Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 3(3-10)-533/2026 25.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından protokol tərtib edən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qərardan şikayət verən orqan (şəxs) barəsində olan İXM-in 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından protokol tərtib edən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Аpellyasiya Məhkəməsinə аiddir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi qərarı ## ###### 2026-cı ildə qəbul etmişdir və qərarın surəti tərəflərə ## ######## 2026-cı il tarixində tərəflərə göndərilmişdir. İXM-in 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir (İXM-in 57.2-ci maddəsi). İnzibati xəta haqqında iş üzrə sənəd bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan rəsmi qaydada verilmiş hesab edilir (İXM-in 57.5-ci maddəsi). Bu baxımdan, şikayət vermə müddətinin başlanğıcı ## ######## 2026-cı il hesab edilməli və həmin tarixdən etibarən 10 günlük müddət hesablanmalıdır. Qeyd olunan müddət ərzində şikayət verilməmiş, şikayət yalnız ## ######## 2026-cı il tarixində bilavasitə birinci instansiya məhkəməsinin dəftərxanasına verilmişdir. Beləliklə, qərarın qəbul edildiyi tarixdən şikayətin daxil olduğu tarixədək qanunla müəyyən edilmiş 10 günlük şikayət vermə müddəti keçmişdir. Başqa sözlə, şikayətçi tərəfindən inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətə riayət edilməmiş və şikayət qanunla müəyyən edilmiş müddət ötürüldükdən sonra təqdim edilmişdir. Belə ki, araşdırılan işdən məlum olur ki, apellyasiya şikayətinin prosessual müddəti protokol tərtib edən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə münasibətdə ## ######## 2026-cı il tarixdə bitmişdir. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir (İXM-in 130.2-ci maddəsi). Göründüyü kimi, qeyd olunan maddələrin mənasına görə, birinci instansiya məhkəməsinin inzibati xəta haqqında qərarının surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində şikayət verilə bilər və əgər şikayət vaxtında verilməmişdirsə, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim tərəfindən bərpa edilə bilər. İş materiallarından görünür ki, inzibati xəta haqqında qərar protokol tərtib edən orqan Şəki Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti şikayət vermə müddətini ötürmüş və bu məsələ birinci instansiya məhkəməsi tərəfindən müzakirə edilməmişdir. Belə vəziyyətdə məsələ İXM-in 130-cu maddəsinin tələblərinə uyğun olaraq həll edilməsi üçün şikayət və iş materialları iş üzrə qərar qəbul etmiş birinci instansiya məhkəməsinə göndərilməlidir. İXM-in 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu məsələsi həll edilir. Şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir (İXM-in 132.2-ci maddəsi). Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin inzibati xəta haqqında qərarından buraxılmış şikayət vermə müddətinin bərpasına baxılmalı olduğundan və protokol tərtib edən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti şikayət vermə müddətini ötürməsi məsələsinə birinci instansiya məhkəməsi tərəfindən baxılmadığından, inzibati işin materialları həmin məsələnin həll edilməsi məqsədi ilə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və İXM-in 132-ci maddəsini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından protokol tərtib edən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən verilmiş şikayətin vermə müddətinin bərpa edilməsi məsələsinə baxılması üçün işin materialları Şəki Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаddan kаssаsiyа qаydаsındа şikаyət və yа protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-533/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-10)-533/2026
25.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver