Məhkəmə qərarları › İş №3(3-6)-1005/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1005/2026

16.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1005/2026 16.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Mehdiyev Emin Əlixan oğlu, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən ## ######## 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ## ######## 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat cərimə edilmişdir. Həmin inzibati tənbeh haqqında qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) şikayət verərək, Bakı şəhər X1 İdarəsi tərəfindən qəbul edilmiş ## ######## 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və məcburi qaydada ödənilmiş cərimə və faiz məbləğinin ona geri qaytarılmasını xahiş etmişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırılmışdır ki, ona 2025-ci ilin sentyabr ayında inzibati xəta haqqında protokol № IXP******* əsasında inzibati cərimə tətbiq edilmişdir. Qərar qəbul edildikdən sonra 2 gün ərzində AsanPay vasitəsilə şikayət etmişdir. Lakin müraciətinə qanuni müddətlərdə cavab verilməmişdir. Daha sonra təkrar şikayətlər etmiş və Daxili İşlər Nazirliyinin rəsmi internet saytı üzərindən onlayn müraciət etmişdir. Şikayətlərinə vaxtında cavab verilməməsi nəticəsində inzibati cərimə üzrə faizlər hesablanmış və nəqliyyat vasitəsinə məhdudiyyət (həbs) qoyulmuşdur. Bu səbəbdən məcbur qalaraq cəriməni faiz məbləği ilə birlikdə ödəmişdir. İnzibati xəta üzrə qərarın rəsmi surəti uzun müddət təqdim edilmədiyi üçün məhkəməyə müraciətdə gecikmə onun iradəsindən asılı olmayan səbəblərlə baş vermişdir. Qərarın surətini yalnız Prokurorluğa müraciətdən sonra əldə etmişdir. Ümumiyyətlə o, işıqforun qırmızı işığında keçməmişdir. O, keçdikdən sonra qırmızı işıq yanmışdır. Bununla bağlı sübut da təqdim olunmamışdır, ona müəyyən görüntülər təqdim edilmiş, lakin o, həmin görüntülərdən tam aydın keçib-keçmədiyini görə bilməmişdir. Odur ki, gecikmənin üzrlü səbəb kimi qəbul edilməsini, İXP ******* saylı protokol əsasında qəbul edilmiş ## ######## 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və məcburi qaydada ödənilmiş cərimə və faiz məbləğinin ona geri qaytarılmasını xahiş etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər X1 İdarəsi tərəfindən ## ######## 2025-ci il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş ## ######## 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməmişdir. Qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-****/**** nömrəli qərarının ləğv edilməsini, inzibati xəta haqqında qərarın qanunsuz hesab edilərək, onun tərəfindən ödənilmiş 130 manat məbləğin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərarda qeyd edilir ki, video materiallar şəxsin elektron kabinetində yerləşdirilmişdir. Lakin o, faktiki olaraq həmin video materiallara çıxış əldə etməmişdir. Həmin materiallar nə AsanPay sistemində mövcud olmuş, nə də məhkəmə iclasında nümayiş etdirilmişdir. Beləliklə, inzibati xəta faktını təsdiq edən əsas sübut məhkəmə tərəfindən araşdırılmamışdır və iş üzrə sübutlar tam şəkildə tədqiq edilməmişdir. Məhkəmə qərarında qeyd edilir ki, Bakı şəhər X1 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Nəticədə inzibati orqanın mövqeyinin məhkəmə iclasında izah edilməsi və təqdim olunan materiallara dair sualların verilməsi mümkün olmamışdır. Məhkəmə tərəfindən video material araşdırılmadan və digər sübutlar təqdim edilmədən yalnız inzibati protokola əsaslanaraq qərar qəbul edilmişdir. Bu isə işin tam və obyektiv araşdırılması prinsipinə uyğun hesab edilə bilməz. Qərarda cərimə məbləği 100 AZN göstərilmişdir. Lakin o, faktiki olaraq 130 AZN məbləğində ödəniş etmişdir. Bu ödəniş qərarın gec təqdim olunması səbəbindən məcburiyyət qarşısında həyata keçirilmişdir. Bu səbəbdən ödənilmiş 130 AZN məbləğin geri qaytarılmasını tələb edir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayətçi Qərardan şikayət verən orqan (şəxs) və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X1 İdarəsi lazımi qaydada məlumatlandırılmış, lakin tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayətlə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər X1 İdarəsi tərəfindən qəbul edilmiş ## ######## 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və 100 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) göndərilmiş ##.##.2025-ci il tarixli, № M-****** nömrəli məktubda göstərilmişdir ki, inzibati xəta haqqında protokol tərtib edilməsi, qayda pozuntusunu sübut edən foto və ya videogörüntünün elektron kabinetinizə yerləşdirilməməsi barədə DİN BDYPl-nin rəhbərliyinə ünvanladıqları müraciətə baxılmışdır. ##.##.2025-ci il tarixdə idarə etdiyi “Faw" markalı **-YA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə şəhərin Moskva prospektində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələbini pozaraq svetoforun qadağanedici siqnalında hərəkətini davam etdirdiyinə görə həmin ərazidə xidmət edən YPX əməkdaşı tərəfindən dayandırılaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yol hərəkəti qaydasını pozmağı patrul avtomobilində quraşdırılmış kamera vasitəsilə qeydə alınmış videogörüntülərə baxış zamanı öz təsdiqini tapmışdır. Törətdilən inzibati xətanın aşkar edilməsində və sənədləşdirilməsində YPX əməkdaşı tərəfindən hüquqazidd hərəkətlərə yol verilməsi halları müəyyən edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, mövcud Qanunvericiliyə əsasən yalnız foto və videoqeydiyyat funksiyalarına malik olan xüsusi texniki vasitələrin köməkliyilə aşkar edilən inzibati xətalara dair video materiallar şəxsin elektron kabinetinə yerləşdirilir. Müraciətinizə baxılmasının nəticəsindən narazı qaldığınız halda məhkəməyə müraciət etmək hüququ olduğu bildirilmişdir. Birinci instansiya məhkəməsində Qərardan şikayət verən orqan (şəxs) şikayəti inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edilmişdir ki, ##.##.2025-ci il tarixdə şikayətçi idarə etdiyi “Faw" markalı, **-YA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə şəhərin Moskva prospektində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələbini pozaraq svetoforun qadağanedici siqnalında hərəkətini davam etdirdiyinə görə həmin ərazidə xidmət edən YPX əməkdaşı tərəfindən dayandırılaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şikayətdə göstərildiyi kimi “Faw" minik markalı, **-YA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Qərardan şikayət verən orqan (şəxs) tərəfindən qırmızı işıqdan keməməsinə dair hal və yaxud hər hansı sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - altmış manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 60-cı maddəsinin 1-ci bəndinə əsasən svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. Həmin Qanunun 60-cı maddəsinin 2-ci bəndinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: 1) yolayrıcında - kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76-cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); 2) bu Qanunun 44-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında; 3) başqa yerlərdə - hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında. Həmin Qanunun 60-cı maddəsinin 3-cü bəndinə əsasən sürücü nəqliyyat vasitəsini nizamlayıcının göstərdiyi yerdə dayandırmalıdır. Həmin Qanunun 60-cı maddəsinin 4-cü bəndinə əsasən svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. Siqnal verilərkən yolun hərəkət hissəsində olan piyadalar keçidi boşaltmalı, bu mümkün olmadıqda isə, nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üzərində dayanmalıdırlar. Birinci instansiya məhkəməsi yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) şikayətdə göstərdiyi xüsusatlar barəsində Bakı şəhər X1 İdarəsi tərəfindən ## ######## 2025-ci il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş ## ######## 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə görə, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 134.1.1, 136-cı maddələri rəhbər tutaraq, QƏRARA ALDI: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir, qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar