Məhkəmə qərarları › İş №3(3-10)-522/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-522/2026

23.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-522/2026 23.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Kərimli Amil Süleyman oğlunun katibliyi, Inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 iştirakı ilə, Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən hakim A.Əliyev) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - IXM) 510.1-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) gün müddətə inzibati həbs edilməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026-cı il saat 12:15-dən ## ###### 2026-cı il saat 12:15-ə qədər inzibati qaydada tutulduğu 24 saat (1 gün) müddətin nəzərə alınmaqla, onun qəti olaraq 04 (dörd) gün müddətə inzibati həbs edilməsi, həbsdə saxlama müddətinin əvvəlinin ## ###### 2026-cı il saat 11:00-dan hesablanması qərara alınmışdır. Işin halları Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 510.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli protokol tərtib edilmişdir ondan ötrü ki, o, ##.##.2026-cı il tarixdə Qəbələ şəhərində polis şöbəsinin qarşısında ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai asayişi və ictimai qaydanı kobud surətdə pozaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 510.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Protokolu tərtib edən orqan ITB-nin sahə rəisi, R X3 izahatında göstərmişdir ki, ## ###### 2026-cı il tarixdə Zərərçəkmiş şəxs Qəbələ rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək arvadı Zümrüd xanımın kəndlisi olan və müəllim kimi fəaliyyət göstərən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə ona xəyanət etdiyini və xəstəliyindən istifadə edərək pensiya kartını alaraq həmin şəxsin telefon və maşın kreditlərini ödədiyi barədə şikayət etmiş və bununla bağlı tədbir görülməsini xahiş etmişdir. Zaur astma xəstəsidir və müəyyən məbləğdə pensiya alır. Yoldaşı onun pensiya kartını almış və müəyyən ehtiyacları üçün xərcləmişdir. Zərərçəkmiş şəxs qadının Mayıla göndərdiyi səs yazıları var ki, sənin burnundan gəlsin sənin maşının və telefonunun kreditini mən ödəyirəm. Sonradan xoşagəlməz hadisənin baş verməsin deyə Mayıl adlı şəxsi polis şöbəsinə dəvət etmiş, könüllü şəkildə gəlmədiyinə görə polis əməkdaşları ##.##.2026-cı il tarixdə polis əməkdaşları onunla əlaqə saxlamışlar, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs avtovağzalda olduğunu və izahat vermək üçün polis şöbəsinə gəlməyəcəyini bildirmiş, izahatının orada alınmasını bildirmişdir. Polis əməkdaşları şəxsə yaxınlaşıb yenə o demişdir ki izahat vermirəm, nə edirsiniz edin. Vətəndaş polis əməkdaşlarının maşını ilə polis şöbəsinə gələn zaman ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs yoldaşı ilə xəyanət ona etdiyinə görə şikayət etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs da Zərərçəkmiş şəxs və onun arvadı Zümrüd xanıma söyməyə başlamışdır. Qışqır-bağır salmışdır ki, mənə şər atırlar, mən etməmişəm. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin gün ərizə ilə bağlı izahat vermək üçün dəvət edilmiş, orada da aqressiv davranmış, ona şər atdıqlarını, Zümrüd xanımla Zərərçəkmiş şəxs xəyanət etmədiyini demişdir. Həmin vaxt Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis şöbəsinin qarşısında onun barəsində edilən şikayətin məzmununu öyrəndikdən sonra Zərərçəkmiş şəxs arvadı Zümrüdün ünvanına nalayiq ifadələr işlədərək, ictimai asayişi pozaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 510.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü IXM-in 510.1-ci maddəsi ilə qismən təqsirli bilərək izahatında göstərmişdir ki, avtovağzalda heç bir insident yaşanmamışdır. Polis əməkdaşları onu çağırmış, onlarla görüşüb getmişdir. Həmin vaxt avtovağzalda Bakıya işə qəbulla bağlı sənəd göndərəcəkmiş. Polis əməkdaşları ona yaxınlaşıb demişdirlər ki, bizimlə gəl izahata imza çək. O da razılaşmışdır. Zümrüd xanım onun maşın və telefonunun kredit ödənişlərini ödəməmişdir. Həmin xanımı tanıyır. 2023-cü ildə həyat yoldaşı ilə birgə Zümrüd xanım ona sistem köçürməsi üçün onların evinə getmişdir. Onlar gedən zaman onun əri evdə olan vaxt da olmuş, olmadığı vaxt da olmuşdur. Sistem vurdurmağa yoldaşı olmadan getməmişdir. Bir müddət sonra Zümrüd xanımla münasibətlərinin olması ilə bağlı söz-söhbətlər yaranmışdır. Bir dəfə o Gəncəyə gedən zaman Zümrüd xanımı yolda görüb avtomobilə götürmüş, onu Bərdəyə qədər aparmış və qayıdan da onu da gətirmişdir. Bundan sonra Zümrüd xanımla mesajlaşmağa və zəngləşməyə başlamışdır. Lakin sonradan ona bildirmişdir ki, bunları sonlandırsınlar. Nəsə problem olanda, dar vəziyyətdə olanda mesajlaşmışlar. Zümrüd xanım ərindən şikayətçi idi, əri onu döyürmüş, incidirmiş. O, Zümrüd xanımla bir dost kimi səmimi münasibət qurmuşdur. Gəncə təndirində Zümrüd xanımla çay kofe içmiş, yolda olanda maşınla götürüb aparmışdır. Zümrüd xanımı tanıyana kimi maşınını almış, yəni Zümrüd onun kreditini ödəməmişdir. Haqlarında söz-söhbət yarandığı üçün Zümrüd xanıma mesajlaşmaları bitirməyi demişdir. Hətta onu bloka da atmış, onun yazdığı mesajlara cavab verməmişdir. Zümrüd xanım başqa nömrələrdən zəng etmiş, iş yerində çətinliyi olanda da ona zəng etmişdir. Zümrüd xanım bir dəfə zəng edəndə telefonu həyat yoldaşı açmışdır, həmin vaxt Zümrüd ona başqa nömrədən zəng etmişdir. Həyat yoldaşı mesajları onun telefonundan götürüb Zaura atmışdır. Yoldaşının Zümrüd xanımla olan söhbətləri saxlamağından xəbəri olmamışdır. Polis şöbəsinin qarşısında heç kimə söyüş söyməmişdir. Etdiyi əməlimdən peşmandır, Zümrüd xanımla münasibəti olduğu üçün xəcalət çəkir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onu kənddə təhqir etməmiş, polis idarəsində təhqir etmişdir. Onun bu söhbətlərdən xəbəri olmamış, mesajları görəndən sonra bilmişdir. Həyat yoldaşının Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsla birlikdə yol getməsindən xəbəri olmamışdır. Həyat yoldaşı 5 gündür ki, evdə deyil, harda olduğunu da bilmir. Bu söhbətlərə görə onunla əlaqə saxlamamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Mayılı kənd sakini kimi tanıyır, kənd məktəbində müəllim kimi fəaliyyət göstərir. O, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis şöbəsinə çağıran zaman iki gün gəlməmiş, Qarabağa müsahibə verməyə gedəcəyini bildirmişdir, 3cü gün əlaqə saxlayan zaman, avtovağzaldayam, yaxınlaşın nə lazımdır izahatımı alarsız demişdir. Onlar yaxınlaşmış, haqqında şikayət olduğunu bildirmişdirlər. O da qadını hamının tanıdığını, onun fahişəliklə məşğul olduğunu bütün kənd bildiyini demişdir. Onlar ona polis şöbəsinə yaxınlaşıb izahat verməsini bildirmişdirlər. Şöbənin qabağında Zərərçəkmiş şəxs ondan şikayət etdiyini bildikdə, Zaur və arvadı Zümrüd haqqında nalayiq ifadələr işlətməyə başlamışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, ##.##.2026-cı il tarixdə Nurlan Kərimov ona bildirmişdir ki, Mayıl adlı şəxs izahat vermək üçün gəlməlidir. Onlar zəng vurmuş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs da gəlməyəcəyini, avtovağzalda olduğunu bildirmişdir. Onlar da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs gəlmədiyi üçün avtovağzala getmiş, məsələni izah etmişdirlər. Onlar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Polis şöbəsinə gətirmişdirlər. Polis şöbəsinin qabağında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin nədən ibarət olduğunu öyrənib yüksək səslə Zümrüd və Zaur haqqında nalayiq ifadələr işlətməyə başlamışdır. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, polis əməkdaşları etmədiyi əmələ görə barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Onu polis şöbəsinə izahat vermək üçün dəvət etmişlər. Qəbələ avtovağzalında Bakıya işə qəbulla bağlı sənəd göndərmək istədiyini bildirmişdir. Çox qısa müddət ərzində polislər ona yaxınlaşdılar. Şöbəyə gedib izahata qol çəkməyi bildirmişlər. Təkliflə razılaşmış və onlarla şöbəyə getmişdir. O, avtovağzalda polisin təklifini qəbul edərək şöbəyə getmişdir. Nə avtovağzalda, nə polisin qarşısında və nə də polis şöbəsinin həyətində hay-küy salmamış, ətrafdakılara hörmətsizlik etməmişdir. Barəsində tərtib olunmuş inzibati protokolda göstərilənlər şər və böhtandır. O, müəllimdir, kəndin ziyalısıdır. Ictimai yerdə özünü necə aparmağı çox yaxşı bilir. Əgər o, xuliqanlıq hərəkətləri etmişdirsə kameralara baxış keçirilərsə onun hərəkətlərinin nədən ibarət olduğu aydınlaşar. Ona görə də kamera çəkilişlərinə baxış keçirilməlidir. Onda məlum olar ki, ona şər atılıb. Əksinə ona qarşı təhqiredici hərəkətlər etməklə polis əməkdaşları onun qanunla qorunan hüquqlarını pozmuşlar. Sahə rəisi X3 onun barəsində təhqiredici sözlər işlətmişdir. Digər polis əməkdaşları X6 və X2 ona şər və böhtan ataraq – guya onun onların tələblərinə əməl etmədiyini: - Zaur və Zümrüd adlı şəxslərin ünvanına yüksək səslə nalayiq ifadələr işlətdiyini bildirmişlər. Hər iki polisin ona münasibətdə mövqeyi qərəzli olmuş şər və böhtan atmaqla hüquqlarını pozmuşlar. Məhkəmə tərəfindən ona təyin olunmuş 5 günlük inzibati həbsi çəkib qurtarsa da barəsində çıxarılmış qərarı qəbul etmir. Bundan əlavə, müdafiəçisi Vəkil dəfələrlə deməsinə baxmayaraq, apellyasiya şikayətini sadəcə kağız daşıyıcıya yazıb və elektron kabinet vasitəsilə göndərməyib. Şikayəti poçtla göndərmək məcburiyyətində qalmışdır. Bunu təsdiq edən mesaj və zənglər də vardır. Müdafiəçi onun müdafiə hüquqlarını pozmuşdur. Odur ki, Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 birinci instansiya məhkəməsində verdiyi izahatı müdafiə edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər IXM-in 133.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlillərini tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-in 75.0, 75.0.1-75.0.7-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin olub-olmaması, inzibati xəta törətmiş şəxsin kim olması, onun təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, habelə işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar müəyyən edilməlidir. IXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin əsaslana bildiyi hər cür faktiki məlumatlar sübut hesab edilir. Həmin sübutlar, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin izahatları, digər sənədlər, inzibati xəta haqqında protokol və qanunla nəzərdə tutulmuş digər vasitələrlə müəyyən edilə bilər. IXM-in 84.1-ci maddəsinə əsasən sübutlar işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə araşdırılmasına əsaslanan daxili inamla qiymətləndirilir. Eyni zamanda, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Iş materiallarından müəyyən edilir ki, ## ###### 2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qəbələ şəhərində polis şöbəsinin qarşısında Zərərçəkmiş şəxs və Zümrüd Şahnazarovanın ünvanına nalayiq ifadələr işlətmiş, yüksək səslə qışqıraraq ictimai asayişi və ictimai qaydanı pozmuşdur. Bu hal təkcə inzibati xəta haqqında protokolla deyil, həmin hadisənin bilavasitə şahidləri olmuş polis əməkdaşları X6 və X1 məhkəmədə verdikləri izahatlarla da təsdiq olunur. Belə ki, X6 izahatında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis şöbəsinə gətirildikdən sonra şikayətin məzmununu öyrəndiyini və polis şöbəsinin qarşısında Zərərçəkmiş şəxs və Zümrüd adlı şəxsin ünvanına nalayiq ifadələr işlətməyə başladığını göstərmişdir. X1 da eyni məzmunda ifadə verərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis şöbəsinin qarşısında yüksək səslə Zümrüd və Zaur haqqında nalayiq ifadələr işlətdiyini bildirmişdir. Göstərilən şəxslərin izahatları hadisənin başvermə şəraiti, vaxtı və yeri, habelə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs davranışının xarakteri baxımından birbirini tamamlayır. Həmin ifadələrin məzmununda iş üzrə müəyyən edilmiş digər hallar ilə ziddiyyət yaradan və onların tamamilə etibarsız hesab edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs isə məhkəmə iclasında polis şöbəsinin qarşısında heç kimə söymədiyini bildirsə də, Zümrüd xanımla münasibətlərinin olması barədə yaranmış söz-söhbətlərdən, həmin şəxslə yazışma və telefon əlaqələrindən, habelə Zümrüd xanımla bağlı ərizədən xəbərdar olduğunu təsdiq etmişdir. Bununla yanaşı, onun öz izahatında Zümrüd xanımla münasibətlərinin olması ilə bağlı söz-söhbətlərin yarandığını, sonradan onunla mesajlaşmanı və əlaqəni dayandırdığını, hətta həmin şəxsi blokladığını bildirməsi işdə müəyyən edilmiş hadisələrin başvermə kontekstini təsdiq edən hallar kimi qiymətləndirilə bilər. Apellyasiya şikayətində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis əməkdaşlarının ona qarşı qərəzli münasibət bəslədiklərini, barəsində şər və böhtan xarakterli məlumatlar verdiklərini və inzibati xəta törətmədiyini göstərmişdir. Məhkəmə həmin dəlillərlə bağlı qeyd edir ki, polis əməkdaşlarının ifadələrinin yalnız onların xidməti vəzifədə olmaları səbəbindən əvvəlcədən etibarsız hesab edilməsi yolverilməzdir. Eyni zamanda, onların ifadələri də digər sübutlarla birlikdə, işin bütün halları ilə əlaqəli şəkildə qiymətləndirilməlidir. Hazırkı iş üzrə isə həmin ifadələrin məzmunu inzibati xəta haqqında protokolun məzmunu ilə uyğunluq təşkil edir və hadisənin mahiyyətinə dair eyni faktı təsdiq edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis əməkdaşlarının qərəzli olması barədə ümumi xarakterli iddiaları isə onların verdiyi ifadələrin həqiqətə uyğun olmadığını öz-özlüyündə təsdiq edən obyektiv sübutla müşayiət olunmamışdır. Apellyasiya şikayətində həmçinin hadisə yerində kamera görüntülərinin mövcud olduğu və həmin görüntülərə baxılmasının zəruri olduğu göstərilmişdir. Məhkəmə qeyd edir ki, IXM-in 76.1-ci maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri sübut vasitələrindən biri olmaqla, iş üzrə əhəmiyyətli halların müəyyən edilməsinə xidmət edə bilər. Lakin iş materiallarında konkret kamera görüntülərinin mövcudluğu, həmin görüntülərin hadisəni əks etdirməsi və ya onların işin nəticəsinə təsir edə biləcək məlumatları ehtiva etməsi barədə obyektiv məlumat müəyyən edilmir. Bundan əlavə, birinci instansiya məhkəməsində hadisəni bilavasitə müşahidə etdiklərini bildirən şəxslər dindirilmiş, onların izahatları digər iş materialları ilə birlikdə qiymətləndirilmişdir. Bu səbəbdən apellyasiya şikayətində kamera görüntülərinin əldə edilməsinin zəruriliyi barədə irəli sürülmüş dəlil hazırkı iş üzrə müəyyən edilmiş digər sübutların məcmusunu şübhə altına alan kifayət qədər əsas kimi qəbul edilə bilməz. Apellyasiya şikayətində müdafiəçinin şikayəti elektron kabinet vasitəsilə deyil, poçtla göndərməsi və bununla müdafiə hüququnun pozulması barədə də dəlil irəli sürülmüşdür. Məhkəmə hesab edir ki, müdafiəçinin apellyasiya şikayətinin təqdim edilməsi üsulu ilə bağlı göstərilən hallar barəsində inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərarın mahiyyətinə təsir edən və həmin qərarın ləğv edilməsini zəruri edən prosessual pozuntu kimi qiymətləndirilə bilməz. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayət vermək hüququ faktiki olaraq həyata keçirilmiş, onun şikayəti məhkəmə tərəfindən qəbul edilərək baxılmış və şikayətdə göstərilən bütün əsas dəlillərə münasibət bildirilmişdir. IXM-in 133.2.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamalıdır. Eyni zamanda, IXM-in 135.1.1–135.1.6-cı maddələrində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin mühüm əhəmiyyət kəsb edən faktiki halların araşdırılmaması ilə, müəyyən edilmiş halların sübuta yetirilməməsi ilə və ya inzibati məsuliyyət müəyyən edən normanın düzgün tətbiq edilməməsi ilə əlaqədar olduğu müəyyən edilmir. Əksinə, məhkəmə tərəfindən iş üzrə protokol, barəsində icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin izahatları araşdırılmış və sübutlar onların məcmusu üzrə qiymətləndirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə toplanmış və məhkəmə tərəfindən araşdırılmış sübutların məcmusu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ictimai yerdə nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təsdiq edir. Bu baxımdan, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində IXM-in 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin mövcud olması barədə birinci instansiya məhkəməsinin nəticəsi işin faktiki hallarına və iş üzrə araşdırılmış sübutların məcmusuna uyğundur. IXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Hazırkı iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərinin inzibati xəta tərkibinin obyektiv və subyektiv əlamətlərini təşkil etdiyi müəyyən edilmişdir. Beləliklə, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını şübhə altına alan, habelə həmin qərarın IXM-in 135.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri üzrə ləğv edilməsini zəruri edən hallar kimi qiymətləndirilə bilməz. IXM-in 134.1.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsaslanaraq və IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar