Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-504/2026 02.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, Fərhadov Adil Müşviq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi vəkil1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə inzibati həbs edilməsinə dair Şəki Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ###### 2026-ci il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəkili vəkil2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Şəki Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ###### 2026-ci il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə(sədrlik edən Ş.Cəfərova) ##.##.2004-cü il tarixdə Şəki rayonu Kiçik Dəhnə kəndində anadan olmuş, Azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ali hərbi təhsilli, subay, işsiz, əlilliyi olmayan, Şəki rayonu Oraban kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilməsi və həbsetmənin əvvəli ## ###### 2026-cı il tarixdən, saat 15:16-dan hesablanması qərara alınmışdır. İşin halları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəki regional "ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən verilmiş icra qeydləri üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cəmi 9945 manat borc tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)- **** saylı,##.##.2026-cı il tarixlli icra sənədi üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 788,03 ABŞ dolları borc və 30 manat dövlət rüsumu tutularaq "xxxx"MMC-yə ödənilməlidir. İcra sənədlərinin icrası ilə əlaqədar borcluya 10 gün könüllü icra müddəti verilmiş, göstərilən müddət ərzində borclu tərəfindən borcun ödənilməsini təmin etməmişdir. İcra sənədi üzrə tələbin məcburi icrası ilə bağlı borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədi ilə müxtəlif dövlət orqanlarına və banklara sorğular verilmiş, sorğulara alınan cavablarda borclunun adına hər hansı əmlak və ya qızılzinət əşyası aşkar edilməmişdir. Bununlada keçən müddət ərzində icra sənədləri üzrə tələbin icrası Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən qərəzli olaraq icra edilməmişdir. Göstərilənlərə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəkili vəkil2 apellyasiya şikayəti verərək Şəki Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ###### 2026-ci il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin və prosses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəkili vəkil2 apellyasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-ci il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ədalətsizdir. Məhkəmənin ədalətsiz qərar qəbul etməsini söyləməyə imkan verən əsaslardan biri ondan ibarətdir ki, yalnız icra məmurunun təqdimatda göstərdiyi xüsusatları əsas götürməsi, həmin xüsusatların mötəbər sübutlarla öz təsdiqini tapıbtapmamasını araşdırmamamışdır. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiribu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasəninzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tamvə obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 61-ci maddəsində görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək hüquqları vardır. Həmin Məcəllənin 75-ci maddəsində qeyd olunur: İnzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasəninzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə obyektiv baxaraq ədalətli qərar qəbul edəcəkdir. Belə ki, hazırki işə əlavə edilmiş icra işindən aşkar şəkildə görünür ki, barəsində inzibati icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qətnamənin icrasından yayınmamış, hissə-hissə də, olmaqla borcundan müvafiq ödənişlər etmişdir. Hesab edir ki, ödənilmiş məbləğ kifayət qədər əhəmiyyətli məbləğdir və bununla da, şəxsin əməlində inzibati xəta əsasları aradan qalxmışdır. Apellyasiya məhkəməsi iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun vəkili vəkil1 şikayətin məzmununa uyğun oxşar məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan inzibati xəta barədə protokol tərtib etmiş orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: . İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. İş materiallarından aydın olur ki, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs haqqında ##.##.2026-cı il tarixdə MN ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib etmişdir. Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş *(***)-**** saylı, ##.##.2026-cı il tarixlli icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 788,03 ABŞ dolları borc və 30 manat dövlət rüsumu tutularaq "xxxx"MMC-yə ödənilməlidir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin ##.##.2026-cı il tarixli icraata başlamaq haqqında qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında ##.##.2025-ci il tarixli bildirişdən görünür ki, Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş *(***)-**** saylı, ##.##.2026-cı il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 10 gün müddətində vaxt verilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin ##.##.2026-cı il tarixli icra qeydinə əsasən X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “xxxx” MMC-nin xeyrinə 1767.36 manat məbləğində pul tutulmalıdır. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin ##.##.2026-cı il tarixli icra qeydinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “xxxx” MMC-nin xeyrinə 1980 manat məbləğində pul tutulmalıdır. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin ##.##.2026-cı il tarixli icra qeydinə əsasən X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “xxxx” MMC-nin xeyrinə 1767.36 manat məbləğində pul tutulmalıdır. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin ##.##.2026-cı il tarixli icra qeydinə əsasən, X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “xxxx” MMC-nin xeyrinə 1767.36 manat məbləğində pul tutulmalıdır. “xxxx” MMC tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə ünvanlanmış ##.##.2026-cı il tarixli məktubda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs gəlirinin 50% hissəsinə yönəldilməsi, digər zəruri icra tədbirlərinin tətbiq edilməsi xahiş edilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin ##.##.2026-cı il tarixli borclunun axtarışı haqqında qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məcburi qaydada Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirildiyinin qərara alındığı qeyd edilmişdir. Barəsində inzibati xəta haqqında iş aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində verdiyi izahatında icra sənədi üzrə olan borcdan məlumatının olduğunu, işləmədiyini, borclarını ödəməsi üşün ona 3-6 ay vaxt verilməsini, adıına hər-hansı daşınar-daşınmaz əmlakın olmadığını bildirmişdir. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışlarını tam hər tərəfli və obyektiv araşdıraraq hesab edir ki, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri isə həmin qərarın ləğvi və ya dəyişdirilməsi üçün əsas vermir. Belə ki, iş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, *(***)-**** saylı icra sənədi üzrə 788,03 ABŞ dolları borc və 30 manat dövlət rüsumunun, habelə Şəki regional "ASAN xidmət" mərkəzində notariat qeydləri əsasında 9945 manat borcun "xxxx" MMC-nin xeyrinə tutulması nəzərdə tutulmuşdur. İcra sənədlərinin icrasına başlanılması ilə borcluya İXM-in tələblərinə uyğun 10 günlük könüllü icra müddəti verilsə də, o, bu müddət ərzində borcu ödəməmiş, sonrakı dövrdə də icra tədbirlərinə etinasız yanaşaraq, əmlak vəziyyətinin araşdırılması üçün dövlət orqanlarına və banklara göndərilmiş sorğulara baxmayaraq heç bir aşkar əmlak təqdim etməmiş, nəticədə icra orqanı tərəfindən onun barəsində məcburi gətirilmə tədbirinin tətbiqinə ehtiyac yaranmışdır. Göstərilən hallar məcmusunda qiymətləndirildikdə, borclunun hərəkətləri icra sənədi üzrə tələbin icrasından uzun müddət ərzində qərəzli yayınma xarakteri daşıdığından, onun əməlində İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Apellyasiya şikayətinin birinci dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi yalnız icra məmurunun izahatına əsaslanmış, həmin izahatda göstərilən faktların etibarlı sübutlarla təsdiqlənib-təsdiqlənmədiyini araşdırmamışdır. Bu dəlil məhkəmə tərəfindən əsassız hesab edilir, belə ki, iş materiallarında icra məmurunun izahatından əlavə, inzibati xəta haqqında protokol, hər iki icra sənədi, könüllü icranın təklif edilməsi barədə bildiriş, icra qeydləri, "xxxx" MMC-nin müraciəti, borclunun axtarışı və məcburi gətirilməsi haqqında qərar, habelə borclunun özünün ##.##.2026-cı il tarixli izahatı olmaqla bir-birini təsdiqləyən çoxsaylı sübutlar toplanmışdır. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə sübutlar təkcə izahatlarla deyil, maddi sübutlarla, sənədlərlə və protokollarla da müəyyən edilə bilər, İXM-in 84.1-ci maddəsinə görə isə hakim sübutları işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanan daxili inamı ilə qiymətləndirir. Birinci instansiya məhkəməsi məhz bu tələblərə uyğun hərəkət edərək, icra məmurunun izahatını təcrid olunmuş şəkildə deyil, digər sənədli sübutlarla birlikdə qiymətləndirmişdir və bu sübutların bir-birini qarşılıqlı təsdiqləməsi onların etibarlılığına şübhə yaratmır. Bununla belə, İXM-in 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə uyğun olaraq təqsirini sübut etmək vəzifəsi borclunun üzərinə qoyulmamış, əksinə, məhkəmə tərəfindən yuxarıda göstərilən sübutların məcmusu əsasında təqsir barəsində əsaslı şübhə doğuran heç bir hal aşkar edilməmişdir. Apellyasiya şikayətinin ikinci dəlili borcun bir hissəsinin ödənildiyinə və bununla da inzibati xəta üçün əsasların aradan qalxdığına istinad edir. Bu dəlil də əsassız hesab edilir, Çünki, İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan hüquqpozma icra sənədinin müəyyən edilmiş müddətdə üzrsüz səbəbdən icra edilməməsi anından tamamlanmış hesab olunur və bu andan sonra edilən qismən, natamam ödəniş artıq baş vermiş inzibati xətanın hüquqi tərkibini aradan qaldırmır. Bundan əlavə, iş materialları göstərir ki, iddia edilən ödənişlər borclu tərəfindən 10 günlük könüllü icra müddəti ərzində deyil, yalnız icra orqanının onun barəsində axtarış və məcburi gətirilmə tədbirlərini tətbiq etməsindən sonra edilmişdir ki, bu da borclunun icra tədbirlərinə müsbət münasibətini deyil, əksinə, məcburiyyət qarşısında hərəkət etdiyini göstərir. Belə hal İXM-in 9-cu maddəsində təsbit olunmuş ədalətlilik prinsipi baxımından tənbehin fərdiləşdirilməsi zamanı nəzərə alına bilsə də, əməlin özünün hüquqazidd xarakterini və inzibati məsuliyyətin əsaslarını aradan qaldıra bilməz. Apellyasiya şikayətinin üçüncü dəlili Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna istinad edərək, işə ədalətli və qərəzsiz yanaşılmasının təmin edilməli olduğunu bildirir. Məhkəmə bu dəlili qəbul etmir, belə ki, istinad edilən presedent hüququ, əksinə, məhkəmə aktlarının vaxtında və effektiv icrasının təmin edilməsini dövlətin öhdəliyi kimi müəyyən edir və bu məqsədə xidmət edən inzibati tənbeh tədbirlərinin qanuni əsaslarla tətbiqinə heç bir maneə yaratmır. Əksinə, borclunun icra tədbirlərindən uzun müddət yayınması nəticəsində qanuni qüvvəyə minmiş icra sənədlərinin kağız üzərində qalması, məhz həmin hüquqi prinsiplərin yəni tələbkarın hüquqlarının səmərəli bərpa olunması prinsipinin pozulmasına səbəb olmuşdur, bu isə borcluya qarşı münasib tənbeh tədbirinin tətbiqini zəruri edir. Tənbehin növü və miqdarına gəldikdə, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun İXM-in 528.1-ci maddəsinin şərhinə dair # ######## 2018-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyini rəhbər tutaraq qeyd edir ki, tənbeh əməlin xarakterinə, törədilmə hallarına və şəxsin şəxsiyyətinə mütənasib olmalıdır. Birinci instansiya məhkəməsi borclunun uzunmüddətli və qərəzli yayınmasını, borcun məbləğinin əhəmiyyətliliyini, aşkar əmlakının olmamasını və şəxsiyyətinə dair digər halları nəzərə alaraq, İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan bir ayadək maksimum həddən əhəmiyyətli dərəcədə az olan 15 günlük inzibati həbs tənbehini təyin etməklə, mütənasiblik və fərdiləşdirmə tələblərinə tam əməl etmişdir. Yekun olaraq, məhkəmə İXM-in 135-ci maddəsində nəzərdə tutulan, qərarın ləğvi və ya dəyişdirilməsi üçün əsas ola biləcək hallardan – iş üçün əhəmiyyətli faktiki halların araşdırılmaması, nəticələrin faktiki hallara uyğun olmaması, əhəmiyyətli halların sübuta yetirilməməsi və ya hərtərəfli araşdırmaya mane olan prosessual pozuntunun mövcud olması kimi hallardan heç birinin bu iş üzrə yer almadığı qənaətinə gəlir. Birinci instansiya məhkəməsi işin bütün hallarını İXM-in 76 və 84.1-ci maddələrinin tələblərinə uyğun hərtərəfli, tam və obyektiv araşdırmış, gəldiyi nəticələr iş materialları ilə təsdiqlənən sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının bütün fiziki və hüquqi şəxslər üçün məcburi olması prinsipini nəzərə alaraq, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni əsaslarla qəbul edilmiş və dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayəti isə təmin edilməməlidir. Məhkəmə kollegiyası İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşmış presedent hüququna, xüsusilə "Hornsbi Yunanıstana qarşı" (1997) və "Burdov Rusiyaya qarşı" işləri üzrə qərarlarına istinad edərək xatırladır ki, məhkəmə qərarının icrası İnsan Hüquqlarının və X3 haqqında Konvensiyanın 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) ayrılmaz tərkib hissəsidir. Dövlət orqanları məhkəmə qərarlarının icrasını təmin etmək üçün qanun çərçivəsində bütün effektiv və mütənasib vasitələrdən istifadə etməyə borcludur. Bu kontekstdə borcluya qarşı tətbiq edilən inzibati tənbeh tədbiri yalnız cəza xarakteri daşımır, eyni zamanda borclunun qanunlara və məhkəmə hakimiyyətinə hörmət etməsini, gələcəkdə belə hüquq pozuntularının qarşısının alınmasını və onun icraya məcbur edilməsini hədəfləyir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin İXM-in 528.1-ci maddəsinin şərhinə dair # ######## 2018-ci il tarixli qərarında qeyd edildiyi kimi, inzibati tənbeh ədalətli və mütənasib olmalı, xətanın xarakterinə və törədilmə şəraitinə, eləcə də pozuntunu törədənin şəxsiyyətinə uyğun gəlməlidir. Birinci instansiya məhkəməsi borclunun şəxsiyyətini, ailə vəziyyətini, orta təhsilli olmasını və fərdi əməklə məşğul olmasını, habelə borcun yüksək məbləğini və icra tədbirlərindən yayınma müddətini düzgün qiymətləndirmişdir. İXM-in 528.1-ci maddəsində qanunverici tərəfindən 1 ayadək inzibati həbs müddəti nəzərdə tutulduğu halda, Şəki Rayon Məhkəməsi tərəfindən borclunun barəsində cəmi 15 gün müddətinə inzibati həbs tənbehi təyin edilmişdir. Bu cəza həddi İXMin 9-cu maddəsində təsbit olunmuş ədalətlilik və mütənasiblik prinsiplərinə tam cavab verir. Təyin olunmuş bu tənbeh növü həm borclunun qanunlara ciddi əməl etmək ruhunda tərbiyə olunması, həm də tələbkarın hüquqlarının müdafiəsi baxımından yetərli və zəruri hesab edilməlidir. Hüquqi müəyyənlik prinsipi tələb edir ki, tərəflər arasında mübahisəyə son qoyan yekun məhkəmə qərarı şübhə altına alınmasın və icra olunsun. Məhkəmə qərarlarının uzun müddət icra olunmaması cəmiyyətdə ədalət mühakiməsinə olan inamı sarsıdır və hüquq qaydasını pozur. Beynəlxalq standartlara görə, dövlət orqanları məhkəmə qərarlarının icrasını təmin etmək üçün bütün effektiv vasitələrdən istifadə etməyə borcludur. İnzibati həbs tənbehi burada borclunu cəzalandırmaqdan daha çox, onu məhkəmə aktına hörmət etməyə və qərarın icrasına məcbur etmək xarakteri daşıyır. Hazırkı halda işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır və bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən İXM-in tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasına laqeyd münasibət bəsləməklə uzun müddət ərzində bu qərarı icra etməmiş və bununla da Azərbaycan Respublikasının adından çıxarılmış və icrası bütün fiziki və hüquqi şəxslər üçün məcburi olan məhkəmə aktı icra edilməyərək kağız üzərində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” AR Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclu Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair ##.##.2017-ci il tarixli qərarında qeyd olunur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Konstitusiya və beynəlxalq-hüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir. Apellyasiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs uzun müddət icra tədbirlərindən qərəzli surətdə yayınması onun barəsində uyğun inzibati tənbeh tədbirinin tətbiqinə zərurət yaradır. Bu baxımdan da, şikayətin dəlillərinə hüquqi qiymət verən məhkəmə həmin dəlilləri inandırıcı qəbul etmir. Bu səbəbdən də işə yenidən baxan apellyasiya məhkəməsi bu fikirdədir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında və yuxarıda ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-in 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-in 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsində görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İXM-in 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” # ######## 2018-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu hazırkı müraciətlə bağlı vurğulayır ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilibedilməməsi obyektiv qiymətləndirilməlidir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasına laqeyd münasibət bəsləməklə bu qərarı icra etməmiş və bununla da Azərbaycan Respublikasının adından çıxarılmış və icrası bütün fiziki və hüquqi şəxslər üçün məcburi olan məhkəmə aktı icra edilməyərək kağız üzərində qalmışdır. Bununla belə məhkəmə inzibati xəta törətmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş 15 gün inzibati həbs cəzası ilə bağlı məsələni də müzakirə edərək bu qənaətə gəlir ki, təyin edilmiş inzibati təhbeh növü onun əməllərinin xarakterinə və ictimai təhlükəliklik dərəcəsinə uyğun, eləcə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunlara ciddi əməl etmək ruhunda tərbiyə olunmasında, həmçinin tənbehin islah təsiri baxımından yetərli hesab edilməlidir. Beləliklə, məhkəmə apellyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəmısinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyil. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəkili vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ###### 2026-ci il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Məhkəmə şərh olunanlara əsaslanaraq və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəkili vəkil2 tərəfindən verilmiş şikayət təmin olunmasın. Şəki Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ###### 2026-ci il tarixli, *(*-***)-****/**** nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-504/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-504/2026
02.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver