Məhkəmə qərarları › İş №3(3-6)-1004/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-1004/2026

17.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-1004/2026 17.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Rəhimov Elmar Eldar oğlu, Məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X4 Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, X3 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair ##.##.2025- ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək işin yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı Şəhər Idarəsinə qaytarılmasına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X4 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDIM:

1. X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı Şəhər Idarəsi tərəfindən tərtib olunmuş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** saylı qərarı ilə (hakim Nərminə Rzayeva) X3 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair ##.##.2025- ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək işin yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı Şəhər Idarəsinə qaytarılması qərara alınmışdır.

3. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X4 Xidmətinin Hüquq Idarəsi şikayət verərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** saylı qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı Şəhər Idarəsi tərəfindən “xxxx” MMC-nin direktoru X3 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında ##.##.2025-ci il tarixli, MN ******* nömrəli qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X3 apelyasiya qaydasında verilmiş şikayətə yazılı etiraz verərək apelyasiya qaydasında verilmiş şikayətin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Təqdim edilmiş materialı nəzərdən keçirib hesab edirəm ki, qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X4 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası IXM-nin 130-cu maddəsinin tələblərinə əməl edilməsi üçün materiallarla birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

6. Azərbaycan Respublikası IXM-nin 130.1-ci maddəsinin tələbinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər.

7. Iş materiallarından isə göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X4 Xidmətinin Hüquq Idarəsi apelyasiya qaydasında verilmiş şikayətdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** saylı qərarının ## ###### 2026-cı il tarixdə alınmasını göstərmişdir. Lakin iş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X4 Xidmətinin Hüquq Idarəsi tərəfindən ##.##.2026-cı il tarixdə həmin qərardan şikayət vermiş, verilmiş şikayət isə ##.##.2026-cı il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə daxil olmuş, *-***/*-****/**** saylı nömrə ilə qeydiyyata alınmışdır. Aşkar haldır ki, şikayət verilməsi üçün qanunla müəyyən edilmiş 10 (on) günlük müddət buraxılmışdır.

8. Azərbaycan Respublikası IXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir.

9. Yuxarıda qeyd edilənləri nəzərə alıb hesab edirəm ki, şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məsələsinin həlli məqsədilə şikayət material ilə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

10. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 130-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDIM:

X3 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair ##.##.2025- ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək işin yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı Şəhər Idarəsinə qaytarılmasına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X4 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası IXM-nin 130-cu maddəsinin tələblərinin yerinə yetirilməsi üçün material ilə birlikdə həmin Məhkəməyə qaytarılsın. Qərardad qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Hakim Elmar Rəhimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar