Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1006/2026 09.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Ibrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon Polis Idarəsinin 24-cü Polis Şöbəsinin sahə müvəkkili R X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 oğlunun iştirakları ilə, ## ######## 1995-ci ildə Naxçıvan MR, Şərur rayonu, Oğlanqala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, X7 oğlunun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından X7 oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDI: X7 oğlu ##.##.2026-cı il tarixdə, saat təxminən 00:40 radələrində sərxoş halda Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində “Saphir” şadlıq sarayının qarşısında ƏÇPAnın əməkdaşlarının və xidmət üzrə rəis müavinin qanuni tələblərinə tabe olmamış, nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (sədrlik edən, hakim X2) ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə X7 oğlu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Inzibati həbsin əvvəli ##.##.2026-cı il tarixdən, saat 02:45-dən hesablanmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından inzibati tənbeh almış şəxs X7 oğlu apellyasiya qaydasında şikayət verərək, əməlində inzibati xəta tərkibinin olmamasını qeyd etməklə qərarın ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X7 oğlu barəsində qəbul edilmiş qərarla razı olmadığını bildirərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis Idarəsinin 24-cü Polis Şöbəsinin sahə müvəkkili R X1 şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin X7 oğlunun Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati qaydada həbs edilməsinə dair ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən, qüvvəsində saxlanılmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DIN ƏÇPAnın PB-nün polis nəfəri, R X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, ##.##.2026-cı il tarixdə, saat təxminən 00:40 radələrində xidmətdə olarkən gələn məlumata əsasən Nizami rayonu, B.Çobanzadə küçəsində “Saphir” şadlıq sarayının qarşısında yol səthinin çökməsi ilə bağlı həmin ünvana yaxınlaşaraq yolu bağlamış, nəqliyyat vasitələrinin hərəkət istiqamətini dəyişdirərək digər yoldan hərəkət etmələrini sürücülərə bildirmişlər. Həmin vaxt sürücülərdən biri, yəni Vüqar Xudaverdiyev onlardan bağlanmış yolun açılmasını tələb etmiş, həmin istiqamətdə hərəkət etmək istəmiş, onlar həmin sürücüyə yolun çökməsi ilə bağlı yolun bağlandığını dəfələrlə bildirsələr də, sürücü öz əməllərinə davam etmiş, söhbət zamanı sürücünün sərxoş olduğu məlum olmuşdur. Sürücü onların, xidmət üzrə rəis müavinin ünvanına ucadan nalayiq ifadələr işlətmiş, onları təhqir etmiş, dəfələrlə onu nizamintizama dəvət etsələr də tabe olmamışdır. Sonda sürücüyə qarşı fiziki güc tətbiq olunaraq o xidməti avtomobilə əyləşdirilib polis şöbəsinə gətirilməsi təmin olunmuşdur. Iş materiallarında olan Bakı şəhəri Nizami rayon Polis Idarəsinin 24-cü PŞ-nin rəisinə ünvanlanmış ##.##.2026-cı il tarixli raportla, şahid ifadələri və digər sübutlarla X7 oğlunun hazırkı inzibati xəta haqqında protokolda göstərilən əməli törətməsi öz əksini tapmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X7 oğlunun həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, şahid ifadələri və digər sübutlarla tam sübuta yetirilir. Beləliklə, birinci instansiya məhkəməsi toplanmış sübutlarla X7 oğlunun inzibati xəta törətməsində təqsirinin tam sübuta yetirilməsi və onun törətdiyi əməlin düzgün olaraq Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə tövsif edilməsi, ona cərimə növündə inzibati tənbeh tətbiq edilməsinin inzibati tənbehin məqsədlərinə kifayət etməməsi və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş 10 (on) gün müddətinə inzibati qaydada həbs olunması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X7 oğlunun apellyasiya şikayətinə istinad etmiş olduğu dəlillər onun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati məsuliyyətindən yayınmağa cəhdi kimi qiymətləndirilməlidir. Apellyasiya şikayətinin dəlilləri müdafiə xarakterli olmaqla əsassızdır, inzibati xəta törətmiş şəxsi məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin hallarını nəzərə alaraq X7 oğlu barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq etməkdə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin II hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Inzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Inzibati xəta haqqında işə baxılarkən X7 oğlunun məsuliyyətini yüngülləşdirən və ağıraşdıran hallar müəyyən edilməmişdir. Inzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Inzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, X7 oğlu eyni vaxtda iki inzibati xətanı törətmiş, eyni vaxtda həm ictimai qayda əleyhinə, həm də idarəçilik qaydaları əleyhinə olan inzibati xətaları törətmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, X7 oğlunun ictimai yerdə qaydanı pozmasını, xidməti vəzifəsini yerinə yetirməklə onu nizamintizamla bağlı digər qanuni tələblərinə əməl etməyib, polisin iş fəaliyyətini pozmasını, bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edilir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X7 oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1006/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1006/2026
09.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver