Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1013/2026 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X36 sədrliyi, məhkəmə iclasının katibi X35 katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin (bundan sonra – Inzibati Xətalar Məcəlləsi) 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində nəqliyyat vasitələrini idarə etmək hüququnun altı ay müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)- ****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati tənbeh vermə haqqında ## ###### 2025-ci il tarixli qərarla Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 40 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin qərarı icra etmədiyi üçün barəsində Inzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ## ###### 2026-cı il tarixli IXP ******* nömrəli protokol tərtib edilmişdir ki, o, əvvəllər barəsində qəbul edilmiş yuxarıda göstərilən inzibati tənbeh vermə haqqında (## ###### 2025-ci il tarixli EQ ******** saylı) qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Inzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində nəqliyyat vasitələrini idarə etmək hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qəbul etdiyi qərar qanunsuz və əsassızdır. O, inzibati xətanı törətməmişdir. Iş materiallarında göstərilən nəqliyyat vasitəsini idarə etməmişdir. Bu səbəbdən barəsində inzibati məsuliyyət tətbiq olunması əsassızdır. Yol vərəqəsi məhdud müddətli olmuşdur. Həmin nəqliyyat vasitəsini idarə etmək üçün ona verilmiş yol vərəqəsi yalnız 4 gün müddətinə verilmişdir. Bu müddət bitdikdən sonra həmin nəqliyyat vasitəsini idarə etməmişdir. Bu hal sübut edir ki, göstərilən inzibati xəta ilə bağlı məsuliyyətin onun üzərinə qoyulması düzgün deyildir. Iş üzrə hallar tam araşdırılmamışdır. Inzibati Xətalar Məcəlləsinin 114-cü maddəsinə əsasən məhkəmə iş üzrə bütün halları hərtərəfli, tam və obyektiv araşdırmalıdır. Lakin məhkəmə tərəfindən nəqliyyat vasitəsini inzibati xəta törədilərkən kimin idarə etdiyi, yol vərəqəsinin müddəti, hadisənin faktiki halları araşdırılmamışdır. Müdafiə hüququ pozulmuşdur. Məhkəmə işə onun iştirakı olmadan baxmış və ona izahat vermək və sübut təqdim etmək imkanı yaratmamışdır ki, bu da müdafiə hüququnun pozulmasıdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ona cərimə tətbiq edilməsi ilə bağlı inzibati xətanı onun törətmədiyini, qərardan məlumatı olmadığını, məhkəmə iclasları barədə məlumatı olmadığına görə iştirak etmədiyini bildirərək apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib hesab edir ki, aşağıdakı əsaslara görə verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ləğv olunmalı və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Əvvəla, Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Inzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Inzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol və qərarla tam sübuta yetirilir. Inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Şikayətçi nəqliyyat vasitəsini idarə etmədiyini və inzibati xətanı törətmədiyini qəti şəkildə bildirir, məhkəmədə iştirak edə bilmədiyi üçün izahat vermək və sübutlar (məsələn, yol vərəqəsinin müddəti ilə bağlı) təqdim etmək imkanından məhrum olduğunu, həm də müdafiə hüququnun pozulduğunu iddia edir. Şikayətçi qeyd edir ki, ona verilmiş yol vərəqəsi cəmi 4 gün müddətinə qüvvədə olub və o, həmin müddət bitdikdən sonra avtomobili idarə etməyib. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinə əlavə etdiyi etibarnaməyə əsasən, "xxxx" MMC-yə məxsus avtomobili idarə etmək hüququ ona ## ######## 2025-ci ildən ## ######## 2025-ci il tarixinədək verilmişdir. Həmçinin iş materiallarından və inzibati xəta haqqında qərardan görünür ki, ## ###### 2025-ci il saat 13:24-də baş verdiyi iddia edilən inzibati xəta haqqında qərar ## ###### 2025-ci il tarixdə tərtib edilmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutların araşdırılmasına səthi yanaşmış, inzibati xəta hadisəsinin müəyyən edilməsi üzrə ətraflı araşdırma aparmamışdır. Birinci instansiya məhkəməsi sübutlara formal yanaşmış, onların etibarlılığını və mənbəsini yoxlamamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib olunmuş protokolda göstərilən hərəkətlərə həqiqətən yol verilib-verilməməsinin tam, ətraflı şəkildə aydınlaşdırılması və iş üzrə tərəddüdsüz düzgün nəticəyə gəlmək üçün yuxarıda qeyd olunan halların araşdırılması mühüm əhəmiyyət kəsb edir. Göründüyü kimi, iş materiallarında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Inzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında inzibati tənbeh vermə haqqında qərarın əsaslı olmasını təsdiq edən kifayət qədər sübutlar mövcud deyil və ziddiyyətlər kifayət qədər araşdırılmamışdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Göründüyü kimi, iş materiallarında araşdırmanın barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan aparılması, ziddiyyətli məqamlar və s. olsa da, birinci instansiya məhkəməsi qeyd olunan halları araşdırmamışdır. Apellyasiya baxışı zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Inzibati Xətalar Məcəlləsinin 529.3-cü məddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair yekun qənaətə gəlmək üçün əlavə araşdırmaya zərurət olduğu bir daha təsdiqləndi. Inzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən, məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Inzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şəraitdən başqa, həm də inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Inzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında iş Inzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə əlavə araşdırılmalı və yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Hazırkı vəziyyətdə inzibati xətanın mövcud olması və ya olmaması ilə bağlı işin obyektiv araşdırılması mümkün deyildir. Inzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən, hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Odur ki, yuxarıda qeyd olunan hallar araşdırılaraq aradan qaldırılmadan iş üzrə obyektiv qərar qəbul olunması mümkün deyildir, ona görə də, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ləğv olunmalı və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılıb araşdırılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1013/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1013/2026
15.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver