Məhkəmə qərarları › İş №3(3-10)-506/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-506/2026

11.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-506/2026 11.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Tahirov Zamin Cəbayıl oğlunun sədrliyi, Xəlilov Ramin Ramiz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs xxxx” X1 direktoru Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi X7 iştirakı ilə, Ucar Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə Müəyyən etdi: Ucar Rayon Məhkəməsinin ( N.Babayeva) # ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X4 şöbəsinin ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli qərarının ləğv edilməsi barədə şikayətinin təmin edilməməsi qərara alınmışdır. Işin halları: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası IXM) 192.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X4 şöbəsinin rəisinin ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli qərarın ləğv olunmasını və həmin iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən onunla əsaslandırılmışdır ki, o, “xxxx’’ X1 direktoru vəzifəsində işləyir. “xxxx” X1 direktorunun ## ### 2026-cı il tarixli əmri ilə həmin X1 səhiyyə xidmətlərinin təşkili şöbəsinin Stomatologiya bölməsinin həkimstomatoloqu Qurbanov Rəşad Əhməd oğlu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “b” bəndinə əsasən həmin tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrin verilməsinə səbəb “xxxx” X1 ## ###### 2026-cı il tarixli, **-*/*-*-***/**** saylı əmri ilə təsdiq edilmiş “xxxx” X1 ştat cədvəli olmuşdur. ## ### 2026-cı il tarixli əmr veriləndən sonra “xxxx” X1 Səhiyyə xidmətlərinin təşkili şöbəsinin Stomatologiya bölməsinin həkim-stomatoloqu Qurbanov Rəşad Əhməd oğlu “xxxx” X1 əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş və onun həmin müraciəti X8 Xidmətinin X4 şöbəsinə göndərilmişdir. Bundan sonra X8 Xidmətinin X4 şöbəsinin ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli qərarı ilə o, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.6- cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli hesab edilərək, barəsində 1500 manat məbləğində cərimə şərti tətbiq edilmiş və ona törədilmiş hüquqpozmanı aradan qaldırmağı üçün 30 gün müddət müəyyən olunmuşdur. O, heç bir hüquqpozma törətməmişdir və hətta törətsəydi belə bunu aradan qaldırmaq onun səlahiyyətləri xaricindədir. Belə ki, yuxarıda da göstərdiyi kimi həmin əmrin verilməsinə səbəb “xxxx’’ X1 ## ###### 2026-cı il tarixli, 18-1/3-1- ***/**** saylı əmri ilə təsdiq edilmiş “xxxx" X1 ştat cədvəli olmuşdur. X8 Xidmətinin X4 şöbəsi işə baxılmasında prosessual pozuntulara yol verilmişdir. Belə ki, X8 Xidmətinin X4 şöbəsinin ona göndərdiyi # #### 2026-cı il tarixli, 3-17-5/2- *****/**** nömrəli bildirişdə göstərilmişdir ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən Qərarından şikayət verilən orqan ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə inzibati xəta haqqında işə baxılması ## #### 2026-ci il tarixdə, saat 11:00-a təyin olunmuşdur. Qeyd olunan vaxtda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində X8 Xidmətinin X4 şöbəsinə (Ucar şəhəri, Heydər Əliyev prospekti 6, email: elektron ünvan 1 ) və ya videokonfrans vasitəsi ilə (ƏMAS şəxsi kabinetinizə daxil edilmiş ZOOM platforması linki üzərindən) çağırılırsınız. Qeyd edilən bildirişdə həmin orqanın adının altında da ünvan kimi “AZ 6100, Ucar şəhəri, Heydər Əliyev prospekti 06” göstərilmişdir. Lakin ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli qərarda qərarın qəbul edildiyi yer kimi ünvan 1 ünvanı göstərilmiş, həmin qərarın göndərilməsinə dair müşaiyət məktubunda şöbənin ünvanı kimi həm əvvəlki, həm də sonuncu ünvan göstərilmişdir. Bundan başqa https://www.azerpost.az/az/xidmetler/gonderislerin-izlenmesi saytından əldə etdiyi məlumata görə həmin müşaiyət məktubu ## #### 2026-cı il tarixdə (yəni qanunvericiliyin tələb etdiyi gündən 1 gün keçdikdən sonra) Mingəçevir şəhərindən yola salınmış və məktub xəstəxanaya ## #### 2026-cı il tarixdə çatmışdır (yəni tərəfindən şikayət verilməsi üçün nəzərdə tutulmuş müddət ötürülməmişdir). Bütün bunlardan isə belə aydın olur ki, inzibati xəta haqqında işə onun törədildiyi yerdə deyil, başqa yerdə baxılmışdır. Belə ki, o, inzibati xəta haqqında işin törədildiyi yerə (Ucar şəhərinə) çağrılsa da, işə başqa yerdə (Mingəçevir şəhərində) baxılır. O da ola bilər ki, işə Ucar şəhərində baxılmış, lakin qərar Mingəçevir şəhərində yazılmışdır. Bu halda da qanuvericiliyin “qərar onun baxılmasından dərhal sonra elan olunur” müddəası pozulmuş olur. X8 Xidmətinin X4 şöbəsi onun Azərbaycan Respublikası IXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli hesab etmişdir. Halbuki o, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərini pozaraq xitam verməmişdir. X8 Xidmətinin X4 şöbəsi onun Azərbaycan Respublikası IXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin “b” və “c” bəndlərini və həmin məcəllənin 80-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozmağı ilə əsaslandırmağa çalışmışdır. X8 Xidmətinin X4 şöbəsinin göstərmək istədiyi əsas guya ki, onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozmağıdır. Bu şikayətə surəti əlavə edilmiş Ucar Rayon Səhiyyə X10 Şurasının heyət iclasının ## ##### 2026-cı il tarixli, ** saylı protokolundan çıxarışdan isə görünür ki, o, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə həmin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığını almaqla xitam vermişdir. Belə ki, həmin protokoldan çıxarışın 2-ci bəndində qeyd edilir ki, həkim-stomatoloq Qurbanov Rəşad Əhməd oğlu 44 günlük Vətən Müharibəsi veteranıdır. Diş texniki X2 himayəsində əlil uşağı var. Odur ki, onlarla bağlanmış əmək müqaviləsinin saxlanması tövsiyyə olunur. Göründüyü kimi, Ucar Rayon Səhiyyə X10 X3 Əhməd oğlu ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə narazılıq etmir, yalnız ona tövsiyyə edir ki, onunla bağlanmış əmək müqaviləsi saxlanılsın. Bunlar isə tamamilə başqa-başqa anlayışlardır. Narazılıq etmək və ya razılıq verməmək o deməkdir ki, həmkarlar ittifaqı qəti olaraq işçinin işdən çıxarılmasını istəmir. “Tövsiyyə” sözü isə tam başqa mənanı verir. 'Tövsiyyə olunur” o deməkdir ki, həmkarlar təşkilatı əmək müqaviləsinə xitam verilib-verilməməsi məsələsini həll etməyi işəgötürənin öhdəsinə buraxır. Yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-cı maddəsinin 1-ci hissəsi o zaman pozulmuş hesab olunur ki, işəgötürən həmkarlar təşkilatına müraciət etmədən və ya heç olmasa həmkarlar təşkilatının “razılıq verilmir’' və ya “işdən çıxarıla bilməz” israrına baxmayaraq işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verir. Lakin yuxarıda da göstərdiyi kimi “tövsiyyə” belə bir israr kimi qəbul oluna bilməz. Ümumiyyətlə, “tövsiyyə” anlayışı tam fərqli bir anlayışdır və ünvanlandığı şəxsin hüquqlarını məhdudlaşdırmır, əksinə ona hüquq verir. Buna başqa cür yanaşma isə əmək qanunvericiliyinin tələblərini poza bilər. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndinə əsasən əmək müqavilələrinə xitam vermək işəgötürənin hüququdur. Iş üzrə yuxarıda qeyd edilmiş qərar qəbul edilmişdir. Ucar Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs “xxxx’’ X1 direktoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya şikayəti verilmişdir. Şikayətin dəlilləri: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs “xxxx’’ X1 direktoru Qərardan şikayət verən orqan (şəxs) verdiyi apellyasiya şikayətində Ucar Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs “xxxx’’ X1 direktoru Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi X7 şikayətin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan AR Əmək və ƏSMN-nin yanında DƏMX-nin X4 Şöbəsinin nümayəndəsi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs “xxxx’’ X1 direktoru Qərardan şikayət verən orqan (şəxs) və onun vəkili Vəkil məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Аzərbаycаn Respublikаsı IXM-nin 133.2.4-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Аzərbаycаn Respublikаsı IXM-nin 133.2.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir, yaxud şikayətə və ya protestə baxılma təxirə salınır, şikayətə və ya protestə baxılma üçün vacib olan şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Hüquqi məsələlər: Azərbaycan Respublikası IXM-nin 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası IXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası IXM-nin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə şikаyətin dəlillərini iş mаteriаllаrı ilə birlikdə araşdırıb, birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayıb hesаb edir ki, аşаğıdа şərh olunаn əsаslаrа görə, şikayət təmin edilməməli və iş üzrə Ucar Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Ucar Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə, şikayət təmin edilməmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X4 şöbəsinin ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Hazırkı halda işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır və bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən IXM-in tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. Çünki Azərbaycan Respublikası IXM-nin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X4 şöbəsinin rəisi X5 tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Əmək Məcəlləsinin 12-ci maddəsinin “b” və “c” bəndi, habelə 80-ci maddəsinin 1-ci hissəsinin tələbləri pozularaq Qurbanov Rəşad Əhməd oğlu ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Iş materiallarına əlavə edilmiş “xxxx” X1 direktoru Qərardan şikayət verən orqan (şəxs) ## ### 2026-cı il tarixli əmri ilə həmin X1 səhiyyə xidmətlərinin təşkili şöbəsinin Stomatologiya bölməsinin həkim-stomatoloqu Qurbanov Rəşad Əhməd oğlu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən həmin tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Ucar Rayon Səhiyyə X10 Şurasının heyət iclasının ## ##### 2026- cı il tarixli, ** saylı protokolundan çıxarışdan görünür ki, həmin qərarın “Qərara alır” hissəsinin 2-ci bəndində qeyd olunmuşdur ki, həkim-stomatoloq Qurbanov Rəşad Əhməd oğlu 44 günlük Vətən Müharibəsi veteranıdır. Diş texniki X2 himayəsində əlil uşağı var. Odur ki, onlarla bağlanmış əmək müqaviləsinin saxlanması tövsiyyə olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin : 12-ci maddəsinin “b” və “c” bəndlərinə əsasən, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; habelə əmək müqavilələrinə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada xitam vermək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifəsidir. 70-ci maddəsinin “b” bəndi işçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitamın əsasını nəzərdə tutur. 80-ci maddəsinin 1-ci hissəsinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə həmin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla xitam verilir. 80-ci maddəsinin 3-cü hissəsində qeyd olunmuşdur ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin : 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlanmasına səbəb olur. 116.1-ci maddəsinə əsasən inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.1.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 5331, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması, bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi, şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesаb edir ki, birinci instаnsiyа məhkəməsi hərtərəfli аrаşdırmа аpаrmаqlа düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, apellyasiya məhkəməsi işəgötürənin şikayətində göstərilən "ixtisarın zəruriliyi" və ya "ştat vahidlərinin ixtisar olunması" ilə bağlı arqumentlərinə münasibət bildirərək qeyd edir ki, ixtisarın zəruriliyi sübut olunsa belə, qanunvericiliklə hər bir işçiyə münasibətdə tələb olunan xüsusi təminatlara (o cümlədən həmkarlar ittifaqının razılığının alınmasına) riayət edilməsi istisna olunmur. Ancaq işəgötürən qanunun imperativ tələbini, yəni Əmək Məcəlləsinini 80-ci maddəsinin 1-ci hissəsinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə həmin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla xitam verilməsi tələbini yerinə yetirməli olduğu halda bu tələbə etinasız yanaşmış və işçi ilə olan əmək müqaviləsinə qanunsuz olaraq xitam vermişdir. Belə ki, iş materiallarında olan Ucar Rayon Səhiyyə X10 Şurasının heyət iclasının ## ##### 2026- cı il tarixli, ** saylı protokolundan çıxarışdan da göründüyü kimi, həmin qərarın “Qərara alır” hissəsinin 2-ci bəndində qeyd olunmuşdur ki, həkim-stomatoloq Qurbanov Rəşad Əhməd oğlu 44 günlük Vətən Müharibəsi veteranıdır. Diş texniki X2 himayəsində əlil uşağı var. Odur ki, onlarla bağlanmış əmək müqaviləsinin saxlanması tövsiyyə olunur. Buradan da bir daha öz təsdiqini tapır ki, həmkarlar ittifaqı təşkilatı o cümlədən həkim-stomatoloq Qurbanov Rəşad Əhməd oğlu ilə bağlanmış əmək müqaviləsinin xitam verilməsi üçün işəgötürənə razılıq verməmiş, əksinə həmkarlar ittifaqı təşkilatı öz qərarı ilə işçi-həkim-stomatoloq Qurbanov Rəşad Əhməd oğlunun işdə saxlanılmasını tövsiyə etmişdir. Apellyasiya məhkəməsi işin bu halına münasibətdə qeyd edir ki, göründüyü kimi həmkarlar ittifaqı təşkilatı öz qərarı ilə bağlanmış əmək müqaviləsinin xitam verilməsinə razılıq verməməsi, sonda isə işçi ilə bağlanmış əmək müqaviləsinin saxlanılmasını işəgötürənə tövsiyyə etməsi dolayısı ilə həmkarlar ittifaqı təşkilatının həkim-stomatoloq Qurbanov Rəşad Əhməd oğlu ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinin xitam verilməsinə etiraz etməsini özündə ehtiva edir. Belə olan halda “xxxx” X1 direktoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin “b” və “c” bəndi, habelə 80-ci maddəsinin 1-ci hissəsinin tələbləri pozularaq Qurbanov Rəşad Əhməd oğlu ilə bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmiş və nəticədə Azərbaycan Respublikası IXM-nin 192.6-cı maddəsi ilə müəyyən edilmiş inzibati xəta pozuntusuna yol verilmişdir. Ucаr Rаyоn Məhkəməsi də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X4 şöbəsinin rəisinin ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli qərarının ləğv edilməsinə dаir “xxxx” X1 direktoru Qərardan şikayət verən orqan (şəxs) şikаyətini təmin etməməkdə düzgün, qаnuni və əsаslı nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə apellyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəmısinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyildir. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, Ucar Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs “xxxx” X1 direktoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməməli, Ucar Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmаlıdır. Nəticəvi hissə: Аzərbаycаn Respublikаsı IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və Аzərbаycаn Respublikаsı IXM-in 133-134 və 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Qərara aldı: “xxxx” X1 direktoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməsin. Ucar Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar