Məhkəmə qərarları › İş №3(3-10)-509/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-10)-509/2026

04.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 3(3-10)-509/2026 04.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov Imanverdi Həşimxan oğlunun sədrliyi, Fərhadov Adil Müşviq oğlunun katibliyi ilə, X Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə IXM-in) 327.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından protokol tərtib edən orqan Şəki Şəhər-Rayon Polis Şöbəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X IXM-in 327.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından protokol tərtib edən orqan Şəki Şəhər-Rayon Polis Şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Аpellyasiya Məhkəməsinə аiddir. Inzibati xətа haqqında iş üzrə icraatı rədd edən hallar araşdırılarkən müəyyən edildi ki, iş materiallarında olan ## #### 2026-cı il tarixli məktubdan görünür ki, protokol tərtib edən orqan Şəki Şəhər-Rayon Polis Şöbəsinin nümayəndəsi qərarın surətini ## ###### 2026-cı il tarixdə almış və imzası ilə təsdiq etmişdir. Iş materiallarından görünür ki, protokol tərtib edən orqan Şəki Şəhər-Rayon Polis Şöbəsi verdiyi apellyasiya şikayəti ## ###### 2026-cı il tarixdə Şəki Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Oxşar münasibətləri tənzimləyən IXM-in 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Araşdırılan işdən məlum olur ki, apellyasiya şikayətinin prosessual müddəti protokol tərtib edən orqan Şəki Şəhər-Rayon Polis Şöbəsinə münasibətdə ## ###### 2026-cı il tarixdə bitmişdir. . Sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir (IXM-in 57.2-ci maddəsi). Inzibati xəta haqqında iş üzrə sənəd bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan rəsmi qaydada verilmiş hesab edilir (IXM-in 57.5-ci maddəsi). Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir (IXM-in 130.2-ci maddəsi). Göründüyü kimi, qeyd olunan maddələrin mənasına görə, birinci instansiya məhkəməsinin inzibati xəta haqqında qərarının surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində şikayət verilə bilər və əgər şikayət vaxtında verilməmişdirsə, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim tərəfindən bərpa edilə bilər. Iş materiallarından görünür ki, inzibati xəta haqqında qərar protokol tərtib edən orqan Şəki Şəhər-Rayon Polis Şöbəsi şikayət vermə müddətini ötürmüş və bu məsələ birinci instansiya məhkəməsi tərəfindən müzakirə edilməmişdir. Belə vəziyyətdə məsələ IXM-in 130-cu maddəsinin tələblərinə uyğun olaraq həll edilməsi üçün şikayət və iş materialları iş üzrə qərar qəbul etmiş birinci instansiya məhkəməsinə göndərilməlidir. IXM-in 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu məsələsi həll edilir. Şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir (IXM-in 132.2-ci maddəsi). Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin inzibati xəta haqqında qərarından buraxılmış şikayət vermə müddətinin bərpasına baxılmalı olduğundan və protokol tərtib edən orqan Şəki Şəhər-Rayon Polis Şöbəsi şikayət vermə müddətini ötürməsi məsələsinə birinci instansiya məhkəməsi tərəfindən baxılmadığından, inzibati işin materialları həmin məsələnin həll edilməsi məqsədi ilə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və IXM-in 132-ci maddəsini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından protokol tərtib edən orqan Şəki Şəhər-Rayon Polis Şöbəsi tərəfindən verilmiş şikayətin vermə müddətinin bərpa edilməsi məsələsinə baxılması üçün işin materialları Şəki Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаddan kаssаsiyа qаydаsındа şikаyət və yа protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar