Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 3(3-10)-503/2026 01.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, Fərhadov Adil Müşviq oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin vəzifəli şəxsi Vəzifəli şəxs hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 544.1-ci maddəsinin tərkib əlamətləri olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilməsi haqqında Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından protokol tərtib edən orqan Azərbaycan Respublikası Qida X3 X1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin vəzifəli şəxsi Vəzifəli şəxs hərəkətlərində İXM-in 544.1-ci maddəsinin tərkib əlamətləri olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata İXM-in 53.1.2-ci maddəsinə əsasən xitam verilməsi haqqında Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından protokol tərtib edən orqan Azərbaycan Respublikası Qida X3 X1 tərəfindən verilmiş şikayəti Şəki Аpellyasiya Məhkəməsinə аiddir. Məhkəmə inzibati xətа haqqında iş üzrə icraatı rədd edən hallar araşdırılarkən müəyyən edir ki, apellyasiya şikayəti qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət pozulmaqla verilmişdir. Belə ki, iş materiallarında olan ## ###### 2026-cı il tarixli məktubdan görünür ki, həmin qərarın surəti eyni gün ## ###### 2026-cı il tarixdə protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Qida X3 X1 elektron sənəd dövriyyəsi vasitəsi ilə çatdırılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İXM-in 57-ci maddəsi inzibati xətalar haqqında işlər üzrə sənədlərin (o cümlədən qərarların) rəsmi qaydada verilməsinin ümumi qaydalarını müəyyən edir və bu maddəyə istinadən qərarın surətinin elektron sənəd dövriyyəsi vasitəsilə göndərildiyi ## ###### 2026-cı il tarixi rəsmi çatdırılma vaxtı hesab olunur. İXM-in 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, qərarın surətinin ## ###### 2026-cı il tarixdə rəsmi qaydada verildiyi nəzərə alınmaqla, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş on günlük prosessual müddət protokol tərtib edən orqan Azərbaycan Respublikası Qida X3 X1 münasibətdə ## ###### 2026-cı il tarixdə bitmişdir. Lakin iş materiallarından görünür ki, protokol tərtib edən orqan apellyasiya şikayətini yalnız ## ###### 2026-cı il tarixdə, yəni müəyyən edilmiş prosessual müddət başa çatdıqdan sonra, elektron imza vasitəsilə təsdiqləmişdir. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir (İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsi). Göründüyü kimi, qeyd olunan maddələrin mənasına görə, birinci instansiya məhkəməsinin inzibati xəta haqqında qərarının surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində şikayət verilə bilər və əgər şikayət vaxtında verilməmişdirsə, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim tərəfindən bərpa edilə bilər. İş materiallarından görünür ki, inzibati xəta haqqında qərar protokol tərtib edən orqan Azərbaycan Respublikası Qida X3 X1 şikayət vermə müddətini ötürmüş və bu məsələ birinci instansiya məhkəməsi tərəfindən müzakirə edilməmişdir. Belə vəziyyətdə məsələ İXM-in 130cu maddəsinin tələblərinə uyğun olaraq həll edilməsi üçün şikayət və iş materialları iş üzrə qərar qəbul etmiş birinci instansiya məhkəməsinə göndərilməlidir. İXM-in 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu məsələsi həll edilir. Şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir (İXM-in 132.2-ci maddəsi). Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin inzibati xəta haqqında qərarından buraxılmış şikayət vermə müddətinin bərpasına baxılmalı olduğundan və protokol tərtib edən orqan Azərbaycan Respublikası Qida X3 X1 şikayət vermə müddətini ötürməsi məsələsinə birinci instansiya məhkəməsi tərəfindən baxılmadığından, inzibati işin materialları həmin məsələnin həll edilməsi məqsədi ilə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və İXM-in 132-ci maddəsini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından protokol tərtib edən orqan Azərbaycan Respublikası Qida X3 X1 tərəfindən verilmiş apellyasiya şikayətinin vermə müddətinin bərpa edilməsi məsələsinə baxılması üçün işin materialları Mingəçevir Şəhər Məhkəməsinə qaytarılsın. Qərаrdаddan kаssаsiyа qаydаsındа şikаyət və yа protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-503/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-10)-503/2026
01.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver