Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-498/2026 16.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Səmədov Xəqani Hacı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümmətov Hümmət Həmid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 tərəfindən verilmiş şikayətlərə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin (hakim Rəşad Əliyev) ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarı ilə, ##.##.1986-cı il tarixdə Oğuz rayonu Kərimli kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, işsiz, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, (fərdi identifikasiya nömrəsi *******) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. işin halları: Oğuz Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokol və iş materiallarından görünür ki, Oğuz rayon Notariat Ofisinin ##.##.2021ci il tarixli 8İ-164 nömrəli icra qeydinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cəmi 1125,54 manat tutularaq zərərçəkmiş şəxs3 Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qərara alınmışdır. Notariusun həmin icra qeydi icraya yönəldilmişdir və icra sənədi hazırda Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Bundan əlavə, Oğuz Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-***/**** nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər ay hər uşaq üçün 200 (iki yüz) manat - cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aliment tutularaq ##.##.2008-ci il tarixdə anadan olmuş X1, ##.##.2011-ci il tarixdə anadan olmuş X2 və ##.##.2016-cı il tarixdə anadan olmuş Məhərrəmli İbrahim Ramin oğlunun yetkinlik yaşına çatana qədər saxlanmaları üçün iddiaçı zərərçəkmiş şəxs2 verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İcra sənədi üzrə tələbkar ## #### 2022-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək qeyd olunmuş icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə barışdığını, ailəsini bərpa etdiyini, alimentin borclu tərəfindən tam şəkildə ödənildiyini və aliment borcunun olmadığını nəzərə alaraq icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etdiyindən Oğuz rayon İcra və Probasiya şöbəsinin ##.##.2022-ci il tarixli qərarı ilə icra sənədi məhkəməyə qaytarılmışdır. Tələbkar ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət edərək icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi və icra vərəqəsinin icra şöbəsinə qaytarılmasını xahiş etdiyindən icra sənədi yenidən icra şöbəsinə qaytarılmışdır. Oğuz rayon İcra və Probasiya şöbəsinin ##.##.2026-cı il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanmışdır. Eyni zamanda, iddiaçı zərərçəkmiş şəxs1 cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qarşı 6665 manat məbləğində maddi ziyanın və 87 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsinə əsasən cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 6665 (altı min altı yüz altmış beş) manat maddi zərər və 87 (səksən yeddi manat) manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı zərərçəkmiş şəxs1 verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Birinci instansiya məhkəmə iclasında Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 izahat verərək bildirmişdir ki, Oğuz rayon Notariat Ofisinin ##.##.2021-ci il tarixli 8İ-164 nömrəli icra qeydi, Oğuz Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)- ***/**** nömrəli və ##.##.2025-ci il tarixli *(***)-**/**** nömrəli qətnamələrinə dair icra sənədləri üzrə üzrə tələbin könüllü olaraq ödənilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borcluya bildirişlər göndərilmiş, lakin borclu icra sənədi üzrə tələbi vaxtında icra etməmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmişdir və tələbkarlara qismən ödəniş etməklə onun hazırda tələbkarlar zərərçəkmiş şəxs3 Açıq Səhmdar Cəmiyyətinə 1105 manat, zərərçəkmiş şəxs1 6252 manat, zərərçəkmiş şəxs2 isə təxminən 37000 manat olmaqla, cəmi 37057,54 manat borcu vardır. Qeyd etdikləri nəzərə alınmaqla borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati qaydada tənbeh edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, təqsirini qismən qəbul edir. Belə ki, onun həqiqətən də tələbkarlar zərərçəkmiş şəxs3 ASC-yə və zərərçəkmiş şəxs1 borcu vardır. Lakin aliment borcunun məbləğini mübahisələndirir. Belə ki, uşaqların saxlanılması üçün aliment təyin edildikdən sonra tələbkar zərərçəkmiş şəxs2 ilə barışıb dörd il onunla birlikdə yaşamışdır. Həmin müddət ərzində tələbkar ondan aliment tələb etməmiş, o da aliment ödənişi həyata keçirməmişdir. O, aliment ödəməkdən imtina etmir, lakin inzibati xəta haqqında protokolda qeyd edildiyi qədər aliment borcu olduğunu düşünmür. Tələbkarın ondan aliment tələb etməsi ona yeni məlum olmuşdur, bir ay bundan əvvələ kimi tələbkar ondan aliment tələb etməmişdir və bu barədə aralarında heç bir söhbət olmamışdır. O, həmçinin xeyli vaxtdır ki, işsiz olduğundan digər icra sənədi üzrə də borclarını ödəyə bilməmişdir. Lakin vaxt verilərsə, borcundan müəyyən qədər ödənişlər edə bilər. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi X3 izahatında bildirmişdir ki, icra sənədinin icra edilməməsi onun maddi vəziyyəti ilə bağlıdır və vaxt verilərsə borcundan müəyyən qədər ödənişlər edəcəkdir. Odur ki, ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarı qəbul edilmişdir. Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Oğuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarına əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. (Qərar elektron məhkəmə sistemi vasitəsi ilə elektron kabinetə yerləşdirilərkən ##.##.2026-ci il tarixdə əldə edilmişdir) Həmin qərara əsasən inzibati cərimə tənbehinin tətbilməsini qanunsuz və ədalətsiz hesab edir. Belə ki, məhkəmə qərarının əsaslandırıcı hissəsində borclunun işsiz olduğunu və maddi vəziyyətinin ağır olmasını nəzərə alaraq həbs tənbehinin sərt olduğunu bildirir. Lakin işsiz və borcunu ödəyə bilməyən şəxsə 500 manat məbləğində əlavə maliyyə öhdəliyi (dövlət büdcəsinə cərimə) qoyulması borclunun tələbkar qətnamə üzrə ona olan 6252 manatlıq borcunu ödəmək imkanını daha da məhdudlaşdırır. Məhkəmədən soruşulur: Öz borcunu ödəyə bilməyən, gəliri olmadığını iddia edən işsiz bir şəxsə 500 manat əlavə cərimə tətbiq etmək hansı hüquqi məntiqə sığır?. Borclu öz borcunu ödəmir, məhkəmə isə onun üzərinə dövlət büdcəsinə ödənilməsi məcburi olan daha 500 manat yük qoyur. Bu qərar faktiki olaraq tələbkar kimi onun pozulmuş hüquqlarının bərpasına xidmət etmir, əksinə borclunun ona olan borcunu ödəyə bilmə imkanını tamamilə sıfırlayır. Bundan başqa Oğuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarına əsasən dövlət büdcəsinə 500 manat cərimə ödənilməsi məhkəmə qərarının icrasını təmin etmir. Borclu 1 ildən artıq müddətdə qanuni qüvvəyə minmiş qətnaməni icra etməkdən boyun qaçırır ki, bu da tələbkarın qanunla qorunan mənafeyi ilə ziddiyyət təşkil edir. Məhkəmə qətnaməsi ##.##.2025-ci il tarixdə qəbul edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Aradan keçən müddət ərzində borclu 6752 manatlıq borcun cəmi 500 manatını ödəmiş (6252 manat qalıq var), mahiyyəti üzrə borcun ödənilməsi üçün heç bir real addım atmamışdır. Borclunun mütəmadi olaraq yalnız inzibati məsuliyyətə cəlb edilmə təhlükəsi yaranarkən simvolik/kiçik ödənişlər etməsi onun "islah olunmaq iradəsi" kimi deyil, icra prosesini yayındırmaq və vaxt qazanmaq niyyəti kimi qiymətləndirilməlidir. Məhkəmə qərarda qeyd edir ki, borclunun "mütəmadi olmasa da müəyyən fasilələrlə ödəniş etməsi onun islah olunma iradəsini və qanunlara tabe olmaq niyyətini göstərir". Bu qiymətləndirmə reallığı əks etdirmir. Borclunun 1 il ərzində kiçik məbləğ ödəmiş olması onun "islah olunma iradəsi" deyil, tam əksinə, inzibati məsuliyyətdən yayınan, formal olaraq özünü "ödəniş edən" kimi göstərib vaxt qazanmaq niyyətidir. Borclu real olaraq qərarı icra etmək istəmir, məhkəmə isə borclunun bu taktiki manevrinə "qanunlara tabe olmaq niyyəti" adı verərək borcluya şərait yaradır. İş materiallarından göründüyü kimi borclunun üzərində 3 ayrı icra sənədi üzrə ümumilikdə 37000 manatdan çox borc öhdəliyinin olması (hətta aliment borcu mübahisələndirilsə bilə, banka və ona 7300 manatdan çox borcun qalması) borclunun sistemli şəkildə icra sənədlərini yerinə yetirmədiyini göstərir. Belə olan halda sanksiyanın minimum həddinin seçilməsi cəzanın fərdiləşdirilməsi və ədalətlilik prinsipinə cavab vermir. Belə zərərli və davamlı icrasızlıq nümayiş etdirən şəxsə sanksiyanın minimum həddində inzibati cərimə tətbiq edilməsi İXM-in 9-cu maddəsində təsbit edilmiş "ədalətlilik" və "mütənasiblik" prinsiplərinə tamamilə ziddir. Konstitusiya Məhkəməsinin dəfələrlə vurğuladığı kimi, məhkəmə aktlarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması ədalət mühakiməsini səmərəsiz və mənasız edir. Borclunun azadlıqda qalaraq "işləyib borc ödəyəcəyi" nağılı 1 il yarımdır ki, özünü doğrultmur. Oğuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarında Konstitusiya Məhkəməsinin Plenum qərarlarına istinad edilərək həbsin müstəsna tədbir olduğu vurğulanır. Lakin həmin qərarlarda məhkəmə aktlarının effektiv icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi kimi tanınır. Hesab edir ki, borclunun azadlıqda qalaraq borcu ödəyəcəyi barədə mülahizə 1 ildən artıq müddətdə özünü doğrultmamışdır. Əlavə olaraq inzibati xəta haqqında iş üzrə materiallardan və qərardan görünür ki, borclu zərərçəkmiş şəxs3 ASC-yə 2021 -ci ildən olan 1125,54 manat borcundan 5 il ərzində cəmi 20 manat ödəmişdir. Habelə borclunun aliment üzrə 37.000 manatdan çox borcunun olması barədə iddiaları elə birinci instansiya məhkəməsinin qərarı ilə ağlabatan hesab edilməmişdir. Bu faktlar bir daha sübut edir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs faktiki olaraq heç bir borcunu ödəmir, aliment borcunu süni şəkildə qabardaraq ona olan borcunu ödənməkdən yayınır və məhkəmə qərarlarını icra etməməyi özünə vərdiş etmişdir. 5 il ərzində banka 20 manat ödəyən xroniki icrasız bir şəxsə cərimə tənbehi tətbiq edib azadlıqda saxlamaq, borclunun qanunsuz hərəkətlərə həvəsləndirməkdən başqa bir şey deyildir. Birinci instansiya məhkəməsinin sözügedən qərarı tamamilə əsassız, faktiki hallara uyğun gəlməyən və borclunun aşkar qanunsuz hərəkətlərinə bəraət qazandıran ədalətsiz məhkəmə aktıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Odur ki, Oğuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək daha ağır inzibati tənbeh təyin edilməsinin xahiş etmişdir. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Oğuz Rayon Məhkəməsinin hakim Rəşad Əliyev tərəfindən qəbul edilmiş qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. O, həmin qərarla razı deyildir. Hesab edir ki, işin faktiki halları tam və obyektiv araşdırılmamış, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmədə verdiyi məlumatların həqiqətə uyğunluğu lazımi qaydada yoxlanılmamışdır. Bir evdə yaşamaları barədə məlumat həqiqətə uyğun deyildir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında hakimə onunla bir evdə yaşadığını bildirmişdir. Bu məlumat tamamilə həqiqətə uyğun deyildir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onunla bir evdə yaşamır. Aralarında birgə yaşayış yoxdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yalnız təxminən 2-3 ayda bir dəfə uşaqları görmək məqsədilə gəlib gedir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs uşaqları görmək üçün ara-sıra gəlməsi onunla bir evdə yaşaması və ya ailə münasibətlərinin bərpa olunması demək deyildir. Bu səbəbdən məhkəməyə bir evdə yaşamaqları barədə məlumat verilməsi işin faktiki vəziyyətini düzgün əks etdirmir. Aralarında heç bir barışıq yoxdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmədə ailə ilə barışıq olması barədə verdiyi məlumat da həqiqətə uyğun deyildir. Onun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsla və onun ailəsi ilə heç bir barışığı yoxdur. Onlar bir evdə yaşamır və ailə münasibətləri bərpa edilməyib. Raminin uşaqları görmək üçün 2-3 ayda bir dəfə gəlməsi barışıq kimi qiymətləndirilə bilməz. Bu səbəbdən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmədə barışıq və birgə yaşayış barədə verdiyi məlumatların həqiqətə uyğun olubolmamasının araşdırılmasını xahiş edir. Raminin borcları ilə əlaqədar onun evinə müxtəlif şəxslər gəlirlər. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müxtəlif şəxslərə olan borcları ilə əlaqədar demək olar ki, hər gün müxtəlif borc sahibləri onun yaşadığı evə gəlir və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borclu olduğunu bildirirlər. O, həmin borc münasibətlərinin tərəfi deyil. Buna baxmayaraq, Raminin borcları ilə əlaqədar həmin şəxslərin onun evinə gəlməsi ona və ailəsinə ciddi narahatlıq və təzyiq yaradır. Bu halın da iş üzrə nəzərə alınmasını və araşdırılmasını xahiş edir. Digər mühüm hal ondan ibarətdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həbs olunduğu və sonradan cərimə tətbiq edilərək buraxıldığı həmin gün onun qardaşı anası ilə telefonla danışarkən Raminin içəridə olduğunu bildirmişdir. Hesab edir ki, məhkəmə qərar qəbul edərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatları ilə kifayətlənməməli, onun verdiyi məlumatların həqiqətə uyğunluğu digər sübutlarla yoxlanılmalı idi. Xüsusilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onunla bir evdə yaşayıb-yaşamaması, tərəflər arasında barışığın olub-olmaması, Raminin yalnız 2-3 ayda bir uşaqları görmək üçün gəlməsi, müxtəlif borc sahiblərinin onun evinə mütəmadi gəlməsi, Raminin həbs olunması və sonradan cərimə tətbiq edilərək buraxılması, həmin gün onun qardaşının anasilə telefon danışığında Raminin içəridə olduğunu bildirməsi tam araşdırılmalıdır. O, hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmədə onunla bir evdə yaşaması və ailə ilə barışıq olması barədə verdiyi məlumatlar həqiqətə uyğun deyil və bu məlumatların qərarın qəbul edilməsinə təsir edib-etmədiyi apellyasiya instansiyası tərəfindən araşdırılmalıdır. Odur ki, Oğuz Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qəbul etdiyi qərarın apellyasiya qaydasında yenidən araşdırılmasını, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onun bir evdə yaşaması barədə verdiyi məlumatın həqiqətə uyğun olmadığının, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ailə ilə barışıq olması barədə verdiyi məlumatın həqiqətə uyğun olmadığı, onun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsla heç bir barışığının olmadığı və birgə yaşamadıqları, Raminin yalnız 2-3 ayda bir dəfə uşaqları görmək üçün gəlib-getməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müxtəlif şəxslərə olan borcları ilə əlaqədar həmin şəxslərin onun evinə mütəmadi gəlməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həbs olunması və sonradan cərimə tətbiq edilərək buraxılması, Raminin qardaşının həmin gün anası ilə telefon danışığı zamanı Raminin içəridə olduğunu bildirməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən aliment borcunun ödənilməsindən boyun qaçırması, aliment borcunun yığılması hallarının nəzərə alınaraq araşdırılmasını, iş üzrə bütün hallar tam, hərtərəfli və obyektiv araşdırıldıqdan sonra qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin müdafiəçisi Vəkil çıxış edərək apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməyinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, zərərçəkmiş şəxslər- zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs3 QSC-nin nümayəndəsi və protokol tərtib edən şəxs Oğuz rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ərizə ilə müraciət edərək səhhətində yaranmış ciddi problemlər və maddi imkanının olmaması ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İXM-in 133.2.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, zərərçəkmiş şəxslər- zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs3 QSC-nin nümayəndəsinin və protokol tərtib edən şəxs Oğuz rayon İcra və Probasiya şöbəsinin nümayəndəsinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.1-ci maddəsinə görə, hakimin inzibati xəta haqqında iş üzrə qərarından şikayət və ya protest apellyasiya instansiyası məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə tərəfi dinləyib, şikayətlərin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarında olan sübutları tədqiq edib hesab edir ki, aşağıda şərh olunan əsaslara görə zərərçəkmiş şəxslər tərəfindən verilmiş şikayətlər qismən təmin edilməli, Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Oğuz Rayon Məhkəməsinə göndərilməlidir. İşdə olan Oğuz rayonu üzrə İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, R Tural Abdurahamanov tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, borclu tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirilmədiyindən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı protokol tərtib edilmişdir. İşdə olan Oğuz notariat ofisinin ## ###### 2021-ci il tarixli, 8İ-164 nömrəli icra qeydinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 20 manat dövlət rüsumu daxil omaqla ümumilikdə 1125 manat 54 qəpik pulun tutularaq zərərçəkmiş şəxs3 ASC-nin xeyrinə ödənilməlidir. İşdə olan Oğuz Rayon İcra və Probasiya Şöbəsinin ##.##.2021-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Oğuz natariat kontorunun 8İ-164 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan Oğuz Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş ##.##.2021-ci il tarixli e*****/****-**-*-*** nömrəli bildirişin surətinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Oğuz natariat kontorunun 8İ-164 nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan Oğuz Rayon İcra və Probasiya Şöbəsinin ##.##.2021-ci il tarixli “borclunun axtarışı haqqında” Qərarının surətinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində axtarış elan edilmiş, qəbul edilmiş qərar icra edilməsi üçün Oğuz Rayon Polis Şöbəsinə göndərilmişdir. İşdə olan Oğuz Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli *(***)-***/**** nömrəli icra sənədinə əsasən cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər ay hər uşaq üçün 200 manat -600 manat sabit pul məbləğində aliment tutularaq X1, X2 və Məhərrəmli İbrahim Ramin oğlununun yetkinlik yaşına çatana qədər saxlanmaları üçün iddiaçı zərərçəkmiş şəxs2 ödənilməli, alimentin tutulmasının əvvəlinin ##.##.2021-ci il tarixdən hesablanması müəyyən edilmişdir. İşdə olan Oğuz Rayon İcra və Probasiya Şöbəsinin ##.##.2021-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Oğuz Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli *(***)-***/**** nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan Oğuz Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş ##.##.2021-ci il tarixli ******/****-**-*-*** nömrəli bildirişin surətinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)- ***/**** nömrəli icra sənədi üzrə tələbi dərhal icra etməsi tələb olunmuşdur. İşdə olan Oğuz Rayon İcra və Probasiya Şöbəsinin ##.##.2021-ci il tarixli “borclunun axtarışı haqqında” Qərarının surətinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində axtarış elan edilmiş, qəbul edilmiş qərar icra edilməsi üçün Oğuz Rayon Polis Şöbəsinə göndərilmişdir. İşdə olan Oğuz Rayon İcra və Probasiya Şöbəsinin ##.##.2022-ci il tarixli “İcra sənədinin qayarılması haqqında” Qərarının surətinə əsasən tələbkar tərəfindən borclunun borcunu tam şəkildə ödəməsi barədə ərizə təqdim edildiyindən icra sənədi Oğuz Rayon Məhkəməsinə qayarılmışdır. İşdə olan Oğuz Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş ##.##.2026-ci il tarixli *******/****-**-* nömrəli bildirişin surətinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)- ***/**** nömrəli icra sənədi üzrə tələbi dərhal icra etməsi tələb olunmuşdur. İşdə olan Oğuz Rayon İcra və Probasiya Şöbəsinin ##.##.2026-cı il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Oğuz Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli *(***)-***/**** nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya icranı dərhal təmin etməsi təklif edilmişdir. İşdə olan Oğuz Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli e*(***)-**/**** nömrəli icra sənədinə əsasən cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 6665 manat maddi zərər və 87 manat dövlət rüsumunun iddiaçı zərərçəkmiş şəxs1 xeyrinə ödənilməlidir. İşdə olan Oğuz Rayon İcra və Probasiya Şöbəsinin ##.##.2026-cı il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Oğuz Rayon Məhkəməsinin ## #### 2025ci il tarixli e2(054)-12/2025 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü təmin etməsi təklif edilmişdir. İşdə olan Oğuz Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş ##.##.2026-ci il tarixli e*****/****-**-* nömrəli bildirişin surətinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Oğuz Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli e2(054)- 12/2025 nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü icra etməsi tələb olunmuşdur. İşdə olan Oğuz Rayon İcra və Probasiya Şöbəsinin ##.##.2026-cı il tarixli “borclunun axtarışı haqqında” Qərarının surətinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində axtarış elan edilmiş, qəbul edilmiş qərar icra edilməsi üçün Oğuz Rayon Polis Şöbəsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi aliment borcunun məbləği ilə əlaqədar məsələyə qiymət verərək göstərmişdir ki, inzibati xəta haqqında protokolda tələbkarlara olan cəmi borcun 37057,54 manat qeyd edilməsinə və məhkəmə iclasında icra məmurunun aliment borcunun 37000 manat olduğunu bildirməsinə baxmayaraq iş materiallarından görünür ki, Oğuz Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməyə dair icra sənədi üzrə tələbkar ## #### 2022-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək qeyd olunmuş icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə barışdığını, ailəsini bərpa etdiyini, alimentin borclu tərəfindən tam şəkildə ödənildiyini və aliment borcunun olmadığını nəzərə alaraq icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etdiyindən Oğuz rayon İcra və Probasiya şöbəsinin ##.##.2022-ci il tarixli qərarı ilə icra sənədi məhkəməyə qaytarılmışdır. Tələbkar ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət edərək icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi və icra vərəqəsinin icra şöbəsinə qaytarılmasını xahiş etdiyindən icra sənədi yenidən icra şöbəsinə qaytarılmışdır. Oğuz rayon İcra və Probasiya şöbəsinin ##.##.2026-cı il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanmışdır. Göründüyü kimi, tələbkar icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etmiş, yalnız bundan 3 il 3 ay müddət keçdikdən sonra icra sənədinin yenidən icra edilməsini xahiş etmişdir. O, həmin müddət ərzində borcludan aliment ödənilməsini tələb etməmişdir. Qətnaməyə dair icra sənədi üzrə sonuncu icraata başlama qərarı isə hazırkı protokol tərtib edilməmişdən cəmi 1 ay 23 gün əvvəl qəbul edilmişdir. Belə olan halda məhkəmə aylıq cəmi 600 manat olan aliment ödənişi üzrə 37000 manat aliment borcunun yaranmasını ağlabatan hesab etmir. Cərimə növündə inzibati tənbehin tətbiq edilməsi hissəsində isə birinci instansiya məhkəməsi hesab etmişdir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında iştirak etməsi və əvvəlki aylarda ödənişlər etməsi onun qanunlara tabe olmaq niyyətini və islah olunma potensialını sübut edir, bu baxımdan şəxsə qarşı dərhal ən ağır sanksiyanın tətbiqi tənbehin fərdiləşdirilməsi və mütənasiblik prinsiplərinə xələl gətirə bilər. Eyni zamanda borclunun həbs edilməsi onun faktiki olaraq hər hansı bir gəlir əldə etmək imkanını tamamilə məhdudlaşdırar, bu isə nəticə etibarilə borcun ödənilməsi prosesini sürətləndirmək əvəzinə, onun qeyri-müəyyən müddətə dondurulmasına və tələbkarın maraqlarının daha çox zərər görməsinə gətirib çıxarar. Həmçinin hazırda yaranmış aliment borcunun dəqiq məbləğinin də aydınlaşdırılmalı olduğu göstərilmişdir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin hakimi İXM ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə göstərəcək dərəcədə pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsi aliment borcunun məbləği ilə əlaqədar məsələyə qiymət verərək qeyd edildiyi kimi aliment ödənişi üzrə 37000 manat aliment borcunun yaranmasını ağlabatan hesab etməmişdir. Halbuki, birinci instansiya məhkəməsinin iclasında Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 izahatında borclunun tələbkarlara qismən ödəniş etməklə onun hazırda tələbkarlar zərərçəkmiş şəxs3 Açıq Səhmdar Cəmiyyətinə 1105 manat, zərərçəkmiş şəxs1 6252 manat, zərərçəkmiş şəxs2 isə təxminən 37000 manat olmaqla, cəmi 37057,54 manat borcunun olduğunu bildirdiyi halda birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən xüsusat tam araşdırılmamışdır. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 da verdiyi apellyasiya şikayətində işin faktiki hallarının tam və obyektiv araşdırılmadığını, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmədə verdiyi məlumatların həqiqətə uyğunluğunun lazımi qaydada yoxlanılmadığını, bir evdə yaşamaları barədə məlumatın və aralarında barışıq olması barədə verdiyi məlumatların həqiqətə uyğun olmadığını göstərmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi də yaranmış aliment borcunun dəqiq məbləğinin aydınlaşdırılmalı olduğunu göstərmişdir. Bundan başqa birinci instansiya məhkəməsinin qərarının Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsilə bağlı hissəsinə dair qeyd edilməlidir ki, məhkəmə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında iştirak etməsini və əvvəlki aylarda ödənişlər etməsini onun qanunlara tabe olmaq niyyətinin və islah olunma potensialına malik olması kimi qiymətləndirsə də, iş materiallarında olan Oğuz rayonu notariat ofisinin ## ###### 2021-ci il tarixli, 8İ-164 nömrəli icra sənədindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 20 manat dövlət rüsumu daxil olmaqla ümumilikdə 1125 manat 54 qəpik pulun tutularaq zərərçəkmiş şəxs3 ASC-nin xeyrinə ödənilməsi müəyyən edilsə də həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq borclu tərəfindən ödəniş edilməmişdir. Həmçinin Oğuz Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli e*(***)-**/**** nömrəli icra sənədinə əsasən cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 6665 manat maddi zərər və 87 manat dövlət rüsumunun iddiaçı zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsi müəyyən edilsə də iddiaçı zərərçəkmiş şəxs1 apellyasiya şikayətindən müəyyən edilir ki, borclu bir ildən artıq müddət ərzində cəmi 500 manat ödəniş etmişdir. Bundan əlavə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs keçirilən apellyasiya instansiya məhkəməsi iclaslarının vaxtı və yeri barədə qanuna uyğun şəkildə məlumat verilsə də o, məhkəmə iclaslarına gəlməmişdir. Təhlil olunan işdən bəlli olduğu kimi barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına laqeyd münasibət bəsləməklə icra etməmiş və bununla da Azərbaycan Respublikasının adından çıxarılmış və icrası bütün fiziki və hüquqi şəxslər üçün məcburi olan məhkəmə aktı icra edilməyərək kağız üzərində qalmışdır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” # ######## 2018-ci il tarixli Qərarında Plenum qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilibedilməməsi obyektiv qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” AR Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclu Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları tam araşdırmadan qərar qəbul etmişdir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmamışdır, odur ki, birinci instansiya məhkəməsinin mövqeyini qanunvericiliyin tələbinə uyğun hesab etmək mümkün deyildir. Ona görə də zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 tərəfindən verilmiş şikayətlər qismən təmin edilməli, Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməli, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə baxışı zamanı göstərdiyi 3 (üç) saat hüquqi yardıma görə 33 (otuz üç) manat vəsait Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Börüsunun vəkili Vəkil “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qərara aldı: Zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 tərəfindən verilmiş şikayətlər qismən təmin edilsin. Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Oğuz Rayon Məhkəməsinə göndərilsin. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə baxışı zamanı göstərdiyi 3 (üç ) saat hüquqi yardıma görə 33 (otuz üç) manat vəsait Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Börüsunun vəkili Vəkil “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-498/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-498/2026
16.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver