Məhkəmə qərarları › İş №3(3-10)-527/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-527/2026

25.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-527/2026 25.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Kərimli Amil Süleyman oğlunun katibliyi, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən hakim A.Mirzəzadə) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - IXM) 528.1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Işin halları Qax rayon Icra və Probasiya şöbəsinin böyük icra məmuru, R Yaşar Mahayev tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 528.1-ci maddəsi ilə ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Qax Rayon Icra və Probasiya Şöbəsinin böyük icra məmuru, R Yaşar Mahayev bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cəmi 214.258 manat pul alınaraq Zərərçəkmiş şəxs verilməlidir. Qeyd olunan icra sənədi ## #### 2026-cı il tarixdə Qax rayon Icra və Probasiya şöbəsinin icraatına daxil olmuş, tərəfindən “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən “icraata başlamaq” haqqında qərar qəbul edilərək, müvafiq bildirişlə birlikdə tərəflərə və müvafiq məhkəməyə göndərilmişdir. Borclu ##.##.2026-cı il tarixdə Qax rayon Icra və Probasiya şöbəsində olmuş ondan müvafiq qaydada izahat alınmış və yaranacaq məsuliyyət diqqətinə çatdırılmışdır. Borclunun şöbəyə verdiyi izahatında borcu hakimlik pensiyasına çıxdıqdan sonra hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Növbəti dövrlərdə borclu yenidən şöbəyə dəvət edilmiş və müvafiq qaydada izahat alınmışdır. Tələbkar Zərərçəkmiş şəxs ##.##.2026-cı il tarixdə Qax rayon Icra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək borclu barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilməsini xahiş etmişdir. Borclunun ##.##.2026-cı il tarixə şöbəyə verdiyi izahatında qeyd olunan borcu hakimlik pensiyasına çıxdıqdan sonra hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Belə ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında bildirmişdir ki, o, borcunu ödəməkdən yayınmır. O müxtəlif tarixlərdə borcundan ödənişlər etmişdir. Hazırda hüquq şirkətində işləyir və əmək haqqı 500 manatdır. Bundan sonrakı aylarda da ödənişlər edəcəkdir. Gələn il hakimlik pensiyasına çıxacaqdır və aldığı məvacibdən borcunu ödəyəcəkdir. Göstərilən halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında fərdi qaydada fəaliyyət göstərən vəkil vəkil2 göstərmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göründüyü kimi borcundan yayınmaq fikrində deyildir. O müxtəlif tarixlərdə borcundan ödənişlər etmişdir. Maddi vəziyyətinin də nəzərə alınmasını bildirmişdir. Iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, borclu ilə aralarındakı borc münasibəti 2006-2007-ci illərdə yaranmışdır. Uzun müddət ölkə xaricində yaşamışdır. Borcunun ödənilməsini tələb edir. Məhkəmədən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati həbsin seçilməsini xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə IXM-in 528.1-ci maddəsinin tərkibinin olmadığı qənaətinə gələrkən yalnız borclunun qismən ödəniş etməsi faktını əsas götürmüş, lakin ödənişin ümumi borca (214.258 manat) nisbətdə cüzi (təxminən 2,3%) olmasını, habelə borclunun ünvan dəyişikliyi, qeyri-müəyyən bəhanələr və faktiki yaşayış yerini gizlətməsi kimi hərəkətlərinin məcmusunu qiymətləndirməmişdir. Bu hərəkətlərin məcmusu icra sənədinin tələbindən üzrsüz səbəbdən yayınmanı təsdiq edir. Məhkəmə inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olub-olmamasını hərtərəfli araşdırmamış, xüsusilə borclunun subyektiv tərəfini (qəsdini) səthi qiymətləndirmişdir. Məhkəmə iclasında borclu hakimin sualına cavab olaraq Bakı şəhərində yaşadığını və işlədiyini bildirsə də, iş üçün mühüm əhəmiyyət kəsb edən bu hal məhkəmə iclasının protokolunda əks etdirilməmişdir. Bununla da işin faktiki hallarının tam və obyektiv araşdırılması təmin edilməmiş, məhkəmənin gəldiyi nəticəyə təsir edə biləcək mühüm hal nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən aşağıdakı halları aydınlaşdırmamışdır: Borclunun Bakı şəhərində (Sabunçu rayonu) qeydiyyatından Gədəbəy rayonuna keçməsinin səbəbləri və bunun icradan yayınma məqsədi daşıyıb-daşımadığı araşdırılmamışdır. Gədəbəy rayonunda borclunun qeydiyyat ünvanına baxış zamanı orada faktiki yaşamadığının aşkar edilməsi və bu barədə tərtib edilmiş sənədlər məhkəmə tərəfindən tələb olunmamış və qiymətləndirilməmişdir. Borclunun Gədəbəydə bəyan etdiyi torpaq sahəsinin mövcudluğu, hüquqi statusu və satışa çıxarılıb-çıxarılmadığı araşdırılmamış, diqqətə alınmamışdır. Borclunun iclasda şifahi şəkildə bildirdiyi Bakıda yaşama və işləmə faktı araşdırılmamış, bunun rəsmi qeydiyyat ünvanı ilə ziddiyyət təşkil etməsinin səbəbləri aydınlaşdırılmamışdır. Borclunun hakimlik pensiyasına çıxma iddiasının real və qanuni əsaslarının mövcudluğu yoxlanılmamışdır. Borclunun vaxtından əvvəl hakimlik fəaliyyətinə xitam verilmiş, həmçinin, borclu barəsində verdiyi şikayətin araşdırılması zamanı borclunun hakim işlədiyi müddətdə ona qarşı külli miqdarda dələduzluq etdiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi və 310-cu maddəsi ilə təqsirli bilinmiş, bu da onun qanuni qaydada pensiyaya çıxması imkanını mübahisəli edir və məhkəmənin əsaslandığı əsas arqumentlərdən birinin etibarlılığını şübhə altına alır. Məhkəmə qərarında borclunun icradan qəsdən və ya üzrsüz səbəbdən yayınmadığı qənaətinə gəlmişdir, lakin bu nəticə yalnız borclunun şifahi izahatlarına əsaslanmış, heç bir obyektiv sənədli sübutla (məsələn: ödəniş qrafiki, əmək müqaviləsi, gəlir haqqında arayış, torpağa dair mülkiyyət sənədləri) təsdiqlənməmişdir. Ünvan dəyişikliyi ilə bağlı Gədəbəy rayon Icra və Probasiya şöbəsinin materialları, axtarış qərarları və ünvana baxış aktları iş materiallarına əlavə edilməmiş və araşdırılmamışdır ki, bu da məhkəmənin gəldiyi nəticənin kifayət qədər sübutla təsdiqlənmədiyini göstərir. Məhkəmə 214.258 manat borcun yalnız cüzi hissəsinin (təxminən 5.000 manat, ümumi borcun 2,3%-i) ödənilməsini kifayət hesab edərək icraata xitam vermişdir. Bu nəticə, borclunun 4 il 5 aydan artıq müddət ərzində dəfələrlə barəsində axtarışlar verilməsi və bu axtarışlardan yayınmaq üçün ardıcıl olaraq qeydiyyat ünvanını dəyişdirməsi, formal qeydiyyatlar tərtib etməsi, əsassız bəhanələr irəli sürməsi kimi sistemli davranışı ilə uzlaşmır. Faktların məcmu qiymətləndirilməsi zamanı bu hərəkətlər icra sənədinin tələbindən qəsdən yayınmanın əlamətləri kimi qiymətləndirilməli idi, halbuki məhkəmə əks nəticəyə gəlmişdir. Odur ki, Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarının ləğv edilməsini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə yenidən, işin bütün faktiki halları, o cümlədən qeydiyyat ünvanının dəyişdirilməsi tarixçəsi, Bakıda yaşama faktı və borclunun icra sənədinin icrasının məqsədli olaraq uzatması (icra edilməməsi) vəziyyətini nəzərə alınmaqla baxılmasını, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-ci maddəsi ilə təqsirli hesab edilərək barəsində inzibati həbs tənbehinin tətbiq edilməsi xahiş etmişdir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətində göstərilənləri müdafiə edərək, şikayətinin təmin olunmasını və Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının ləğv olunmasını xahiş etdi. Apellyasiya məhkəməsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan Qax rayon Icra və Probasiya şöbəsinin nümayəndəsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasına gəlməmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil1 elektron kabinetə ərizə təqdim edərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bu səbəbdən işin başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər IXM-in 133.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlillərini tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 214.258 manat pul vəsaitinin alınaraq Zərərçəkmiş şəxs verilməsi nəzərdə tutulmuş, həmin icra sənədi ## #### 2026-cı il tarixdə Qax rayon Icra və Probasiya şöbəsinə daxil olmuş və icraata başlanılması barədə qərar qəbul edilərək tərəflərə müvafiq bildirişlər göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə icra şöbəsində olmuş, ondan izahat alınmış və icra sənədinin icra edilməməsinin hüquqi nəticələri diqqətinə çatdırılmışdır. Iş materiallarından həmçinin görünür ki, sonrakı tarixlərdə də ondan izahatlar alınmış, o isə borcunu hakimlik pensiyasına çıxdıqdan sonra hissə-hissə ödəyə biləcəyini bildirmişdir. IXM-in 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra edilməməsi, yaxud icra məmurunun məhkəmə və ya digər dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olur. Həmin normada fiziki şəxs barəsində 500 manatdan 1000 manatadək cərimə və ya işin hallarına və şəxsin şəxsiyyətinə görə bir ayadək inzibati həbs tətbiq edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, IXM-in 528.1-ci maddəsi üzrə məsuliyyət məsələsinin həlli üçün yalnız icra sənədinin mövcud olması və onun tam icra edilməməsi kifayət etmir. Həmçinin müəyyən edilməlidir ki, icra sənədinin icrası üçün borcluya konkret müddət müəyyən edilmiş, həmin tələb borcluya lazımi qaydada çatdırılmış, borclu tərəfindən tələb həmin müddətdə icra edilməmiş və icra edilməmənin üzrlü səbəbi olmamışdır. “Icra haqqında” Qanunun 82.1-ci maddəsində də icra sənədinin icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə üzrsüz səbəbdən icra edilməməsi halında borclunun inzibati məsuliyyətə cəlb olunması üçün protokol tərtib edilməsi nəzərdə tutulur. Həmin Qanunun 70.1-ci maddəsinə əsasən isə icraata başlanıldıqdan sonra icra məmuru icra sənədində göstərilən hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət müəyyən edir. Hazırkı iş üzrə isə birinci instansiya məhkəməsi tərəfindən icra sənədinin icrası ilə bağlı borcluya hansı konkret müddətin verilməsi, həmin müddətin nə vaxt başa çatması, icra məmurunun borcluya hansı konkret qanuni tələbləri irəli sürməsi və həmin tələblərin borclu tərəfindən hansı formada yerinə yetirilməməsi tam müəyyən edilməmişdir. Digər tərəfdən, borclunun əmək haqqının 500 manat olması, müxtəlif vaxtlarda müəyyən ödənişlər etməsi və borcu gələcəkdə, o cümlədən hakimlik pensiyasına çıxdıqdan sonra ödəyəcəyini bildirməsi də öz-özlüyündə onun icra sənədinin icrasından üzrlü və ya üzrsüz səbəbdən yayınması barədə qəti nəticəyə gəlməyə imkan vermir. Bu halların hər biri borclunun faktiki maliyyə imkanları, gəlirləri, əmlakı və digər icra imkanları ilə birlikdə qiymətləndirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, IXM-in 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin olub-olmaması, şəxsin həmin xətanı törədibtörətməməsi, onun təqsiri, habelə işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar müəyyən edilməlidir. Bununla yanaşı, IXM-in 84.1-ci maddəsinə əsasən sübutlar işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə araşdırılmasına əsaslanan daxili inamla qiymətləndirilməlidir. Apellyasiya instansiyası isə IXM-in 133.2.8-ci maddəsinə əsasən qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlayır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi isə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcu ödəməkdən yayınmadığı, müxtəlif vaxtlarda ödənişlər etdiyi və gələcəkdə ödəniş etmək niyyətində olduğu barədə izahatlarına əsaslanmış, lakin bu izahatların obyektiv sübutlarla təsdiq olunub-olunmadığını, xüsusilə onun faktiki gəlirlərini, əmlak vəziyyətini, işlədiyi yeri, mümkün əmlakını və digər maliyyə imkanlarını araşdırmamışdır. Burada həmçinin nəzərə alınmalıdır ki, IXM-in 528.1-ci maddəsinin dispozisiyasında “qəsdən yayınma” deyil, “üzrsüz səbəbdən icra edilməmə” hüquqi şərt kimi müəyyən edilmişdir. Buna görə də iş üzrə yalnız borclunun qəsdinin olub-olmamasının deyil, icra sənədinin müəyyən edilmiş müddətdə icra edilməməsinin səbəblərinin üzrlü olubolmamasının və borclunun həmin öhdəliyi yerinə yetirmək üçün faktiki imkanlarının mövcudluğunun müəyyən edilməsi zəruridir. “Icra haqqında” Qanunun 82.3-cü maddəsində isə ayrıca olaraq icra sənədinin qərəzli icra edilməməsi halının cinayət məsuliyyəti müstəvisinə aid edildiyi nəzərdə tutulur. IXM-in 135.1.1-ci maddəsinə görə hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə görə isə Məcəllənin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına mane olacaq dərəcədə pozulması qərarın ləğv edilməsi üçün əsasdır. Belə hallarda IXM-in 134.1.4-cü maddəsinə əsasən qərar ləğv edilərək iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilir. Ona görə də, apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsaslanaraq və IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar