Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-502/2026 09.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Ibrahimov Səbuhi Təmraz oğlunun katibliyi, “xxxx” MMC-nin nümayəndəsi X8 iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Hüquq Idarəsi və “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim E.Cəbrayılzadə) ## #### 2026-cı il tarixli, *(*- ***)-****/**** saylı qərarı ilə şikayət qismən təmin edilərək “xxxx” MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş) manat məbləğində inzibati cərimə edilməsinə dair X13 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin Inzibati Xəta haqqında ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi qərara alınmışdır. Işin halları: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Mərkəzi Aran regional şöbəsinin vəzifəli şəxsinin ##.##.2026-cı il MN № ******* inzibati xəta haqqında iş üzrə qərarı ilə “xxxx” MMC-nin direktoru Hüseynov Təhmasib Əbil oğlu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış “xxxx” MMC-nin direktoru Hüseynov Təhmasib Əbil oğlu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Mərkəzi Aran regional şöbəsinin ##.##.2026-cı il MN № ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş “xxxx” MMC-nin direktoru şikayətini belə əsaslandırmışdır ki, “xxxx"MMC-nin sabiq işçisi X1 normadan artıq işlədiyi iş saatlarına görə əmək haqqının ödənilməməsi barədə şikayəti X13 Xidməti Mərkəzi Aran Regional şöbəsinə sorğularına əsasən göndərilmiş sənədlər əsasında yoxlanılarkən Mərkəzi Aran Regional şöbəsinin vəzifəli şəxsi səlahiyyətlərindən sui istifadə edərək formal mülahizələrə əsaslanaraq qanun tələblərini səhv izah etməklə işəgötürənin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164-cü maddəsinin tələblərini pozmaqla Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 198.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsi barədə ## #### 2026-cı il tarixdə MN seriyalı ******* nömrəli “Inzibati xəta haqqında” protokol tərtib etmişdir. Həmin protokola əsasən ## #### 2026-cı il tarixli MN seriyalı 1872361 №-!i inzibati tənbeh vermə haqqında Qərarla Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinə əsasən 500 manat cərimə edilmişdir. Bundan əlavə DƏMX-nin MAR şöbəsinin vəzifəli şəxsinin ## #### 2026- cı il tarixli MN seriyalı ******* №-li Inzibati Xəta hqqında Protokolda “xxxx”MMC-nin direktorunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 165-ci maddəsinin tələbini pozmaqla Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 164- cü maddəsinin tələbini pozmaqla Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmişdir. Bununla da işəgötürənin müdafiə hüququnu pozmaqla, həmçinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin 5.4-cü bəndinin imperativ tələbini pozaraq inzibati xəta tərkibinin obyektiv cəhətini göstərməli olduğu halda inzibati xətanın mahiyyəti haqqında heç bir məlumat göstərməmişdir. Bu isə onu göstərir ki, müfəttiş toplanmış materialları araşdırmamış və qeyd olunan inzibati xəta tərkibini yaradan konkret hər hansı bir hərəkət və hərəkətsizliyin vaxtını təsdiq edən heç bir sübut müəyyən edə bilməmişdir. Ancaq DƏMX-nin MAR şöbəsinin baş müfəttişi X3 ## #### 2026- cı il tarixli MN seriyalı ******* №-li Inzibati xəta haqqında Protokola və digər materiallara əsasən ## #### 2026-cı il tarixli MN seriyalı ******* №-li Inzibati tənbeh vermə haqqında Qərar qəbul etmişdir. Lakin DƏMX-nin MAR şöbəsinin rəisi X5 da vəzifəsini qanunla müəyyən edilmiş qaydada icra etmədən hər hansı sübut göstərmədən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin Inperativ tələbini kobud surətdə pozaraq əsassız və qanunsuz tərtib edilmiş ## #### 2026-cı il tarixli MN seriyalı ******* №-li protokola və inzibati xəta haqqında işin digər materiallarına əsasən “X1 işəgötürən tərəfindən təqdim edilən sənədlərə əsasən sözügedən vətəndaşı normadan artıq iş saatlarına cəlb etməklə işəgötürən tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulan xəta törətməyi qənaətinə gələrək qanunsuz və əsassız olaraq 500 manat inzibati cərimə edilməsi barədə ## #### 2026-cı il tarixli MN seriyalı ******* №-li inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir”. Yuxarıda göstərilənlər onu göstərir ki, DƏMX-nin MAR şöbəsinin vəzifəli şəxsləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin prinsip və tələblərini kobud surətdə pozmaqla “normadan artıq iş saatı” anlayışı ilə "iş vaxtından artıq iş” hüquqi anlayışlarını əmək hüququ mənasında düzgün qiymətləndirmədikləri üçün, həmçinin sübut edə bilmədikləri bir əmələ görə iki cəza barədə qərar qəbul etmişlər. Çünki DƏMX-nin MAR şöbəsinin vəzifəli şəxsləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin heç bir tələbini və prinsipini düz izah etməmişlər. Ona görə də şikayətimdə "normadan artıq iş və iş vaxtından artıq iş” hüququ anlayışlarını, fasiləsiz fəaliyyət göstərən müəssisələrdə iş rejimi tənzimlənməsi qaydalarını, habelə qeyri iş günləri işə cəlb etməni və qeyri iş günləri işə cəlb edilmiş işçilərin əmək haqqının ödənilməsi, habelə qeyri iş günlərində işə cəlb etmənin limitinin müəyyən edilməməsini, həmçinin iş vaxtından artıq iş saatlarına cəlb etmənin son həddinin qanunvericiliklə müəyyən edilmiş tələblərini göstərmişdir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə görə inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Lakin vəzifəli şəxs protokolu tərtib edərkən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 100.4, 100.5.4 və 100.5.7- ci maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Bütün bunlar onu göstərir ki, vəzifəli şəxs toplanmış materialları tam obyektiv və hərtərəfli araşdırmadan inzibati xəta haqqında əsassız olaraq icraata başlamışdır. Çünki vəzifəli şəxs inzibati xəta haqqında işə başlamaq üçün toplanmış materialda hüquq pozuntusunun maddi tərkibi olmasını müəyyən edərək inzibati xəta haqqında protokolda göstərməli idi. Lakin DƏMX-nin MAR şöbəsinin vəzifəli şəxsi qanunun tələbini pozmaqla formal mülahizələrinə əsaslanaraq işəgötürənin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164-cü maddəsinin tələblərinin ümumi qaydada pozulmasını göstərməklə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində göstərilən inzibati xətanın törətməsi qənaətinə gəlmişdir. Bundan əlavə şikayətçi, sabiq işçi X1 şikayətində normadan artıq iş saatlarına görə əmək haqqının ödənilməməsindən şikayət etməsinə baxmayaraq DƏMX-nin MAR şöbəsinin vəzifəli şəxsi Əmək Məcəlləsinin prinsip və tələblərini nəzərə almadan öz formal mülahizələrinə əsasən çox növbəli iş rejimində işləyən X1 ilə bağlanmış ##.##.2014-cü Il tarixli 797№-li əmək müqaviləsinin “iş və istirahət vaxtı üzrə bölməsinin" 4.21 -ci bəndində nəzərdə tutulmuş 3 növbəli iş qrafiki ilə işləməsini nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 96-cı maddəsində iş vaxtının cəmlənmiş uçotu qaydası tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 96-cı maddəsinin 1 -ci hissəsində göstərilir ki, “Qeydiyyat (uçot) dövründə iş vaxtı müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının cəmindən çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 96-cı maddənin 3- cü hissəsində göstərilir ki, hər il dekabr ayının sonunadək növbəti il üçün normal iş vaxtı üzrə istehsalat təqvimi və iş vaxtının normasını müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edir. Azərbaycan Inzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində “normal əmək və istirahət rejiminə riayət edilməməsinə, o cümlədən əməm qanunvericiliyinin tələbləri pozulmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə görə məsuliyyət müəyyən edilmişdir. DƏMX-nin MAR şöbəsinin baş müfəttişi X3 maddənin dizpozisiyasında göstərilən “iş vaxtından artıq işlə" hüquqi anlayışın “normadan artıq iş saatı” hüquqi anlayışının ehtiva etdiyi mənalara diqqət verməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin iş vaxtından artıq işin Əmək Məcəlləsinin 99-cü maddəsində nəzərdə tutulan huquqi məzmununa diqqət yetirməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 165-ci maddəsi “Iş vaxtından artıq vaxta görülən işə görə əmək haqqının ödənilməsi münasibətini tənzimləyir”. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 99-cu maddəsi isə iş vaxtından artıq işin hüquqi statusunu müəyyən edir ki, 99-cu maddənin 1-ci hissəsinə əsasən “iş vaxtından artıq iş - işəgötürənin əmri və işçinin razılığı ilə əmək funksiyasının müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirilməsi sayılır” Ona görə də DƏMX-nin MAR şöbəsinin baş müfəttişi X3 tərtib etdiyi inzibati xəta haqqında ## #### 2026-cı il tarixli MN seriyalı ******* №-li protokolu qanunsuz və əsassızdır. Çünki həmin maddənin dizpozisiyasında əməlin inzibati xəta tərkibi yaratması üçün işçinin işəgötürən tərəfindən iş vaxtından artıq işə cəlb edilməsi halı təsdiq olunmalıdır və qeyd edilən protokolda qanunun tələbinə görə göstərilməlidir. “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli **-*-***/*-***/**** nömrəli arayışına əasən müəyyən olunur ki, sabiq işçi X1 2024- 2025- 2026-cı illərdə iş vaxtından artıq işə cəlb olunması barədə işəgötürənin əmri olmamışdır. Bundan əlavə “xxxx” MMC-nin Elektrik sexinin sabiq işçisi X1 2025-ci il və 2026-cı ilin yanvar ayını əhatə etdiyi dövr ərzində işlədiyi normadan artıq iş saatlarının illik cəmlənmiş uçotu üzrə artan yekinla qeydiyyat (uçot) dövrü və 2026-cı ilin yanvar ayı üzrə yaranmış normadan artıq iş saatlarının yarandığı günlərin statusu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hər ilin “iş norması və istehsalat təqviminin" hazırlanması prinsipinə uyğun olaraq tabel cədvəllərinə və digər müvafiq sənədlərə əsasən müəyyənləşdirilərkən həmin normadan artıq iş saatlarının qeyd edilən ilin müvafiq aylarının bayram, hüzn və istirahət günlərinə düşməsi və normadan artıq iş saatlarının adi iş günlərinə düşməməsi müəyyən edilmişdir. Ona görə də bayram, hüzn və istirahət günlərində yaranmış normadan artıq iş saatlarına görə əlavə əmək haqqı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun hesablanmışdır. "Iş günü hesab edilməyən günlər" isə xüsusi bir rejimdir və X9 haqqında Konstitusiya Qanunun tələbinə görə qeyri-iş günlərində baş verən bütün əmək münasibətləri mütləq şəkildə həmin günün spesifikasını qoruyan xüsusi sahəvi norma - Əmək Məcəlləsinin 164-cü maddəsi ilə tənzimlənməlidir. Beləliklə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 165-ci maddəsi isə vaxtından artıq işi tənzimləyir və bu maddənin tətbiqində ilkin hüquqi versiya budur ki, işçi normal iş saatından sonra işləməlidir. Ancaq qeyd olunan halda “xxxx” MMC-nin sabiq işçisi X1 gündəlik normal iş saatından artıq müddət işləməmişdir və bu barədə işəgötürənin əmri olmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164-cü maddəsi isə xüsusi normadır və sırf “istirahət, səs vermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əmək haqqının ödənilməsi qaydalarını tənzimləyir”. Qeyd olunanlara əsəsən müəyyən olunur ki, “qeyri-iş günlərində işləyən işçinin normadan artıq iş saatı onun iş normasının uzanması deyil, qeyri-iş günlərinə fəaliyyətinin davamıdır. Həmin günlərin hüquqi təbiəti qeyri-iş günü olduğundan xüsusi norma olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164-cü maddəsi tətbiq edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 107-ci maddəsi “istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günü işçilərin işə cəlb olunmasının yolverilməzliyi” qaydasını tənzimləyir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 107-ci maddəsində fasiləsiz istehsalatların istisna təşkil etdiyini göstərmişdir ki, şikayətçi X1 işlədiyi “xxxx’’MMC-də fasiləsiz fəaliyyət göstərən elektrik stansiyasıdır. Bundan əlavə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 109-cu maddəsində “Istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günü isə işə cəlb olunmuş işçilərin əməyinin həmin Məcəllənin 164-cü maddəsində nəzərdə tutulan qaydada ödənilməsini müəyyən etmişdir. Eyni zamanda bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 100- cü maddəsi ilə iş vaxtından artıq işlərin son həddi müəyyən edilmişdir ki, “hər bir işçi dalbadal gələn iki iş günü ərzində 4 saatdan əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə 2 saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz”. Ancaq fasiləsiz fəaliyyət göstərən müəssisələrdə Azərbaycan Respublikası Əmək Məcəlləsində “istirahət, səs vermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günü işçilərin işə cəlb olunmasına dair heç bir limit müəyyən edilməmişdir. Azərbaycan Respublikası Inzibatı Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən işə inzibati xətlar haqında işə baxılmasına hazırlıq mərhələsində hakim tərəfindən protokol digər materaillar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmalıdır. IXM-də inzibati xəta haqqında protokolun tərtib olunması qaydası dəqiq göstərilmişdir və inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakim həmin protokolun məhz bu normanın tələbinə uyğun tərtib edilib edilmədiyini yoxlamalıdır. Inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyətinin göstərilməsi tələb olunur. AR-nın KM-nin Plenumunun # ### 2019- cu il tarixli AR IXM-nin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair qərarında formalaşdırdığı hüquqi mövqeyə görə qanunvericinin bu məsələyə belə yanaşması məhz prosessual qənaət prinsipinin qorunmasına, inzibati xəta haqqında işin əsassız olaraq uzanmamasına, işlərin ağılabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, inzibati protokolu tərtib edən səlahiyyəti orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən IXM-nin tələblərinə dəqiq riayət etməlidir. AR KM-nin qeyd edilən Plenumun qərarının 2-ci hissəsinin 2-ci bəndinə əsasən - “Məhkəmələr protokol və digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarmalıdır. Bundan əlavə DƏMX-nin MAR şöbəsinin əməkdaşı tərtib etdiyi inzibati xəta haqqında protokolda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut növü təqdim edə bilməmişdir. Eyni zamanda bildirir ki, “Inzibati icraat haqqında Qanun”un 61-ci maddəsinə əsasən inzibati orqanın əməkdaşı qəbul etdiyi qərarın doğruluğunu, əsaslığını sübuta yetirmək vəzifəsi daşıyır. Ancaq göstərdiyi kimi DƏMX-nin MAR şöbəsinin əməkdaşı əmək qanunvericiliyinin nə vaxt, harada və hansı formada pozulmasını təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir. AR IXM-nin 8.2 maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. “xxxx”ASC-nin Mingəçevir flialının sabiq işçi X1 ödəniş kartının çıxarışına və həmin çıxarışa dair izahlı arayışa əsasən müəyyən olunur ki, müfəttişliyin ## #### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında X2 normadan artıq işlədiyi iddia etdiyi 2025-ci ilin iyun, avqust, sentyabr və 2026-cı ilin yanvar aylarında normadan artıq iş saatlarına görə əlavə əmək haqqının qanunvericiliyə uyğun tam ödənilməsi təsdiq olunur ki, bu da aşağıda göstərilənlər kimidir; “xxxx”MMC-nin sabiq işçisi X1 2025-ci ilin iyun ayında əmək müqaviləsi ilə aylıq vəzifə maaşı 720 manat razılaşdırılmasına baxmayaraq ona müvafiq ayda işlədiyi normadan artıq iş saatlarına - bayramlara görə 237.30 manat məbləğində əlavə əmək haqqı da daxil olmaqla cəmi 1415.09 manat hesablanaraq 354.54 manat tutulmalar aparıldıqdan sonra ona 1060.55 manat məbləğində əmək haqqı tam ödənilmişdir. “xxxx” MMC-nin sabiq işçisi X1 2025-ci ilin avqust ayında əmək müqaviləsi ilə aylıq vəzifə maaşı 720 manat razılaşdırılmasına baxmayaraq ona müvafiq ayda cəmi 1083.43 manat əmək haqqı hesablanmış və 226.60 manat tutulmalar aparıldıqdan sonra ona 856.83 manat məbləğində əmək haqqı tam ödənilmişdir. “xxxx” MMC-nIn sabiq işçisi X1 2025-ci ilin sentyabr ayında əmək müqaviləsi ilə aylıq vəzifə maaşı 720 manat razılaşdırılmasına baxmayaraq ona müvafiq ayda cəmi 1048.91 manat əmək haqqı hesablanmış və 218.50 manat tutulmalar aparıldıqdan sonra ona 830.41 manat məbləğində əmək haqqı tam ödənilmişdir. 2026-cı ilin yanvar ayında X1 əmək müqaviləsi ilə aylıq vəzifə maaşı 720 manat razılaşdırılmasına baxmayaraq ona müvafiq ayda işlədiyi normadan artıq iş saatlarına - bayram, hüzn günləri daxil olmaqla 1260.67 manat məbləğində əmək haqqı hesablanmış və 255.87 manat məcburi tutulmalar aparıldıqdan, habelə onun müəssisəyə olan 13.99 manat borcu tutulduqdan sonra ona 991.81 manat məbləğində əmək haqqı tam ödənilmişdir 2025-ci ilin iyun ayında X1 işlədiyi normadan artıq 18 saata görə əlavə iki qat əmək haqqı 193.43 manat; 2025-ci ilin avqust ayında X1 işlədiyi normadan artıq 16 saata görə əlavə iki qat əmək haqqı 145.28 manat; 2025-ci ilin sentyabr ayında X1 işlədiyi normadan artıq 8 saata görə iki qat əlavə əmək haqqı 72.64 manat; 2026ci ilin yanvar ayında X1 işlədiyi normadan artıq 17 saata görə iki qat əlavə əmək haqqı 162.12 manat Azərbaycan Respublikası Əmək Məcəlləsinin 96-cı maddəsinin 1-ci hissəsinin tələbinə uyğun olaraq 2025-ci ildə və 2026-cı ilin yanvar ayının əhatə etdiyi dövr üzrə sabiq işçi X1 çox növbəli iş rejimində işləyərkən iş vaxtının artan yekunla cəmlənmiş uçot dövründə işlədiyi normadan artıq iş saatı müvafiq olaraq 106 və 17 saata görə cəmi 123 saata görə 1115.29 manat məbləğin tərkibində iki qat hesablanmış və həmin məbləğdən müəssisəyə olan 670.82 manat borcu və 81.32 manat məcburi tutulmalar aparıldıqdan sonra qalan 427.16 manat məbləğ son haqq hesab ilə birlikdə onun hesabına tam ödənilmişdir. Beləliklə 2025-ci il və 2026-cı ilin yanvar ayını əhatə etdiyi dövr üzrə X1 işlədiyi 267 saat normadan artıq iş saatına görə ödənilən 2075.69 manat daxil olmaqla qeyd edilən dövr üzrə ona 13856.98 manat məbləğində əmək haqqı ödənilmişdir. Yuxanda göstərilənlər “xxxx”ASC-nin Mingəçevir filialı tərəfindən verilmiş ##.##.2026-cı il tarixli ödəniş kartı üzrə çıxarış ilə təsdiq olunur. Qeyd: sabiq işçi X1 2025-ci il və 2026-cı ilin yanvar ayını əhatə edən dövr üzrə yaranmış normadan artıq iş saatları-bayram, hüzn, səs vermə və istirahət günlərinə düşdüyü üçün həmin günlərin əmək haqqı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164-cü maddəsinin 1- ci hissəsinə uyğun hesablanmışdır. Göründüyü kimi ‘xxxx"MMC-nin sabiq işçisi X4 2026-cı illər üzrə yaranmış normadan artıq 267 iş saatına görə 2075.69 (ikimin yetmiş beş manat altmış doqquz qəpik) manat hesablanıb tam ödənilərək qanunvericiliklə müəyyən edilmiş qaydada tam kompensasiya olunmuşdur. Eyni zamanda “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli 13-9-100/2- 148/2026 No-li arayışına əsasən müəyyən olunur ki, “xxxx” MMC-nin sabiq işçisi X1 “xxxx” MMC-də 2025-ci il üzrə cəmi 1786 saat işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiqlənmiş istehsalat təqviminə əsasən 2025-ci il üzrə normativ iş saatlarının sayı 1903 saat təşkil edir. xxxx” MMC-nin sabiq işçisi X1 2026-cı ilin fevral ayının 2-dək dövr ərzində cəmi 192 saat işləmişdir. Qeyd olunan istehsalat təqviminə əsasən 2026-cı il üzrə normativ iş saatlarının sayı 1922 saat təşkil edir. Nəticədə xxxx” MMC-nin sabiq işçisi X1 hər iki dövrdə illik iş vaxtı normasını aşmamışdır. Həmçinin “xxxx"MMC-nin ##.##.2026-cı il tarixli 13-9- 100/2-***/**** №-li arayışına əsasən müəyyən olunur ki, “xxxx” MMC-nin çox növbəli iş rejimində çalışan işçilərinin gündəlik işinin (növbənin) müddəti 8 saatdır, növbələr arası istirahət müddəti 16 saatdır, növbələr dəyişərkən isə işçilər bir həftədə 24, növbəti digər həftədə isə 48 saat tam istirahət edirlər. Iş vaxtının cəmlənmiş uçotu zamanı istirahət günləri X19 ilə razılaşdırılmış növbə cədvəlinə uyğun verilir. Beləliklə DƏMX-nin MAR şöbəsinin vəzifəli şəxsi tərəfindən tərtib olunmuş ## #### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın əsasız və qanunsuz olduğu kifayət qədər sübuta yetirilmişdir. Ona görə də ləğv edilməlidir. Ona görə də şikayətin təmin edilməsini xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Hüquq Idarəsi və “xxxx” MMC tərəfindən apellyasiya şikayətləri vermişdir. Apellyasiya şikayətlərinin və proses iştirakçılarının dəlilləri: X13 Xidmətinin Hüquq Idarəsi apellyasiya şikayətini belə əsaslandırmışdır ki, işə baxan birinci instansiya məhkəməsi “xxxx" MMC-nin direktoru Hüseynov Təhmasib Əbil oğlu tərəfindən irəli sürülmüş mülahizələrə əsaslanaraq inzibati xəta hadisəsinin olmaması barədə əsassız nəticəyə gəlmişdir. Iş materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki, X1 həqiqətən xidməti zərurətlə əlaqədar “xxxx” MMC-nin müvafiq işçilərinin 2025-ci ilin iyun, avqust, sentyabr və 2026-cı ilin yanvar aylarında iş vaxtından artıq işə cəlb edilmişdir. Beləliklə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 222-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 108-ci maddəsində göstərilir ki, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı günlərdə iş gününün müddəti Bu Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Altıgünlük iş həftəsi ilə işləyən müəssisələrdə bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti 6 saatdan çox ola bilməz. Həmin Məcəlllənin 105.1-ci maddəsində isə bayram günləri müəyyən edilmişdir; Azərbaycan Respublikasının bayramları aşağıdakılardır: Yeni il bayramı (yanvarın 1 və 2-si); Qadınlar günü (martın 8-i); Faşizm üzərində qələbə günü (mayın 9-u); Müstəqillik Günü (mayın 28-i), Azərbaycan Xalqının Milli Qurtuluş Günü (iyunun 15-i); Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü (iyunun 26-sı); X16 (oktyabrın 18-i); Zəfər Günü (noyabrın 8-i); Azərbaycan Respublikasının Dövlət bayrağı günü (noyabrın 9-u); Konstitusiya günü (noyabrın 12-si); Milli Dirçəliş günü (noyabrın 17-si); Dünya azərbaycanlılarının həmrəyliyi günü (dekabrın 31-i); Novruz bayramı - beş gün; Qurban bayramı - iki gün; Ramazan bayramı - iki gün. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi bu məsələləri nəzərə almamışdır. Iş materiallarında olan sənədlərə əsasən “xxxx” MMC-nin direktoru Hüseynov Təhmasib Əbil oğlu tərəfindən Inzibati Xətalar Məcllləsinin 198.1.5-ci maddəsinin tələblərinin pozulması faktı və X11 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən qanunvericiliyin tələblərinə tam riayət olunması öz təsdiqini tapır. Mingəçevir Şəhər Məhkəməsinin (hakim E.Cəbrayılzadə) ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini və X13 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin Inzibati Xəta haqqında ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılmasını xahiş etmişlər. “xxxx” MMC apellyasiya şikayətində Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilmisini və eyni fakta görə eyni şəxs barədə qüvvədə olan ## #### 2026-cı il tarixli qərarın mövcudluğuna əsasən Azərbaycan Respublikası IXM-nin 53.1.7-ci maddəsinə əsasən işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən “xxxx” MMC-nin nümayəndəsi X8 şikayətin məzmununa uyğun izahat verərək “xxxx” MMC-nin şikayətinin təmin edilməsini və eyni əməl üzrə inzibаti xətа hаqqındа iş üzrə qərаr оlduğundаn iş üzrə icrааtа xitаm verilməsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Hüquq Idarəsinin şikayətinin isə əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Hüquq Idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası IXM-nin 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM) 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. IXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə şikаyətin dəlillərini iş mаteriаllаrı ilə birlikdə araşdırıb, birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayıb hesаb edir ki, аşаğıdа şərh olunаn əsаslаrа görə, şikayətlər təmin edilməməli və iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə şikayət qismən təmin edilmiş, xxxx” MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş) manat məbləğində inzibati cərimə edilməsinə dair X13 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi qərara alınmışdır. Hazırkı halda işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır və bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən IXM-in tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. Inzibati xəta haqqında işə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını rəhbər tutaraq, iş materiallarını, apellyasiya qaydasında verilmiş şikayətləri, birinci instansiya məhkəməsində inzibati qaydada aparılmış icraatı və tərəflərin dəlillərini təhlil edərək hesab edir ki, şikayətlərin dəlilləri əsassız olduğundan şikаyətlər təmin edilməməlidir. Belə ki, işdə olan X13 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin rəisi Elxan Çərkəzova ünvanlanmış ərizədən görünür ki, “xxxx” MMC-nin rəhbərliyi məlumat üçün bildirmişdir ki, elektrik sexinin sabiq işçisi X4 2024-2025-2026-cı illərdə iş vaxtından artıq işə cəlb olunması barədə işəgötürənin əmri olmamışdır. Işdə olan “xxxx” MMC tərəfindən verilmiş ** nömrəli arayışdan görünür ki, X1 ##.##.2026-cı il tarixdə “xxxx” MMC üzrə verilmiş **/Ş saylı əmrlə işdən azad olunmuşdur. 2025-2026-cı illər üzrə cəmi:123(bir yüz iyirmi üç) normadan artıq iş saatı olmuşdur ki, ona görə də ona ikiqat 1115,29 (bir min bir yüz on beş) manat 29 qəpik hesablanıb ödənilmişdir. Normadan artıq iş saatlarına görə müəssisənin X1 borcu qalmamışdır. Işdə olan “xxxx” MMC tərəfindən verilmiş ##.##.2026- cı il tarixli arayışdan görünür ki, xxxx" MMC-nin sabiq işçisi X4 “xxxx” MMC-də 2025-ci il üzrə cəmi 1786 saat işləmişdir. ƏƏSMN tərəfindən təsdiqlənmiş istehsalat təqviminə əsasən 2025- ci il üzrə normativ iş saatların sayı 1903 təşkil edir. A.M. Umudov 2026- cı ilin fevral ayının 2-nə qədərki dövr ərzində isə cəmi 192 saat işləmişdir. ƏƏSMN tərəfindən təsdiqlənmiş istehsalat təqviminə əsasən 2026 -cı il üzrə normativ iş saatların sayı 1922 saat təşkil edir. Nəticədə A.M.Umudov yuxanda göstərilən hər iki dövrdə ƏƏSMN təsdiqlənmiş iş vaxtı normasını aşmamışdır. Işdə olan “xxxx” MMC tərəfindən verilmiş ##.##.2026- cı il tarixli arayışdan görünür ki, “xxxx” MMC-nin çoxnövbəli iş rejimində çalışan işçilərinin gündəlik işinin (növbənin) müddəti 8 saatdır. Növbələrarası istirahət müddəti 16 saatdır. Növbələr dəyişərkən isə işçilərimiz bir həftədə 24, növbəti digər həftədə isə 48 saat tam istirahət edirlər. Iş vaxtının cəmlənmiş uçotu zamanı istirahət günləri X19 ilə razılaşdırılmış növbə cədvəlinə uyğun verilir. Işdə olan ödəniş kartı üzrə çıxarışdan görünür ki, X1 bank hesabına 2025-ci ildən 2026cı ilin aprel ayına qədər 13856,98 manat mədaxil olmuşdur. Işdə olan əmək müqaviləsindən görünür ki, işəgötürən “xxxx” MMC-nin direktoru işçi X1 arasında bağlanmış əmək müqaviləsinə görə X1 xidmət edən elektrik montyoru vəzifəsinə işə qəbul edilmişdir. Iş materiallarında olan X13 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin ##.##.2026-cı il tarixli MN ******* nömrəli Inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “xxxx” MMCnin direktoru Hüseynov Təhmasib Əbil oğlu Azərbaycan Respublikasi Inzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulumuş inzibati xətanı törətdiyinə görə 500 manat məbləğində inzibati cərimə olunmuşdur. Işdə olan X13 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin vəzifəli şəxsi tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, ******* saylı protokoldan görünür ki, vətəndaş X1 müraciəti əsasında “xxxx” MMC-nin direktoru Hüseynov Təhmasib Əbil oğlu işçini normadan artıq iş saatlarına cəlb edərək Əmək Məcəlləsinin 164-cü maddəsinin tələblərini pozmuşdur. Işdə olan Azərbaycan Respublikası “xxxx” ASC “xxxx” MMC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli arayışdan görünür ki, “xxxx” MMC-nin sabiq işçisi X1 2025-2026-cı illərdə artıq iş saatlarına cəlb olunması barədə qeyd olunan illərdə işəgötürən tərəfindən əmr verilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, protokol tərtib edilərkən, eyni zamanda şəxs barəsində inzibati xəta haqında qərar çıxarılarkən qanunvericiliyin yuxarıda sadalanan normasının tələbləri pozulmuş, belə ki, törədilən inzibati xətanın hansı dövrləri əhatə etməsi, yəni inzibati xətanın konkret olaraq hansı tarixlər aralığında törədilməsi və xətanın törədilməsi yeri öz əksini tapmamışdır. Birinci instansiya məhkəməsi “xxxx” MMC-nin nümayəndəsi izahatını dinləyib, iş materiallarında olan sübutları nəzərdən keçirərək əsaslı olaraq hesab etmişdir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Mərkəzi Aran regional şöbəsinin ##.##.2026-cı il MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin inzibati orqana qaytarılmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.3-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Iş mаteriаllаrındаn görünür ki, “xxxx” MMC-nin direktoru Hüseynov Təhmasib Əbil oğlunun barəsində qəbul edilmiş ##.##.2026-cı il MN № ******* inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət vermədən qəbul edilmiş, “xxxx” MMC-nin direktoru Hüseynov Təhmasib Əbil oğlunun həmin qərarla Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini, həmçinin qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə hərtərəfli araşdırılma aparılmamışdır. Belə ki, iş mаteriаllаrındаn görünür ki, “xxxx” MMC-nin direktoru Hüseynov Təhmasib Əbil oğlunun barəsində “xxxx” MMC-də işləmiş vətəndaş X1 normal əmək və istirahət rejiminə riayət edilməməsinə, o cümlədən əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə dair inzibati xəta pozuntusunun müəyyən edilməsi barədə inzibati xəta pozuntusunu aşkar edən orqan tərəfindən tərtib edilmiş protokolda, həmçinin həmin protokol əsasında tərtib edilmiş inzibati xəta haqında qərarda törədilən inzibati xətanın hansı dövrləri əhatə etməsini, yəni törədilmiş inzibati xətanın konkret olaraq hansı tarixlər aralığında törədilməsini və xətanın törədilməsi yerini müəyyən etmək mümkün deyildir ki, qeyd edilən halların da göstərilməməsi xətanın mövcudluğunu şübhə altına alır. Оnа görə də işin qeyd edilən bu fаktiki hаllаrı tаm müəyyən edilmədən və оnlаrа düzgün hüquqi qiymət verilmədən “xxxx” MMC-nin direktoru Hüseynov Təhmasib Əbil oğlunun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməsi və inzibati qaydada tənbeh edilməsi barədə sözügedən ##.##.2026-cı il MN № ******* saylı qərar həqiqətən də işin hərtərəfli, tаm və оbyektiv аrаşdırılmаsı və ədаlətlilik meyаrlаrınа cаvаb verməmişdir. Apellyasiya məhkəməsi hesab edir ki, birinci instаnsiyа məhkəməsinin “xxxx” MMC-nin direktoru Hüseynov Təhmasib Əbil oğlunun barəsində qəbul edilmiş ##.##.2026-cı il MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın bütün sübutlara istinad edilmədən və qiymət vermədən qəbul edilməsi, həmçinin “xxxx” MMC-nin direktoru Hüseynov Təhmasib Əbil oğlunun həmin qərarla Inzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törədib-törətməməsinin tam araşdırılmaması, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması və bununlа dа hərtərəlfli аrаşdırmаnın аpаrılmаsı üçün işin yenidən həmin inzibаti оrqаnа qаytаrılmаsı bаrədə gəldiyi nəticə əsаslıdır və işin hаllаrınа tаm uyğundur. Оnа görə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Hüquq Idаrəsinin mülahizə xarakterli dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərarının dəyişdirilməsi üçün əsas deyildir. Eyni zamanda “xxxx” MMC-nin apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya məhkəməsi qeyd edir ki, iş materiallarında olan ## #### 2026-cı il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla xxxx” MMC-nin direktoru Hüseynov Təhmasib Əbil oğlu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. Hаzırki iş üzrə mübаhisələndirilən ##.##.2026-cı il tarixli MN ******* nömrəli qərаrdа isə “xxxx” MMC-nin direktoru Hüseynov Təhmasib Əbil oğlu Azərbaycan Respublikasi Inzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulumuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə olunmuşdur. IXM-nin 192.4-cü mаddəsində nəzərdə tutulmuş inzibаti xətа ilə IXM-nin 198.1.5-ci mаddəsində nəzərdə tutulmuş inzibаti xətа üzrə əməllər eyni əməl deyildir və həmin xətаlаrа görə sözügedən qərаrlаrlа şəxsin inzibаti məsuliyyfətə cəlb edilməsi eyni fakt üzrə iki dəfə inzibаti məsuliyyətə cəlb edilmə sаyılа bilməz. Belə ki, IXM-nin 192.4-cü mаddəsində işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə inzibаti məsuliyyət, IXM-nin 198.1.5ci mаddəsində isə normal əmək və istirahət rejiminə riayət edilməməsinə, o cümlədən əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə görə inzibаti məsuliyyət nəzərdə tutulmuşdur. Yəni “xxxx” MMC-nin direktoru Hüseynov Təhmasib Əbil oğlu eyni əmələ görə deyil, IXM-nin 192.4 və 198.1.5-ci mаddələrində nəzərdə tutulmuş bаşqа-bаşqа inzibаti xətаlаr üzrə əməllərə görə inzibаti məsuliyətə cəlb оlunmuşdur. IXM-nin 53.1.7-ci maddəsində əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Hazırkı işin hallarından göründüyü kimi xxxx” MMC-nin direktoru Hüseynov Təhmasib Əbil oğluna istinad edilən inzibati xətalar Inzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş fərqli inzibati məsuliyyətləri özündə ehtiva edir və bu hal xxxx” MMC-nin direktoru Hüseynov Təhmasib Əbil oğlunun barəsində eyni fakt üzrə inzibati tənbeh edilməsini ehtiva etmir. Odur ki, “xxxx” MMC-nin eyni fakta görə eyni şəxs barədə qüvvədə olan ## #### 2026-cı il tarixli qərarın mövcudluğuna əsasən Azərbaycan Respublikası IXM-nin 53.1.7-ci maddəsinə əsasən işin icraatına xitam verilməsinə dair dəlili əsassızdır və birinci instansiya məhkəməsinin hazırki ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsi üçün əsas deyildir. Beləliklə, məhkəmə apellyasiya şikayətləri üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəməsinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyildir. Qeyd edilənlərə əsasən işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Hüquq Idarəsi və “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-****/**** saylı qərarı baxılmış şikayətlərə münasibətdə dəyişdirilmədən saxlanılmаlıdır. Nəticəvi hissə: Аzərbаycаn Respublikаsı IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və Аzərbаycаn Respublikаsı Inzibati Xətalar Məcəlləsinin 133- 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Hüquq Idarəsi və “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı baxılmış şikayətlərə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-502/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-502/2026
09.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver