Məhkəmə qərarları › İş №3(3-6)-1014/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1014/2026

17.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1014/2026 17.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X sədrliyi, MX katibliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X3 Xidmətin * saylı Regional Bölməsinin nümayəndələri nümayəndə1 və nümayəndə2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə 2500 manat məbləğində cərimə növündə inzibati tənbehin tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)- ***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X3 Xidmətin * saylı Bakı Regional Bölməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, ünvan 1 ünvanında yerləşən “NEŞVE” restoranında ##.##.2026-cı il tarixdə su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi və 2500 manat məbləğində cərimə növündə inzibati tənbehin tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qəranının ləğv edilərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, inzibati xəta haqqında protokol Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X3 Xidmətin Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş və həmin protokola əsasən guya ünvan 1 ünvanında yerləşən “NEŞVE” restoranında su təchizatı şəbəkəsinə qanunsuz qoşulma faktı aşkar edilmişdir. Birinci instansiya məhkəməsi qərarında bu faktı əsas götürərək cəmiyyətin suyun talanmasına yol verdiyi qənaətinə gəlmişdir. Lakin iş üzrə toplanmış materialın məzmunu göstərir ki, həmin qoşulmanın məhz cəmiyyət tərəfindən həyata keçirildiyini təsdiq edən hər hansı sübut mövcud deyildir. Məhkəmənin qərarında göstərilmişdir ki, monitorinq zamanı obyektə baxış keçirilmiş və su təchizatı şəbəkəsinə qanunsuz qoşulma aşkar edilmişdir. Lakin həmin aktdan və digər materialdan görünür ki, yalnız qoşulmanın mövcudluğu qeyd edilmiş, bu qoşulmanın kimin tərəfindən həyata keçirildiyi, hansı vaxtda çəkildiyi və cəmiyyətin bu qoşulmadan xəbərdar olub-olmaması müəyyən edilməmişdir. Inzibati məsuliyyətin tətbiqi üçün isə sadəcə texniki qoşulmanın mövcudluğu kifayət etmir, həmin qoşulmanın məhz inzibati məsuliyyətə cəlb edilən şəxs tərəfindən həyata keçirildiyi və onun təqsirinin mövcudluğu sübuta yetirilməlidir. Iş materialında, həmçinin göstərilmişdir ki, guya həmin qoşulma nəticəsində 855 m3 su istifadə edilmiş və bunun nəticəsində 1.710 manat məbləğində ziyan yaranmışdır. Lakin təqdim olunmuş sənədlərdə bu həcmdə su sərfiyyatının hansı üsulla hesablandığı, hansı müddəti əhatə etdiyi və hansı texniki ölçmə və va ekspertiza nəticəsində müəyyən edildiyi göstərilməmişdir. Iş materialında yalnız müvafiq orqan tərəfindən tərtib edilmiş arayış xarakterli məlumat mövcuddur ki, bu da özlüyündə real istehlakın məhz həmin həcmdə olmasını sübuta yetirən mötəbər sübut hesab edilə bilməz. Iş materialında olan sənədlərin məcmu şəkildə təhlili göstərir ki, su təchizatı sistemində yaranmış vəziyyət obyektin yerləşdiyi ərazidə aparılan geniş tikinti və təmir işləri ilə bağlı olmuşdur. Belə ki, “NEŞVE” restoranının yerləşdiyi ərazidə tunel tikintisi ilə əlaqədar aparılan işlər nəticəsində su təchizatı sistemində problemlər yaranmış, restorana verilən su çirkli vəziyyətdə gəlmişdir. Bu barədə cəmiyyət tərəfindən su təchizatı idarəsinə məlumat verilmiş və problemin aradan qaldırılması üçün müvafiq tədbirlər görülməsi xahiş edilmişdir. Cəmiyyət tərəfindən edilmiş müraciət əsasında su təchizatı idarəsinin əməkdaşları obyektə gələrək su sayğacını sökmüşlər və yoxlanılması üçün laboratoriyaya aparmışlar. Sayğacın söküldüyü müddətdə isə obyektin tam susuz qalmaması məqsədilə su idarəsinin əməkdaşları tərəfindən müvəqqəti xətt çəkilmişdir. Bu hal göstərir ki, aşkar edilmiş qoşulma cəmiyyət tərəfindən deyil, su təsərrüfatı orqanının əməkdaşlarının texniki müdaxiləsi nəticəsində yaranmış ola bilər. Bundan əlavə, cəmiyyət ilə su idarəsi arasında aparılmış danışıqlar mövcuddur və həmin danışıqların olduğunu göstərir ki, yaranmış vəziyyət su təchizatı sistemində aparılan texniki müdaxilə və təmir işləri ilə bağlı olmuşdur. Bu danışıqlar məhkəmə zamanı məhkəməyə təqdim ediləcəkdir. Iş materialında həmin qoşulmanın cəmiyyət tərəfindən edildiyini təsdiq edən hər hansı sübut mövcud deyildir. Bundan başqa, iş materialında cəmiyyətin həmin qoşulma barədə məlumatlı olmasını və ya bu qoşulmanın onun göstərişi ilə həyata keçirilməsini təsdiq edən hər hansı şahid ifadəsi, texniki rəy və ya digər sübut mövcud deyil. Inzibati xəta haqqında protokolun və ona əlavə edilmiş aktların məzmunu yalnız qoşulmanın mövcudluğunu göstərir, lakin həmin qoşulmanın konkret olaraq kimin tərəfindən edildiyini müəyyən etmir. Lakin birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutları hərtərəfli təhlil etməmiş, onların məcmusunu qiymətləndirmədən yalnız inzibati xəta haqqında protokola əsaslanaraq nəticəyə gəlmişdir. Iş üzrə digər mühüm hal ondan ibarətdir ki, tunel tikintisi ilə əlaqədar aparılan geniş təmir-tikinti işləri nəticəsində restoranın yerləşdiyi əraziyə giriş-çıxış imkanları ciddi şəkildə məhdudlaşdırılmış və restoranın fəaliyyəti faktiki olaraq dayanma vəziyyətinə düşmüşdür. Belə bir vəziyyətdə obyekt tərəfindən böyük həcmdə su istifadəsi barədə iddialar faktiki hallarla uyğun gəlmir və real vəziyyəti əks etdirmir. Bütün göstərilən halların məcmu şəkildə təhlili göstərir ki, iş materialında yalnız su xəttinə müəyyən texniki qoşulmanın mövcudluğu qeyd edilmiş, lakin həmin qoşulmanın məhz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən həyata keçirildiyi və cəmiyyətin bu hərəkətdə təqsirli olduğu sübuta yetirilməmişdir. Inzibati məsuliyyətin tətbiqi üçün isə inzibati xətanın həm obyektiv, həm də subyektiv tərəfinin mövcudluğu sübut olunmalıdır. Bu elementlərdən hər hansı birinin olmaması inzibati xəta tərkibinin olmaması deməkdir. Apellyasiya icraatı zamanı çıxış edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X3 Xidmətin * saylı Regional Bölməsinin nümayəndələri nümayəndə1 və nümayəndə2 apellyasiya şikayətini əsassız hesab etdiklərini bildirib məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarına gəlməmişdir. Apellyasiya qaydasında verilmiş şikayətdə göstərilən dəlillərlə bağlı müvafiq sübutların təqdim edilməsi üçün məhkəmə iclası təxirə salınsa da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi təkrarən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə apellyasiya şikayəti ilə əlaqədar inzibati xəta haqqında icraat materialını əlaqəli şəkildə araşdıraraq, apellyasiya şikayətinin dəlillərini yoxlayaraq və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X3 Xidmətin * saylı Regional Bölməsinin nümayəndələrini dinləyərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə 2500 manat məbləğində cərimə növündə inzibati tənbehin tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X3 Xidmətin * saylı Bakı Regional Bölməsinin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş ## ###### 2026-cı il tarixli, ****** nömrəli Aktdan görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X3 Xidmətin * saylı Bakı Regional Bölməsinin əməkdaşları tərəfindən su və su təsərrüfatı obyektlərindən istifadə və onların mühafizəsi qaydalarını, həmçinin Azərbaycan Respublikasının su qanunvericiliyinin digər tələblərini rəhbər tutaraq, ünvan 1 ünvanında yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus “NEŞVE” restoranında su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və sudan qanunsuz istifadə halı aşkar olunmuşdur. Buna dair Akt tərtib olunmuş və aktın doğruluğu bütün iştirakçılar, o cümlədən X1 tərəfindən imzalanmışdır. Eyni zamanda baxış zamanı fotoşəkillər çəkilmiş və Akta əlavə edilmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X3 Xidmətin * saylı Bakı Regional Bölməsinin ##.##.2026-cı il tarixli, *** nömrəli Sərəncamından görünür ki, bölmə əməkdaşları tərəfindən 5 gün müddətində Xətai, Nizami, Nəsimi və Nərimanov rayonları ərazisində monitorinq və nəzarət tədbirlərinin aparılması qərara alınmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin Nərimanov Rayon Sukanal Idarəsinin ## ###### 2026-cı il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən “NEŞVE” restoranında su təchizatına qanunsuz qoşularaq sudan istifadə olunması nəticəsində 855 m3 (1710 AZN) dəymiş ziyan hesablanmış, qanunsuz birləşmə ləğv edilmişdir. CD diskə baxış keçirilərkən ünvan 1 ünvanında yerləşən “NEŞVE” restoranında boru (şlanq) vasitəsilə su təchizatına qanunsuz qoşulma və sudan istifadə olunma faktının aşkar edildiyi müşahidə olunmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanun su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmanı qadağan edərək, buna görə inzibati məsuliyyət nəzərdə tutsa da, ünvan 1 ünvanında yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus "NEŞVE" restoranında su təchizatına qanunsuz qoşularaq suyun talanması nəticəsində az miqdarda, yəni 1.710 manat ziyan vurmaqla hüquqazidd, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl törədilmişdir. Məhkəmə hesab edir ki, həmin inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol, ## ###### 2026-cı il tarixli, ****** nömrəli Akt, ona əlavə edilmiş CD diskdə olan görüntü, digər sənədlərlə sübuta yetirilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsinə əsasən, su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Qeyd: bu Məcəllənin 262.3-cü maddəsində “az miqdarda” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materialından görünür ki, ünvan 1 ünvanında yerləşən “NEŞVE” restoranında ##.##.2026-cı il tarixdə su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurduğu müəyyən edilmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, həmin şikayətin dəlillərinin həqiqiliyi iş materialı ilə təkzib edilir, habelə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin səlahiyyəli nümayəndəsi tərəfindən apellyasiya baxışı zamanı istinad etdikləri hallarla bağlı mötəbər və iş materilına əlavə edilmiş sübutları istisna edə biləcək heç bir sübut təqdim edilməmişdir. Bu isə o deməkdir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərində qeyd edilən halları Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin inzibati məsuliyyətə cəlb olunmasından yaxa qurtarmaq cəhdləri kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, toplanmış sübutlar birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi inzibati xəta törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində işin hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Bundan başqa, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nə tətbiq edilmiş inzibati tənbeh tədbirini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə almış və hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC IXM-nin 262.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmənin mövqeyinə görə birinci instansiya məhkəməsi inzibati xəta törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nə inzibati tənbeh təyin edərkən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 6, 9, 32 və 33-cü maddələrinin tələblərinə əməl etməklə inzibati xətanın xarakterini düzgün olaraq nəzərə alıb, ona əməlinə uyğun olan qanuni və ədalətli inzibati tənbeh təyin etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunculuq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən apellyasiya qaydasında verilmiş şikayət təmin olunmamalı və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə 2500 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(5-97)- ***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə 2500 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(5-97)- ***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı apellyasiya qaydasında verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar