Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1002/2026 16.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, İbrahimova İlahə Arif qızının katibliyi ilə, Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC Bakı şəhəri Xətai Rayon Polis İdarəsi Dövlət X1 sorğusuna əsasən mülkiyyətində olan «TOYOTA FORTUNER» minik markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ##.##.2026cı il tarixdə saat 17:10-da inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində Bakı şəhəri Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinə verməmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsi Dövlət X1 R Orxan Quliyev tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında ## ###### 2026-cı il tarixli İXP seriyalı ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, inzibati protokolda inzibati xətanın törədildiyi yer, vaxt, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin nümayəndəsinin izahatı qeyd olunmamışdır. İXM-nin 100-cü maddəsinin tələbinə görənömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix, vaxt və yer; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. Xətai rayon Polis İdarəsi DYPŞ tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-yə məktubun hansı tarixdə göndərilməsi, çatıb-çatmaması barədə məlum yoxdur. Məhkəmə iş materialına əlavə edilmiş SX*********AZ nömrəli poçt qəbzinə əsaslanır. Halbuki həmin qəbzdə məktubun kimə nə vaxt göndərilməsi, kim tərəfindən qəbul edilməsi barədə məlumatlar yoxdur. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, Xətai rayon Polis İdarəsi DYPŞ tərəfindən məhkəməyə təqdim edilmiş məktub “ORİJİNA ASC-yə ##.##.2026cı il tarixdə poçt vasitəsilə çatdırılmışdır. Həmin məktuba tərəflərindən ##.##.2026-cı il tarixdə cavab verilmişdir. (məktublar, etibarnamə və poçt qəbzləri əlavə olunur.) Məktubda qeyd olunan ##.##.2026-cı il tarixli cərimə tərəflərindən ##.##.2026-cı il tarixdə SMSRADAR proqramı vasitəsilə protokollaşdırılmış, yəni sürücü barədə elektron məlumatlar verilmiş, avtomatik olaraq EQ******** nömrəli inzibati protokol aktivləşmiş və cərimə dərhal ödənilmişdir. (SMS RADAR proqramından çıxarış əlavə olunur.) İnzibati iş üzrə şikayətin apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzürlü səbəbdən olması və işin baxılmasının təxirə salınması barədə məhkəməyə vəsatət verməmişlər. Apellyasiya instansiyası məhkəməsi şikayətə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin olunmalı, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Hesab edirəm ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 347ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması ilə bağlı qərar qəbul edərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhər Xətai Rayon Dövlət X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-yə ünvanladığı sorğudan görünür ki, ASC-yə məxsus «TOYOTA FORTUNER» minik markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ##.##.2026-ci il tarixdə, saat 17:10-da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə məlumat verilməklə, qeyd edilən inzibati xətanı törətmiş sürücü barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbir görülməsi məqsədilə 5 gün müddətində İdarəyə məlumat verilməsi ondan tələb edilmiş və göstərilən müddət ərzində məlumat verilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş xəbərnamədən görünür ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin sorğusu ## ###### 2026-cı il Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs firmasının “Tamerlan” adlı əməkdaşı tərəfindən qəbul edilmişdir. Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə-vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin dispozisiyasından göründüyü kimi, həmin maddə ilə məsuliyyətin yaranması üçün sözügedən sorğunun göndərilməsi və daxil olduğu vaxtdan həmin sorğuya cavab verilməməsi tərkib əlaməti olaraq müəyyən olunmuşdur. Lakin apellyasiya şikayətinə əlavə edilmiş zərfdən və zərfin üzərindən olan möhürdən müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC tərəfindən «TOYOTA FORTUNER» minik markalı, **-AF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş sürücü barədə məlumatlar Bakı şəhəri Xətai Rayon Polis İdarəsi DYPŞ-nin sorğusu onlar tərəfindən qəbul edildikdən, yəni ## #### 2026-cı il tarixindən 5 gün müddətində Bakı şəhəri Xətai Rayon Polis İdarəsi DYPŞ-nə göndərilmişdir. Göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC üzərinə düşən vəzifəni icra edərək istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində vermişdir. Belə olan halda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC tərəfindən istinad olunan inzibati xəta hadisəsi baş verməmiş hesab edilməlidir. Qeyd edilənlər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin əməlində inzibati xəta tərkibi mövcud olmaması əsası ilə şikayətin təmin edilməsinin, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinin hüquqi əsasını təşkil etdiyindən, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizliyi) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır Beləliklə, hesab edirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASCnin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci və 134.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDIM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib olunmuş ## ###### 2026-cı il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC inzibati məsuliyyətdən azad edilsin. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-1002/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1002/2026
16.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver