Məhkəmə qərarları › İş №3(3-10)-515/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-515/2026

15.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-515/2026 15.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Dövlət Su ehtiyyatları Agentliyi yanından Suların İstifadəsinə və X10 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (sədrlik edən hakim A.Mövlayev) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 262.1.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və inzibati xəta haqqında işdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olduğu üçün iş üzrə materiallar Şəki Rayon Prokuroluğuna göndərilmişdir. İşin halları: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X10 Xidmətinin ** saylı Şəki-X8 vəzifəli şəxsi tərəfindən ##.##.2026-ci il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 262.1.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola görə, Şəki rayonu Cumakənd kəndində ##.##.2026cı il tarixində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs idarə etdiyi 55-K-281 dövlət qeydiyyat nişanlı, K-701 markalı traktorla (kon) çay yatağından qanunsuz qum çıxarılması faktı aşkar olunmuşdır. Birinci instasniya məhkəməsinin məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X10 Xidməti ** saylı Şəki-X8 nümayəndəsi X2 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirmişdir ki, ** saylı Şəki-X8 ## #### 2026-cı il tarixli **** saylı sərəncamına uyğun olaraq Şəki şəhəri və Şəki rayonunun kəndləri ərazisində su obyektlərində həyata keçirilən monitorinq tədbirləri zamanı Əyriçay çayının Şəki rayonu Cumakənd kəndi ərazisindən keçən hissəsində 1 ədəd kon markalı ekskavatorun çay yatağından qum çıxarılması faktına rastlanmışdır. Həm çıxarılması, həm də topalanması satış məqsədi ilə bu faktın həyata keçirilməsi aşkarlanmışdır. Bu barədə ## #### 2026-cı il tarixli ****** nömrəli akt tərtib edilmiş və aktdan sonra şəxsin özünü taparaq nəqliyyat vasitəsinin üzərindən dövlət qeydiyyat nişanı çıxarılıb. Şəxsin özünü dəvət edib izahat aldıqdan və araşdırdıqdan sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aid olduğu müəyyənləşdirilmişdir. Sonradan nəqliyyat vasitəsinin texniki pasportunu da təqdim etmişdir. Şəxs öz izahatında bildirmişdir ki, həqiqətən də, qumu satış məqsədilə çıxarıb. Qeyd etdi ki, heç bir icazə almadan bu hərəkətləri etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, törətdiyi əməldən peşmandır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin sözügedən qərarını qanunsuz, əsassız və ədalətsiz hesab edir. Belə ki, işə baxan birinci instansiya məhkəməsi öz qanunsuz və əsassız qərarında qeyd etmişdir ki, “Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırda inzibati xəta haqqında işdə Azərbaycan Respublikası CM-in 222-2.1-ci maddəsinin əlamətləri olduğu üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsy Abdurahman oğlunun barəsində İXM-in 262.1.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və materiallar aidiyyəti üzrə Şəki Rayon Prokurorluğuna göndərilməlidir.” Daha sonra işə baxan birinci instansiya məhkəməsi öz qanunsuz və əsassız qərarında Azərbaycan Respublikası CM-in 222-2.1-ci maddəsinin dispozisiyasını qeyd etsə də, həmin maddəni düzgün tövsif edə bilməmiş və nəticədə qanunsuz və əsassız qərar qəbul etmişdir. Belə ki, X14 əməlində nəinki cinayət, hətta inzibati xətanın belə tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma cinayət məsuliyyətinə səbəb olur. Göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibinin yaranması üçün su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının və ya suların mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparılmalıdır. Lakin işin faktiki hallarından göründüyü kimi, X14 öz istifadəsi üçün sadəcə olaraq çay yatağından qum götürmüşdür. Göründüyü kimi, onun tərəfindən su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının və ya suların mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparılmamışdır. Həmçinin qeyd edir ki, İXM-in 262.1.2-ci maddəsinin tərkibinin də yaranması üçün su obyektlərinin özbaşına tutulması şərtdir. Belə ki, İXM-in 262.1.2-ci maddəsinə əsasən, su obyektlərindən istifadə qaydalarının pozulmasına, yəni su obyektlərinin özbaşına tutulmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. X12 tərəfindən hər hansı su obyekti tutulmamış, o, sadəcə olaraq açıq ərazidən öz istifadəsi üçün qum yığmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X10 Xidmətinin ** saylı Şəki-X8 tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, № ****** nömrəli aktda da onun hər hansı su obyektini tutmağı faktı öz əksini tapmamışdır. Lakin buna baxmayaraq, işə baxan birinci instansiya məhkəməsi onun əməlində nəinki inzibati xətanın tərkibinin olmamasına baxmayaraq, guya onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2.1-ci maddəsinin tərkibinin olması qənaətinə gəlmişdir. Göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi işə faktlara əsasən baxmamış, obyektiv həqiqətin üzə çıxarılması üçün heç bir addım atmamış və qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətli, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin II hissəsi) təsbit olunmuşdur. “M.Məmmədovun şikayəti üzrə” ## #### 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Konstitusiyanın 127-ci maddəsinin II, IV və VII hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. İXM-in 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” ## #### 2004-cü il tarixli, ***-IIQD saylı Azərbaycan Respublikası Qanununun III hissəsinin 9-cu bəndinin və IV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Hakimlər öz funksiyalarını qanuna uyğun, dəqiq, ağlabatan müddətlərdə, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən həyata keçirməklə, qanunda nəzərdə tutulmayan fərqlər qoymadan işdə iştirak edən bütün şəxslərə hörmət göstərməklə, tərəflərin bərabərliyi və çəkişməsinə əməl etməklə, işlərə hərtərəfli və sübutların əsasında baxaraq hər kəsin ədalətli məhkəmə araşdırması hüququnu təmin etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə ## ###### 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə ## ####### 1982-ci il tarixli qərarı; X3rşı iş üzrə ## ####### 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 125-ci maddəsinin VII hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın göstərilən maddəsində təsbit edilmiş “həqiqət” anlayışı daha çox fəlsəfi məfhum olduğundan, onun fəlsəfi mənasını anlamadan hüquqi mənasının dərk edilməsində çətinliklər yarana bilər. Fəlsəfədə həqiqət idrak nəzəriyyəsinin əsas və mərkəzi məsələlərindən biri hesab edilir və onun mütləq və nisbi anlayışları mövcuddur. Mütləq həqiqət – dolğun və bitkin formada olan obyektiv həqiqətə deyilir. Mütləq həqiqət elə bir biliyə deyilir ki, elmin və praktikanın sonrakı inkişafının gedişində onu təkzib etmək mümkün olmur. Nisbi həqiqət isə elə bir bilikdir ki, gerçəkliyi əsasən düzgün əks etdirir. Lakin o, dolğun deyil, müəyyən hüdud daxilində, müəyyən şəraitdə və münasibətlərdə əks etdirir. Elmin sonrakı inkişafında bu bilik dəqiqləşir. “Həqiqət” anlayışı həmçinin hüquqda, xüsusilə prosessual hüquqda əhəmiyyət kəsb edən məsələlərdən biridir. Eyni zamanda, bu məsələ ilə bağlı hüquq nəzəriyyəsində və təcrübədə mübahisə doğuran bəzi məqamlar mövcuddur. Bir çox halda hüquqşünasların qarşısında belə suallar meydana çıxır: məhkəmə iş üzrə həqiqəti müəyyən etmək üçün fəallıq göstərməlidirmi və ya məhkəmə tərəflərin öz tələb və etirazlarını sübut etməsi zamanı çəkişmələrini müşahidə etməli və yalnız onlar tərəfindən təqdim olunan sübutlara əsaslanmalıdır? Məhkəmə hansı həqiqəti müəyyən etməlidir, formal və yaxud obyektiv (real) həqiqəti? Bu suallara cavab vermək üçün bir sıra mühüm məsələlərə aydınlıq gətirilməlidir. Konkret mülki işin baxılması və həll edilməsi zamanı həqiqətin müəyyən edilməli olması heç kim tərəfindən və heç bir zaman inkar edilməmişdir. Bu inkar olunarsa, mülki işlərin baxılması və həll edilməsi zamanı tətbiq edilən “ədalət mühakiməsi” anlayışı öz mənasını itirmiş olar. Hüquqi mənada həqiqət, icraatın formasından (konstitusiya, mülki, cinayət, inzibati) asılı olmayaraq, sahələrarası funksional prinsip statusuna malikdir. Bundan əlavə, bu prinsip həmin sahənin prinsipləri sistemində xüsusi yer tutur. Odur ki, şikayətin təmin edilməsini Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs çıxış edərək həmin ərazidə çayın yatağından qum çıxararaq çayın kənarına şəxsi istifadə üçün topladığını, lakin bundan istifadə edə bilmədiyini və bir müddət sonra suyun həmin qumu yuyaraq apardığını bildirdi, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Dövlət Su ehtiyyatları Agentliyi yanından Suların İstifadəsinə və X10 Xidmətinin nümayəndəsi X1 çıxış edərək, səlahiyyətli orqan tərəfindən daha öncə analoji hala görə yəni, hüquqi şəxsin istifadəsinə verilmiş su obyektinin sərhədlərini pozulması yolu ilə tutulması halına görə İXM-in 262-ci maddəsi tətbiq edildiyini bildirdi və apellyasiya şikayətinin dəlillərinin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X10 Xidməti ** saylı Şəki-X8 ## #### 2026-cı il tarixli ****** nömrəli aktdan görünür ki, Əyriçay çayının Şəki rayonu Cumakənd kəndi ərazisindən keçən hissəsində 1 ədəd kon markalı ekskavatorun çay yatağından qum çıxarılması faktı aşkar olunmuşdur. İş materiallarında olan ##.##.2026-cı il tarixdə tərtib edilmiş ******* nömrəli protokola əsasən, Əyriçay çayının Şəki rayonu Cumakənd kəndi ərazisindən keçən hissəsində 1 ədəd kon markalı ekskavatorun çay yatağından qum çıxarılması faktı aşkar olunmuşdur Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışlarını tam hər tərəfli və obyektiv araşdıraraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli və iş araşdırılması üçün birinci instansiya məhkəməsinə geri göndərilməldir. Belə ki, iş materiallarından, o cümlədən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanından Suların İstifadəsinə və X10 Xidmətinin ** saylı Şəki-X8 ## #### 2026-cı il tarixli, ****** nömrəli aktından və ******* nömrəli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən idarə edilən eskavator vasitəsilə Əyriçay çayının yatağından qum çıxarılması faktı sübuta yetirilmişdir və bu fakt həm barəsində iş aparılan şəxs, həm də protokol tərtib etmiş orqanın nümayəndəsi tərəfindən mübahisələndirilmir. Bununla belə, məhkəmə hesab edir ki, törədilmiş əməlin İXM-in 262.1.2-ci maddəsi ilə tövsif edilməsi ciddi şübhə doğurur. Belə ki, İXM-in 262.1.2-ci maddəsi su obyektinin özbaşına tutulmasına görə məsuliyyət müəyyən edir. Bu normanın düzgün tətbiqi üçün ilk növbədə "su obyekti" və "tutma" anlayışlarının hüquqi məzmununun aydınlaşdırılması zəruridir. Su obyekti dedikdə, sərhədləri, həcmi və su rejiminə dair əlamətləri olan təbii və ya süni su toplantısı – çaylar, göllər, su anbarları, kanallar, bulaqlar, yeraltı sular və digər analoji obyektlər – başa düşülür, yəni bu anlayışın hüquqi məzmununu təşkil edən əsas element məhz suyun özü və onun cəmləşdiyi su sahəsidir. "Tutma" isə həmin su obyektinin və ya onun bir hissəsinin müvafiq icazə olmadan kiminsə tərəfindən öz sərəncamına, istifadəsinə və ya nəzarətinə keçirilməsini, yəni suyun özünə və ya onun aid olduğu ərazi hissəsinə qanunsuz sahiblənməni, məsələn, onun bənd, çəpər, qurğu və digər vasitələrlə bağlanmasını, kəsilməsini, mənimsənilməsini və ya bu formada digər şəxslərin sudan sərbəst istifadəsinin əngəllənməsini ifadə edir. Deməli, İXM-in 262.1.2-ci maddəsinin obyektiv cəhətinin tərkibi yalnız o halda formalaşa bilər ki, şəxsin hərəkəti bilavasitə su obyektinin özünə, su kütləsinə yönəlmiş olsun. Halbuki iş materiallarında əks olunan heç bir sübut, o cümlədən ****** nömrəli akt, barəsində iş aparılan şəxs tərəfindən hər hansı formada su obyektinin (Əyriçay çayının özünün, onun axınının və ya suya çıxışın) tutulması, bağlanması, mənimsənilməsi və ya digər şəxslərin bu obyektdən istifadəsinin əngəllənməsi faktını təsdiq etmir. Əksinə, sübutlardan o cümlədən aktın məzmunundan aydın görünür ki, hərəkət suyun özünə deyil, çay yatağının dibində yerləşən qum ehtiyatına yönəlmişdir. Bu isə su obyektindən deyil, faktiki olaraq yerin təkindən istifadə ilə bağlı hərəkətdir və özlüyündə nə su obyektinin tutulmasını, nə də suyun istifadə rejiminin pozulmasını təşkil etmir. Buna görə də, iş materiallarında müəyyən edilmiş faktiki hallar İXM-in 262.1.2-ci maddəsinin obyektiv cəhətinin tərkib elementlərinə uyğun gəlmir. Eyni zamanda, birinci instansiya məhkəməsinin əməldə CM-in 222-2.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətlərinin olması barədə qənaəti də əsassızdır. Çünki, CM-in 222-2.1-ci maddəsi müvafiq icazə almadan magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarında tikinti və ya quraşdırma işlərinin aparılmasına görə məsuliyyət müəyyən edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına əsasən tikinti fəaliyyəti və tikinti-quraşdırma işləri dedikdə obyektlərin inşası, əsaslı və ya cari təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi məqsədilə həyata keçirilən fəaliyyət nəzərdə tutulur. İş materiallarında əks olunan faktiki hallar yəni eskavator vasitəsilə çay yatağından qumun çıxarılıb satış məqsədilə yığılması nə formaca, nə də məzmunca yuxarıda göstərilən mənada tikinti və ya quraşdırma işi hesab edilə bilməz. Bundan əlavə, hərəkət su mühafizə zonasında deyil, çayın yatağında, yəni bilavasitə suyun özündə deyil, onun dibində və ya sahilində həyata keçirilmişdir ki, bu da CMin 222-2.1-ci maddəsinin dispozisiyasında göstərilən obyektlərdən heç birinə aid edilə bilməz. Deməli, birinci instansiya məhkəməsi əməli düzgün hüquqi qiymətləndirmədən CM-in 222- 2.1-ci maddəsini əsassız tətbiq etmiş və nəticədə qanunsuz qərar qəbul etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının "Yerin təki haqqında" Qanununa əsasən yerin təki dedikdə, o cümlədən su obyektlərinin (sututarların) dibindən aşağıda yerləşən, mineral-xammal ehtiyatlarını əhatə edən hissə başa düşülür. Bu baxımdan, çay yatağının dibi hüquqi mənada su obyekti deyil, məhz yerin təkinin tərkib hissəsi hesab olunur, qum isə müvafiq normativ tənzimləməyə əsasən faydalı qazıntı sayılır. Buna görə də, iş materiallarında öz əksini tapmış, barəsində iş aparılan şəxsin heç bir icazə almadan çay yatağından qum çıxarması faktı, ilkin baxışdan, İXM-in 228-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinə daha çox uyğun gəlir. Bununla yanaşı, məhkəmə diqqətə çatdırır ki, əgər araşdırma zamanı yerin təkinin qorunması və istifadəsi qaydalarının pozulması nəticəsində əhəmiyyətli zərərin dəydiyi müəyyən edilərsə, bu halda əməl artıq inzibati xəta deyil, CM-in 255-ci maddəsində nəzərdə tutulan cinayət tərkibini yarada bilər. Belə ki, göstərilən maddə yerin təkinin qorunması və istifadəsi qaydalarının pozulmasının, o cümlədən faydalı qazıntıların yerləşdiyi ərazidə qanunsuz tikinti aparılmasının əhəmiyyətli zərərə səbəb olduğu hallarda cinayət məsuliyyətini müəyyən edir. Bu baxımdan, əməlin düzgün hüquqi tövsifi üçün, ilk növbədə, dəymiş zərərin miqdarı və xarakterinin, yəni onun əhəmiyyətli zərər səviyyəsinə çatıb-çatmadığının araşdırılması zəruridir. Halbuki iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi bu istiqamətdə heç bir araşdırma aparmamış, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bu faktiki halı tədqiq etmədən əməli birbaşa CM-in 222-2.1-ci maddəsi üzrə tövsif etmişdir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə araşdırılmasına əsaslanan daxili inama görə sübutları qiymətləndirməlidir. İXM-in 135.1.1-ci maddəsinə görə isə hakimin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması qərarın ləğv edilməsi üçün müstəqil əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi əməlin düzgün hüquqi tövsifi üçün zəruri olan faktiki halları (o cümlədən dəymiş zərərin xarakterini və miqdarını) araşdırmamış, nəticədə həm əməli səhv tövsif etmiş, həm də qanunsuz və əsassız qərar qəbul etmişdir ki, bu da qərarın İXM-in 135.1.1-ci maddəsi əsasında ləğv edilməsinə səbəb olur. Qərarın ləğv edilməsinin nəticəsi kimi, İXM-in 134.1.4-cü maddəsinə əsasən, iş yenidən baxılmaq üçün hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Lakin apellyasiya instansiyası məhkəməsinin işi bilavasitə araşdırma aparmaq səlahiyyəti olan müvafiq səlahiyyətli orqana birbaşa göndərmək prosessual səlahiyyəti mövcud olmadığından, iş yenidən baxılmaq üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Bununla belə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əməlin yuxarıda göstərilən hüquqi xarakterindən, xüsusilə onun İXM-in 228-ci maddəsi üzrə tövsif edilməsi ehtimalından çıxış edərək, işin məhz bu maddə üzrə icraat aparmağa səlahiyyətli müvafiq dövlət orqanına göndərilməsi işin düzgün və vaxtında həll edilməsi üçün zəruri hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. İXM-nin 130.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmamasını həll edilir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 135.1.1-cı maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə bu qənaətdədir ki, birinci instansiya məhkəməsi işə baxarkən gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırmamış, iş materiallarına əlavə edilmiş sübutları tam şəkildə tədqiq etməmiş, nəticədə obyektiv və ədalətli məhkəmə araşdırması prinsipi birinci instansiya məhkəməsi tərəfindən pozulmuşdur. Beləliklə, apellyasiya məhkəməsi hesab edir ki, şikayət qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Məhkəmə qeyd olunanlara əsaslanaraq və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar