Məhkəmə qərarları › İş №3(3-10)-518/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-10)-518/2026

10.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 3(3-10)-518/2026 10.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, Fərhadov Adil Müşviq oğlunun katibliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 192.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarından protokol tərtib edən orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qərardan şikayət verən orqan (şəxs) İXM-in 192.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarından protokol tərtib edən orqan X1 Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Аpellyasiya Məhkəməsinə аiddir. İnzibati xətа haqqında iş üzrə icraatı rədd edən hallar araşdırılarkən müəyyən edildi ki, Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarından protokol tərtib edən orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş şikayəti prosessual müddət ötürülməklə verilmişdir. Belə ki, təhlil olunan iş materiallarından X1 Xidmətinin Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarının hansı tarixdə rəsmi olaraq təqdim edilməsini müəyyən etmək mümkün olmasa da, apellyasiya şikayəti verən inzibati xəta haqqında protokol tərtib etmiş orqanın qanuni maraqlarına uyğun olaraq məhkəmə qərarın surətinin apellyasiya şikayətində orqanın özünün göstərdiyi tarixdə yəni, ##.##.2026-cı il tarixdə aldığını qəbul edir. Bununla belə, iş materiallarında olan X1 Xidmətinin Hüquq İdarəsinin apellyasiya şikayətinin müşaiət məktubunun tarixi ## ###### 2026-cı il olmasına baxmayaraq, poçt göndərişlərinin izlənilməsi sistemindən görünür ki, şikayət müəllifi apellyasiya şikayətini ## ###### 2026-cı il tarixdə poçt şöbəsinə təqdim etmişdir. Şikayətçi apellyasiya şikayətində bəyan etdiyi kimi, qərarın surətini ##.##.2026-cı il tarixdə alsa belə, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində apellyasiya şikayəti verməmiş və bununla da prosessual müddəti ötürmüşdür. Başqa sözlə, qərarın şikayətçiyə məlum olduğu və onun tərəfindən qəbul edildiyi tarixlə apellyasiya şikayətinin faktiki təqdim edildiyi tarix arasında qanunla müəyyən edilmiş prosessual müddətdən artıq zaman keçmişdir Belə ki, məhkəmə iş materiallarında qərarın rəsmi təqdim edilməsi tarixinin qeyrimüəyyənliyi səbəbindən protokol tərtib edən orqanın mənafelərinə uyğun olaraq, apellyasiya şikayətində göstərilmiş tarixi əsas götürsə belə, İXM-in 130.1-ci maddəsinə görə X1 Xidmətinə münasibətdə şikayət vermə müddəti ## ###### 2026-cı il tarixdə başa çatmışdır. İXM-in 57.2-ci maddəsinə əsasən, hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. İXMin 57.5-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə sənəd bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan rəsmi qaydada verilmiş hesab edilir. Oxşar münasibətləri tənzimləyən İXM-in 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. İXM-in 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Göründüyü kimi, qeyd olunan maddələrdən olur ki, birinci instansiya məhkəməsinin inzibati xəta haqqında qərarının surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində şikayət verilə bilər və əgər şikayət vaxtında verilməmişdirsə, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim tərəfindən bərpa edilə bilər. Beləliklə, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddət ərzində verilmədiyi müəyyən olunur. İş materiallarında həmin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən hər hansı əsaslı hal və ya sübut da mövcud deyildir. Belə olan halda, apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddətin ötürüldüyü, həmin müddətin bərpası üçün isə qanunla nəzərdə tutulmuş əsasların mövcud olmadığı qənaətinə gəlinir. Bu səbəbdən apellyasiya şikayəti müddət ötürülməklə verildiyindən onun mümkünlüyü məsələsi qanunvericiliyin tələbləri nəzərə alınmaqla həll edilməlidir. İş materiallarından görünür ki, inzibati xəta haqqında qərar protokol tərtib edən orqan X1 Xidməti şikayət vermə müddətini ötürmüş və bu məsələ birinci instansiya məhkəməsi tərəfindən müzakirə edilməmişdir. Belə vəziyyətdə məsələ İXM-in 130-cu maddəsinin tələblərinə uyğun olaraq həll edilməsi üçün şikayət və iş materialları iş üzrə qərar qəbul etmiş birinci instansiya məhkəməsinə göndərilməlidir. İXM-in 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu məsələsi həll edilir. Şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir (İXM-in 132.2-ci maddəsi). Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin inzibati xəta haqqında qərarından buraxılmış şikayət vermə müddətinin bərpasına baxılmalı olduğundan və protokol tərtib edən orqan X1 Xidməti şikayət vermə müddətini ötürməsi məsələsinə birinci instansiya məhkəməsi tərəfindən baxılmadığından, inzibati işin materialları həmin məsələnin həll edilməsi məqsədi ilə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və İXM-in 132-ci maddəsini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarından protokol tərtib edən orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş şikayətin vermə müddətinin bərpa edilməsi məsələsinə baxılması üçün işin materialları Ucar Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаddan kаssаsiyа qаydаsındа şikаyət və yа protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar