Məhkəmə qərarları › İş №3(3-6)-1000/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1000/2026

16.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1000/2026 16.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi ilə, Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 250 (iki yüz əlli) manat məbləğində (inzibati xətanın bilavasitə obyekti olmuş 37103,62 rubl və 35 ABŞ dolları xarici valyuta dəyərinin otuz faizi məbləğində (ABŞ dollarının və rublun ödəniş gününə qüvvədə olan məzənnəsinə uyğun Azərbaycan manatı ilə)) cərimə edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-**)- ****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində ## ###### 2026cı il tarixli 00100- *****/** saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 250 (iki yüz əlli) manat məbləğində (inzibati xətanın bilavasitə obyekti olmuş 37103,62 rubl və 35 ABŞ dolları xarici valyuta dəyərinin otuz faizi məbləğində (ABŞ dollarının və rublun ödəniş gününə qüvvədə olan məzənnəsinə uyğun Azərbaycan manatı ilə)) cərimə edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 01252000045858 və 01252000049723 sorğu nömrəli gömrük bəyannamələri üzrə də qalıq məbləği qalmamışdır. Müvəkkil bank tərəfindən baş vermiş xəta və ya gecikdirilmə nəticəsində YGB-lər bağlanmamış və sistemdə açıq qalmışdır. Bununla bağlı məhkəmə qərarı qəbul edilmədən öncə banka müraciət edilmiş və nəticədə YGB-lər bağlanmışdır. Lakin məhkəmə iclasının keçirilməsi barədə məlumatları olmadığından, məhkəməyə sübutları təqdim etmək imkanı olmamışdır. Qeyd olunanlarla bağlı sübutlar əlavədə təqdim olunur. Odur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta istisna edilir və təqdim olunmuş sənədlər iş üzrə inzibati xəta hadisəsinin olmaması barədə qənaətə gəlməyə tam əsas verir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, lakin barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək şikayətə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə verilmiş apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini nəzərdə keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ## ###### 2026-cı il tarixli, *****-*****/** saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33- ****/***/****** nömrəli ##.##.2025-ci il tarixli raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, Dövlət Gömrük Komitəsinin "Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi" (VAİS) informasiya resursunun banklarla Dövlət Gömrük Komitəsi arasında "Forma 3.9.2.1" elektron hesabat sistemindən ##.##.2025-ci il tarixdə alınmış məlumata əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN: **********) tərəfindən ##.##.2017-ci il tarixindən ##.##.2025-ci il tarixədək müddət ərzində rəsmiləşdirilən 3 gömrük bəyannaməsi üzrə (01252000045858, 01252000047789, ************** saylı) ümumilikdə külli miqdarda vəsaitin müvəkkil bankda olan hesaba köçürülməmişdir. 01252000045858 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, ##.##.2025-ci il tarixdə 754815 rubl məbləğində vəsait ölkədən ixrac edilmişdir. Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış idarəetmə sistemindən çıxarışdan görünür ki, 01252000045858 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 37103,62 rubl məbləğində vəsait qalıq qalmışdır. 01252000047789 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, ##.##.2025-ci il tarixdə 21120 ABŞ dolları məbləğində vəsait ölkədən ixrac edilmişdir. Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış idarəetmə sistemindən çıxarışdan görünür ki, 01252000047789 sorğu nömrəli gömrük bəyannaməsi üzrə qalıq məbləğ qalmamışdır. 01252000049723 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, ##.##.2025-ci il tarixdə 48750 ABŞ dolları məbləğində vəsait ölkədən ixrac edilmişdir. Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış idarəetmə sistemindən çıxarışdan görünür ki, 01252000049723 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 35 ABŞ dolları məbləğində vəsait qalıq qalmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Prezidentinin ##.##.1997-ci il *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydaları"nın 12.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Hazırki iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir. Məhkəmənin qərarı ilə razılaşmayan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin apellyasiya şikayətinin əsas dəlilləri qismində 01252000045858 və 01252000049723 sorğu nömrəli gömrük bəyannamələri üzrə də qalıq məbləğlərinin qalmadığı halda müvəkkil bank tərəfindən baş vermiş xəta və ya gecikdirilmə nəticəsində yük gömrük bəyannamələrinin bağlanmaması və sistemdə açıq qalması, lakin daha sonra banka edilmiş müraciət əsasında onların bağlanması göstərilmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyini qanuni və əsaslı hesab edərək apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətə əlavə olunmuş sənədlərə əsasən 01252000045858 və 01252000049723 sorğu nömrəli gömrük bəyannamələri üzrə müvafiq olaraq 37103,62 rubl məbləğində və 35 ABŞ dolları məbləğində qalıq vəsaitlərin müəyyən olunmuş müddət ərzində deyil, sonradan bağlanmış olması hüquqi şəxsə istinad olunan inzibati xəta əməlinin mövcud olmasını istisna etmir. Belə ki, müvafiq sənədlərdən göründüyü kimi 01252000045858 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 37103,62 rubl məbləğində qalıq vəsaitin ##.##.2026-cı il tarixdə, 01252000049723 sorğu nömrəli gömrük bəyannaməsi üzrə isə 35 ABŞ dolları məbləğində qalıq vəsaitin ##.##.2026-cı il tarixdə müvəkkil bank tərəfindən qəbul edilməklə bağlanması göstərilmişdir ki, ## ###### 2026-cı il tarixli, *****-*****/** saylı inzibati xəta haqqında protokolun qəbul edildiyi tarixə həmin qalıq vəsaitlərinin bağlanmaması məlum olmuşdur. Məhkəmə həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində tətbiq olunmuş inzibati tənbeh tədbirini qanuni və ədalətli hesab edərək onun dəyişdirilməsi üçün əsas müəyyən etmir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin "Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 250 (iki yüz əlli) manat məbləğində (inzibati xətanın bilavasitə obyekti olmuş 37103,62 rubl və 35 ABŞ dolları xarici valyuta dəyərinin otuz faizi məbləğində (ABŞ dollarının və rublun ödəniş gününə qüvvədə olan məzənnəsinə uyğun Azərbaycan manatı ilə)) cərimə edilməsinə dair ##.##.2026-ci il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar