Məhkəmə qərarları › İş №3(3-10)-523/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-523/2026

23.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-523/2026 23.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Kərimli Amil Süleyman oğlunun katibliyi ilə, Qəbələ Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən hakim A.Əliyev), barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ## ###### 2026-cı il tarixli, MN ******* saylı qərarından verdiyi şikayət təmin olunmamışdır. Işin halları Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən barəsində IXM-in 272-1-ci maddəsinə əsasən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən barəsində IXM-in 272-1-ci maddəsi ilə Inzibati xəta haqqında protokol tərtib edilmişdir. Daha sonra həmin protokol əsasında barəsində IXM-in 272-1-ci maddəsi ilə qərar qəbul edilmiş və 1.000 manat cərimə edilmişdir. Idarənin ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli qərarı ilə aşağıdakı səbəbdən razılaşmır. Belə ki, onun Qəbələ rayonu, Vəndam qəsəbəsində özünə məxsus təsərrüfatı vardır. Həmin təsərrüfatın bir hissəsi qarğıdalı, bir hissəsi kartof, bir hissəsi isə əkin sahəsidir. Həmin əkin sahəsinə çöl qabanları hücum etdiyindən həmin əraziyə heyvanlara heç bir təhlükə yaratmayan, yalnız onları qorxutmaq üçün səsucaldan vasitə quraşdırmışdır. Həmin vasitə heyvanlara heç bir təhlükə yaratmamaqdadır. Həmçinin çöl qabanlarını qorxutmaq üçün arada ov tüfəngindən atəş açır. ## #### 2026-cı il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsinin “Sirxabul” adlanan əkin sahəsində çöl qabanlarının əkin sahələrinə və qarğıdalı sahələrinə hücumunun qarşısını almaq üçün ov tüfəngindən atəş açmışdır. Bu zaman * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin əməkdaşları ona yaxınlaşaraq ov etdiyini ona bildirmişlər. O isə ov etmədiyini və bu barədə etirazını onlara bildirmişdir. Onlar isə onunla razılaşmayaraq israrla ov etdiyini qeyd etmiş və bu barədə ondan izahat almışlar. O isə izahat alınan zaman öz izahatında da ov etmədiyini qeyd etmişdir. Bütün bunlara baxmayaraq, * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi heç bir sübut olmadan, yalnız öz fərziyyələrinə əsasən barəsində qərar qəbul etmişlər. Barəsində qəbul edilmiş protokolda sübut kimi Idarənin əməkdaşları tərəfindən tərtib edilmiş akt, foto şəkillər və onun verdiyi izahat göstərilmişdir. Protokol tərtib olunan zaman sübut kimi göstərilmiş hallar tam əsassızdır. Birincisi akt * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi tərəfindən tərtib olunmuş və yalnız idarənin əməkdaşının formal mülahizələrindən ibarətdir. Foto şəkillər isə ancaq onun silahla olduğu şəkillərdir. Onun üzərində silah olması mütləq ov etməsi mənasına gəlməməkdədir. Izahatla bağlı isə onu bildirir ki, izahatında da ov etmədiyini bildirmişdir. Məhkəmənin nəzərə almalı olduğu əsas məqam ondan ibarətdir ki, inzibati protokol dəqiq sübutlar əsasında tərtib olunmalıdır. Yəni hər hansı vəzifəli şəxsin gümanları, fərziyyələri əsasında tərtib olunmamalıdır. IXM-in 8-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Hazırkı halda isə onun qanunsuz ov etməsi sübut olunması üçün ilk növbədə * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin əməkdaşları tərəfindən ov etdiyi heyvan aşkara çıxarılmalı və müsadirə olunmalı idi. Hazırda isə törədilməsi ehtimal olunan inzibati xətanın obyekti yoxdur. Necə ola bilər ki, ovlanmış heyvan aşkar olunmasın, lakin barəsində protokol tərtib olunsun. Yəni ilk növbədə inzibati xətanın obyekti aşkara çıxarılmalı idi, lakin ovlanmış hər hansı heyvan olmadığından inzibati xətanın obyekti də aşkara çıxarılmamışdır. Bu da vəzifəli şəxsin barəsində tərtib etdiyi protokolun və qərarın əsassız olmasının sübutudur. Ona görə də Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli qərarının ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Həmçinin göstərmişdir ki, o, sahibkarlıqla məşğul olur, öz təsərrüfatı var. Tüntül kəndi ərazisində taxıl, qarğıdalı və kartof əkir, əkdiyi sahələri icarəyə götürsə də, torpaq sahibləri ilə rəsmi müqavilə bağlamamış, şifahi qaydada öz aralarında razılaşmışlar. Həmin ərazilərə çöl qabanları hücum edir və qarğıdalı sahəsinə ziyan vurur, bu səbəbdən aşağı zonalardan quş qovmaq üçün avadanlıq gətirmişlər ki, onun səsindən qorxub çöl qabanları yaxınlaşmasın. Həmçinin öz şəxsi silahı ilə ərazini qoruyur. Hadisə günü ərazinin yaxınlığında bir avtomobil görmüş, həmin avtomobilin ekologiya əməkdaşlarına məxsus olduğunu öyrənmişdir. Avtomobilə yaxınlaşmış, nə üçün orada olduqlarını soruşduqda ona ov etdiyini bildirmişlər. Həmin əraziyə hər gün polis post-patrul əməkdaşları gəlir. Əgər ov etsə, polis post-patrul əməkdaşları görərdi. Bu səbəbdən onun barəsində qəbul edilmiş qərarın əsassız olduğunu və ləğv edilməsini xahiş edir. Öz şəxsi ov silahı var, ancaq ov etmək üçün vəsiqəsi yoxdur. Sadəcə gecə saat 3-ə, 4-ə kimi gözətçi şahid2la bir yerdə çöl qabanlarını qovmaq üçün qarovul çəkirlər. O, həmin ərazidə ov etmir, öz ərazisini mühafizə edir. Məhkəməyə quş qovan avadanlıqların videosunu CD-də təqdim etmişdir. Çöl qabanı vurmamış, sadəcə qorxutmaq üçün avadanlıq quraşdırmışdır. Ekologiya Idarəsinin nümayəndələri onlara ov etdiklərini demiş, onlar da əməkdaşlara quş qovan avadanlıqları göstərmişlər. Ekologiya Idarəsi ona əsassız şəkildə cərimə yazmışdır. Eyni zamanda verilən suallara cavab olaraq bildirmişdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı hər hansı sənədi yoxdur, vətəndaşlarla icarə müqaviləsi bağlamamışdır, şifahi formada razılaşmışlar. Ekologiya Idarəsindən iki nümayəndə gəlmişdir, birinin adı Famil idi, digərinin adını bilmir. Maşınlarını onun ərazisinin kənarında saxlamışlar. Gecə həmin ərazidə qarovul məqsədi ilə qalırlar, orada çardaqları var. Ekologiya Idarəsinin əməkdaşlarına sadəcə onlara ziyan verdiyi üçün tələ ilə üç qabanı tutub, öldürüb, basdırdığını demişdir. Bunu məhkəmədə də təkrar bildirmişdir. Məhkəmədən şikayətin təmin olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X35 izahatında göstərmişdir ki, ## #### 2026-cı ildə əməkdaşları reyd keçirən zaman həmin meşə ilə həmsərhəd olan əkin ərazisində, qarğıdalı zəmisindən 2-3 km aralıda Qərardan şikayət verən orqan (şəxs) və digər bir nəfər ilə birlikdə əlində silah gəzərkən saxlanılmışdır. Əməkdaşları həmin əraziyə gedən zaman Qərardan şikayət verən orqan (şəxs) və digər şəxs qarğıdalı sahəsinin kənarında olub və əməkdaşları onlardan silahların sənədlərini tələb etmişlər. Qərardan şikayət verən orqan (şəxs) silahının sənədi olmuş, lakin onunla birlikdə olan digər şəxsin silahının sənədi olmamışdır. Sənədi olmadığı üçün silah polis şöbəsinə təqdim edilmiş, bu işlə bağlı bir protokol yazılmışdır. Cavanşir adlı şəxsin sənədlərinin araşdırılması gecikmiş, həmin şəxs barəsində də eyni qərar çıxarılmışdır, beləliklə bir akt, iki protokol yazılmışdır. Digər şəxsin silahı qanunsuz olduğuna görə Qəbələ rayon Polis şöbəsinə təqdim edilmiş, Qərardan şikayət verən orqan (şəxs) silahı qanuni olduğu üçün özünə geri təqdim edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) IXM-in 272-1-ci maddəsinin tələblərini pozduğu üçün cərimə tətbiq edilmişdir. Həmin ərazi ov ərazisidir, ərazidə çöl qabanı, dovşan və digər heyvanlar var. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş şahid3 izahatında bildirmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşıdır. ##.##.2026-cı il tarixdə reyd üçün əraziləri gəzirmişlər. Seyidqışlaq kəndinin aşağı hissəsi əkin sahələri olan yerdə vəhşi heyvan, qırqovul çox olur. Onlar reyd üçün həmin əraziyə gedən zaman iki nəfərlə meşənin kənarında qarşılaşmışlar, həmin şəxslər qarğıdalı sahəsindən 3 km aralıda olmuşlar. Saat təxminən axşam 6-7 olmuş, hava qaranlıq olmamışdır. Onlar izahat alana hava qaralmağa doğru getmişdir. Həmin şəxslərin silahlarının üzərində işıqlandırıcı olmuş və hər ikisi dolu olmuşdur. Vətəndaşlar meşənin kənarı ilə gedirmişlər. Reyd zamanı video və şəkil də çəkilmişdir. Qərardan şikayət verən orqan (şəxs) silahının sənədi olmuş, digərinin silahının sənədi olmamışdır. Söhbət zamanı onlar Qərardan şikayət verən orqan (şəxs) və şahid2 orada ov etdiklərini bildirmiş, onlar isə ov etmədiklərini bildirmişlər. Qərardan şikayət verən orqan (şəxs) həmin ərazidə şərikli qarğıdalı əkdiklərini, oraya donuz gəlib, qarğıdalını məhv etdiyini bildirmişdir. Onlar da silahla, tüfənglə bunu etməyin qadağan olduğunu bildirmişdir. Həmin vaxt Qərardan şikayət verən orqan (şəxs) şəxsən onlara demişdir ki, müxtəlif vaxtlarda 3 ədəd vəhşi qaban öldürmüş və qaban əti yemədiyinə görə onları torpağa basdırmışdır. Onlar da gəzdirdiyi silaha görə sənədi olmayan vətəndaş barədə polisə məktub göndərmiş, o vətəndaşa sonradan cərimə tətbiq edilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş şahid2 izahatında bildirmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) yanında əkin sahəsində gözətçi işləyir, əmək müqaviləsi yoxdur, sadəcə kömək edir, Qərardan şikayət verən orqan (şəxs) da əməkhaqqını pul əvəzinə naturada (taxıl) verir. Onun işi sahəyə mal-qara, vəhşi heyvanlar gələndə onları qovmaqdır, heyvanları qovmaq üçün avadanlıqlar da quraşdırmışlar. Çiynindəki silah babadan qalma yadigar silah olmuş, polis əməkdaşlarına təhvil vermişdir. Qərardan şikayət verən orqan (şəxs)la hadisə günü yol ilə sahəyə baxmaq üçün getmişlər. Sahələri Ekologiya Idarəsinin əməkdaşları onları gördüyü yerdən 500 metr aşağıda yerləşir. Bu zamana kimi orada ekologiyanın əməkdaşlarını görməmişdir. Ərazidə heyvan filan görməmiş, qaban da vurmamışdır. Sadəcə silahla vəhşi heyvandan mühafizə olunur. Əgər vəhşi heyvanlar ona hücum edərdilərsə, məcbur qalıb onları silahla vuracaqdı. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş şahid1 izahatında bildirmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) tanıyır, həmin ərazidə onun torpaq sahəsi vardır. Qərardan şikayət verən orqan (şəxs) ona və ailə üzvlərinə məxsus torpaq sahəsini əkib-becərir. O, özünə məxsus 5 hektar ərazini icarə üçün Eyvaza vermişdir, ancaq aralarında hər hansı müqavilə yoxdur, şifahi şəkildə razılaşmışdır. Razılaşmalarına əsasən Eyvaz icarəyə götürdüyü torpağın hər hektarı üçün 300 kq becərdiyi məhsuldan onlara verir. Qərardan şikayət verən orqan (şəxs) ümumilikdə 25 hektar torpağı əkib-becərir. O, özü həmin ərazilərə getmir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Qəbələ Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Apellyasiya şikayətinin dəlilləri ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətin dəlilləri ilə eynilik təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə tərəflərdən heç biri məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər IXM-in 133.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlillərini tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - ## #### 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Qəbələ rayonu, Vəndam qəsəbəsinin “Sirxabul” adlanan əkin sahələrinin X3 məxsus həmsərhəd ərazidə ## #### 2026-cı il tarixdə ov etmək qaydalarının pozulmasına görə Qərardan şikayət verən orqan (şəxs) barəsində IXM-in 272-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. - ## ###### 2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qəbələ rayonu, Vəndam qəsəbəsinin “Sirxabul” adlanan əkin sahələrinin X3 məxsus ərazidə ov etmək qaydalarını pozduğuna görə Qərardan şikayət verən orqan (şəxs) 1.000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. - Şikayət vermiş şəxs tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Qəbələ rayon Polis şöbəsi tərəfindən verilmiş Ə-*** nömrəli şəhadətnamənin surətindən görünür ki, 12 kalibrli “Huglu” markalı, cüt lüləli, **-S-**** nömrəli yivsiz lüləli ov silahı saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün Qərardan şikayət verən orqan (şəxs) verilmişdir. - Şikayət vermiş şəxs tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş JN- 0039 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Qəbələ rayon Aqrar Islahat Komissiyasının ## ### 1998-ci il tarixli, ** saylı qərarına əsasən Qəbələ rayonu, Tüntül kənd sakinləri X4, X21 və X5 birgə mülkiyyətinə 0,98 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir. - Şikayət vermiş şəxs tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş JN- 0051 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Qəbələ rayon Aqrar Islahat Komissiyasının ## ### 1998-ci il tarixli, ** saylı qərarına əsasən Qəbələ rayonu, Tüntül kənd sakinləri X6, X36 Rübabə Vaqif qızı, X1, X14 və X18 birgə mülkiyyətinə 2,61 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir. - Şikayət vermiş şəxs tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş JN- 0045 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Qəbələ rayon Aqrar Islahat Komissiyasının ## ### 1998-ci il tarixli, ** saylı qərarına əsasən Qəbələ rayonu, Tüntül kənd sakinləri X22, X23, X15, X7, X8 və X16 birgə mülkiyyətinə 0,63 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir. - Şikayət vermiş şəxs tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş JN- 0052 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Qəbələ rayon Aqrar Islahat Komissiyasının ## ### 1998-ci il tarixli, ** saylı qərarına əsasən Qəbələ rayonu, Tüntül kənd sakinləri X32, X9, X19 və X10 birgə mülkiyyətinə 2,08 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir. - Şikayət vermiş şəxs tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş JN- 0053 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Qəbələ rayon Aqrar Islahat Komissiyasının ## ### 1998-ci il tarixli, ** saylı qərarına əsasən Qəbələ rayonu, Tüntül kənd sakinləri X11, X20, X12, X13 və X2 birgə mülkiyyətinə 2,25 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir. - Şikayət vermiş şəxs tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş videogörüntülərdən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) məxsus qarğıdalı tarlasında quş qovan aparatlar quraşdırılmışdır. - Videogörüntü və fotoşəkillərdən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən saxlanılarkən xüsusi hərbi geyimdə və silahı atəşə hazır vəziyyətdə olmuşdur. IXM-in 75.0.1–75.0.3-cü maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə, ilk növbədə, inzibati xəta hadisəsinin olub-olmaması, inzibati xəta törətmiş şəxsin kimliyi və həmin şəxsin təqsiri müəyyən edilməlidir. IXM-in 76.1-ci maddəsinə görə isə bu halların müəyyən edilməsi üçün maddi sübutlar, şəxslərin və şahidlərin izahatları, sənədlər, foto və videogörüntülər, inzibati xəta haqqında protokol və digər faktiki məlumatlardan istifadə edilə bilər. Iş üzrə sübutlar işin bütün hallarının məcmusu əsasında qiymətləndirilməlidir. Hazırkı iş üzrə Qərardan şikayət verən orqan (şəxs) IXM-in 272-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan bir-birini tamamlayan sübutların məcmusu ilə təsdiq olunur. Belə ki, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan Qərardan şikayət verən orqan (şəxs) Qəbələ rayonu, Vəndam qəsəbəsinin “Sirxabul” adlanan, X3 məxsus ərazi ilə həmsərhəd sahədə ov etmək qaydalarını pozması ilə əlaqədar barəsində protokol tərtib edildiyi görünür. Bundan əlavə, iş materiallarında olan foto və videogörüntülərdən Qərardan şikayət verən orqan (şəxs) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılarkən xüsusi geyimdə, silahı isə atəşə hazır vəziyyətdə olduğu müəyyən edilir. Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı şahid3 məhkəmədə verdiyi ifadəyə görə, Qərardan şikayət verən orqan (şəxs) meşənin kənarında silahla hərəkət edərkən aşkar edilmiş, onun silahı dolu olmuş və söhbət zamanı həmin şəxs müxtəlif vaxtlarda üç ədəd vəhşi qaban öldürdüyünü və qaban əti yemədiyinə görə onları torpağa basdırdığını bildirmişdir. Bu hal xüsusilə əhəmiyyətlidir. Çünki həmin məlumat yalnız inzibati orqanın aktı ilə deyil, məhkəmədə şahid qismində dindirilmiş şəxsin ifadəsi ilə də təsdiq olunur. Digər tərəfdən, şahid2 ifadəsi də Qərardan şikayət verən orqan (şəxs) həmin ərazidə silahla olması faktını təsdiq edir. Qərardan şikayət verən orqan (şəxs) əsas dəlili ondan ibarətdir ki, o, ov etməmiş, yalnız əkin sahəsini çöl qabanlarından qorumaq məqsədilə silah gəzdirmiş və səsli qurğudan istifadə etmişdir. Lakin bu dəlil iş üzrə digər sübutların məcmusu ilə təkzib olunur. Belə ki, onun təqdim etdiyi videogörüntülərdə qarğıdalı sahəsində quşqovucu aparatların quraşdırıldığı görünsə də, bu hal həmin şəxsin hadisə vaxtı ov etmədiyini öz-özlüyündə təsdiq etmir. Əksinə, foto və videogörüntülər onun silahı atəşə hazır vəziyyətdə həmin ərazidə olduğunu göstərir. Apellyasiya şikayətində irəli sürülən “ovlanmış heyvan aşkar edilmədiyindən inzibati xətanın obyekti yoxdur” dəlili də əsaslı hesab edilə bilməz. Belə ki, IXM-in 272-1-ci maddəsinin dispozisiyasına görə məsuliyyət yalnız heyvanın faktiki vurulması halı ilə məhdudlaşmır. Həmin norma ov etmək qaydalarının kobud şəkildə pozulmasına, o cümlədən lazımi icazə olmadan, qadağan olunmuş yerlərdə, müddətlərdə, alət və ya üsullarla ov edilməsinə, habelə digər ov etmək qaydalarının müntəzəm pozulmasına görə məsuliyyət müəyyən edir. Bu maddənin sanksiyasında inzibati xətanın bilavasitə obyekti olmuş predmetlərin müsadirəsi isə “müsadirə edilməklə və ya edilməməklə” nəzərdə tutulmuşdur. Digər tərəfdən, “Ovçuluq haqqında” Qanunun 1.0.6-cı maddəsində ovçu ovçuluq bileti və ov etmək üçün icazəsi olan şəxs kimi müəyyən edilir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən ovçuluq fəaliyyəti ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında həyata keçirilir. “Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları”nın 2.1-ci bəndində isə ov yalnız heyvanın vurulması deyil, onun izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət kimi müəyyən edilmişdir. Iş materiallarından isə Qərardan şikayət verən orqan (şəxs) ov etmək üçün müvafiq icazəsinin olması müəyyən edilmir. Əksinə, məhkəmə iclasında özü də ov etmək üçün vəsiqəsinin olmadığını, yalnız şəxsi ov silahının olduğunu bildirmişdir. Bu baxımdan, onun silah saxlamaq və istifadə etmək hüququnun olması ilə ov etmək hüququnun olmasını eyniləşdirmək olmaz. Iş materiallarında olan polis şəhadətnaməsi yalnız 12 kalibrli “Huglu” markalı ov silahının saxlanılması və təyinatı üzrə istifadəsi üçün ona verildiyini təsdiq edir; həmin sənəd ov etmək üçün icazənin mövcudluğunu təsdiq edən sənəd deyildir. Apellyasiya şikayətində həmçinin inzibati xəta haqqında protokolun yalnız Ekologiya Idarəsinin əməkdaşlarının fərziyyələrinə əsaslandığı bildirilir. Lakin bu dəlil də iş materiallarının məzmununa uyğun gəlmir. Protokolun məzmunu digər sübutlarla, o cümlədən şahid ifadələri, foto və videogörüntülər və Qərardan şikayət verən orqan (şəxs) hadisə yerində silahla olması barədə müəyyən edilmiş faktlarla uzlaşır. IXM-in 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası da hazırkı iş üzrə pozulmamışdır. Belə ki, şəxsin təqsiri fərziyyə ilə deyil, qanunla müəyyən edilmiş qaydada əldə edilmiş və məhkəmə tərəfindən qiymətləndirilmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. IXM-in 76.1-ci maddəsi belə sübutlar sırasında şahid ifadələrini, foto və videogörüntüləri, inzibati xəta haqqında protokolu və digər faktiki məlumatları nəzərdə tutur. IXM-in 84.1-ci maddəsinə əsasən isə hakim sübutları işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanan daxili inamla qiymətləndirir. Beləliklə, iş üzrə müəyyən edilmiş hallar və sübutların məcmusu Qərardan şikayət verən orqan (şəxs) ov etmək üçün müvafiq icazəsi olmadan ov ərazisində silahla, silah atəşə hazır vəziyyətdə olmaqla hərəkət etdiyini və ov qaydalarını pozduğunu təsdiq edir. Onun əkin sahəsini vəhşi heyvanlardan qorumaq məqsədilə orada olduğunu bildirməsi isə müəyyən edilmiş bu halları aradan qaldırmır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyətli halları düzgün müəyyən etmiş, mövcud sübutları qanunun tələblərinə uyğun qiymətləndirmiş və Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanuni və əsaslı olması barədə düzgün nəticəyə gəlmişdir. IXM-in 135.1.1–135.1.6-cı maddələrində qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmişdir. Hazırkı iş üzrə həmin əsaslardan hər hansı birinin mövcudluğu müəyyən edilmir. IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda apellyasiya instansiyası məhkəməsi qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar