Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-525/2026 22.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan DİN Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin rəis R Rəşid Piriyev tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən hakim C.Əhmədov) şikayət təmin edilmiş Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 327.2-ci maddəsinə əsasən tərtib edilmiş TP ******* nömrəli ##.##.2026-cı il tarixli inzibati təhbeh vermə haqqında qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. İŞİN HALLARI: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş TP ******* nömrəli ##.##.2026-cı il tarixli inzibati təhbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-158)-779/2026 nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan DİN Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin rəis R Rəşid Piriyev tərəfindən apellyasiya şikayəti vermişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-in 327.2-ci maddəsinə əsasən tərtib edilmiş TP ******* nömrəli ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Aşağıdakı səbəblərdən hesab edirik ki, Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-in 327.2-ci maddəsinə əsasən Bakı Şəhəri BPİ DYP-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hakiminin mövqeyi: Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, “Asan Pay” tətbiqində Qərardan şikayət verən orqan (şəxs) məxsus şəxsi kabinetə sözügedən inzibati xətanın törədilməsi ilə bağlı hər hansı fotoşəkil və ya videogörüntü əlavə edilməmiş, məhkəmə araşdırması nəticəsində də hər hansı mötəbər sübutun mövcudluğu aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, belə olan halda, Qərardan şikayət verən orqan (şəxs) inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmir. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-in 327.2-ci maddəsinə əsasən tərtib edilmiş TP ******* nömrəli ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi tələbinə dair şikayəti əsaslı olduğundan təmin edilməli, TP ******* nömrəli ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə olan halda məhkəmə iş materiallarını tədqiq edib hüquqi qiymət verərək belə qənaətə gəlir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Prosessual pozuntular: Hakim qərarda göstərmişdir ki, qərarından şikayət verilmiş DİN-in BDYPİ məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Bununla bağlı qeyd edirik ki, İdarəyə rəsmi olaraq hər hansı bildiriş daxil olmamışdır. Belə ki, İXM-in 57.1-ci maddəsinin tələbinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş Poçt Haqqında AR Qanununa əsasən sifarişli qaydada göndərilməli və göndərilən səlahiyyətli orqana və ya vəzifəli şəxsə çatdırılmasını təsdiq edən xəbərnamə məhkəməyə daxil olduqdan sonra məhkəmə inzibati xəta haqqında işə mahiyyəti üzrə baxa bilərdi. İXM-in 133.2.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir, yaxud şikayətə və ya protestə baxılma təxirə salınır, şikayətə və ya protestə baxılma üçün vacib olan şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Göründüyü kimi hakim inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı olan vəzifəli şəxs və ya səlahiyyətli nümayəndəsinin gəlməməsi səbəblərini aydınlaşdırmadan hesab etmişdir ki, iclasın keçirilməsi mümkündür. Hakim tərəfindən kobud prosessual pozuntuya yol verilmişdir. Qərarın ləğv edilməsi üçün hüquqi əsaslar: Məhkəmə qərarında göstərilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026cı il tarixində Bakı şəhəri, Xətai rayonu, Xəqani Rüstəmov dairəsində hərəkəti zamanı İXM-in 327.2-ci maddəsinin tələblərini pozması ilə əlaqədar DYP əməkdaşı tərəfindən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, iş materiallarından aydın şəkildə görünür ki, söhbət xüsusi texniki vasitə ilə avtomatik qaydada qeydə alınmış inzibati xətadan deyil, Dövlət Yol Polisi əməkdaşı tərəfindən bilavasitə aşkar edilmiş və yerində protokolla rəsmiləşdirilmiş inzibati xətadan gedir. Lakin birinci instansiya məhkəməsi qərarın hüquqi əsaslandırılmasında əsasən İXM-in 122.1, 122.1- 1, 122.3, 122.4 və 122.5-ci maddələrinə istinad etmiş, “Asan Pay” tətbiqində foto və ya videogörüntünün yerləşdirilməməsini qərarın ləğvi üçün əsas kimi qəbul etmişdir. Hesab edirlər ki, bu yanaşma düzgün deyildir. Belə ki, İXM-in 122-ci maddəsinin müddəaları foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xətalarla bağlı xüsusi icraat qaydasını müəyyən edir. Hazırkı işdə isə inzibati xəta xüsusi texniki vasitə ilə deyil, DYP əməkdaşının bilavasitə müşahidəsi nəticəsində aşkar edilmişdir. Bu səbəbdən xüsusi texniki vasitə ilə qeydə alınmış xətalar üçün nəzərdə tutulmuş foto və video materialların elektron qərara əlavə edilməsi tələbinin hazırkı işə tətbiqi hüquqi baxımdan əsaslandırılmamışdır. Məhkəmə inzibati xəta haqqında protokolun sübut əhəmiyyətini lazımi qaydada qiymətləndirməmişdir. İş üzrə ##.##.2026-cı il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol səlahiyyətli vəzifəli şəxs tərəfindən xidməti fəaliyyət zamanı tərtib edilmiş rəsmi prosessual sənəddir və işin faktiki hallarının müəyyən edilməsində əhəmiyyətli sübut vasitəsi kimi qiymətləndirilməlidir. Məhkəmə isə protokolda əks olunan məlumatların mötəbərliyini konkret hansı əsasla şübhə altına aldığını göstərməmişdir. Belə ki, məhkəmə qərarında protokolun hansı məlumatlarının həqiqətə uyğun olmadığı, protokolu tərtib etmiş vəzifəli şəxsin hansı hərəkətinin qanunsuz olduğu və ya protokolun hansı prosessual tələblər pozulmaqla tərtib edildiyi göstərilməmişdir. Yalnız foto və ya videogörüntünün olmamasına istinad edilməklə inzibati xəta haqqında protokolun sübut əhəmiyyətinin aradan qaldırılması düzgün hüquqi yanaşma hesab edilə bilməz. Məhkəmə foto və video materialın olmamasını inzibati xətanın olmaması ilə eyniləşdirmişdir. Şəki Rayon Məhkəməsi qərarında “Asan Pay” tətbiqində Qərardan şikayət verən orqan (şəxs) məxsus şəxsi kabinetə fotoşəkil və ya videogörüntünün əlavə edilmədiyini, məhkəmə araşdırması zamanı da hər hansı mötəbər sübutun aşkar edilmədiyini qeyd etmişdir. Lakin bu nəticə iş üzrə inzibati xətanın yalnız foto və video materialla sübut edilə biləcəyi kimi yanlış yanaşmaya əsaslanır. İnzibati xəta haqqında işlər üzrə sübutetmə yalnız foto və video materiallarla məhdudlaşmır. Xüsusilə də inzibati xəta polis əməkdaşı tərəfindən bilavasitə müşahidə edildikdə, həmin vəzifəli şəxsin tərtib etdiyi protokol, izahatlar və işin digər materialları birlikdə qiymətləndirilməlidir. Əks yanaşma qəbul edildiyi halda, yol hərəkəti qaydalarının pozulmasını bilavasitə müşahidə edən yol polisi əməkdaşının protokol tərtib etməsi faktiki olaraq sübutedici vasitəsi kimi əhəmiyyətini itirmiş olar. Məhkəmə sübutları məcmu halında qiymətləndirməmişdir. Məhkəmə iş üzrə yalnız “Asan Pay” elektron kabinetində foto və video materialın olubolmamasına diqqət yetirmişdir. Halbuki iş üzrə inzibati xəta haqqında protokol, inzibati tənbeh vermə haqqında qərar, protokolu tərtib etmiş DYP əməkdaşının məlumatları, inzibati xətanın törədildiyi yer və vaxt, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı, sürücünün izahatları, digər iş materialları birlikdə araşdırılmalı və onların hər birinə hüquqi qiymət verilməli idi. Məhkəmə qərarda isə protokolda göstərilən faktların hansı səbəbdən inandırıcı hesab edilmədiyi konkret və əsaslandırılmış şəkildə göstərilməmişdir. Bu isə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması prinsipinin tələblərinə uyğun deyildir. İXM-in 135.1.6-cı maddəsinin tətbiqi üçün zəruri əsaslar müəyyən edilməmişdir. Məhkəmə qərarın nəticə hissəsini əsaslandırarkən İXM-in 135.1.6-cı maddəsinə istinad etmiş və hesab etmişdir ki, Məcəllənin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması mövcuddur. Lakin məhkəmə tərəfindən belə pozuntunun konkret olaraq nədən ibarət olduğu müəyyən edilməmişdir. Qərarda inzibati xəta haqqında protokolun hansı prosessual norma pozulmaqla tərtib edildiyi, qərarın hansı məcburi rekvizitlərinin olmadığı və ya iş üzrə hansı prosessual hərəkətin həyata keçirilmədiyi konkret göstərilməmişdir. Sadəcə foto və videogörüntünün mövcud olmaması İXM-in 135.1.6-cı maddəsində nəzərdə tutulan səviyyədə prosessual pozuntu kimi qiymətləndirilə bilməz. Məhkəmə sürücünün təqsirini təsdiq edən halları lazımi həcmdə araşdırmamışdır. Qərardan şikayət verən orqan (şəxs) öz şikayətində dairəvi kəsişmədə hərəkət edərkən yol hərəkəti qaydalarını pozmadığını bildirmişdir. Lakin şəxsin özünün inzibati xətanı törətmədiyini bildirməsi, öz-özlüyündə, həmin halın sübuta yetirilməsi demək deyildir. Məhkəmə sürücünün izahatını DYP əməkdaşının protokolda əks etdirdiyi məlumatlarla qarşılaşdırmalı və mövcud ziddiyyətlərin hansı sübutlarla aradan qaldırıldığını müəyyən etməli idi. Başqa sözlə, məhkəmə yalnız şikayətçinin mövqeyini deyil, inzibati xəta haqqında protokolun məzmununu və onu tərtib edən vəzifəli şəxsin müşahidəsini də hərtərəfli qiymətləndirməli idi. “Şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməsi” prinsipi düzgün tətbiq edilməmişdir. Məhkəmə İXM-in 8.3-cü maddəsinə istinad etmişdir. Təbii ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə aradan qaldırılmayan şübhələr onun xeyrinə həll edilməlidir. Lakin bu prinsip iş üzrə mövcud olan bütün sübutlar araşdırılmadan və onların hüquqi qiymətləndirilməsi aparılmadan tətbiq edilə bilməz. Hazırkı işdə məhkəmə foto və video materialın olmamasını əsas götürərək faktiki olaraq digər sübutların hüquqi əhəmiyyətini də istisna etmişdir. Halbuki əvvəlcə iş üzrə bütün sübutlar araşdırılmalı, onların bir-biri ilə uyğunluğu və ziddiyyətləri müəyyən edilməli, yalnız bundan sonra aradan qaldırıla bilməyən şübhənin mövcud olub-olmaması müəyyən edilməli idi. Qərarın nəticəsi iş üzrə müəyyən edilmiş faktiki hallarla uzlaşmır. Məhkəmənin qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi nəqliyyat vasitəsi müəyyən edilmişdir, hadisənin yeri müəyyən edilmişdir, hadisənin tarixi müəyyən edilmişdir, İXM-in 327.2-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir, protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Buna baxmayaraq, məhkəmə həmin protokolda göstərilən halların nə üçün sübut kimi qəbul edilə bilmədiyini kifayət qədər əsaslandırmadan yalnız foto və video materialın elektron kabinetdə olmamasına istinad etmişdir. Beləliklə, məhkəmə inzibati xətanın sübut edilməməsi barədə nəticəyə gələrkən iş üzrə mövcud sübutların hamısını lazımi qaydada qiymətləndirməmişdir. Göründüyü kimi hakim yuxarıda sadalanan halların heç birini araşdıraraq həmin hallara hüquqi qiymət verilmədən formal yanaşma edib qanuni və əsaslı qərarı ləğv etməklə kobud səhvə yol vermişdir. İXM-in 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinə əsasən yol hərəkətinin iştirakçıları: 1) yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; 2) yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) törədilmiş inzibati xətaya görə birbaşa məsuliyyət daşıyır və yuxarıda göstərilən hallarla bağlı, hər hansı şübhələr və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud olmamışdır. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Əlavə olaraq qeyd edilməlidir ki, Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarı ilə bağlı məhkəmə tərəfindən həyata keçirilmiş prosessual məlumatlandırma və sənədlərin göndərilməsi məsələsində də mühüm hal mövcuddur. Belə ki, Şəki Rayon Məhkəməsinin sözügedən iş üzrə məhkəmə iclaslarının keçirilməsi barədə bildirişləri, habelə ##.##.2026-cı il tarixli qərarı Bakı Şəhəri Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. Bu hal iş materiallarından və məhkəmə tərəfindən həyata keçirilmiş elektron və ya digər rəsmi məlumatlandırma sənədlərindən müəyyən edilə bilər. Halbuki inzibati xəta haqqında qərardan şikayət edilmiş iş üzrə məhkəmə icraatında tərəf qismində çıxış edən orqanın düzgün müəyyən edilməsi və məhkəmə sənədlərinin həmin iş üzrə prosessual statusa malik müvafiq subyektə lazımi qaydada təqdim edilməsi xüsusi əhəmiyyət daşıyır. Baş Dövlət Yol Polisi İdarəsi ilə Bakı Şəhəri Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi ayrı-ayrı struktur və inzibati subyektlərdir. Bu baxımdan bir orqana ünvanlanmış məhkəmə sənədinin digər orqana təqdim edilmiş hesab olunması və bunun əsasında həmin orqanın apellyasiya müddətini ötürdüyü nəticəsinə gəlinməsi yolverilməzdir. Hazırkı iş üzrə isə Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı və iş üzrə bütün bildirişlərin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməsi apellyasiya şikayətinin verilməsi müddətinin hesablanması baxımından mühüm hüquqi əhəmiyyət daşıyır. Xüsusilə qeyd edilməlidir ki, məhkəmə qərarının qanunla müəyyən edilmiş qaydada və müddətdə şikayət vermək hüququ olan müvafiq prosessual tərəfə təqdim edilməsi apellyasiya müddətinin başlanmasının əsas şərtlərindən biridir. Bu səbəbdən Baş Dövlət Yol Polisi İdarəsinin apellyasiya şikayətinin verilməsi zamanı müddətin ötürülməsi barədə hər hansı nəticənin çıxarılması üçün hüquqi əsas yoxdur. Əksinə, apellyasiya müddətinin başlanğıcı müəyyən edilərkən qərarın məhz şikayət vermək hüququ olan müvafiq prosessual subyektə qanunla müəyyən edilmiş qaydada təqdim edildiyi tarix əsas götürülməlidir. Beləliklə, hazırkı iş üzrə apellyasiya şikayətinin müddətinin ötürüldüyü barədə hər hansı mülahizə əsassızdır və şikayət müddətin buraxılması ilə əlaqədar heç bir hüquqi maneə olmadan icraata qəbul edilməlidir. Bundan başqa, məhkəmə sənədlərinin səhv subyektə göndərilməsi nəticəsində tərəfin məhkəmə müdafiəsi və apellyasiya şikayəti vermək hüququnun faktiki məhdudlaşdırılması baş verə bilməz. Belə prosessual qeyri-müəyyənliyin mənfi nəticələri isə apellyasiya hüququndan istifadə edən tərəfin üzərinə qoyulmamalıdır. Odur ki, Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-in 327.2-ci maddəsinə əsasən Bakı Şəhəri BPİ DYP-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və barəsində nzibati xəta haqqında protokol tərtib edilmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onların iştirakı olmadan məhkəmə baxışının keçirilməsini mümken hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. TP ******* nömrəli ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixində Bakı şəhəri, Xətai rayonu, Xəqani Rüstəmov dairəsində hərəkət edərkən İXM-in 327.2-ci maddəsinin tələblərini pozması əsası ilə barəsində Dövlət Yol Polisi əməkdaşı tərəfindən IXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək 100 manat və 3 bal inzibati cərimə edilmişdir. “Asan Pay” tətbiqində Qərardan şikayət verən orqan (şəxs) məxsus şəxsi kabinetdən çıxarışdan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xəqani Rüstəmov dairəsində hərəkət edərkən İXM-in 327.2-ci maddəsinin tələblərini pozması əsası ilə 100 manat və 3 bal cərimə edilməsi qeyd edilsə də, inzibati xəta haqqında protokol üzrə tərtib edilmiş elektron qərar və həmin qərarın tərtib edilməsinə əsas olmuş, foto və ya videogörüntülər elektron kabinetə əlavə edilməmişdir. Məhkəmə iş materiallarını apelyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq hesab edir ki, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən, DİN Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin rəisi R Rəşid Piriyev tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş halların məcmusundan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) sözügedən inzibati xətanı törətməsi barədə nəticəyə gəlməyə imkan verən mötəbər və kifayət qədər sübutlar mövcud deyildir. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, “Asan Pay” tətbiqində Qərardan şikayət verən orqan (şəxs) oğluna məxsus şəxsi kabinetə sözügedən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı fotoşəkil və ya videogörüntü əlavə edilməmiş, habelə məhkəmə araşdırması zamanı inzibati xətanın məhz Qərardan şikayət verən orqan (şəxs) Raqif oğlu tərəfindən törədilməsini təsdiq edən digər mötəbər və kifayət qədər sübut müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, bu halda şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qanunla tələb olunan sübutetmə səviyyəsinə nail olunmamışdır. İXM-in 3-cü maddəsinə əsasən, yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Deməli, inzibati məsuliyyətin yaranması üçün yalnız müəyyən hərəkətin baş verməsinin ehtimal edilməsi kifayət etmir, həmin əməlin konkret şəxs tərəfindən törədilməsi və həmin şəxsin təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməlidir. Bu tələb İXM-in 8-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyası prinsipi ilə bilavasitə bağlıdır. Həmin maddəyə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bundan başqa, şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və təqsirlilik barədə şübhələr onun xeyrinə həll edilir. Hazırkı işdə inzibati xəta hadisəsinin baş verməsi barədə iddia ilə həmin xətanın məhz Əşirov Azad Raqif oğlu tərəfindən törədilməsinin sübuta yetirilməsi eyni məsələ hesab edilə bilməz. Hətta müəyyən hərəkətin və ya pozuntunun baş verməsi ehtimalı qəbul edilsə belə, həmin hal birbaşa olaraq onun Qərardan şikayət verən orqan (şəxs) oğlu tərəfindən törədildiyini sübut etmir. Konkret şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün şəxs ilə hüquqazidd əməl arasında sübutlarla təsdiqlənmiş əlaqə mövcud olmalıdır. İXM-in 76-cı maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Buradan görünür ki, inzibati xəta haqqında protokolun mövcudluğu öz-özlüyündə həmin protokolda göstərilən məlumatların mütləq həqiqət kimi qəbul edilməsi üçün əsas yaratmır. Protokolda göstərilən hallar digər sübutlarla birlikdə qiymətləndirilməli, şəxsin təqsiri isə müstəqil şəkildə sübuta yetirilməlidir. Ona görə də məhkəmə hesab edir ki, hazırkı iş üzrə inzibati xəta haqqında protokolun mövcudluğu məhkəməni həmin sənəddə əks olunan məlumatları qeyd-şərtsiz qəbul etməyə məcbur etmir. Əksinə, məhkəmə təqdim edilmiş sübutların kifayətliliyini, qarşılıqlı uyğunluğunu və mötəbərliyini yoxlamalıdır. Birinci instansiya məhkəməsi haqlı olaraq işin bu mühüm faktiki halına düzgün hüquqi qiymət verərək, hesab etmişdir ki, şikayət əsaslı olduğundan təmin edilməli, DİN Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin TP ******* nömrəli ##.##.2026-cı il tarixli inzibati təhbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Apellyasiya şikayətində qeyd olunmuş məhkəmə foto və video olmadığı üçün faktiki olaraq digər sübutların hüquqi əhəmiyyətini istisna etmişdir yanaşmasını doğru hesab etmək olmaz. Belə ki, məhkəmənin gəldiyi nəticə “foto və video olmadığı üçün şəxs təqsirsizdir” kimi yanaşmaya deyil, daha geniş hüquqi mülahizəyə əsaslanır. Məhkəmənin mövqeyinin əsasında duran əsas fikir budur ki, iş üzrə şəxsin konkret inzibati xətanı törətməsini təsdiq edən mötəbər sübutlar müəyyən edilmədiyindən, onun inzibati məsuliyyətə cəlb olunması üçün zəruri faktiki əsas formalaşmamışdır. Apellyasiya şikayətinin dəlilləri sırasında birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə bildirişin aidiyyəti üzrə Bakı Şəhəri Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə deyil, səhvən digər polis qurumuna (Şəki ŞRPŞ-nə) göndərilməsi və bununla da səlahiyyətli orqanın məhkəmə iclasında iştirak hüququnun pozulması iddia olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə sənədlərinin qərarı qəbul etmiş bilavasitə səlahiyyətli orqana deyil, başqa orqana göndərilməsi həqiqətən də prosessual norma pozuntusudur. Lakin bu pozuntu işin mahiyyəti üzrə düzgün həllinə və formalaşmış yekun nəticəyə təsir göstərməmişdir. Qanunvericiliyin tələblərinə görə, məhkəmə aktının ləğvi üçün yalnız işin yanlış həllinə səbəb olmuş və ya səbəb ola biləcək kobud prosessual pozuntular əsas yaradır. Sübutların yoxluğu və xəta faktının təsdiqini tapmaması inkarolunmaz fakt olaraq qaldığından, sırf bildirişin ünvana səhv göndərilməsi qanuni qərarın ləğvi üçün müstəqil əsas ola bilməz. Bununla yanaşı, məhkəmə xüsusi olaraq qeyd edir ki, birinci instansiya məhkəməsində yol verilmiş həmin prosessual qüsur apellyasiya instansiyası məhkəməsində icraat zamanı tam aradan qaldırılmışdır. Belə ki, apellyasiya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi bildiriş məhz qərarı qəbul etmiş və şikayət vermiş aidiyyəti orqana – Bakı Şəhəri Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə düzgün ünvanlanaraq göndərilmiş və çatdırılması qanunla müəyyən edilmiş qaydada təmin olunmuşdur. Buna baxmayaraq, səlahiyyətli orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, şikayətini müdafiə etmək və xətanı təsdiq edən əlavə mötəbər sübutlar təqdim etmək hüququndan istifadə etməmişdir. Bu fakt bir daha təsdiq edir ki, bildirişin göndərilməsindəki ilkin texniki xəta işin nəticəsinə təsir etməyən formal pozuntu xarakteri daşıyır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Şəki Rayon Məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir və qərarın ləğv edilməsi üçün kifayət edən əsaslar təqdim olunmamışdır. Bu səbəbdən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılmalıdır. Hazırkı halda işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır və bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən İXM-in tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Belə ki, təqsirsizlik prezumpsiyası prinsiplərindən bəhs edən İXM-in 8.1, 8.2 və 8.3-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkə Məhkəmə, həmçinin qeyd edir ki, əməldə inzibati xəta tərkibinin mövcudluğuna dəlalət edən sübut bazası kifayət qədər yetərli olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olduğundan, inzibati xəta haqqında işin yenidən baxılmaq üçün vəzifəli şəxsə göndərilməsi məqsədəmüvafiq deyildir. Beləliklə apellyasiya məhkəmə mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki Qərardan şikayət verən orqan (şəxs) İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, həmçinin onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmasını təsdiq edən kifayət qədər əsaslar yoxdur, həmiçinin məhkəmə apelyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəmısinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyil. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan DİN Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin rəis R Rəşid Piriyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ: İXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və İXM-in 133-134 və 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-525/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-525/2026
22.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver