Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-513/2026 15.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə (sədrlik edən hakim Q.Paşayev) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 3000 (üç min) manat məbləğində inzibati cərimə edilmişdir. İşin halları: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs internetdə (sonuncu dəfə ##.##.2026-ci il tarixdə) “Pin-up.com” online qumar saytına daxil olub kazino oyunu oynamaqla İXM-in 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir Birinci instansiya məhkəməsinin məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona istinad olunan inzibati xətanı törətməsində özünü təqsirli bilməyərək, verdiyi izahatında göstərmişdir ki, telefonu iki il əvvəl tanımadığı şəxsdən almışdır. Onun telefonu onlayn qumar oyunlarında qeydiyyatdan keçmiş, lakin o qumar oyunlarında iştirak etməmişdir. Bakı şəhərində 9 il yaşamış, telefonu iş və otaq yoldaşlarına istifadə etmək üçün vermişdir. Ola bilər ki, həmin şəxslərdən kimsə onun telefonundan istifadə edərək həmin qumar oyunları saytından qeydiyyatdan keçsin. Onun telefonundan qeydiyyatdan keçdikdən sonra digər telefonlardan da giriş edən zaman giriş tarixi onun da telefonunda görünür. Polis əməkdaşları tərəfindən saxlanılan vaxta kimi onun telefonundan qumar oyununda qeydiyyatdan keçirilməsi barədə məlumatı olmamışdır. Hazırda həmin telefonu satmışdır. Qeydiyyatdan keçən hesab onun köhnə kart hesabıdır. Həmin saytda bir hesab nömrəsi bir dəfə keçə bilər deyə onun hesab nömrəsindən istifadə edilməsini ehtimal edir. İnzibati xəta onu tərəfindən törədilməmişdir.Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu həmin qərardan şikayət verərək Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətin və prosses iştirakçılarının dəlilləri: Şikayət onunla əsaslandırılmışdır ki, aşağıdakılara əsasən həmin qərarı tam qanunsuz və əsassız hesab edir. Belə ki, həmin qərarda qeyd olunur ki, Yevlax rayon polis şöbəsindən məhkəməyə daxil olmuş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, guya Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs internetdə (sonuncu dəfə ##.##.2026-cı il tarixdə) “Pin-up.com” online qumar saytına daxil olub kazino oyunu oynamaqla İXM-in 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə yalnız onun izahatı alınmaqla kifayətlənib, qərarda yazılır ki, guya onun qumar oynamağı tam təsdiq olunur və buna görə də o, inzibati məsuliyyətə cəlb olunur. Lakin məhkəmə onun əməlinin hansı sübutlarla təsdiq olunmasını qərarında qeyd etmir. Çünki belə bir sübut yoxdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında göstərir ki, onun internet vasitəsi ilə qumar oynamaq barədə ümumiyyətlə anlayışı yoxdur və heç vaxt belə bir qanunsuz əmələ məşğul olmaq istəyi də olmayıb. O, bər-bər kimi həmişə zəhməti ilə dolanıb və onun telefonundan hansı alçaq, şərəfsiz adamın istifadə edib qumar oynamasından xəbəri yoxdur. O, həmin telefonu təxminən 2 il əvvəl tanımadığı şəxsdən almışdır. Sonra isə telefonundan iş və otaq yoldaşları, eləcə də özü və dostlarının telefonlarından lazım olanda istifadə etmişdir. Onun cərimə olunduğu inzibati xətanı törətməməyinin ən real və ağlabatan sübutu ondan ibarətdir ki, Yevlax rayon polis şöbəsində polislər ondan telefonunu istəyən kimi o, dərhal gətirib telefonu polislərə təqdim etmişdir. Çünki o, özünə tam arxayın olmuşdur ki, onun telefonu ilə bağlı hər hansı bir qanunsuz əməl ola bilməz. O da birinci dəfə polis şöbəsində bilmişdir ki, onun telefonuna hansısa, onun ümumiyyətlə anlayışı olmayan bir proqram yüklənib və həmin proqram vasitəsi ilə nə vaxtsa qumar oynanılıb. O, bilsəydi ki, onun telefonunda üç min manatlıq cərimə nəzərdə tutulan bir iş var və o, həmin əməli bilərəkdən qəsdən törətmişdir, o, həmin telefonunu gizlədər, hətta məhv edər, yaxud kimin onun telefonu ilə bu əməli etdiyini tapıb onun məsuliyyətə cəlb olunması üçün özü məhkəməyə, yaxud polis orqanlarına müraciət edərdi. Eyni zamanda Yevlax rayon məhkəməsinin (hakim Qalib Paşayev) ##.##.2026-cı il tarixli, İş № *(*-***)-***/**** saylı qərarının məzmun və quruluşundan aşkar bəlli olur ki, bu qərar formal, ciddi prosessual mahiyyət daşımayan bir sənəd kimi tərtib edilmişdir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs doğum yeri, eləcə də qeydiyyat və yaşayış yeri yanlış göstərilmişdir. Obrazlı desək, “malla qoyunun” yeri dəyişik salınmışdır. Yəni o, Yevlax rayonu, Malbinəsi kəndi deyil, Qoyunbinəsi kəndində anadan olmuşdur, orada yaşamışdır, orada qeydiyyatdadır və hazırda da Qoyunbinəsi kəndində yaşayır. Bundan başqa, görünən odur ki, məhkəməyə təqdim olunan protokolun qanuni olubolmaması məhkəmə tərəfindən ümumiyyətlə yoxlanılmamış, sanki məhkəmə üçün bu əhəmiyyətli hal heç maraqlı da olmamışdır. Protokolun qanuniliyini yoxlamaq üçün ən azından həmin protokolu tərtib edənlərin izahatları alınar, onun əsaslandırılması təmin oluna bilərdi və həmin protokolun hansı sənədlər əsasında tərtib edilməsi, yaxud maddi sübut olaraq onun mobil telefonu tapılıb təkrar baxış keçirib, onun əməlində qəsdin olub-olmadığı müəyyən oluna bilərdi. Lakin məhkəmə sadəcə polisin təqdim etdiyi bir vərəqlik protokolunu olduğu kimi qəbul edib, tam həmin protokolun eynisinə uyğun şablon qərar qəbul etmişdir. Hətta ##.##.2026-cı il tarixdə qəbul olunmuş qərarın 4 aya yaxın bir müddətdən sonra, yəni ##.##.2026-cı il tarixdə rəsmi olaraq poçt vasitəsi ilə ona gəlib çatması zamanı, o belə güman etmişdir ki, məhkəmə yəqin ki, son anda onun əməlində hər hansı bir qanunsuzluğun olmadığı həqiqətini bilib, polisin qanunsuz və protokolunu ləğv etməsi barədə qərar qəbul etmişdir. Lakin, uzun müddət sonra rəsmi olaraq əldə etdiyi qərardan sonra başa düşmüşdür ki, o, məhkəmənin ən azından daxili inam baxımından ədalətli olması düşüncəsində tam yanılmışdır. Bununla da o, son nəticə olaraq, etmədiyi əmələ görə ağır maddi məsuliyyət altında əzilməyə məhkum edilmişdir. Odur ki, Yevlax rayon məhkəməsinin (hakim Qalib Paşayev) ##.##.2026-cı il tarixli, İş № *(*-***)-***/**** saylı qərarını ləğv etməklə, barəsində təqsirsizliyinə dair bəraət verici əsaslarla yeni qərar qəbul olunmasını təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birinci instansiya məhkəməsində olan izahatına uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.3-cü maddəsinə görə bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İş materiallarında olan ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs internetdə qanunsuz qumar oyunları oynamışdır. Sonuncu dəfə ##.##.2026-ci il tarixdə “Pinup.com”saytında oynamışdır. Mobil telefonun ekran çıxarışlarından görünür ki, istifadəçi 2025-ci ilin noyabr-2026ci ilin yanvar ayları ərzində “Pin-up.com” online mərc saytından istifadə edilmişdir Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışlarını tam hər tərəfli və obyektiv araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı qanuni və əsaslı deyildir və aşağıdakı hallara görə ləğv edilməlidir. İXM-in 2-ci maddəsinə əsasən inzibati xətalar qanunvericiliyi insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, təqsirsizlik prezumpsiyası və ədalətlilik prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə inzibati xəta yalnız təqsirli sayılan, yəni qəsdən və ya ehtiyatsızlıqdan törədilən əməl (hərəkət və ya hərəkətsizlik) hesab oluna bilər. Bununla belə, İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində, habelə Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 2-ci bəndində təsbit olunmuş və yuxarıda göstərilən milli normalarda öz əksini tapmış təqsirsizlik prezumpsiyası prinsipinə görə, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün onun konkret əməli törətməsi faktının kifayət qədər, birbaşa sübutlarla təsdiqlənməsi zəruridir; ehtimal, fərziyyə və ya yalnız dolayı əlamətlər əsasında təqsirin müəyyən edilməsi yolverilməzdir. İş materiallarından görünür ki, barəsində icraat aparılan şəxsə qarşı yeganə "sübut" kimi ##.##.2026-cı il tarixli, MN ******* saylı protokol və mobil telefonun ekran çıxarışları təqdim olunmuşdur. Bu sənədlər yalnız o faktı əks etdirir ki, müəyyən mobil nömrə vasitəsilə "Pin-up.com" saytında qeydiyyat aparılmış və həmin hesabdan istifadə olunmuşdur. Lakin iş materiallarında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsən özünün öz iradəsi ilə həmin saytda qeydiyyatdan keçdiyini və ya qumar oyununda iştirak etdiyini təsdiq edən heç bir bilavasitə sübut yoxdur. Məhkəmə xüsusi qeyd edir ki, barəsində icraat aparılan şəxsin apellyasiya şikayətində və məhkəmə izahatında bildirdiyi hallar mübahisə mövzusu olan mobil telefonun təxminən iki il əvvəl tanımadığı şəxsdən əldə edilməsi, sonradan Bakı şəhərində birgə yaşadığı otaq yoldaşlarının və iş yoldaşlarının da zəruri hallarda ondan istifadə etməsi obyektiv olaraq real və məntiqi əsası olan hallardır. Müasir mobil rabitə və internet xidmətlərinin təbiətinə görə, bir fiziki telefon cihazı vasitəsilə əldə olunan giriş qeydləri o cihazın həmişə yalnız onun rəsmi sahibi tərəfindən istifadə olunduğunu sübut etmir; əksinə, mobil telefonun bir neçə şəxs tərəfindən növbə ilə istifadə olunması geniş yayılmış məişət təcrübəsidir. Barəsində icraat aparılan şəxs ardıcıl və məntiqli izah vermişdir ki, mübahisə mövzusu olan hesab onun köhnə bank kart hesabına bağlı olmuş, bu səbəbdən onun şəxsi məlumatları sistemdə görünmüşdür, halbuki bu fakt onun özünün şəxsən qeydiyyatdan keçdiyini deyil, sadəcə həmin kart hesabının kimsə tərəfindən ondan asılı olmayan formada istifadə edildiyini göstərə bilər. Xüsusilə diqqətəlayiq haldır ki, o, polis əməkdaşları telefonu tələb edən kimi heç bir müqavimət göstərmədən onu dərhal təqdim etmişdir. Bu davranış, qəsdən qanunsuz əməl törətmiş şəxsin gözlənilən davranış modelinə uyğun gəlmir. Eyni zamanda, ekran çıxarışlarının araşdırılmasından yalnız texniki giriş faktının mövcudluğu görünür, lakin bu sənədlərdə barəsində icraat aparılan şəxsin FİN-i, IP-ünvanı, coğrafi məkanı və ya digər fərdiləşdirici məlumatını əks etdirən heç bir məlumat yer almamışdır. Məhkəmə həmçinin vurğulayır ki, iş materialında olan bu dolayı sübutlar yalnız o halda kifayət sayıla bilərdi ki, barəsində icraat aparılan şəxs özü əməli etiraf etsin. Lakin hazırkı işdə o, nə protokol tərtib edilən zaman, nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsində əməli etiraf etməmiş, əksinə, ardıcıl olaraq öz təqsirsizliyini iddia etmişdir. Şəxsin əməli təkzib etməsi şəraitində, əməlin obyektiv tərəfdən tam və şübhəsiz sübut edilməsi vəzifəsi bilavasitə ittiham tərəfinin, yəni protokolu tərtib edən səlahiyyətli orqanın üzərinə düşür. Sadəcə texniki qeydiyyat izlərinin mövcudluğu, şəxsin etirafı olmadan, əlavə obyektiv sübutlarla təsdiqlənmədən, təqsirin sübut olunması standartını təmin edə bilməz. İttiham tərəfi isə bu istiqamətdə heç bir əlavə sübut təqdim etməmiş, iş materiallarını yalnız bir vərəqlik protokol və ekran çıxarışı ilə məhdudlaşdırmışdır. Həmçinin, iş materiallarına əlavə edilmiş videoyazının araşdırılmasından görünür ki, mübahisə mövzusu olan hesaba pul yüklənmələri bir deyil, bir-birindən fərqli bank kartlarından o cümlədən sonu 2052 və 6506 rəqəmləri ilə bitən kartlardan həyata keçirilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında bu kartların kimə məxsus olması, onların barəsində icraat aparılan şəxsin adına və ya onun sərəncamında olan bank hesablarına aid olub-olmaması barədə heç bir müəyyənləşdirmə aparılmamış, müvafiq bank idarələrindən belə məlumat tələb və əldə olunmamışdır. Bir hesaba eyni zamanda bir neçə fərqli, mənsubiyyəti müəyyən edilməmiş bank kartından vəsait yüklənməsi faktı, əksinə, onu göstərir ki, mübahisə mövzusu olan hesabdan bir neçə fərqli şəxs tərəfindən istifadə olunması ehtimalı daha da real və inandırıcı xarakter almışdır. Belə ki, əgər hesab yalnız bir şəxsin barəsində icraat aparılan şəxsin şəxsi istifadəsində olsaydı, adətən vəsait yüklənmələrinin onun öz adına olan tək bir bank kartından aparılması gözlənilərdi. Fərqli mənbələrdən, mənsubiyyəti sübut olunmamış kartlardan vəsait daxilolmalarının mövcudluğu isə əksinə, hesabın bir neçə şəxs tərəfindən paylaşılan telefon vasitəsilə müxtəlif zamanlarda istifadə edildiyi versiyasını əlavə olaraq təsdiqləyən obyektiv dəlildir. Bundan əlavə, birinci instansiya məhkəməsinin qərarının məzmunundan görünür ki, məhkəmə əməlin sübut olunmasına dair müstəqil təhlil aparmamış, protokolda göstərilən halları olduğu kimi qəbul etməklə kifayətlənmişdir. Belə ki, qərarda barəsində icraat aparılan şəxsin doğum yeri və qeydiyyat ünvanı belə yanlış göstərilmişdir (ünvan 1 qeyd olunmuşdur), bu da qərarın işin fərdi hallarına deyil, formal şablona əsaslanaraq qəbul edildiyini əlavə olaraq təsdiqləyir. Protokolun qanuniliyi, o cümlədən onun hansı əsaslarla tərtib olunması barədə heç bir yoxlama aparılmamış, protokolu tərtib edən vəzifəli şəxslərin izahatı alınmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsində formalaşmış "ağlabatan şübhədən kənar sübutetmə" standartına görə, şəxsin təqsirliliyi yalnız o halda sübuta yetirilmiş sayıla bilər ki, toplanmış sübutlar əsasında hasil olunan nəticəyə qarşı heç bir ağlabatan, ciddi alternativ izahın mövcud olması istisna edilsin. Hazırkı işdə isə, əksinə, barəsində icraat aparılan şəxsin təqdim etdiyi alternativ izah (telefondan üçüncü şəxslərin istifadəsi) heç bir sübutla təkzib edilməmiş, əksinə, telefonun uzun müddət çoxsaylı şəxslər arasında dövriyyədə olması kimi obyektiv hallarla dəstəklənmişdir. Bu şərtlər daxilində mövcud şübhələr o dərəcədə əhəmiyyətli və ağlabatandır ki, onlar əməlin barəsində icraat aparılan şəxs tərəfindən şəxsən törədildiyi qənaətinə əsas ola bilməz və təqsirsizlik prezumpsiyası prinsipinə əsasən bu şübhələr onun xeyrinə şərh olunmalıdır. Nəticə etibarilə, məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 525-ci maddəsi ilə nəzərdə tutulmuş əməli şəxsən törətməsi kifayət qədər, birmənalı və ağlabatan şübhədən kənar sübutlarla təsdiqlənməmişdir. Belə şəraitdə şəxsin təqsirli bilinməsi və inzibati cərimə tətbiq edilməsi haqqında qərar qanunsuz və əsassızdır. İXM-in 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsində görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İXM-in 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırda barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun şikayəti təmin olunmalı, Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarı ləğv edilməli, iş üzrə icraata xitam verilməliməlidir. NƏTİCƏVİ HİSSƏ İXM-in 135.1 və 135.1.5-1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və İXM-in 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Yevlax Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 525-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin . Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-513/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-513/2026
15.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver