Məhkəmə qərarları › İş №3(3-10)-510/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-510/2026

14.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-510/2026 14.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Fərhadov Adil Müşviq oğlunun katibliyi ilə, Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 ASC və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən hakim Q.Paşayev) barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 ASC və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - IXM) 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək, hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 ASC barəsində 2.000 manat məbləğində, vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində 1.000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Işin halları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 ASC və vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində IXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair ## ### 2026-cı il tarixli inzibati xəta haqqında protokollar aidiyyəti üzrə Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Inzibati xəta haqqında protokollara görə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 ASC və həmin cəmiyyətin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 qüvvədə olan əmək müqaviləsini qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsinin təmin olunması ilə bağlı DƏMX-nin Mərkəzi Aran regional şöbəsinin ##.##.2026-cı il tarixli icrası məcburi göstərişləri yerinə yetirməmişlər. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 ASC və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 nümayəndəsi X3 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticəni əsaslı, düzgün və qanuni hesab etmirlər. Yevlax Rayon Məhkəməsinin qərarı işin faktiki halları və qanunvericiliyin norma və tələbləri pozulmaqla əsassız şəkildə qəbul edilmişdir. Bu səbəbdən həmin məhkəmə qərarını mübahisələndirməyi zəruri hesab edirlər. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 ASC təxminən iki ildən artıqdır ki, faktiki olaraq fəaliyyət göstərmir, müəssisənin fəaliyyəti yoxdur. Hüquqi şəxsin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 isə uzun müddətdir xəstə olub və ##.##.2026-cı il tarixdə vəfat etmişdir. Bununla bağlı * saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində qeydiyyat aparılaraq ##.##.2026-cı il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. X4 Xidməti Mərkəzi Aran regional şöbəsinin inzibati xəta haqqında protokolu və Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə onlar ilk dəfə ##.##.2026-cı il tarixdə Yevlax rayon Icra və Probasiya şöbəsində tanış olmuşlar. Həmin tarixə qədər nə X4 Xidmətinin müvafiq göstərişi, nə inzibati xəta haqqında protokolu, nə də barələrində inzibati xəta haqqında iş üzrə icraat aparılması ilə bağlı məlumatları olmamışdır. Onlara poçt vasitəsilə hər hansı bildiriş belə gəlməmişdir.Inzibati xəta haqqında işə Yevlax Rayon Məhkəməsi tərəfindən baxılarkən işin faktiki hallarının hərtərəfli, tam və obyektiv araşdırılması həyata keçirilməli idi, bunun üçün qanunvericiliyin tələbləri baxımından bütün zəruri tədbirlərin görülməsi tələb olunurdu. Lakin birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam və hərtərəfli araşdırılmadan qərar qəbul edilmiş, işin hallarına obyektiv baxılmamış, başqa sözlə, məhkəmənin gəldiyi nəticə işin faktiki halları ilə uzlaşmır. X4 Xidməti Mərkəzi Aran regional şöbəsinin ##.##.2026-cı il tarixli göstərişi tərtib olunarkən hüquqi şəxsin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 ağır xəstə idi, tibb müəssisəsinə yerləşdirilmişdir və inzibati xəta haqqında ##.##.2026-cı il tarixli MN ******* nömrəli protokol tərtib edilərkən isə artıq dünyasını dəyişmişdi. Birinci instansiya məhkəməsində inzibati xəta haqqında iş üzrə icraat zamanı formal olaraq yalnız protokol və bir neçə sənəd əsasında işə baxılmış, tərəflərin iştirakı təmin olunmadan, işin bütün faktiki halları aydınlaşdırılmadan qərar qəbul olunmuşdur. Bundan başqa, birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə minmədən icraya yönəldilmişdir. Belə ki, Yevlax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ##.##.2026-cı il tarixdə elektron qaydada imzalanmış, ##.##.2026-cü il tarixdə isə icra sənədi verilərək icraya yönəldilmişdir. Hər bir halda birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarından şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət keçmədən onun icraya yönəldilməsi prosessual hüquqi normaların pozulması kimi qiymətləndirilməlidir. Odur ki, Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və tarixi barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 ASC-nin nümayəndəsi X3 məhkəmə iclasına gəlməmişdir. X4 Xidmətinin Hüquq idarəsinin rəis müavini Tamerlan Məlikli məhkəməyə müraciət edərək məhkəmə prosesində əməkdaş çatışmazlığını nəzərə alaraq məhkəmə baxış iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər IXM-in 133.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Iş materiallarında olan: - ##.##.2021-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 ASC-yə müddətsiz olaraq direktor vəzifəsinə təyin edilmişdir. - ##.##.2021-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X1 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 ASC-yə müddətsiz olaraq sex rəisi vəzifəsinə təyin edilmişdir. - ##.##.2021-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X2 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2ASC-yə müddətsiz olaraq proqramçı vəzifəsinə təyin edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 ASC-yə ünvanlanmış ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” alt sisteminə baxış zamanı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 və X2 əmək müqavilələrinin elektron sənəd formasına keçməməsi məlum olmuşdur. Qeyd olunanları nəzərə alaraq 10 (on) gün müddətinə elektron sənəd formasına keçib, nəticəsi barədə X4 Xidmətinin Mərkəzi Aran regional şöbəsinə məlumat verilməsi xahiş olunmuş, əks təqdirdə IXM-in 539.1-1-ci maddəsinə (Əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə) əsasən müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunacaqları barədə xəbərdarlıq edilmişdir. - Sənədin elektron kabinetə yerləşdirilməsi haqqında ##.##.2026-cı il tarixli arayışdan görünür ki, ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** saylı məktub elektron kabinetə yerləşdirilmiş və ##.##.2026-cı il tarixdə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 ASC-yə çatdırılmışdır. - AZ-II seriyalı ****** saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 ##.##.2026-cı il tarixdə ölmüşdür. Ölüm səbəbi kimi “enən çənbər bağırsağın bədxassəli yeni törəməsi” qeyd edilmişdir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, aşağıda şərh olunan əsaslara görə şikayət təmin edilməli, Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 ASC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məsələsinə münasibətdə apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Belə ki, iş materiallarından müəyyən olunur ki, X4 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 ASC-yə ##.##.2026-cı il tarixdə əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsinin təmin edilməsi barədə icrası məcburi göstəriş verilmiş, həmin göstərişin icrası üçün 10 (on) gün müddət müəyyən edilmişdir. Həmin göstərişin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 ASC-nin elektron kabinetinə yerləşdirildiyi və ##.##.2026-cı il tarixdə çatdırıldığı iş materialları ilə təsdiq olunur. Lakin iş materiallarında olan ölüm haqqında şəhadətnaməyə əsasən ASC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 ##.##.2026-cı il tarixdə vəfat etmişdir. Beləliklə, inzibati xəta haqqında protokolun tərtib edildiyi ##.##.2026-cı il tarixdə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 artıq vəfat etmişdir. X4 Xidmətinin göstərişinin icrası üçün müəyyən edilmiş müddətin başladığı vaxtdan etibarən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 ASC-nin rəhbəri barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 səhhətinin ağır olması, daha sonra isə onun vəfat etməsi ilə əlaqədar həmin göstərişin icrasını təşkil etmək və təmin etmək imkanının olubolmaması məsələsi xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə hesab edir ki, hüquqi şəxsə icrası məcburi göstərişin verilməsi özlüyündə onun həmin göstərişi təqsirli olaraq icra etməməsi barədə nəticəyə gəlmək üçün kifayət etmir. Iş üzrə hüquqi şəxsin göstərişi icra etmək imkanının olub-olmaması, həmin göstərişin icrasının təşkilinə məsul olan şəxsin real vəziyyəti və göstərişin icrası üçün müəyyən edilmiş müddət ərzində onun faktiki imkanları da araşdırılmalıdır. Hazırkı iş üzrə isə göstərişin verildiyi ##.##.2026-cı il tarixdə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 ASC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 ağır xəstə olduğu, ##.##.2026-cı il tarixdə isə vəfat etdiyi müəyyən edilir. Başqa sözlə, göstərişin icrası üçün müəyyən edilmiş 10 günlük müddətin əhəmiyyətli hissəsində cəmiyyətin rəhbəri ağır xəstə vəziyyətdə olmuş, həmin müddətin sonuna çatmamış vəfat etmişdir. Bu hal nəzərə alınmaqla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 ASC tərəfindən əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməməsinin cəmiyyətin göstərişi qəsdən və ya təqsirli olaraq icra etməməsindən irəli gəldiyini təsdiq edən kifayət qədər sübut mövcud deyildir. Əksinə, işin müəyyən edilmiş faktiki halları göstərişin icrasının təşkilinə cavabdeh olan direktorun ağır xəstəliyi və qısa müddət sonra vəfat etməsi səbəbindən onun icrasının obyektiv olaraq təmin edilməsinin mümkün olmaması barədə əsaslı şübhələr yaradır. Inzibati məsuliyyətin yaranması üçün şəxsin yalnız müəyyən edilmiş hərəkətsizliyi deyil, həm də həmin hərəkətsizliyə görə təqsirinin mövcudluğu müəyyən edilməlidir. Təqsiri təsdiq edən kifayət qədər və mötəbər sübutlar olmadan hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi isə inzibati məsuliyyətin qanunilik və təqsirlilik prinsipləri ilə uzlaşmır. Bu baxımdan məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 ASC-nin X4 Xidmətinin ##.##.2026-cı il tarixli göstərişini icra etməməsinin səbəbləri tam və hərtərəfli araşdırılmadan yalnız göstərişin icra edilməməsi faktına əsasən hüquqi şəxsin IXM-in 539.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi əsaslı hesab edilə bilməz. Xüsusilə nəzərə alınmalıdır ki, göstərişin verildiyi və onun icrası üçün müəyyən edilmiş müddətin keçdiyi dövrdə cəmiyyətin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 ağır xəstə olması və ##.##.2026-cı il tarixdə vəfat etməsi cəmiyyətin fəaliyyətinin və göstərişin icrasının faktiki olaraq necə təşkil edilə biləcəyinin müəyyən edilməsini zəruri edirdi. Birinci instansiya məhkəməsi isə bu hallara lazımi hüquqi qiymət verməmişdir. Beləliklə, iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 ASC-nin göstərişi icra etməməsində təqsirinin mövcudluğu şübhəsiz şəkildə müəyyən edilməmişdir. Təqsirlilik müəyyən edilmədən isə hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi mümkün deyildir. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 ağır xəstəliyi və vəfat etməsi ilə əlaqədar barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 ASC tərəfindən icrası məcburi göstərişin müəyyən edilmiş müddətdə icra edilməməsinin səbəblərinin hüquqi şəxsin təqsirli hərəkətsizliyi kimi qiymətləndirilməsinin mümkün olmadığı qənaətinə gəlir. Bu səbəbdən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 ASC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi zəruridir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 münasibətdə X3 tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verərək qeyd edir ki, şikayətin verildiyi vaxt X3 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 təmsil etməsinə əsas verən ##.##.2026-cı il tarixli etibarnamə artıq hüquqi qüvvədə olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.7-ci maddəsinə əsasən etibarnamənin qüvvəsinə etibarnaməni vermiş fiziki şəxsin ölməsi nəticəsində xitam verilir. Iş materiallarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 ##.##.2026-cı il tarixdə vəfat etdiyi müəyyən olunur. Bununla da onun tərəfindən verilmiş ##.##.2026-cı il tarixli etibarnamənin qüvvəsinə həmin tarixdən xitam verilmişdir. Belə olan halda X3 adından apellyasiya şikayəti verməsi üçün qüvvədə olan nümayəndəlik səlahiyyəti mövcud olmamışdır. Başqa sözlə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 ölümündən sonra onun adından etibarnaməyə əsasən prosessual hərəkətlərin, o cümlədən apellyasiya şikayətinin verilməsinin hüquqi əsası qalmamışdır. Bu səbəbdən X3 tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 adından verilmiş apellyasiya şikayəti mümkün hesab edilə bilməz. Bununla belə, məhkəmə hesab edir ki, apellyasiya şikayətinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 münasibətdə mümkün hesab edilməməsi həmin şəxsin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məsələsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən həll edilməsinə mane olmur. Belə ki, “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2016-cı il tarixli Qərarında qeyd edildiyi kimi, inzibati xətalar haqqında iş üzrə icraat prosesində cinayət-prosessual qanunvericiliyin analogiya üzrə tətbiqi istisna edilmir. Bu zaman analogiya yalnız inzibati xətalar qanunvericiliyində müvafiq prosessual münasibəti tənzimləyən normanın olmaması halında tətbiq edilə bilər. Hazırkı işdə isə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 ölümündən sonra başlanılmış inzibati xəta haqqında iş üzrə icraatın hüquqi nəticəsinin müəyyən edilməsi zərurəti yaranmışdır. Iş materiallarından onun ##.##.2026-cı il tarixdə vəfat etdiyi, inzibati xəta haqqında protokolun isə bundan sonra – ##.##.2026-cı il tarixdə tərtib edildiyi müəyyən olunur. Belə olan halda onun barəsində inzibati tənbeh tətbiq edilməsi mümkün hesab edilə bilməz. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 ASC barəsində də eyni faktiki hallardan irəli gələn hüquqi məsələyə qiymət verilir. Belə ki, X4 Xidmətinin ##.##.2026-cı il tarixli göstərişinin icrası üçün müəyyən edilmiş müddət ərzində həmin cəmiyyətin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 ağır xəstə olması və ##.##.2026-cı il tarixdə vəfat etməsi müəyyən edilmişdir. Bu hal göstərişin icrasının təşkilinə və təmin edilməsinə, habelə hüquqi şəxsin həmin göstərişi icra etməməsində təqsirinin olub-olmamasına birbaşa təsir edən haldır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 132-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 420-ci maddəsinin həmin Məcəllənin 65.1, 142.1 və 397-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2026-cı il tarixli Qərarında məhkəmə müdafiəsinin və ədalət mühakiməsinin əsas prinsiplərindən irəli gələn yanaşma ifadə edilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, eyni əsaslar üzrə bir şəxs barəsində hüquqi vəziyyətin yaxşılaşdırılmasına səbəb olan hal digər şəxsin vəziyyətinə şamil edilmədikdə eyni faktiki və hüquqi hallara münasibətdə fərqli nəticələrin yaranması mümkündür. Konstitusiya Məhkəməsinin Plenumu, həmçinin, eyni cinayət işi üzrə bir neçə şəxs barəsində eyni hal və ya səhvin mövcud olduğu və həmin hal və ya səhvin şikayət verilən şəxsə münasibətdə aradan qaldırıldığı halda, eyni əsasla digər şəxslərin də hüquqi vəziyyətinin yaxşılaşdırılmasının tələb olunduğunu vurğulamışdır. Məhkəmə hesab edir ki, həmin hüquqi yanaşma hazırkı iş üzrə də nəzərə alınmalıdır. Belə ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 ölüm faktı onun barəsində inzibati məsuliyyət məsələsinin davam etdirilməsini istisna edən hal olmaqla yanaşı, iş üzrə müəyyən edilmiş digər faktiki hallar ilə birlikdə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 ASC-nin inzibati məsuliyyətinin də əsaslı olub-olmamasının qiymətləndirilməsinə birbaşa təsir göstərir. Əgər eyni faktiki vəziyyət – X4 Xidmətinin göstərişinin icrası üçün müəyyən edilmiş müddət ərzində cəmiyyətin direktorunun ağır xəstə olması və həmin müddət başa çatmamış vəfat etməsi – hüquqi şəxsin təqsirinin müəyyən edilməsinə təsir edən hal kimi qəbul edilirsə, həmin halın eyni inzibati xəta hadisəsi ilə bağlı direktor barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 özünə münasibətdə nəzərə alınmaması mümkün deyildir. Bunun əksinin qəbul edilməsi eyni faktiki və hüquqi hallardan irəli gələn bir inzibati xəta hadisəsi üzrə bir-biri ilə qarşılıqlı əlaqəli olan şəxslər barəsində ziddiyyətli hüquqi nəticələrin yaranmasına səbəb olardı. Məhkəmə xüsusi olaraq qeyd edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 münasibətdə apellyasiya şikayətinin mümkün hesab edilməməsi onun barəsində inzibati tənbehin qüvvədə saxlanılması anlamına gəlmir. Şikayətin mümkünlüyü prosessual məsələ, şəxsin barəsində inzibati məsuliyyətin mövcud olub-olmaması isə maddi hüquqi məsələdir. Şəxsin ölümündən sonra onun barəsində inzibati məsuliyyət məsələsinin davam etdirilməsinin hüquqi əsaslarının olub-olmaması məhkəmə tərəfindən işin materialları əsasında nəzərdən keçirilməlidir. Nəzərə alınmalıdır ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 ##.##.2026-cı il tarixdə vəfat etmiş, inzibati xəta haqqında protokol isə ##.##.2026-cı il tarixdə, yəni onun ölümündən sonra tərtib edilmişdir. Deməli, protokol tərtib edilərkən artıq inzibati məsuliyyət subyekti kimi çıxış edə biləcək şəxs mövcud olmamışdır. Buna görə də onun barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanılması və inzibati tənbeh tətbiq edilməsi hüquqi baxımdan mümkün deyildir. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 münasibətdə apellyasiya şikayətinin mümkün hesab edilməməsinə baxmayaraq, iş üzrə müəyyən edilmiş və onun hüquqi vəziyyətini yaxşılaşdıran hallar, habelə eyni faktiki və hüquqi əsasların barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 ASC barəsində də tətbiq olunması nəzərə alınmaqla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi zəruridir. Beləliklə, birinci instansiya məhkəməsi işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən halları tam və hərtərəfli araşdırmadan, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 protokol tərtib edilməzdən əvvəl vəfat etməsini nəzərə almadan onun barəsində inzibati tənbeh tətbiq etmiş, habelə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 ASC-nin inzibati məsuliyyətinin hüquqi və faktiki əsaslarını kifayət qədər müəyyən etməmişdir. IXM-in: 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 6.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 84.1-ci maddəsinə əsasən, isə inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 53.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Işə baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, X3 tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 adından verilmiş apellyasiya şikayəti mümkün hesab edilməməli, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 ASC-nin nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 ASC və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barələrində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və IXM-in 133-135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: X3 tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 adından verilmiş apellyasiya şikayəti mümkün hesab edilməsin. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 ASC-nin nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 ASC və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barələrində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar