Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-520/2026 21.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul etmiş orqan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq idarəsi və barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətlərə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə şikayət qismən təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 198.1.5-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair ## #### 2026-cı il tarixli, MN ******* nömrəli qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmiş, Qərardan şikayət verən orqan (şəxs) İXM-in 192.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair ## #### 2026-cı il tarixli, MN ******* nömrəli qərar qərarı dəyişdirilmədən saxlanılmışdır. işin halları: Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN 1872276 və MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi barədə şikayət vermişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Qərarından şikayət verilən orqan MN ******* nömrəli, ##.##.2026-ci il tarixli qərarı ilə o, İXM-in 198.1.5-ci maddəsi ilə təqsirli bilinərək 800 manat cərimələnmişdir. Bundan əlavə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Qərarından şikayət verilən orqan MN ******* nömrəli, ##.##.2026-ci il tarixli qərarı ilə o, İXM-in 192.4-сü maddəsi ilə təqsirli bilinərək 1200 manat cərimələnmişdir. Bir şikayətdə hər iki qərardan şikayəti birləşdirməsinin səbəbi hər iki tənbehin eyni işçi X1 hüquqlarının pozulması ilə bağlı olmasıdır. Hər iki qərarı qanunsuz hesab edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Qərarından şikayət verilən orqan MN ******* nömrəli, ##.##.2026-cı il tarixli İXM-in 34.3-cü maddəsinə zidd olduğu üçün ləğv edilməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Qərarından şikayət verilən orqan MN ******* nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə bağlı qeyd edilmişdir ki, həmin Nazir Abbasov bayram və digər iş günü hesab edilməyən gündən əvvəlki günlər qanunvericiliyə uyğun olaraq 1 saat az işləyib. Bununla bağlı sübutlar məhkəməyə təqdim ediləcək. Buna əks olan məlumatlar texniki xətadır. Texniki xətaya görə yazılan inzibati cəriməni əsassız hesab edir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından inzibati xəta haqqında qərar qəbul etmiş orqan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq idarəsi apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək İXM-in 192.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair ## #### 2026-cı il tarixli, MN ******* nömrəli qərarının dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməsini və həmin hissədə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Barəsində inzibati haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin *(*- ***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərarı ilə onun şikayəti qismən təmin edilmiş, İXM-in 198.1.5-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməyinə dair ## #### 2026-cı il tarixli, MN ******* nömrəli qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Həmçinin həmin qərarla onun İXM-in 192.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməyinə dair ## #### 2026-cı il tarixli, MN ******* nömrəli qərar dəyişdirilmədən saxlanılmışdır. Qərarın onun İXM-in 198.1.5-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməyinə dair ## #### 2026-cı il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi ilə bağlı hissəsindən razıdır. Digər tərəfdən qərarın onun İXM-in 192.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməyinə dair ## #### 2026-cı il tarixli, MN ******* nömrəli qərarın dəyişdirilmədən saxlanılması hissəsindən narazıdır. Qərarı həmin hissədə qanunsuz hesab edir və həmin hissədə ləğv edilməsini xahiş edir. Belə ki, işçinin artıq işlədilməməsi iş materiallarına əlavə etdikləri müvafiq Akt və iş vaxtının uçotu barədə təsdiqlənmiş Cədvəllə sübut olunur. 20 manat ödəməkləri ilə bağlı arqumentə dair onu bildirir ki, bununla bağlı X4 Xidmətinin məcburi göstərişi gəldi təşkilata və onlar da nəzərə aldılar ki, işçilərinə ödəyirlər həmin 20 manatı ödədilər. Onun ödənilməsi onlar tərəfdən işçinin artıq işlədilməsinin qəbulu kimi qiymətləndirilməməlidir. Digər tərəfdən onların təqsirli olmaqlarını X4 Xidməti sübut etməli idi ki, DƏMX buna müvəffəq olmadı. Odur ki Şəki rayon məhkəməsinin *(*-***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərarı onun İXM-in 192.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməyinə dair ## #### 2026-cı il tarixli, MN ******* nömrəli qərarın dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməsini, yeni qərar qəbul edilməsini, ## #### 2026-cı il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini və həmin hissədə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərar qəbul etmiş orqanın apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) İXM-in 198.1.5-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair ## #### 2026-cı il tarixli, MN ******* nömrəli qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Həmçinin, həmin qərar ilə Qərardan şikayət verən orqan (şəxs) İXM-in 192.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair ## #### 2026-cı il tarixli, MN ******* nömrəli qərar dəyişdirilmədən saxlanılmışdır. Belə ki, Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli və Qərarından şikayət verilən orqan ## #### 2026-cı il tarixli, MN ******* nömrəli qərarı qüvvədə saxlanılmalıdır. Şəki Rayon Məhkəməsi qərarında işin hallarına və konkret faktlara yox, Qərardan şikayət verən orqan (şəxs) özünü müdafiə məqsədi ilə qanunvericiliyə verdiyi məntiqə uyğun olmayan şərh və irəli sürdüyü ehtimallara əsaslanaraq əsassız və ziddiyyətli qərar qəbul etmişdir. Belə ki, Şəki Rayon Məhkəməsində işə baxılması zamanı məhkəmənin göstərdiyi bütün hallar işin materialları və Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Xidmətin Şəki-X5 təqdim etdiyi sənədlər əsasında müəyyən olunaraq sübuta yetirilmişdir. Məhkəmə nə səbəbdənsə öz qərarında həmin mötəbər, etibarlı və təkzibolunmaz sübutlara əsaslanmaq istəməmişdir. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Abbasov Nazir oğlunun ##.##.2025-ci il və ##.##.2026-cı il tarixlərində iş günü Azərbaycan Respublikası Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci bəndinin tələbinə əsasən 1 saat qısaldılması təmin edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Qərarından şikayət verilən orqan ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı tam qanuni və əsaslıdır. Qərardan şikayət verən orqan (şəxs) hüquqlarının pozulması faktı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə daxil olmuş müraciətin araşdırılması üçün işəgötürən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Xidmətə göndərilmiş sənədlərlə təsdiqini tapır. Xidmətin Şəki-X5 tərəfindən inzibati xəta haqqında icraat aparılarkən Qərardan şikayət verən orqan (şəxs) əməlində İXM-in 198.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) təqsiri yuxarıda qeyd edilmiş şikayətçi tərəfindən və müəssisənin özü tərəfindən təqdim edilmiş etibarlı sübutların birlikdə qiymətləndirilməsi nəticəsində tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 99-cu maddəsinin 1-ci hissəsinə əsasən iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Maddənin dispozisiyasından da görünür ki, artıq işlərə cəlb etmək üçün işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı olmalıdır. Həmçinin, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Əmək Məcəlləsinin 108-ci maddəsinin tələbləri pozulmuşdur. Məcəllənin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən altıgünlük iş həftəsi ilə işləyən müəssisələrdə bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti 6 saatdan çox ola bilməz. Məcəllənin 215-ci maddəsinin 5-ci hissəsinə əsasən normal əmək və istirahət rejiminə riayət edilməsi əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələrindəndir. Eyni zamanda, ƏMAS elektron informasiya sistemində Qərardan şikayət verən orqan (şəxs) əmək müqaviləsi bildirişindən onun İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkiblərinin subyekti (işəgötürən) olması sübut edilir. İXM-in 135.1.2-ci maddəsinin tələblərinə əsasən, hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması onun qərarının ləğv edilməsi üçün əsasdır və Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməlidir. Həmin Məcəllənin 198.1.5-ci maddəsinə əsasən normal əmək və istirahət rejiminə riayət edilməməsi inzibati xəta törədir. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının inzibati xətalar haqqında qanunvericiliyi inzibati xətaların törədilməsinə görə məsuliyyətin əsaslarını və prinsiplərini müəyyən edir. Həmin Məcəllənin 21-ci maddəsində isə qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törətmiş şəxsə, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Həmin Məcəllənin 9-cu maddəsinin e) bəndinə əsasən işçi iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 12-ci maddəsinin b) bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifəsidir. İş materiallarında olan sənədlərə əsasən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən İXM-in 198.1.5-ci maddəsinin tələblərinin pozulması faktı və Qərarından şikayət verilən orqan tərəfindən qanunvericiliyin tələblərinə tam riayət olunması öz təsdiqini tapır. Odur ki, Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Qərarından şikayət verilən orqan tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında ## #### 2026-cı il tarixli, MN ******* nömrəli qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında qərar qəbul etmiş orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2.1-ci maddəsinə görə, hakimin inzibati xəta haqqında iş üzrə qərarından şikayət və ya protest apellyasiya instansiyası məhkəməsinə verilir. 133.2.8-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, inzibati xəta haqqında qərara qəbul etmiş orqan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti və barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı verilmiş şikayətlərə münasibətdə ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Qərarından şikayət verilən orqan ##.##.2026-ci il tarixli, MN ******* nömrəli qərarının surətindən görünür ki, “xxxx” QSC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) (FİN *******, VÖEN **********) barəsində tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli protokola və inzibati xəta haqqında işin digər materiallarına əsasən, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən X1 ##.##.2025-ci il və ##.##.2026-cı il tarixlərdə iş gününün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci bəndinin tələblərinə əsasən 1 saat qısaldılması təmin edilməmiş, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsindən 800 manat inzibati cərimə tənbehi tətbiq edilmişdir. – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Qərarından şikayət verilən orqan ##.##.2026-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolunun surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən X1 ##.##.2025-ci il və ##.##.2026-cı il tarixlərdə iş gününün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci bəndinin tələblərinə əsasən 1 saat qısaldılması təmin edilməmişdir. – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Qərarından şikayət verilən orqan ##.##.2026-ci il tarixli, MN ******* nömrəli qərarının surətindən görünür ki, “xxxx” QSC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) (FİN *******, VÖEN **********) barəsində tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli protokola və inzibati xəta haqqında işin digər materiallarına əsasən, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən X1 ##.##.2025-ci il və ##.##.2026-cı il tarixlərdə cəlb edildiyi iş vaxtından artıq iş saatlarına görə əməkhaqqının hesablanması və ödənilməsi təmin edilməmiş, Qərardan şikayət verən orqan (şəxs) İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsindən 1.200 manat inzibati cərimə tənbehi tətbiq edilmişdir. – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Qərarından şikayət verilən orqan ##.##.2026-ci il tarixli, MN ******* nömrəli qərarının surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən X1 ##.##.2025-ci il və ##.##.2026-cı il tarixlərdə cəlb edildiyi iş vaxtından artıq iş saatlarına görə əməkhaqqının hesablanması və ödənilməsi təmin edilməmişdir. – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Qərarından şikayət verilən orqan “xxxx” QSC-yə ünvanladığı ## #### 2026-cı il tarixli, *- **-*/*-*****/**** nömrəli icrası məcburi göstərişin surətindən görünür ki, Vətəndaş X1 “xxxx” Qapais Səhmdar Cəmiyyətində əmək hüquqlarının pozulması ilə bağlı müraciətinin Qərarından şikayət verilən orqan qanunamüvafiq qaydada araşdırılması zamanı nöqsanların olması müəyyən edilmişdir. Daxil olan sənədlərə baxış keçirilən zaman Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 165-ci maddəsinin tələbləri pozularaq Nazir Abbasovun ##.##.2025 və ##.##.2026-cı il tarixlərdə iş gününün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci bəndinin tələbinə əsasən 1 saat qısaldılmasının və qeyd ediiən tarixlərdə cəlb edildiyi iş vaxtından artıq iş saatlarına görə əmək haqqının hesablanması və ödənilməsinin təmin edilmədiyi aşkar edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Nazir Abbasova əskik ödənilən məbləğlərin qanunvericiliyə uyğun hesablanaraq ödənilməsini təmin edib nəticəsi barədə məktubu qəbul etdikdən 30 gün müddətində Azərbaycan Respublikası X4 Xidmətinin ŞəkiZaqataia regional şöbəsinə məlumat verilməsi tələb olunmuşdur. – “xxxx” QSC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Qərarından şikayət verilən orqan ünvanladığı ## #### 2026-cı il tarixli, EL *** nömrəli məktubunun surətindən görünür ki, ## #### 2026-cı il tarixli və *-**-*/*- *****/**** saylı icrası məcburi Göstərişə cavab olaraq, həmin məktubda qeyd olunan tələblər tam şəkildə icra edilmişdir. Məktubun əlavəsində ödənişi təsdiq edən sənəd əlavə olunmuşdur. – “xxxx” ASC-nin ## #### 2026-cı il tarixli, KM* nömrəli ödəniş tapşırığının surətindən görünür ki, “xxxx” QSC-nin bank hesabından ****-****-****-**** nömrəli bank kartına ##.##.2025-ci il və ##.##.2026-cı il tarixlərdə əlavə iş saatına görə 20,04 manat ödənilmişdir – ##.##.2026-cı il tarixli, 1780981642.**** nömrəli müraciət vərəqəsinin surətinə əsasən, X1 +************ mobil nömrəsindən ##.##.2026-cı il tarixdə saat, 09:09:33-də müraciət edərək, ##.##.2025-ci il tarixdən "xxxx" QSC-də "SƏTƏMM üzrə mütəxəssis" vəzifəsi üzrə əmək fəaliyyətinə cəlb olunmuşdur. ##.##.2026- cı il tarixdə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən xitam verildiyini, lakin son haqq-hesab ödənişinin natamam ödənildiyini, mövcud haldan narazı olduğunu bildirmiş, faktın araşdırılmasını və müvafiq köməklik göstərilməsini xahiş etmişdir. – İş materiallarına əlavə edilmiş “xxxx” QSC-nin Zəngilan Su və Kanalizasiya layisəsi üzrə X1 2025-ci ilin noyabr ayından 2026-cı ilin mart ayınadək olan işə davamiyyət cədvəlinin surətindən görünür ki, X1 ##.##.2025-ci il və ##.##.2026-cı il tarixlərdə 7 saat işləmişdir. Həmin cədvələ əsasən, X1 həftəlik iş saatının 6 günlük iş rejimi üzrə 40 saat, həftənin bazar ertəsindən cümə gününədək 7 saat, həftənin şənbə günü 5 saat olması müəyyən edilir. – İş materiallarına əlavə edilmiş “xxxx” QSC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən tərtib edilmiş X1 ödəniş cədvəlinin surətindən görünür ki, X1 cəlb edildiyi iş vaxtından artıq iş saatlarına görə ##.##.2025-ci il tarixdə 9,60 manat, və ##.##.2026-cı il tarixdə 10,44 manat olmaqla, ümumilikdə 20,04 manat əməkhaqqının hesablanması və ödənilməsi təmin edilmişdir. – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Qərarından şikayət verilən orqan “xxxx” QSC-yə ünvanladığı ## #### 2026-cı il tarixli, *- **-*/*-Ə-*****/**** nömrəli məktubun surətindən görünür ki, X1 “xxxx” Qapalı Səhmdar Cəmiyyətində əmək hüquqlarının pozulması ilə bağlı müraciəti üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5 və 192.4-cü maddələrinin tələblərinə əsasən inzibati xəta haqqında protokolun tərtib olunmasına şirkət rəhbəri Qərardan şikayət verən orqan (şəxs) və ya etibarnamə üzrə nümayəndəsinin iştirak etməsi məqsədi ilə ##.##.2026-cı il tarixdə saat 10:00-da X4 Xidmətinin Şəki-Zaqataia regional şöbəsinə əyani və ya video-konfrans vasitəsi ilə dəvət olunmuşdur. Həmin məktub ## #### 2026-cı il tarixdə, saat 09:35-də çatdırılmışdır. – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Qərarından şikayət verilən orqan “xxxx” QSC-yə ünvanladığı ## #### 2026-cı il tarixli, *- **-*/*-Ə-*****/**** nömrəli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Qərarından şikayət verilən orqan ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə baxılması ##.##.2026-cı il tarixdə saat 11:00-a təyin olunmuşdur. Qeyd olunan vaxtda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparıian şəxs qismində Qərarından şikayət verilən orqan əyani və ya video-konfrans vasitəsi ilə dəvət olunmuşdur. Həmin məktub ## #### 2026-cı il tarixdə, saat 14:58-də çatdırılmışdır. – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Qərarından şikayət verilən orqan “xxxx” QSC-yə ünvanladığı ## #### 2026-cı il tarixli, *- **-*/*-Ə-*****/**** nömrəli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətaiar Məcəlləsinin 198.1.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Şəki-Zaqataia regional şöbəsinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə baxılması ##.##.2028-ci il tarixdə saat 10:30-a təyin olunmuşdur. Qeyd olunan vaxtda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparıian şəxs qismində Qərarından şikayət verilən orqan əyani və ya video-konfrans vasitəsi ilə dəvət olunmuşdur. Həmin məktub ## #### 2026-cı il tarixdə, saat 14:58-də çatdırılmışdır. – Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi Vəkil təqdim etdiyi sənədlərdə X1 ##.##.2025-ci il və ##.##.2026-cı il tarixlərdə 6 saat işləməsi, ##.##.2025-ci il və ##.##.2026-cı il tarixlərdə iş saatının 1 saat qısaldılması qeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi işin hallarını tədqiq edərək müəyyən edir ki, birinci instansiya məhkəməsi iş üzrə həlledici əhəmiyyət kəsb edən maddi sübutlara və qanunvericiliyin imperativ tələblərinə hüquqi qiymət verməmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs eyni zaman aralığında iki fərqli inzibati xəta törətmişdir. Hazırkı iş üzrə şəxsin eyni vaxtda törətdiyi bir neçə inzibati xəta mövcud olduğu və həmin inzibati xətalara dair işlərə baxılması eyni inzibati orqanın səlahiyyətinə aid olduğu halda, inzibati orqan İXM-in 34.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin xətaların hamısını birlikdə nəzərə almalı, onların hər birinə hüquqi qiymət verməli və nəticə etibarilə daha ciddi inzibati xətanı müəyyən edərək məhz həmin xəta üçün müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməli idi. Lakin, inzibati xəta haqqında qərar qəbul etmiş orqan, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti İXM-in 34.3-cü maddəsinin tələblərini pozaraq iki ayrı inzibati xəta haqqında qərar qəbul etmişdir. Belə ki, İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Göstərilən norma imperativ xarakter daşıyır və inzibati orqanın mülahizəsinə buraxılmış seçim hüququ deyil, məcburi hüquqi davranış qaydası müəyyən edir. Belə ki, norma bir neçə inzibati xətanın eyni vaxtda törədilməsi və həmin xətalara dair işlərə baxılmasının eyni orqanın səlahiyyətinə aid olması halında tənbehin müəyyən edilməsinin konkret qaydasını təsbit edir. Digər tərəfdən, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ######## 2020-ci il tarixli Qərarının 3-cü bəndinə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Qeyd olunan maddənin ilk tələbi ondan ibarətdir ki, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətlərinə aid olmalıdır. Məhkəmə əvvəlcə, “AR İXM-in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il ## ###### tarixli **-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanını nəzərə alaraq hesab edir ki, həmin fərmanın 5.4-cü bəndinə əsasən, İXM-in 192 və 198-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır. Deməli hazırkı iş üzrə hər iki inzibati xəta haqqında işə baxmaq səlahiyyəti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsusdur. Sözügedən maddənin digər tələbi ondan ibarətdir ki, bir neçə inzibati xəta törətmiş şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Lakin inzibati xəta haqqıbnda qərar qəbul edən inzibati orqan tərəfindən xətaların məcmusu üzrə daha ciddi xətanın müəyyən edilməsi və həmin xəta üzrə sanksiya çərçivəsində tənbeh tətbiq edilməsi barədə qanunun imperativ tələbi faktiki olaraq tətbiq edilməmişdir. Beləliklə, İXM-in 34.3-cü maddəsində nəzərdə tutulmuş xüsusi tənbehvermə qaydasınının tətbiq qaydası pozulmuşdur. Bu pozuntu məhz İXM-in 135.1.5-ci maddəsində nəzərdə tutulmuş, yəni tətbiq edilmiş tənbehin həmin Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması halını təşkil edir və qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün müstəqil əsasdır. İXMin 6.1-ci maddəsinə görə inzibati xətaya görə inzibati tənbeh yalnız bu Məcəlləyə uyğun tətbiq edilə bilər. Buna görə də inzibati tənbeh tətbiq edən orqan yalnız inzibati xətanın törədilib-törədilmədiyini müəyyən etməklə kifayətlənməməli, tənbehin növünü və həddini müəyyən edərkən 31–34-cü maddələrdə nəzərdə tutulmuş halları araşdırmalı və qərarda həmin halların nəzərə alındığını əsaslandırmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarında da inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilərkən tənbehin tətbiqinin ümumi qaydalarına və bu barədə Plenumun formalaşdırdığı hüquqi mövqelərə ciddi riayət olunmasının vacibliyini vurğulamışdır. Hazırkı işdə qərarların və tənbehlərin ayrı-ayrılıqda müəyyən edilməsindən görünür ki, İXM-in 34.3-cü maddəsi tətbiq edilməmiş, nəticədə tənbeh 31–34-cü maddələrin tələblərinə zidd olaraq təyin olunmuşdur. Həmçinin, Qərardan şikayət verən orqan (şəxs) şikayətində MN ******* nömrəli qərarın məhz İXM-in 34.3-cü maddəsinə zidd olduğunu əsas gətirmişdir. Bu dəlilin işin materiallarından aydın görünən pozuntuya əsaslandığı bir vaxtda birinci instansiya məhkəməsi İXM-in 133.2.8 və 135.1.5-ci maddələri əsasında qərarların qanuniliyini bu baxımdan yoxlamalı, aşkar edilən pozuntunu aradan qaldırmaq üçün isə qərarları ləğv edərək işin yenidən baxılması məsələsini həll etməli idi. Konstitusiya Məhkəməsi Plenumu da qeyd etmişdir ki, qərarın qanuniliyini yoxlayan məhkəmə onun qanunvericiliyin tələblərinə uyğun olmadığını müəyyən etdikdə qərarı dəyişdirə, ləğv edərək yeni qərar çıxara və ya işin yenidən baxılması üçün göndərilməsi barədə qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsi isə 34.3-cü maddəyə dair dəlilə hüquqi qiymət verməmiş, tənbehin 31–34-cü maddələrə uyğunluğunu araşdırmamış, əvəzində MN ******* nömrəli qərarı ləğv edərək icraata xitam vermiş, MN ******* nömrəli qərarı isə dəyişdirilmədən saxlamışdır. Məhkəmə həmçinin hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı məzmun etibarilə daxili ziddiyyət təşkil edir. Belə ki, məhkəmə qərarın əsaslandırma hissəsində iş üzrə əməldə inzibati xətanın tərkib əlamətlərinin mövcud olduğu qənaətinə gəlmiş və məhz bu əsasla İXM-in 53.1.2-ci maddəsində nəzərdə tutulmuş xitam əsasının tətbiq edilə bilməyəcəyini qeyd etmişdir. Lakin sonda məhkəmə həmin hüquqi mövqeyi ilə ziddiyyət təşkil edən nəticəyə gəlmiş və qərarın nəticəvi hissəsində inzibati xəta haqqında iş üzrə icraata məhz İXM-in 53.1.2-ci maddəsinə istinad etməklə xitam vermişdir. Beləliklə, məhkəmənin qərarının əsaslandırma hissəsində ifadə etdiyi hüquqi nəticə ilə nəticəvi hissəsində müəyyən etdiyi prosessual nəticə arasında açıq ziddiyyət mövcuddur. Bir tərəfdən məhkəmə əməldə inzibati xətanın tərkib əlamətlərinin mövcud olduğunu qəbul edir və bu səbəbdən İXM-in 53.1.2-ci maddənin tətbiqini istisna edir, digər tərəfdən isə həmin normanı tətbiq etməklə iş üzrə icraata xitam verir. Bu baxımdan, qərarın əsaslandırma hissəsi ilə nəticə hissəsi arasında mövcud olan ziddiyyət qərarın daxili məntiqini pozur və məhkəmənin faktiki olaraq hansı hüquqi nəticəyə gəldiyini qeyri-müəyyən edir. Məhkəmə qərarı yalnız nəticə etibarilə deyil, həm də həmin nəticəyə gətirib çıxaran hüquqi və faktiki əsaslar baxımından ardıcıl, aydın və bir-biri ilə uzlaşan olmalıdır. Məhkəmənin əsaslandırma hissəsində bir hüquqi mövqe ifadə edib, nəticə hissəsində həmin mövqenin əksinə olan qərar qəbul etməsi məhkəmə aktının əsaslandırılmışlığı və qanuniliyi baxımından ciddi qüsurdur. Çünki məhkəmə aktının əsaslandırma hissəsi ilə nəticə hissəsi arasında səbəb-nəticə əlaqəsi olmalı, nəticə məhz məhkəmənin müəyyən etdiyi faktiki hallar və tətbiq etdiyi hüquq normalarından irəli gəlməlidir. Hazırkı halda isə belə əlaqə mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı bu hissədə daxili ziddiyyətli olmaqla, məhkəmənin gəldiyi nəticənin hansı hüquqi əsasdan irəli gəldiyini müəyyən etməyə imkan vermir. Belə ziddiyyət məhkəmə aktının əsaslılığına və qanuniliyinə təsir edən mühüm prosessual qüsur kimi qiymətləndirilməli və apellyasiya instansiyası tərəfindən aradan qaldırılmalıdır. Beləliklə, məhkmə qeyd edir ki hazırkı iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) və inzibati xəta haqqında qərar qəbul etmiş orqan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməlidir və geri qaytarılmalıdır. İXM-in 130.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olubolmamasını həll edilir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 135.1.1-cı maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə bu qənaətdədir ki, birinci instansiya məhkəməsi işə baxarkən gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırmamış, iş materiallarına əlavə edilmiş sübutları tam şəkildə tədqiq etməmiş, nəticədə obyektiv və ədalətli məhkəmə araşdırması prinsipi birinci instansiya məhkəməsi tərəfindən pozulmuşdur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, inzibati xəta haqqında qərar qəbul etmiş orqan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti və barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətlər qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv edilməlidir. Məhkəmə qeyd olunanlara əsaslanaraq və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta haqqında qərar qəbul etmiş orqan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti və barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətlər qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-520/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-520/2026
21.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver