmüş saç, əl- barmaq izləri, dırnaq kəsintiləri, pambıq tampon sürtmələri, boğazından tapılan qırmalar və pıj, habelə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yanaq epiteli qaşıntıları ilə barmaq izləri məhv edilsin, Fərid Osmanovun yaşadığı evdən götürülmüş 24 yerlik dəri patrontaş, 1 cüt qara corab, həyətdən tapılan 1 ədəd “Redmi” telefonu və meyitinin əynindəki ağ köynəklə qara idman şalvarı ailə üzvlərinə təhvil verilsin, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əynində olmuş dəri kəmərli cins şalvarı, qara köynəyi, zirzəmidən tapılan qırmızı tava və könüllü təqdim etdiyi 1 ədəd “Redmi” ilə 1 ədəd “Samsung” telefonları isə özünə qaytarılması qərara alınmışdır. Iş materiallarında olan Ağdaş rayon Icra Hakimiyyəti başçısının Yenicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Səxavət Haqverdiyev tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli arayışa əsasən Ağdaş rayon Yenicə kənd sakini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ailə üzvləri: həyat yoldaşı X7, oğlu X4, oğlu X5 və qızı X8 ibarətdir. Osmanova nuranə ## ##### 2026-cı il tarixdə iki övladını, X4 və X5 uşaqların atası Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs himayəsində qoyaraq öz atası evinə Qəbələ rayon Dızaxlı kəndinə getmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iki azyaşlı övladını tək başına böyüdür. Iş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X4 ## ### 2018-ci ildə Ağdaş rayonunda anadan olmuş, atası Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, anası X7r. Iş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X5 ## #### 2019-cu ildə Ağdaş rayonunda anadan olmuş, atası Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, anası X7r. Iş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X8 ## ###### 2021-ci ildə Ucar rayonunda anadan olmuş, atası Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, anası X7r. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi əməldə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddənilə təqsirli bilinərək tənbeh edilməlidir. Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinə görə övladını təkbaşına böyüdən valideyn uşağını tək (həyat yoldaşı olmadan, boşanma, ölüm və ya digər səbəblərdən) tərbiyə edən və qanunla xüsusi əmək və sosial hüquqlar əldə edən ana və ya atadır. Belə ki, iş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs himayəsində üç azyaşlı uşağı var və həmin uşaqlardan ikisi atanın, biri isə hazırda ananın himayəsində Qəbələ rayonunda yaşayır. Tərəflərin nikahları pozulmamış, hətta hadisədən dörd ay keçməsinə baxmayaraq tərəflərdən heç biri nikanın pozulması üçün məhkəməyə müraciət etməmişdir. Ananın da valideynlik hüququndan məhrum olunmasına dair məhkəməyə hər hansı bir sənəd təqdim olunmamışdır. Yəni uşaqların atanın yanında qalmasına dair məhkəmə qərarı və ya digər hüquqi əsas yoxdur. Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılarışır və qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsiri inzibati xəta haqqında qərar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, məhkəmə-tibbi ekspertizasının rəyi, cinayət işinin başlanmasının rədd edilməsi haqqında prosessual qərar və təqdim olunmuş digər sübutlarla öz təsdiqini tapır. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən kifayət qədər sübutlar toplanmışdır. Qeyd olunan səbədən də, apellyasiya məhkəməsi iş üzrə sübut materiallarının lüzumsuz artıq toplanmasının qarşısını almaq məqsədilə əlavə araşdırma aparmağa lüzum görmür. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Inzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəlllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, yaşını, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini, o cümlədən əməlində cəzasını yüngülləşdirən halın olmasını və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb qanuni və əsaslı olaarq onun barəsində Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati həbs tənbehini təyin etmişdir. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin şəxsin on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişi kimi qiymətləndirilməsi ilə bağlı dəlillərinə tənqidi yanşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan dəlilə hüquqi münasibət bildirilməsinə baxmayaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişi kimi qiymətləndirilməsi üçün kifayət edən mötəbər sübutlar təqdim edilməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ###### 2026-cı il tarixli, 3(5-108)- 486/2026 nörməli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibаti Xətаlаr Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 134.1-ci maddəsində göstərilən qərarlardan birini, o cümlədən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili X9 tapşırılmışdır. X12 tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırki işin baxılması ilə bağlı müdafiəçi cəmi 4 saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, 1ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin. Odur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göstərilən hüquqi yardıma görə X12 44 manat haqq hesablanıb “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

qərara aldı:

Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. X12 əmək haqqı ödənilməsi üçün dövlət hesabına 44 manat vəsait X9 “xxxx” ASCnin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Müştərinin hesab N-si: AZ81UBAZ19313531140090AZN001 “xxxx”xxxx“xxxx” ASCnin Şəki rayon filialı; VÖEN: **********; KOD: 502531; SWIFT: UBAZAZ22 Müxbir hesabı: AZ46NABZ01350100000000015944. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar