Məhkəmə qərarları › İş №3(3-10)-508/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-508/2026

11.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-508/2026 11.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Tahirov Zamin Cəbayıl oğlunun sədrliyi, Xəlilov Ramin Ramiz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və protokol tərtib etmiş şəxs Protokolu tərtib edən orqan-nin ITB-nin sahə rəisi Nümayəndə iştirakı ilə, Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin (sədrlik edən hakim Ü.Qənbərov) ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası IXM) 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində, yəni 3420,0 manat cərimə edilmişdir. Işin halları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 232-1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda iş üzrə icraat başlanmışdır ki, (##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə) o, 2024-cü ildə Zərərçəkmiş şəxs mülkiyyətində olan Qəbələ rayonu, Həmzəlli kəndində yerləşən 0,9 ha torpaq sahəsinin həndəvərinə çəkilmiş və mişar daşından hörülmüş hasarın 10 metr hissəsini, ##.##.2026-cı il tarixdə həmin hasarın 8 metr hissəsini və ##.##.2026-cı il tarixdə 10 metr hissəsini dağıdaraq ona 2570 manat, 2026-cı ilin fevral ayında Zərərçəkmiş şəxs məxsus olan “Hikvision DS” markalı kameranı qəsdən sındıraraq ona 850,0 manat məbləğində, cəmi 3420,0 manat məbləğində maddi zərər vurmuşdur. Birinci instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu, Mıxlıqovaq kəndində yaşayır. Həmkəndlisi Zərərçəkmiş şəxs 2012-ci ildə ** saylı RMTM-ya məxsus olan meşə fondu torpağında fərdi yaşayış evi tikmiş və ətrafına mişar daşından hasar çəkdirərək onun istifadəsində olan yolu bağlamışdır. Zərərçəkmiş şəxs yol yerini açmaqdan imtina etdiyi üçün aralarında dəfələrlə mübahisə olmuş, 2026-cı il fevral ayında o, yaşadığı ünvana gediş-gəlişi təmin etmək məqsədilə Zərərçəkmiş şəxs tərəfindən tikilmiş daş hasarın müəyyən hissəsini sökmüşdür. Zərərçəkmiş şəxs məxsus olan “Hikvision DS” markalı kamera beton bəndin üzərində qurulduğu üçün onun tərəfindən sökülərək Yunusa məxsus olan həyətin hasarı üzərinə qoyulmuşdur. Onun hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs hər hansı bir məbləğdə zərər dəyməmişdir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu, Həmzəli kəndində yaşayır və fərdi qaydada təsərrüfatla məşğul olur. Mülkiyyətinə verilmiş Qəbələ rayonu, Həmzəlli kəndində yerləşən 0,9 ha torpaq sahəsində fərdi yaşayış evi inşa etmiş və həndəvərinə mişar daşından hasar çəkmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onun torpaq sahəsi ilə həmsərhədd olan meşə fonduna məxsus olan torpaq sahəsini qanunsuz olaraq tutmuş və ondan hasarın sökülməsini tələb etmişdir. Bu səbəbdən onunla aralarında mübahisə yaranmış və getdikcə artaraq münaqişəyə çevrilmişdir. 2024-cü ildə onun və ailə üzvlərinin mülkiyyətində olan 0,9 ha torpaq sahəsinin həndəvərinə çəkilmiş mişar daşından hörülmüş hasarın 10 metr hissəsi, ##.##.2026-cı il tarixdə həmin hasarın 8 metr hissəsi və ##.##.2026-cı il tarixdə 10 metr hissəsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən sökülmüş, o cümlədən ona məxsus olan “Hikvision DS” markalı kamera qəsdən sındırılmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən əmlakının məhv edilməsi nəticəsində ona 3420,0 manat məbləğində maddi zərər dəydiyi üçün bu barədə Protokolu tərtib edən orqan-yə şikayət etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Barəsində barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin qərardan şikayət verərək, Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin və proses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi öz qərarında qeyd edir ki, “Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 2024-cü ildə Zərərçəkmiş şəxs mülkiyyətində olan Qəbələ rayonu, Həmzəlli kəndində yerləşən 0,9 ha torpaq sahəsinin həndəvərinə çəkilmiş” hasarın sökmüşdür. Əvvəla burada sual yaranır, ümumiyyətlə həmin daş hasar Zərərçəkmiş şəxs mülkiyyətində olmuşdurmu? Xeyr, yuxarı instansiya məhkəməsinin diqqətinə xüsusi şəkildə çatdrır ki, ümumiyyətlə Zərərçəkmiş şəxs qeyd etdiyi daş hasarın onun xüsusi mülkiyyəti ilə heç bir əlaqəsi yoxdur. Bunun iki səbəbi var: birincisi, həmin daş hasar Zərərçəkmiş şəxs xüsusi mülkiyyəti olan torpaq sahəsindən 30 metr kənar məsafədə yerləşir. Ikincisi, həmin daş hasar Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olan torpaq sahəsinin deyil, ** saylı RMTM-ya məxsus olan meşə fondu torpağında tikilmişdir. Burada birinci instansiya məhkəməsi niyə dəqiqləşdirməmişdir ki, ** saylı RMTM-ya məxsus olan meşə fondu torpağ sahəsində Zərərçəkmiş şəxs daş hasar çəkmək səlahiyyətini (icazəsini) kim vermişdir? Zərərçəkmiş şəxs göründüyü kimi meşə fonduna məxsus torpaq sahəsində qanunsuz olaraq daş hasar çəkmiş, meşə fondi torpağını zəbt etmiş, həmin torpaqda yerləşən digər vətəndaşların mənzillərinə gediş-gəliş yolunu bağlamışdır. Lakin birinci instansiya məhkəməsi bu faktı dəqiqləşdirmədən, əsassız şəkildə qeyd etmişdir ki, guya o, Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olan əmlakı qəsdən məhv etmişdir. Əksinə məhkəmə öz qərarında “torpaq sahəsinin həndəvərinə çəkilmiş” ifadəsi ilə bilmədən etiraf etmişdir ki, daş hasar Yunusun xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşməmişdir. Azərbaycan Respublikası IXM-in 232-1-ci maddəsinə əsasənözgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə məsluyyət müəyyən etmişdir. Göründüyü kimi adıçəkilən əmlka özgənin mülkiyyətində olmalıdır. Amma hazırki vəziyyətdə sökülən daş hasar nəinki Zərərçəkmiş şəxs mülkiyyətində olmuşdur, ümumiyyətlə onun tərəfindən qanunsuz olaraq, meşə fondunda məxsus olan və dövlət tərəfindən tikilən bəndin üzərində salınmışdır. Bununla da, vətəndaşların gediş-gəliş yolunu qanunsuz olaraq kəsmişdir. Həmçinin məhkəmə qeyd etmişdir ki, guya o, 2026-cı ilin fevral ayında Zərərçəkmiş şəxs məxsus olan Hikvision DS markalı kameranı qəsdən sındıraraq ona 850,0 manat dəyərində maddi zərər vurmuşdur. Lakin həmin kameranın onun tərəfindən sındırılmasını sübut edən heç bir fakt məhkəməyə təqdim olunmamışdır. Beıə ki, məhkəmədə də o, qeyd etmişdir ki, Zərərçəkmiş şəxs məxsus olan “Hikvision DS” markalı kamera beton bəndin üzərində qurulduğu üçün tərəfindən sökülərək Yunusa məxsus olan həyətin hasarı üzərinə qoyulmuşdur. Yəni həmin kameranın tərəfindən qəsdən sındırılması ona atılan böhtandır və onu onun sındırmağı barədə də heç bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Odur ki, Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Protokolu tərtib edən orqannin ITB-nin sahə rəisi Nümayəndə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Аzərbаycаn Respublikаsı IXM-nin 133.2.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Аzərbаycаn Respublikаsı IXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Аzərbаycаn Respublikаsı IXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Аzərbаycаn Respublikаsı IXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, aşağıda şərh olunan əsaslara görə şikayət təmin edilməməli, inzibati xəta haqqında iş üzrə Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətinə əsasən Qəbələ rayonu Həmzəli kəndində yerləşən 0,90 ha torpaq sahəsi (reyestr nömrəsi: 406013014511; qeydiyyat nömrəsi: 1925013238; qeydiyyat tarixi: ##.##.2025) Zərərçəkmiş şəxs adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Işdə olan “xxxx” MMC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli DZ-2107.*/**** saylı dəymiş zərərin qiymətləndirməsinə dair Rəyə əsasən Qəbələ rayonu, Həmzəli kəndində mişar daşından hörülmüş hasarın 2024-cü il üçün 10 metr uzunluqda 2,60 metr hündürlükdə, ##.##.2026- cı il tarixdə 8 metr uzunluqda 2,60 metr hündürlükdə və ##.##.2026-cı il tarixdə 10 metr uzunluqda 2,60 metr hündürlükdə dağıdılması nəticəsində dəymiş maddi zərər 2570,0 manat, 2026-cı ilin fevral ayı üçün“Hikvision DS” markalı videokameranın sındırılması nəticəsində dəymiş maddi zərərə 850,0 manat təşkil edir. Işdə оlаn «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin DZ-2107.1/2026 qiymətləndirmə rəyindən görünür ki, hаsаrın dаğılmаsı ilə bаğlı vurulmuş ziyаn 2570,00 mаnаt, 1 ədəd videоkаmerа ilə bağlı vurulmuş ziyаn 850,00 mаnаt qiymətləndirilmişdir. Işdə olan Azərbaycan Respublikası Protokolu tərtib edən orqan TB-nin “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” ##.##.2026-cı il tarixli qərarının surətdən görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, 2024-cü ildə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmkəndlisi Zərərçəkmiş şəxs və ailə üzvlərinin mülkiyyətində olan 0,9 ha torpaq sahəsinin kənarına çəkilmiş və mişar daşından hörülmüş hasarın 10 metr hissəsini, ##.##.2026-cı il tarixdə həmin hasarın 8 metr hissəsini və ##.##.2026-cı il tarixdə 10 metr hissəsini dağıdaraq ona 2570 manat, 2026-cı ilin fevral ayında Zərərçəkmiş şəxs məxsus olan Hikvision DS markalı kameranı qəsdən sındıraraq ona 850,0 manat dəyərində maddi zərər vurmuşdur. Hazırkı halda işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır və bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən IXM-in tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. Azərbaycan Respublikası IXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Təhlil olunan iş materialları ilə müəyyən edilir ki, 2024-cü ildə Zərərçəkmiş şəxs mülkiyyətində olan Qəbələ rayonu, Həmzəlli kəndində yerləşən 0,9 ha torpaq sahəsinin həndəvərinə çəkilmiş və mişar daşından hörülmüş hasarın 10 metr hissəsini, ##.##.2026-cı il tarixdə həmin hasarın 8 metr hissəsini və ##.##.2026-cı il tarixdə 10 metr hissəsini dağıtmışdır. Iş mаteriаllаrına əlavə edilmiş «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssis rəyindən müəyyən оlunur ki, nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Zərərçəkmiş şəxs məxsus hasarın dağıdılması nəticəsində 2570 manat, həmçinin Zərərçəkmiş şəxs məxsus olan “Hikvision DS” markalı kameranı qəsdən sındıraraq ona 850,0 manat məbləğində olmaqla, cəmi 3420,0 manat məbləğində maddi zərər vurmuşdur. Bununlа dа Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi yuxarıda təsvir edilmiş sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikası IXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası IXM-nin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası IXM-nin 3-cü maddəsində görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası IXM-nin 6.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası IXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası IXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası IXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” # ######## 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu hazırkı müraciətlə bağlı vurğulayır ki, Inzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Inzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. Inzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilibedilməməsi obyektiv qiymətləndirilməlidir. Öyrənilən işdən aydın olur ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında və yuxarıda ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Iş materiallarında olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətinə əsasən Qəbələ rayonu Həmzəli kəndində yerləşən 0,90 ha torpaq sahəsi (reyestr nömrəsi: 406013014511; qeydiyyat nömrəsi: 1925013238; qeydiyyat tarixi: ##.##.2025) Zərərçəkmiş şəxs adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Həmçinin iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ETSN-nin yanında Meşələrin Inkişafı Xidmətinin rəis müavini Mohuma Heraçiyev tərfindən verilmiş ## ### 2026-cı il tarixli əmrlə müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Qəbələ rayonu, Bum meşəbəyiliyinin 0.55 ha torpaq sahəsindən ibarət ərazisini zəbt etməsi və orada özbaşına tikinti işlərinin aparılmasına görə həmin meşəbəyliyin meşəbəyisi X1 töhmət verilmişdir. Göründüyü kimi, iş materialları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Zərərçəkmiş şəxs mülkiyyətində olan əmlakı qanunsuz olaraq məhv etməsi yetərincə sübut olunur. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zərərçəkmiş şəxs rəsmi mülkiyyətində olan əmlakını qəsdən məhv etmiş və ya zədələmiş, bununla da IXM-nin 232-1 maddəsində nəzərdə tutulan qanun pozuntusuna yol vermişdir. Odur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfində apellyasiya şikayətində qeyd etdiyi mülahizə xarakterli dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qərarının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası IXM-nin 76.1-ci maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası IXM-nin 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası IXM-nin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə apellyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəməsinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyil. Bununla belə məhkəmə inzibati xəta törətmiş şəxsə təyin edilmiş tənbehlə bağlı məsələni də müzakirə edərək bu qənaətə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bаrəsində inzibаti tənbeh tətbiq edilərkən xətanın xarakteri, оnun şəxsiyyətini xarakretizə edən hallar, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların оlmаmаsı nəzərə alınmışdır. Bu kоnteksdə təyin edilmiş inzibati təhbeh növü onun əməlinin xarakterinə və ictimai təhlükəliklik dərəcəsinə uyğun, eləcə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunlara ciddi əməl etmək ruhunda tərbiyə olunmasında, həmçinin tənbehin islah təsiri baxımından yetərli hesab edilməlidir. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası IXM-in 133-136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Qərara aldı: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar