Məhkəmə qərarları › İş №3(3-10)-517/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-517/2026

21.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-517/2026 21.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Kərimli Amil Süleyman oğlunun katibliyi ilə, Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından X3 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən hakim T.Hüseynli) hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - IXM) 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilmişdir. Işin halları Protokolu tərtib edən orqan tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN: **********) barəsində IXM-in 539.3-cü maddəsi ilə ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. X3 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin nümayəndəsi X2 birinci instansiya məhkəməsinin məhkəmə iclasında vermiş olduğu izahatında göstərmişdir ki, X4 müraciətinə baxılması ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən işəgötürənə zəruri olan məlumatların (sənədlərin) təqdim edilməsi barədə ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** saylı məktub göndərilmiş, lakin zəruri olan məlumatlar (sənədlər) təqdim edilməmişdir. Bu hərəkətləri ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC IXM-in 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də hüquqi şəxs tərəfindən təmsil etdiyi quruma tələb olunan sənədlər natamam təqdim edildiyi üçün hüquqi şəxs barəsində tərtib olunmuş inzibati protokolun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Bundan əlavə, məhkəmə iclası zamanı səlahiyyətli orqanın nümayəndəsinə verilmiş suallara cavab olaraq bildirmişdir ki, qeyd olunan hüquqi şəxsin vəzifəli şəxsi, yəni direktoru barədə X3 Xidmətində IXM-in 539.3-cü maddəsi ilə hər hansı inzibati xəta haqqında iş üzrə icraat başlanılmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru X1 birinci instansiya məhkəməsinin məhkəmə iclasında vermiş olduğu izahatında göstərmişdir ki, X4 müraciətinə baxılması ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən işəgötürənə zəruri olan məlumatların (sənədlərin) təqdim edilməsi barədə məktub elektron qaydada göndərildiyi üçün məlumatları olmamışdır. Ona görə də, sənədlər təqdim edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından X3 Xidmətinin Hüquq Idarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vətəndaş X4 şikayəti əsasında X3 Xidməti tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ##.##.2026-cı il tarixli, *-**-*/*- *****/**** nömrəli məktub ünvanlanmış və məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində Xidmətə təqdim edilməsi tələb olunmuşdur. Lakin məktubun çatdırılmasına baxmayaraq, sənədlər təqdim olunmamışdır. Belə ki, sözügedən ##.##.2026-cı il tarixli məktub ##.##.2026-cı il tarixdə “Əmək və Məşğulluq Altsistemi” vasitəsilə işəgötürənin şəxsi kabinetinə yerləşdirilmişdir. Məktubun işəgötürənin şəxsi kabinetinə yerləşdirilməsi barədə sənəd iş materiallarına əlavə edilsə də məhkəmə tərəfindən həmin sənədə düzgün hüquqi qiymət verilməmişdir. Göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən IXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi təsdiq edilmişdir. Xidmətin Bakı Şəhər Idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli protokol qanuni və əsaslıdır. Beləliklə, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı qəbul edilərkən qanunvericilik normaları düzgün tətbiq edilməmişdir. Xidmət tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində IXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin X3 Xidməti tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və tarixi barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq proses iştirakçıları məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər IXM-in 133.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, inzibati xəta haqqında protokolda göstərilən sənədlərin təqdim edilməməsi hüquqi şəxsin ayrıca iradəsi və ya hüquqi şəxsin müstəqil davranışı kimi deyil, hüquqi şəxsin adından çıxış edən vəzifəli şəxsin hərəkət və ya hərəkətsizliyi ilə bağlı olmuşdur. Iş materiallarında həmin hərəkətin hüquqi şəxsin xeyrinə yönəldiyini, hüquqi şəxsin bunun nəticəsində hər hansı iqtisadi və ya digər üstünlük əldə etdiyini, yaxud hüquqi şəxsin maraqlarının bu yolla qorunduğunu təsdiq edən hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Iş materiallarında olan: - MN ******* nömrəli ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X4 müraciətinə baxılması ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən işəgötürənə zəruri olan məlumatların (sənədlərin) təqdim edilməsi barədə ##.##.2026-cı il tarixli 3-17-5/2- *****/**** saylı məktub göndərilmiş, lakin zəruri olan məlumatlar (sənədlər) təqdim edilməmişdir. - X3 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru Dilqəm Əliyevə ünvanlanmış ##.##.2026-cı il tarixli *-**-*/*- *****/**** saylı məktubdan görünür ki, X4 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid sənədlərin 7 iş günü ərzində X3 Xidmətinin Bakı şəhər idarəsinə təqdim edilməsi xahiş edilmişdir. - X3 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru Dilqəm Əliyevə ünvanlanmış ##.##.2026-cı il tarixli 3-17-5/2- *****/**** saylı bildirişdən görünür ki, X4 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid sənədlərin 7 iş günü ərzində təqdim olunması ilə bağlı sorğu göndərilmiş, lakin müvafiq tədbirlərin görülməsi ilə bağlı məlumat təqdim edilməmişdir. Bu səbəbdən inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etməsi məqsədi ilə idarəyə dəvət edilmişdir. IXM-in 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin norma inzibati məsuliyyətin yaranması üçün yalnız müəyyən edilmiş öhdəliyin yerinə yetirilməməsinin deyil, konkret şəxsin təqsirinin və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin müəyyən edilməsini tələb edir. IXM-in 8.1-ci maddəsinə görə isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədikdə, həmin şəxs təqsirsiz hesab edilir. Hazırkı iş üzrə müəyyən olunur ki, X3 Xidməti tərəfindən X4 müraciətinə baxılması ilə əlaqədar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə zəruri məlumat və sənədlərin təqdim edilməsi barədə ## ###### 2026-cı il tarixli məktub göndərilmiş, sonradan həmin sənədlərin təqdim edilmədiyi əsas götürülməklə hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla belə, iş materiallarından görünür ki, sənədlərin təqdim edilməməsi bilavasitə hüquqi şəxsin müstəqil iradəsini ifadə edən hərəkət və ya hərəkətsizliyi kimi deyil, hüquqi şəxsin adından çıxış edən direktoru X1 davranışı ilə əlaqədar olmuşdur. Belə ki, direktor birinci instansiya məhkəməsində verdiyi izahatında məktubun elektron qaydada göndərildiyindən məlumatının olmadığını və bu səbəbdən sənədlərin təqdim edilmədiyini bildirmişdir. Digər tərəfdən, X3 Xidmətinin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında təsdiq etmişdir ki, hüquqi şəxsin direktoru barədə IXM-in 539.3-cü maddəsi ilə ayrıca inzibati xəta haqqında iş üzrə icraat başlanılmamışdır. Məhkəmə qeyd edir ki, hüquqi şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi onların yalnız hüquqi şəxs statusuna malik olmaları ilə avtomatik olaraq mümkün hesab edilə bilməz. IXMin 3-cü maddəsinin tələbinə uyğun olaraq konkret inzibati xəta tərkibinin, o cümlədən təqsirin mövcudluğu müəyyən edilməlidir. Hüquqi şəxslər inzibati məsuliyyətə cəlb edilə bilsələr də, onların məsuliyyət məsələsi hər bir konkret iş üzrə həmin hüquqi şəxsin əməlinə və təqsirinə dair mötəbər sübutların məcmusu əsasında həll edilməlidir. Hazırkı işdə isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin sənədlərin təqdim edilməməsi barədə ayrıca qərar qəbul etməsi, belə qərarın hüquqi şəxsin səlahiyyətli orqanı tərəfindən verilməsi, yaxud sənədlərin təqdim edilməməsinin məhz hüquqi şəxsin iradəsi ilə şərtləndiyini təsdiq edən mötəbər sübut müəyyən edilməmişdir. Əksinə, iş materiallarından görünür ki, sənədlərin təqdim edilməməsi hüquqi şəxsin direktoru tərəfindən həyata keçirilməli olan hərəkətin yerinə yetirilməməsi ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi də əsaslı olaraq müəyyən etmişdir ki, həmin hərəkətin hüquqi şəxsin xeyrinə yönəldiyini, hüquqi şəxsin bunun nəticəsində hər hansı iqtisadi və ya digər üstünlük əldə etdiyini və ya hüquqi şəxsin maraqlarının bu yolla qorunduğunu təsdiq edən mötəbər sübut mövcud deyildir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsi baxımından Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53.1.7 və 139-cu maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 141.1.3 və 142-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ### 2026-cı il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, hüquqi şəxsin inzibati məsuliyyəti vəzifəli şəxsin əməlləri ilə əlaqəli olsa da, hüquqi şəxsin məsuliyyətə cəlb olunması üçün həmin əməlin məhz hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması məqsədi ilə törədildiyi müəyyən edilməlidir. Hüquqi şəxsin məsuliyyəti avtomatik olaraq vəzifəli şəxsin hərəkətindən irəli gələ bilməz, əks yanaşma hüquqi şəxslərə münasibətdə obyektiv təqsirləndirmə halı yaratmış olar. Apellyasiya şikayətində sənədlərin işəgötürənin şəxsi kabinetinə yerləşdirilməsi və bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin məlumatlandırılması barədə sənədə istinad edilməklə birinci instansiya məhkəməsinin həmin sübuta düzgün hüquqi qiymət vermədiyi bildirilmişdir. Lakin məktubun elektron informasiya sistemi vasitəsilə hüquqi şəxsin şəxsi kabinetinə yerləşdirilməsi faktının müəyyən edilməsi öz-özlüyündə sənədlərin təqdim edilməməsinə görə hüquqi şəxsin təqsirini təsdiq etmir. Belə ki, həmin sübutdan yalnız sorğunun göndərilməsi və çatdırılması faktı müəyyən edilə bilər. Bununla yanaşı, inzibati məsuliyyət üçün sənədlərin təqdim edilməməsinin hüquqi şəxsin təqsirli davranışının nəticəsi olması da sübuta yetirilməlidir. IXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün əsaslana biləcəyi faktik məlumatlar sübut hesab edilir. IXM-in 84.1-ci maddəsinə əsasən isə hakim sübutları işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanan daxili inamı ilə qiymətləndirir. Bu baxımdan, apellyasiya şikayətində göstərilən məktubun elektron qaydada göndərilməsi faktı hüquqi şəxsin təqsirinin mövcudluğunu təsdiq edən kifayət və mötəbər sübut kimi qiymətləndirilə bilməz. IXM-in 76.2-ci maddəsinə görə, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Nəticə etibarilə, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir və həmin qərarın ləğv edilməsi üçün əsas yaratmır. Buna görə də X3 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və IXM-in 133-135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: X3 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar