Məhkəmə qərarları › İş №3(3-6)-1001/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1001/2026

14.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1001/2026 14.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 Oruc qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC -nin nümayəndəsi nümayəndə1 iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh edilməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılaraq MÜƏYYƏN EDILDI: Protokol tərtib edən orqanlar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə ## ###### 2026-cı il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 17.850 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi həddində, yəni, 3.570 (üç min beş yüz yetmiş) ABŞ dolları məbləğində (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi manat məzənnəsinə uyğun olaraq) inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC apellyasiya şikayəti verərək Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Protokol tərtib edən orqanlar nümayəndəsi elektron qaydada ərizə ünvanlayaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış icraata xitam verilməsinə etiraz etmədiklərini bildirmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin edilməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, “Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ## ###### 2024-cü il tarixində 17.850 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş və 2 il müddət keçsə də, 17.850 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Hesab edirəm ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində Azərbaycan Respublikası IXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması ilə bağlı qərar qəbul edərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Мəcəlləsinin 430.4-cü maddəsində avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Apellyasiya baxışı zamanı “Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC” tərəfindən təqdim olunan və Kapital Bank tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli məktubla müəyyən olunmuşdir ki, inzibati xəta haqqında protokolda qeyd olunan avans ödənişləri ************** saylı Gömrük Bəyannaməsi ilə bağlanmışdır. Qeyd olunan ************** saylı Gömrük Bəyannaməsi iş materiallarına əlavə edilib. Odur ki, qeyd edilənlər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC -nin əməlində inzibati xəta tərkibi mövcud olmaması əsası ilə şikayətin təmin edilməsinin, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinin hüquqi əsasını təşkil etdiyindən, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, hesab edirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, şikayət təmin edilməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC -nin barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC inzibati məsuliyyətdən azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53.1.2, 114.2.1 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALINDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC -nin apellyasiya şikayəti təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh edilməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC inzibati məsuliyyətdən azad edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Ramin Qaraqurbanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar