Məhkəmə qərarları › İş №3(3-10)-501/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-10)-501/2026

03.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 3(3-10)-501/2026 03.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Xəlilov Ramin Ramiz oğlunun katibliyi ilə, Ismayıllı Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi Ismayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*- ***)-***/**** nömrəli inzibati xəta haqqında qərarından şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət vermişdir. Ismayıllı Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin Ismayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli inzibati xəta haqqında qərarından şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü hesab edilməsi qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin icraata qəbuldan imtina olunmuşdur. Ismayıllı Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən şikayət verilmişdir. Inzibati xətа haqqında iş üzrə icraatı rədd edən hallar araşdırılarkən müəyyən edildi ki, iş materiallarında olan (cild 1, iş vərəqi 100) məktubdan görünür ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinə Ismayıllı Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı 7 avqust 2026-cı il tarixdə “Azdoc elektron sistemi” vasitəsilə imza edilərək göndərilmişdir. Qаnunvericiliyin tələbinə əsаsən Ismayıllı Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadındаn həmin qərаrın “Azdoc elektron sistemi” vasitəsilə imza edilərək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinə göndərilməsi tаrixindən, yəni # ###### 2026cı il tаrixdən 10 gün müddətində şikаyət verilə bilərdi. Lаkin iş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş şikayət həmin qərardaddan şikayət vermə müddəti bitəndən 3 gün sonra, yəni ## ###### 2026-cı il tarixdə verilmiş, nəticədə həmin qərаrdаddan şikаyət verilməsi üçün qanunda nəzərdə tutulmuş müddət ötürülmüşdür. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən də Ismayıllı Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadındаn şikаyətin verilməsi üçün burаxılmış müddətin bərpаsı bаrədə vəsаtətlə məhkəməyə mürаciət edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 57.5-1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) məlumatlandırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilmiş inzibati xəta haqqında protokollar, o cümlədən elektron protokollar, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlar (qərardadlar), o cümlədən elektron qərarlar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.5-1.1. inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 57-1.1.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.5-1.2. inzibati xəta törətmiş şəxs bu Məcəllənin 57-1.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş sənədlər və onların əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir (Inzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsi). Göründüyü kimi, qeyd olunan qanun normalarının mənasına görə, birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarından həmin qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində şikayət verilə bilər və əgər şikayət vaxtında verilməmişdirsə, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim tərəfindən bərpa edilə bilər. Iş materiallarından görünür ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi Ismayıllı Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından şikayət vermə müddətini ötürmüş və bu məsələ birinci instansiya məhkəməsi tərəfindən müzakirə edilməmişdir. Belə vəziyyətdə məsələ Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinin tələblərinə uyğun olaraq həll edilməsi üçün şikayət və iş materialları iş üzrə qərar qəbul etmiş birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu məsələsi həll edilir. Şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir (Inzibati Xətalar Məcəlləsinin 132.2-ci maddəsi). Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin # ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından şikayət vermə müddətinin bərpasına baxılmalı və bu səbəbdən də inzibati işin materialları həmin məsələnin həll edilməsi məqsədi ilə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Ismayıllı Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Ismayıllı Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş şikayət, şikayət vermə müddətinin bərpa edilməsi məsələsinə baxılması üçün inzibati işin materialları ilə birlikdə Ismayıllı Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаddan kаssаsiyа qаydаsındа şikаyət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar