Məhkəmə qərarları › İş №3(3-10)-534/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-534/2026

23.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-534/2026 23.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyаsiyа Məhkəməsinin Cinayət Kollegiyаsının hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Xəlilov Ramin Ramiz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Göyçay Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Nümayəndə Sirac oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (hаkim C.Camalzadə) ## ######## 2026-cı il tarixli, *(*- ***)-****/**** nömrəli qərarı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası IXM və ya IXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsi, inzibati həbsin müddətinin əvvəlinin ##.##.2026-cı il tarixdən saat 17:55-dən hesablanması, qərarın icrasının Göyçay Rayon Polis Şöbəsinə və Göyçay rayon Icra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. işin halları: Göyçay rayon Icra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən ## ######## 2026-cı il tarixdə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Göyçay Rayon Məhkəməsinin ## ##### 2018-ci il tarixli, *(***)-****/**** nömrəli icra sənədi üzrə kreditor BOKT “X1 Kredit” MMC-nin xeyrinə tutulmalı olan 518,76 (beş yüz on səkkiz ABŞ dolları 76 sent) ABŞ dolları məbləğində borcu Azərbaycan manatının məzənnəsinə uyğun olaraq, habelə 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunu üzrsüz səbəbdən ödəməmiş, bununla da icra sənədində nəzərdə tutulmuş tələbləri qanunvericiliklə müəyyən edilmiş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Bu səbəbdən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında iş üzrə icraat başlanmış və baxılması üçün məhkəməyə göndərilmişdir. Birinci instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında göstərmişdir ki, Göyçay Rayon Məhkəməsinin # ##### 2018-ci il tarixli, *(***)-****/**** nömrəli icra sənədi üzrə BOKT “X1 Kredit” MMC-nin xeyrinə tutulmalı olan borcu maddi çətinlikləri səbəbindən tam şəkildə ödəyə bilməmişdir. O, ## ######## 2026-cı il tarixdə borcdan 100 manat məbləğində ödəniş etdiyini, hazırda isə 475 manat borcunun qaldığını bildirmişdir. Hazırda maddi vəziyyətinin borcun qalan hissəsini tam şəkildə ödəməyə imkan vermədiyini qeyd etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Göyçay rayon Icra və Probasiya Şöbəsinin icra məmuru X2 izahatında göstərmişdir ki, Göyçay Rayon Məhkəməsinin # ##### 2018-ci il tarixli, *(***)-****/**** nömrəli icra sənədi əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT “X1 Kredit” MMC-nin xeyrinə borcun tutulmasına dair icra sənədi icraya qəbul edilmiş, borcluya icra sənədinin könüllü icrası təklif olunmuş, onun hüquq və vəzifələri, habelə icra sənədini icra etmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət izah edilmişdir. Buna baxmayaraq, borclu icra sənədi üzrə üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Belə ki, 2018-ci ildən hazırkı vaxtadək borclu tərəfindən yalnız ## ######## 2026-cı il tarixdə 100 manat məbləğində ödəniş edilmiş və icra sənədi üzrə 475 manat borc ödənilməmiş qalmışdır. Bu səbəbdən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Göyçay Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Nümayəndə Sirac oğlu apellyasiya şikayəti verərək, Göyçay Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, icra sənədi üzrə borcun tam ödənilməsini göstərərk, bu halı nəzərə alıb şikayətin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli şəxs Göyçay rayon Icra və Probasiya Şöbəsinin nümayəndəsi və zərəçəkmiş hüquqi şəxs BOKT “X1 Kredit” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Аzərbаycаn Respublikаsı Inzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, prosesdə iştirаk edən şəxslərin şikayətlə bağlı izahat və çıxışlarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Nümayəndə Sirac oğlu tərəfindən verilmiş şikayət təmin edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 08 gün müddətə inzibati qaydada həbs edilməsinə dair Göyçay Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli və həmin işin icraatına xitam verilməlidir. Belə ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə gəldiyi huquqi nəticəni onunla əsaslandırmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. Apellyasiya məhkəməsi qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında hazırkı işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə işin hallarına görə onu Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilib barəsində inzibati həbs tənbehi tətbiq etməkdə haqlı olmuşdur. Lakin iş materiallarında olan ## ######## 2026-cı il tarixli məktubdan görünür ki, zərəçəkmiş hüquqi şəxs BOKT “xxxx” MMC-nin Ağcabədi Nümayəndəlik rəhbəri Dilarə Hüseynova protokol tərtib etmiş səlahiyyətli şəxs Göyçay rayon Icra və Probasiya Şöbəsinə müraciət edərək borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hazırkı icra sənədi üzrə BOKT “xxxx” MMC-yə olan borcunun tam önənildiyini qeyd etmiş və bu səbəbdən icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Аzərbаycаn Respublikаsı IXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Аzərbаycаn Respublikаsı IXM-nin 528.1-ci maddəsinin Qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Apellyasiya məhkəməsinin qənaətincə, hazırki iş üzrə icra sənədi artıq icra olunduğundan, bununla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətə cəlb edilməsinin səbəbi və onun əməlində Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsinin tərkibi aradan qalxdığından Göyçay Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli və hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Аzərbаycаn Respublikаsı IXM-nin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Аzərbаycаn Respublikаsı IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir:...134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında... Аzərbаycаn Respublikаsı IXM-nin 135.1-ci maddəsinə zsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır:...135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması... Beləliklə, şərh olunanlara əsasən apellyasiya məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Nümayəndə Sirac oğlu tərəfindən verilmiş şikayət təmin edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 gün müddətinə inzibati qaydada həbs edilməsinə dair Göyçay Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətdən azad edilməklə həmin işin icraatına xitam verilməlidir. Həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə kollegiyası iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil tapşırılmışdır. Müdafiəçi Vəkil tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırki işin baxılması ilə bağlı müdafiəçi cəmi 3 saat vaxt sərf etmişdir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67- 1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin. Odur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası iclasında göstərilən hüquqi yardıma görə müdafiəçi Vəkil 33 manat haqq hesablanıb “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbаycаn Respublikаsı Inzibаti Xətаlаr Məcəlləsinin 133- 135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Nümayəndə Sirac oğlu tərəfindən verilmiş şikayət təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 gün müddətinə inzibati qaydada həbs edilməsinə dair Göyçay Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətdən azad edilsin və onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərarın icrası Göyçay Rayon Polis Şöbəsinə həvalə edilsin. Müdafiəçi Vəkil əmək haqqı ödənilməsi üçün dövlət hesabına 33 manat vəsait Vəkil “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Müştərinin hesab N-si: AZ81UBAZ19313531140090AZN001 “xxxx”xxxx“xxxx” ASC-nin Şəki rayon filialı; VÖEN: **********; KOD: 502531; SWIFT: UBAZAZ22 Müxbir hesabı: AZ46NABZ01350100000000015944. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar