Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-507/2026 08.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan X2 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən hakim C.Camalzadə) Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin ## ### 2026-cı il tarixli, MN № ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından verdiyi şikayət təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin ## ### 2026-cı il tarixli, MN № ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ləğv edilmiş və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 539.1- 1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. İŞİN HALLARI: Məhkəmənin icraatına Qərardan şikayət verən orqan (şəxs) İXM-in 539.1-1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. ## ### 2026-cı il tarixli, MN №******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan görünür ki, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) İXM-in 539.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1000 manat məbləğində şərti inzibati cərimə tətbiq edilmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq İdarəsi tərəfindən apellyasiya şikayəti vermişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli və Xidmətin protokolu əsasında Qərardan şikayət verən orqan (şəxs) inzibati məsuliyyətə cəlb edilməlidir. Bildirilir ki, vətəndaş X1 X3 rayon Proflaktik Dizinfeksiya Şöbəsində (bundan sonra – Dizinfeksiya Şöbəsi) əmək hüquqlarının pozulması barədə müraciətinə Xidmətdə baxılmış, Dizinfeksiya Şöbəsi tərəfindən təqdim olunan məktublar və onlara əlavə olunmuş qoşma sənədlərdən müəyyən olunmuşdur ki, əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2025ci il tarixli ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərmədiyi halda A.Abdullayeva ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci hissəsinin tələbləri pozularaq ##.##.2025-ci il tarixdə xitam verilmişdir. Araşdırma zamanı müəyyən olundu ki, işçilərin əmək şəraitinin şərtlərinin ##.##.2024-cü il tarixdən dəyişdirilməsi barədə Dizinfeksiya Şöbəsinin ##.##.2023-cü il tarixli ** nömrəli əmri ilə A.Abdullayeva tutduğu vəzifə üzrə tam iş vaxtından natamam iş vaxtına (0,25 ştat vahidi) keçirilmişdir. Lakin, bu Məcəllənin 46-cı maddəsinin 6-cı hissəsinin tələbləri pozularaq ƏMASda A.Abdullayeva ilə elektron sənəd formasında bağlanan ilkin əmək müqaviləsinin onun tam iş vaxtından natamam iş vaxtına keçirilməsi ilə bağlı razılaşdırılmış dəyişikliklər daxil edilməklə yenidən tərtib olunaraq təsdiqi edilməsi təmin olunmamışdır. Nəticədə təqdim olunan əmək haqqının hesablanması sənədlərindən müəyyən olunur ki, ##.##.2024-cü il tarixdən A.Abdullayevanın əmək haqqı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 156-cı maddəsinin 1-ci hissəsinin tələbləri pozularaq əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən az olmaqla hesablanıb ödənilmişdir. Dizinfeksiya Şöbəsinin direktoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən A.Abdullayevaya aylıq əmək haqqının əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən az hesablanıb ödənilməsi, onunla bağlanmış müqavilənin xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilməsi, işdən çıxdığı günədək istifadə etmədiyi əsas məzuniyyət gününün düzgün müəyyən edilməməsi və son haqq-hesab olaraq həmin məzuniyyət gününə görə pul əvəzinin az hesablanıb ödənilməsi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin "b" və "c" bəndlərinin, 46-cı maddəsinin 6-cı hissəsinin, 49-cu maddəsinin 1-ci hissəsinin, 69-cu maddəsinin 5-ci hissəsinin, 144-cü maddəsinin 2-ci hissəsinin, 156-cı maddəsinin 1-ci hissəsinin və 172-ci maddəsinin 4cü hissəsinin tələbləri pozularaq inzibati xəta törədilmişdir. Bu səbəbdən Qərardan şikayət verən orqan (şəxs) İXM-in 192.4 (işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə) və 192.6 (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddələrinə əsasən vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə barəsində ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq inzibati xəta haqqında iş üzrə icraata başlanmış və nəticə olaraq bu Məcəllənin 192.6-cı maddəsinə əsasən Regional şöbənin İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında ##.##.2026-cı il tarixli MN ******* nömrəli Qərarı ilə şərti olaraq inzibati cərimə tətbiq edilmişdir. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda 30 (otuz) gün müddətində Qərardan şikayət verən orqan (şəxs) törətdiyi hüquqpozmanı aradan qaldırması ilə bağlı A.Abdullayeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2025-ci il tarixli */* nömrəli əmrin hüquqi əsası olmamasından ləğv edilməsi və onun vəzifəsinə bərpa edilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən müddətdə Qərardan şikayət verən orqan (şəxs) oğlu tərəfindən törədilmiş hüquqpozmanın aradan qaldırılması ilə bağlı görülmüş müvafiq tədbirlərin nəticəsi barədə Xidmətə və ya Regional şöbəyə məlumat daxil olmamışdır. Xidmətin qanuni göstərişinə baxmayaraq Qərardan şikayət verən orqan (şəxs) tərəfindən heç bir tədbir görülməmiş və bu barədə Xidmətə məlumat verilməmişdir. Nəzərə çatdırılır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın vəzifəli şəxslərinin bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. İXM-in 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əmərindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməyə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Həmçinin, inzibati protokol tərtib olunan dövrdə müvafiq sənədlər hələ də təqdim olunmadığı üçün inzibati xəta tərkibi yarandığından bundan sonraki mərhələdə hüquq pozuntusunun aradan qaldırılmasının məsuliyyəti aradan qaldırması müəyyən edildiyi halda mümkün ola bilər. Məhkəmənin inzibati xəta tərkibinin olmaması ilə bağlı qənaəti qanunaziddir. Həmçinin, nəzərə çatdırılır ki, İXM-in 539.1-1-ci madddəsi ilə bağlı məhkəmə inzibati tənbeh vermə haqqında şərti qərar qəbul edərək hüquq pozuntusunun aradan qaldırılması ilə bağlı müəssisəni yalnız cərimənin ödənilməsindən azad edə bilərdi. Çünki İXM-in 116.3-cü maddəsində Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə inzibati cərimənin ödənilməməsi nəzərdə tutulmuşdur. Bu halda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Məcəllədə qanuni əsas müəyyən edilməmişdir. Bu mahiyyət etibarı ilə məsuliyyətin müəyyən edilməsinə xidmət edir. Belə ki, inzibati tənbeh vermə haqqında qərarın şərtiliyi inzibati xəta törətmiş şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnməməlidir. Bu şərtilik eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrardan törədilməsi hallarını istisna edirsə, gələcəkdə məsuliyyətin müəyyən edilməsi zamanı təkrar halın müəyyən edilməsini mümkün etməyəcək. Beləliklə, Göyçay Şəhər Məhkəməsi tərəfindən mötəbər sübutların qiymətləndirilməsi düzgün aparılmadığından işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmişdir. Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Xidmət tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən Qərardan şikayət verən orqan (şəxs) əməlində İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. Həmin Məcəllənin 135.1.2ci maddəsinin tələblərinə əsasən, hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması onun qərarının ləğv edilməsi üçün əsasdır və Göyçay Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməlidir. İXM-in 76.1-ci maddəsinə uyğun olaraq inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsən, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 2-ci maddəsində göstirilir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 21-ci maddəsində isə qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə hem inzibati xəta törətmiş şəxsi, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Odur ki, Göyçay Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğvi və Xidmət tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilmiş ## ### 2026-cı il tarixli, MN № ******* nömrəli qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirdi və təmin edilıməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə baxışının keçirilməsini mümken hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. ## ### 2026-cı il tarixli bildiriş məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən şikayətçi Qərardan şikayət verən orqan (şəxs) ## ### 2026-cı il tarixli, MN № ******* nömrəli qərarla İXM-in 539.1-1-ci maddəsi ilə 1000 manat məbləğində şərti inzibati cərimə tətbiq edildiyi bildirilmiş, hüquqpozuntusunun müəyyən edilmiş müddətdə aradan qaldırılmadığı halda cərimənin dövlət büdcəsinə ödənilməsi tələb edilmişdir. ## ### 2026-cı il tarixli, MN №******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan görünür ki, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) İXM-in 539.1-1ci maddəsi ilə təqsirli bilinərək barəsində 1000 manat məbləğində şərti inzibati cərimə tətbiq edilmiş, hüquqpozuntusunun aradan qaldırılması üçün müddət müəyyən edilmiş və qərardan on gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə şikayət verilə bilməsi izah olunmuşdur. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışlarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-in 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. İXM-in 13-cü maddəsinə əsasən isə qəsdən törədilmiş hesab edilən əməl subyektin öz hərəkətinin (hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etməsini, onun zərərli nəticələrini qabaqcadan görməsini və bu nəticələrin baş verməsini arzu etməsini, yaxud belə nəticələrə şüurlu surətdə yol verməsini ehtiva edir. Deməli, hər bir inzibati xəta tərkibinin subyektiv tərəfinin, yəni təqsirin, iş materialları ilə etibarlı və şübhə doğurmayan qaydada təsdiqlənməsi inzibati məsuliyyətin yaranması üçün məcburi şərtdir. Apellyasiya şikayətinin birinci dəlili ilə bağlı, yəni Göyçay Rayon Məhkəməsinin qərarının ləğv edilməsi və Xidmətin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli protokolu əsasında Qərardan şikayət verən orqan (şəxs) inzibati məsuliyyətə cəlb edilməsi tələbinə dair, məhkəmə qeyd edir ki, bu dəlil müstəqil hüquqi əsasa malik deyildir və nəticə etibarı ilə aşağıda təhlil olunan digər dəlillərin məcmusundan asılıdır. Belə ki, protokolun mövcudluğu özlüyündə inzibati xəta tərkibinin bütün əlamətlərinin sübuta yetirilməsi demək deyildir, buna görə də bu dəlil ayrılıqda əsaslı hesab edilə bilməz. Apellyasiya şikayətinin ikinci dəlili, yəni A.Abdullayeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi, onun natamam iş vaxtına keçirilməsi və əmək haqqının azaldılması ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin "b" və "c" bəndlərinin, 46-cı maddəsinin 6-cı hissəsinin, 49-cu maddəsinin 1-ci hissəsinin, 69-cu maddəsinin 5-ci hissəsinin, 144-cü maddəsinin 2-ci hissəsinin, 156-cı maddəsinin 1-ci hissəsinin və 172-ci maddəsinin 4cü hissəsinin pozulmasına dair dəlilə gəldikdə, məhkəmə bu halların əmək qanunvericiliyinin tələblərinin pozulması faktını təsdiqləyə biləcəyini istisna etmir. Bununla belə, həmin hallar Qərardan şikayət verən orqan (şəxs) məhz İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli, yəni müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin təqsirli şəkildə icra edilməməsini təsdiq etmək üçün kifayət deyildir, belə ki, əmək qanunvericiliyinin pozulması faktı ilə icrası məcburi konkret göstərişin qəsdən icra edilməməsi fərqli hüquqi kateqoriyalardır və onların eyniləşdirilməsi yolverilməzdir. Apellyasiya şikayətinin üçüncü dəlili ilə bağlı, yəni icrası məcburi göstərişin 30 (otuz) günlük müddətdə icra edilməməsinin İXM-in 539.1-1-ci maddəsi üzrə inzibati xəta tərkibini yaratdığına dair dəlilə gəldikdə, məhkəmə hesab edir ki, bu dəlil də əsassızdır. İş materiallarından görünür ki, göstərişdə nəzərdə tutulan tələblərin, o cümlədən A.Abdullayevanın əvvəlki vəzifəsinə bərpası və əvvəlki məbləğdə əmək haqqının ödənilməsinin tam həcmdə icra edilməməsi Qərardan şikayət verən orqan (şəxs) qəsdli və ya təqsirli hərəkətsizliyinin deyil, müəssisədə bütün işçilərə münasibətdə tətbiq edilmiş əməkhaqqı dəyişiklikləri və müvafiq ştat vahidinin sonradan ixtisar edilməsi nəticəsində yaranmış obyektiv, iradədən asılı olmayan halların nəticəsidir. Bundan əlavə, göstərişin şikayətçiyə rəsmi qaydada çatdırıldığını təsdiqləyən birbaşa və təkzibedilməz sübutlar təqdim olunmamışdır, halbuki göstərişin subyektə çatdırılması faktı İXM-in 13-cü maddəsi baxımından təqsirin, deməli, inzibati xəta tərkibinin subyektiv tərəfinin müəyyən edilməsi üçün həlledici əhəmiyyət kəsb edir. Göstərişin rəsmi qaydada çatdırılmasını təsdiqləyən sübutun olmaması özlüyündə inzibati xətanın tərkib elementlərini aradan qaldıran əsaslı haldır. Apellyasiya şikayətinin dördüncü dəlili, yəni inzibati protokol tərtib edildiyi anda müvafiq sənədlərin təqdim olunmaması səbəbindən inzibati xəta tərkibinin artıq yarandığına və bunun sonradan aradan qaldırıla bilməyəcəyinə dair dəlilə gəldikdə, məhkəmə bu dəlili də əsassız hesab edir. İXM-in 8.1–8.3-cü maddələrində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri Məcəllədə nəzərdə tutulmuş qaydada, yəni qanuni qüvvəyə minmiş qərarla sübuta yetirilmədikdə, həmin şəxs təqsirsiz hesab olunur. Belə ki, protokolun tərtib edilməsi faktı təqsirin qabaqcadan mövcudluğunu təsdiqləyən vasitə deyil, yalnız icraatın başlanması üçün əsasdır; iş üzrə hərtərəfli araşdırma nəticəsində, yuxarıda göstərildiyi kimi, şikayətçinin hərəkətlərində subyektiv tərəfin, yəni qəsdin və ya təqsirin mövcudluğu sübuta yetirilmədiyindən, protokolun tərtib olunduğu tarixə istinad edilməklə əks nəticəyə gəlmək əsassızdır. Apellyasiya şikayətinin beşinci dəlili, yəni məhkəmənin yalnız İXM-in 116.3-cü maddəsinə əsasən müəssisəni cərimənin ödənilməsindən azad edə biləcəyi, lakin icraata xitam vermək hüququnun olmadığına dair dəlilə gəldikdə, məhkəmə qeyd edir ki, bu dəlil hüquqi cəhətdən əsassızdır, çünki İXM-in 116.2 və 116.3-cü maddələri inzibati tənbehin şərti tətbiqi qaydasında artıq müəyyən edilmiş təqsirin nəticələrinin (yəni cərimənin ödənilməsi öhdəliyinin) aradan qalxması qaydasını tənzimləyir və bu, əməldə ümumiyyətlə inzibati xəta tərkibinin mövcud olub-olmaması məsələsindən fərqli hüquqi institutdur. Hazırkı işdə isə birinci instansiya məhkəməsi şikayətçinin əməlində baştan-başa inzibati xəta tərkibinin, o cümlədən onun subyektiv tərəfinin mövcud olmadığı qənaətinə gəlmişdir ki, bu da İXM-in 53-cü maddəsinin müvafiq tələblərinə uyğun olaraq icraata xitam verilməsi üçün müstəqil əsasdır. Odur ki, inzibati xəta tərkibinin olmaması aşkar edildiyi halda, məhkəmənin yalnız cərimədən azad etməklə kifayətlənməli olduğu iddiası əsassızdır. Apellyasiya şikayətinin altıncı dəlili, yəni Göyçay Rayon Məhkəməsi tərəfindən mötəbər sübutların qiymətləndirilməsinin düzgün aparılmadığına və buna görə işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlindiyinə dair dəlilə gəldikdə, məhkəmə bu dəlili də təsdiq etmir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, təqsiri və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün əsaslana bilinən bütün faktiki məlumatlar sübut sayılır. Birinci instansiya məhkəməsi iş üzrə toplanmış bütün sübutları – o cümlədən ## ### 2026-cı il tarixli, MN № ******* nömrəli qərarı, ## ### 2026-cı il tarixli bildiriş məktubunu və digər sənədləri – hərtərəfli araşdıraraq düzgün hüquqi qiymətləndirmə aparmış və bunun nəticəsində əsaslı qənaətə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən birinci instansiya məhkəməsinin istinad etdiyi sübutların mötəbərliyinə şübhə yaradan hər hansı hal aşkar etməmişdir, buna görə də İXM-in 135.1.2-ci maddəsində nəzərdə tutulan, hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması əsası mövcud deyildir. Məhkəmə əlavə olaraq qeyd edir ki, oxşar faktiki hallara dair Şəki Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə həmin hüquqpozuntu ilə bağlı X3 Rayon Proflaktik Dizinfeksiya Şöbəsinin (hüquqi şəxsin) əməlində inzibati xəta tərkibinin olmadığı əsas götürülərək icraata xitam verilmişdir. Bu qərar qanuni qüvvəyə minmiş olmaqla, eyni faktiki hallar üzrə hüquqi şəxsin məsuliyyətə cəlb edilə bilməyəcəyini artıq təsdiqləmişdir. Vəzifəli şəxs qismində Qərardan şikayət verən orqan (şəxs) məsuliyyəti isə hüquqi şəxsin əməlindən kənar, müstəqil əsaslarla qiymətləndirilə bilməz, belə ki, hər iki halda inzibati məsuliyyətin yaranmasına səbəb kimi göstərilən əməl eynidir. Bu baxımdan Şəki Apellyasiya Məhkəməsinin göstərilən qərarı hazırkı işdə gəlinən nəticənin, yəni inzibati xəta tərkibinin olmaması qənaətinin əlavə təsdiqi kimi qiymətləndirilir və hüquqi müəyyənlik və mühakimə təcrübəsinin vahidliyi prinsiplərinə tam uyğundur. Yuxarıda göstərilənlərin məcmusu əsasında məhkəmə belə qənaətə gəlir ki, hüquqi şəxsin hərəkətlərində (hərəkətsizliyində) İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün zəruri obyektiv və subyektiv əlamətlərinin mövcudluğu sübuta yetirilməmişdir. İXM-in 8.1–8.3-cü maddələrində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən, təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilməyən şəxs təqsirsiz hesab edilir. Bu səbəbdən birinci instansiya məhkəməsi əsaslı olaraq İXM-in 53-cü maddəsinin müvafiq tələblərinə istinadən inzibati xəta haqqında iş üzrə icraata xitam vermiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin ## ### 2026-cı il tarixli, MN № ******* nömrəli qərarını ləğv etmişdir. Belə olan halda, apellyasiya şikayətinin heç bir dəlili birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir və Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarının ləğv edilməsi üçün kifayət edən əsaslar mövcud deyildir. Məhkəmə iş üzrə toplanmış sübutları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin çıxışlarını yenidən qiymətləndirməyə ehtiyac görmür, belə ki, bu sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir və şərh olunmuşdur. Hazırkı halda işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır və bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən İXM-in tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Belə ki, təqsirsizlik prezumpsiyası prinsiplərindən bəhs edən İXM-in 8.1, 8.2 və 8.3-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Ona görə də, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Məhkəmə baxışı anında əməlin ictimai təhlükəliliyi itdiyindən və hüquqpozma aradan qaldırıldığından, İXM-in 53-cü maddəsinin tələblərinə uyğun olaraq icraata xitam verilməsi üçün əsaslar yaranmışdır Məhkəmə, həmçinin qeyd edir ki, əməldə inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olduğundan, inzibati xəta haqqında işin yenidən baxılmaq üçün vəzifəli şəxsə göndərilməsi məqsədəmüvafiq deyildir. Beləliklə apellyasiya məhkəmə mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki Qərardan şikayət verən orqan (şəxs) İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, həmçinin onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmasını təsdiq edən kifayət qədər əsaslar yoxdur, həmiçinin məhkəmə apelyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəmısinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyil. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-123)-516/2026 nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ: İXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və İXM-in 133-134 və 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-507/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-507/2026
08.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver