Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-512/2026 17.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Kərimli Amil Süleyman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndələri nümayəndə3 və X1 iştirakları ilə, Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən hakim F.Ələkbərova) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində ##.##.2026-cı il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - IXM) 430.4cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilmişdir. Işin halları Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC IXM-in 430.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Protokolu tərtib edən orqan tərəfindən tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlər ##.##.2026-cı il tarixdə Ağdaş rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş ##.##.2026-cı il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 30.000 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə ##.##.2024-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüş, 2 il müddətinin keçməsinə baxmayaraq, 13.760,60 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır, nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən IXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsi nümayəndə3 izahat verərək bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ##.##.2024-cü il tarixli, ***/** nömrəli müqavilə əsasında ## ### 2024-cü il tarixində UNITARNOYE PREDPRIYATIYE “xxxx” (dövlət müəssisəsi) bank vasitəsilə 30.000 ABŞ dolları məbləğində avans ödənişi həyata keçirilmişdir. Sonradan, ## #### 2024-cü il tarixində tərəflər arasında bağlanmış qarşılıqlı razılaşmaya əsasən, qeyd olunan avans ödənişinin 13.760,60 ABŞ dolları məbləğində hissəsi ##.##.2024-cü il tarixli, ***/** nömrəli müqavilə üzrə öhdəliklərin icrasına yönəldilmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsi tərəfindən təqdim edilmiş arayışa əsasən, ##.##.2024-cü il tarixindən ##.##.2026- cı il tarixinədək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin ABŞ dolları valyutasında açılmış ABB Bank, Bank Respublika, VTB Bank və Kapital Bank hesabları fəaliyyət göstərmişdir. Göstərilən dövr üzrə qeyd olunan bank hesablarından əldə edilmiş hesabdan çıxarışların təhlili nəticəsində müəyyən edilmişdir ki, ***/** nömrəli, ##.##.2024-cü il tarixli müqavilə üzrə bank vasitəsilə ümumilikdə 84.276,33 ABŞ dolları məbləğində ödəniş həyata keçirilmişdir. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş X2 müəyyən olunur ki, həmin müqavilə üzrə ümumilikdə 98.036,93 ABŞ dolları məbləğində mallar Azərbaycan Respublikasına idxal edilmişdir. Beləliklə, X2 göstərilən idxal olunmuş malların dəyəri ilə bank hesablarından həyata keçirilmiş ödənişlər arasında 13.760,60 ABŞ dolları məbləğində fərq yaranmışdır. Həmin fərqin səbəbi ondan ibarətdir ki, bu məbləğ əvvəlcə ***/** nömrəli, ##.##.2024-cü il tarixli müqavilə üzrə avans kimi ödənilmiş, daha sonra isə ## #### 2024-cü il tarixli tərəflərin qarşılıqlı razılaşmasına əsasən ***/** nömrəli, ##.##.2024-cü il tarixli müqavilə üzrə ödəniş kimi hesablanmışdır. Buna görə də göstərilən 13.760,60 ABŞ dolları məbləğində vəsait bank çıxarışlarında ***/** nömrəli müqavilə üzrə ayrıca yeni köçürmə kimi əks olunmasa da, faktiki olaraq həmin müqavilə üzrə öhdəliyin icrasına yönəldilmişdir. Həm ***/** nömrəli, həm də ***/** nömrəli müqavilələr üzrə 44071119400 gömrük koduna aid eyni növ mallar idxal edilmişdir. Beləliklə, ***/** nömrəli, ##.##.2024-cü il tarixli müqavilə üzrə bank vasitəsilə ödənilmiş vəsaitin idxal edilmiş malların dəyərindən 13.760,60 ABŞ dolları artıq görünməsinin səbəbi həmin məbləğin ##.##.2024-cü il tarixli tərəflərin qarşılıqlı razılaşmasına əsasən ***/** nömrəli, ##.##.2024-cü il tarixli müqavilə üzrə ödəniş hesabına keçirilməsi olmuşdur. Nəticə etibarilə, 13.760,60 ABŞ dolları məbləğində vəsait üzrə mallar ***/** nömrəli müqavilə əsasında deyil, ***/** nömrəli müqavilə əsasında idxal edilmiş və müvafiq X2 ilə rəsmiləşdirilmişdir. Bu səbəbdən, qeyd olunan məbləğ üzrə yaranan fərq yalnız vəsaitin bir müqavilədən digərinə keçirilməsi ilə əlaqədardır və təqdim edilmiş sənədlərlə tam təsdiq olunur. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün qiymətləndirməmiş və əsassız olaraq qeyd olunan gömrük bəyannamələrinə istinad edilərək avans köçürməsi üzrə malların idxal edildiyi nəticəsinə gəlmişdir. Mərkəzi Bankın Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin elektron informasiya sistemində yerləşdirilən elektron gömrük bəyannamələri, həmçinin idxal müqavilələri üzrə həyata keçirilmiş ödənişlər barədə məlumatlara baxış imkanı mövcuddur və bu məlumatlar xidməti zərurətlə əlaqədar olaraq yoxlanılır. Ağdaş Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarında istinad olunmuş X2nin yoxlanılması nəticəsində müəyyən edilmişdir ki, həmin YGB-lər baxılan iş üzrə icra olunmuş köçürmə ilə əlaqəli deyildir. Belə ki, qərarda istinad olunmuş 01241000238391, 01241000264876, 01241000273666 və 01241000294870 YGB-lər başqa avans köçürməsinin bağlanılmasına istifadə olunmuşdur. Məhkəmənin istinad etdiyi bəyannamələrdən yalnız ************** saylı YGB gömrük portalında heç bir avans ödənişə bağlanılmamış (açıq olmuş), lakin YGB-nin müqavilə və invoys məlumatları mübahisəli avans ödənişinə aid olan müqavilə və invoysla eyniləşməmişdir. Məhkəmə hazırkı avans köçürməsi ilə təqdim edilmiş gömrük bəyannamələri arasında faktiki bağlılığı araşdırmamış, bəyannamələrin rekvizitlərinin (müqavilə və invoys) avans köçürməsi zamanı təqdim edilmiş rekvizitlərə uyğun olmadığını nəzərə almamışdır. Bildirirlər ki, iş materiallarında olan ödəniş tapşırığından da göründüyü kimi MMC tərəfindən ##.##.2024-cü il tarixində ##.##.2024-cü il tarixli ***/** nömrəli alqı-satqı müqaviləsi üzrə 30.000 ABŞ dolları məbləğində vəsait xaricə avans ödənişi olaraq köçürülmüşdür. Ağdaş Rayon Məhkəməsinin sözügedən qərarında istinad etdiyi YGB-lər ##.##.2024-cü il tarixli ***/** nömrəli müqaviləyə aid olmuş və həmin müqavilə üzrə edilmiş avans ödənişlərinin bağlanılmasına icra edilmişdir. Qərarda qeyd edilən YGB-lər həmin müqavilə üzrə gətirilən malların idxalını təsdiqləmişdir. Beləliklə, iş materialları və məhkəmənin araşdırması ilə ##.##.2024-cü il tarixində ##.##.2024-cü il tarixli ***/** nömrəli alqı-satqı müqaviləsi üzrə 30.000 ABŞ dolları məbləğinə qarşılıq malların idxal edilməsi faktiki olaraq sübuta yetirilməmişdir. MMC inzibati məsuliyyətdən yayınmaq üçün məqsədli şəkildə hazırkı köçürmə ilə əlaqəsi olmayan, başqa avans köçürməsinə aid olan YGB-ləri məhkəməyə təqdim etmiş və məhkəmə təqdim olunan YGB-lərin köçürmə ilə əlaqəli olub-olmadığını yoxlamadan və inzibati xəta haqqında iş üzrə icraata əsassız olaraq xitam verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində ##.##.2024-cü il tarixli köçürmə üzrə idxalı həyata keçirilməyən və ya geri qaytarılmayan 13.760,60 ABŞ dolları məbləğində vəsaitə münasibətdə inzibati cərimə tətbiq edilməli idi. Odur ki, Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində EP seriyalı ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokol əsasında 30.000 ABŞ dolları məbləğinin bağlanılmamış qalan 13.760,60 ABŞ dolları məbləğində köçürməsinə münasibətdə inzibati cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi nümayəndə3 birinci instansiya məhkəməsində verdiyi izahatını müdafiə edərək bildirdi ki, müqavilə bağladıqları şirkət dövlət müəssisəsidir və 2022-ci ildən ABŞ tərəfindən tətbiq olunan sanksiyalara görə avropaya satış həyata keçirdə bilmirlər. Şirkət məlumat verdi ki, müqavilə üzrə borclu qaldığı pulu geri qaytara bilməyəcək. Satışı həyata keçirən şirkət aralarında bağlanmış digər müqavilə əsasında malı göndərmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mərkəzi Bankı apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər IXM-in 133.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, aşağıda şərh olunan əsaslara görə şikayət təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan: - ##.##.2024-cü il tarixli, ***/** saylı müqavilədən və əlavəsindən görünür ki, satıcı “xxxx” şirkəti ilə alıcı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC arasında ##.##.2024-cü il tarixədək cəmi 67.200 ABŞ dolları məbləğində taxta məhsullarının göndərilməsi barədə müqavilə bağlanmışdır. - ##.##.2024-cü il tarixli, ***/** saylı müqavilədən və əlavəsindən görünür ki, satıcı “xxxx” şirkəti ilə alıcı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC arasında ##.##.2024-cü il tarixədək cəmi 101.280 ABŞ dolları məbləğində taxta məhsullarının göndərilməsi barədə müqavilə bağlanmışdır. - ##.##.2024-cü il tarixli Sazişdən görünür ki, müqavilə tərəfləri satıcı “xxxx” şirkəti ilə alıcı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC arasında ##.##.2024-cü il tarixli, ***/** saylı və ##.##.2024-cü il tarixli, ***/** saylı müqaviləyə əsasən qarşılıqlı verilməli olan 13.760,60 ABŞ dolları məbləğində öhdəliklər əvəzləşdirilmişdir. - “xxxx” ASC-nin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, “xxxx” şirkətinə ##.##.2024-cü il tarixli ***/** nömrəli müqavilə üzrə ##.##.2024-##.##.2026-cı il tarixlərdə cəmi 84.276,33 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. - ##.##.2024-cü il tarixli, 01241000238391, ##.##.2024-cü il tarixli, 01241000264876, ##.##.2024-cü il tarixli, 01241000273666, ##.##.2024-cü il tarixli, 01241000294870 və ##.##.2024-cü il tarixli 01241000297883 sorğu nömrəli Gömrük bəyannamələrindən görünür ki, ##.##.2024-cü il tarixli, ***/** saylı müqavilə üzrə ümumilikdə 98.036,93 ABŞ dolları məbləğində mallar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən idxal edilmişdir. - “xxxx” şirkəti tərəfindən təsdiq edilmiş üzləşdirmə aktlarından görünür ki, ##.##.2024cü il tarixli, ***/** saylı müqavilə üzrə ödənilmiş 13.760,60 ABŞ dolları məbləğində pul vəsaiti ##.##.2024-cü il tarixli, ***/** saylı müqavilə üzrə öhdəliklərə qarşılıq hesablanmışdır. Apellyasiya şikayətində əsasən həmin gömrük bəyannamələrinin ##.##.2024-cü il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən “xxxx” şirkətinə ***/** nömrəli müqavilə üzrə həyata keçirilmiş 30.000 ABŞ dolları məbləğində avans ödənişi ilə əlaqəli olmadığı, başqa avans ödənişlərinin bağlanılmasına aid edildiyi və buna görə də 13.760,60 ABŞ dolları məbləğində vəsaitə uyğun malların idxal edilməsinin sübuta yetirilmədiyi bildirilmişdir. Lakin apellyasiya şikayətində göstərilən bu hal özlüyündə 13.760,60 ABŞ dolları məbləğində vəsaitin ***/** nömrəli müqavilə üzrə öhdəliyin icrası çərçivəsində istifadə edilmədiyini təsdiq etmir. Iş materiallarından görünür ki, ##.##.2024-cü il tarixli ***/** nömrəli müqavilə üzrə ##.##.2024-cü il tarixdə 30.000 ABŞ dolları məbləğində avans ödənişi həyata keçirilmiş, sonradan tərəflər ##.##.2024-cü il tarixli Sazişlə 218/24 və ##.##.2024-cü il tarixli ***/** nömrəli müqavilələr üzrə qarşılıqlı 13.760,60 ABŞ dolları məbləğində öhdəlikləri əvəzləşdirmişlər. Bununla yanaşı, “xxxx” şirkəti tərəfindən təsdiq edilmiş üzləşdirmə aktlarında ##.##.2024-cü il tarixli ***/** nömrəli müqavilə üzrə ödənilmiş 13.760,60 ABŞ dolları məbləğində vəsaitin ##.##.2024-cü il tarixli ***/** nömrəli müqavilə üzrə öhdəliklərə qarşılıq hesablandığı açıq şəkildə öz əksini tapmışdır. Eyni zamanda, ***/** nömrəli müqavilə üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 84.276,33 ABŞ dolları məbləğində ödəniş həyata keçirildiyi, həmin müqavilə üzrə isə ümumilikdə 98.036,93 ABŞ dolları dəyərində malların idxal edildiyi gömrük bəyannamələri ilə müəyyən olunur. Iş materialları ilə təsdiq olunur ki, 13.760,60 ABŞ dolları məbləğində əvvəlki avans ödənişi tərəflərin sonrakı razılaşması əsasında ***/** nömrəli müqavilə üzrə öhdəliyin icrasına yönəldilmiş, həmin müqavilə üzrə isə müvafiq malların faktiki idxalı həyata keçirilmişdir. Deməli, həmin vəsaitin sonradan digər müqavilə üzrə öhdəliyə hesablanması onun itirilməsi, satıcı tərəfindən geri qaytarılmaması və ya malların idxalı ilə bağlı öhdəliyin ümumiyyətlə icra edilməməsi kimi qiymətləndirilə bilməz. Əksinə, tərəflərin ##.##.2024-cü il tarixli Sazişi və satıcı tərəfindən təsdiq edilmiş üzləşdirmə aktları vəsaitin konkret müqavilə üzrə öhdəliyə hesablandığını təsdiq edən yazılı sübutlardır. Apellyasiya şikayətində həmçinin qeyd olunur ki, məhkəmənin istinad etdiyi YGB-lərin bir qismi başqa avans ödənişlərinin bağlanılmasına istifadə edilmiş, ************** saylı YGB üzrə isə müqavilə və invoys məlumatları mübahisəli avans ödənişi ilə eyniləşməmişdir. Lakin bu arqument də iş üzrə müəyyən edilmiş digər sübutların, xüsusilə ##.##.2024-cü il tarixli Sazişin, bank ödənişləri barədə məlumatların və satıcı tərəfindən təsdiq edilmiş üzləşdirmə aktlarının hüquqi əhəmiyyətini aradan qaldırmır. IXM-in 76.1-ci maddəsinin mənasına görə inzibati xəta haqqında iş üzrə yalnız ayrı-ayrı sənədlər deyil, işin düzgün həlli üçün əhəmiyyətli olan bütün faktiki məlumatlar sübut kimi qiymətləndirilməlidir. Həmin sübutların qiymətləndirilməsi isə IXM-in 84.1-ci maddəsinə uyğun olaraq işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmalıdır. Ona görə də gömrük bəyannamələrində ***/** nömrəli müqavilə üzrə ilkin avans ödənişinin rekvizitlərinin birbaşa göstərilməməsi həmin ödənişlə idxal edilmiş mallar arasında faktiki və hüquqi əlaqənin mövcudluğunu istisna etmir. Əksinə, iş üzrə mövcud olan sənədlərin məcmusundan 13.760,60 ABŞ dolları məbləğində vəsaitin tərəflərin qarşılıqlı razılaşması əsasında ***/** nömrəli müqavilə üzrə öhdəliyin icrasına hesablandığı və həmin müqavilə üzrə malların Azərbaycan Respublikasına idxal edildiyi müəyyən olunur. Bu səbəbdən apellyasiya şikayətində irəli sürülən “13.760,60 ABŞ dolları məbləğində vəsaitə qarşılıq malların idxal edilmədiyi və ya həmin vəsaitin geri qaytarılmadığı” barədə nəticə iş materiallarının məcmusu ilə təsdiq olunmur. Həmçinin apellyasiya şikayətində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin inzibati məsuliyyətdən yayınmaq məqsədilə başqa avans ödənişlərinə aid YGB-ləri məhkəməyə təqdim etdiyi iddia olunur. Lakin bu iddianı təsdiq edən və şirkətin məhz belə məqsədlə hərəkət etdiyini göstərən hər hansı ayrıca sübut iş materiallarında müəyyən edilmir. Beləliklə, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsassızlığını göstərmir. Birinci instansiya məhkəməsi iş üzrə mövcud olan sübutları qarşılıqlı əlaqədə qiymətləndirərək 13.760,60 ABŞ dolları məbləğində vəsait üzrə IXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin mövcudluğunun sübuta yetirilmədiyi nəticəsinə gəlməkdə haqlı olmuşdur. IXM-in 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. IXM-in 76.2-ci maddəsinə görə, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Işə baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və IXM-in 133-135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Inzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(3-10)-512/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-512/2026
17.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver