Məhkəmə qərarları › İş №3(3-6)-1015/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1015/2026

13.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1015/2026 13.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs), Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, AR DİN Bakı şəhər Dövlət Yol Polis İdarəsinin ##.##.2026-cı il tarixli TP ******* nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- **)-****/**** nömrəli qərarından şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİNnin Bakı şəhər Dövlət Yol Polis İdarəsinin ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-97)- 1058/2026 nömrəli qərarı ilə, şikayət təmin edilməmiş, Bakı ŞBPİ-nin DYPİ-nin ##.##.2026cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-97)-1058/2026 nömrəli qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: birinci instansiya məhkəməsinin qərarı əsassız, şübhəli və qeyri-obyektivdir. İnzibati Qanunvericilik bu növ işlərdə birmənalı olaraq ilk öncə xətanın baş verməsi ilə bağlı mütləq sübutun olması və sübut təqdim edildiyi halda işin araşdırılmasını və xətanın və xəta ilə bağlı şübhələrin olubolmamasma qiymət verilməli olmasını qeyd edir. Bundan başqa inzibati qanunvericilikdə xəta ilə bağlı sübutun olmaması və ya onun mötəbər və təkzibedilməz olmadığı, yaxud xətanı sübut edəcək qanunla əldə edilmiş digər əlavə sübutlarla təsdiqini tapmadığı halda şübhələr yarandıqda işin nəticəsi şikayətçinin xeyrinə həll edilməli olması vurğulanır. Məhkəmə qərarına nəzər yetirdikdə məlum olur ki, işə baxmış hakim təqdim edilmiş sübutu düzgün araşdırmamış və həmin sübuta (videogörüntüyə) qiymət verərkən səhv nəticəyə gəlmişdir. Bildirir ki, məhkəmə iclaslarında Bakı şəhəri DYPİ-nin nümayəndəsi iştirak etməmiş, iştirak edib-etməyəcəyi barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Buna baxmayaraq məlum olmayan mənbədən məhkəmə iclası zamanı hakimin telefonuna mobil telefon vasitəsi ilə çəkilmiş videogörüntü. göndərilmişdir. Bu isə Qanunvericiliyin tələbinə görə qanunsuz əldə edilmiş sübut olduğundan məhkəmə tərəfindən qəbul edilməməli idi. Qanunvericiliyə görə inzibati xətaların aşkar edilməsində yalnız dövlət tərəfindən müəyyən edilmiş və qeydiyyatdan keçirilərək DYP əməkdaşının istifadəsinə verilmiş xüsusi texniki vasitəsi (XTV) ilə qeydə alınmalı, həmin XTV-nin göstəriciləri, parametrləri (markası, modeli, tipi, nömrəsi, istehsal ölkəsi və s.) tərtib edilmiş inzibati xəta protokolunda və qərarında göstərilməli idi. Bunları qeyd etməyən səlahiyyətli orqanın inzibati xəta protokolu və qərarı Qanunvericiliyin tələblərinə ziddir. Belə olan halda İXM-nin Qanunvericiliyin tələbinə- görə qarşımdakı svetoforun işığının rəngindən asılı olmayaraq açılmaq üzrə olan digər yolda olan sürücülər yolayrıcını boşaltmağıma şərait yaratmalıdırlar. Lakin, işə baxmış nizamlanan yolayrıcında Qanunvericiliyin tələbinə görə hərəkətin bu cür təşkil olunmasından xəbərsizdir. Qanunsuz sübut kimi telefonla çəkilərək məhkəməyə göndərilmiş videogörüntü iclasda elə telefonda ona nümayiş olunmuş, lakin həmin görüntüdə svetoforun qadağanedici işığı yanarkən yalayrıcına daxil olması görünməmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin qərarı əsassız, qeyri-obyektiv və şübhəlidir. Ona görə də “xəta” sübut edilmədiyindən məhkəmənin həmin qərarı ləğv edilməli və işin icraatına xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-97)-1058/2026 nömrəli qərarının ləğv edilərək iş üzrə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-97)-1058/2026 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə apellyasiya şikayətini iş üzrə materiallar ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-97)-1058/2026 nömrəli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-ci il tarixdə ünvan 1 ünvanında “Ford Transit” minik markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun qadağanedici işarəsi verildikdə hərəkətini davam etdirdiyinə görə Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. İnzibati xəta hadisəsini əks etdirən videogörüntüdən görünür ki, “Ford Transit” minik markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olarkən svetoforun qadağanedici sarı rəngli işıq siqnalında hərəkəti davam etdirdiyi müşahidə edilir Birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq hesab etmişdir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xətalar qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, videogörüntüdən görünür ki, svetofora qədər düz istiqamətdə hərəkət edən sürücü birinci növbədə yaşıl işığın yanıb-sönməsinə əhəmiyyət verməklə ilk saniyələrdə hərəkətini düzgün tənzimləyərək nəqliyyat vasitəsini hərəkətin təhlükəsizliyini təmin edən şəraitdə işıqforun qarşısında dayandırmalı olduğu halda, bunu etməmiş, yaşıl işıqda keçə biləcəyini güman etməklə hərəkətini davam etdirməyi qərara almış, lakin buna nail olmayaraq svetoforu sarı, yəni qadağanedici işıq sinqalında keçməklə inzibati xəta törətmişdir Bundan başqa məhkəmə qeyd etmişdir ki, svetoforun yaşıl işığı yanıb-söndükdən sonra qadağanedici işıq siqnalı yanmış, həmin müddət ərzində sürücü Qərardan şikayət verən orqan (şəxs) işıq siqnallarının tələblərinə riayət edərək hərəkətini düzgün və təhlükəsizliyi təmin edən formada nizamlamalı, nəqliyyat vasitəsini qadağanedici siqnal verilən zaman dayandırmalı olduğu halda hərəkətini davam etdirmişdir. Beləliklə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) apelyasiya qaydasında verilmiş şikayətdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-97)-1058/2026 nömrəli qərarının ləğv edilməsini xahiş etsə də, işin hallarından göründüyü kimi, Qərardan şikayət verən orqan (şəxs) əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tərkibi mövcuddur və birinci instansiya məhkəməsi şikayəti təmin etməyərək, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Dövlət Yol Polis İdarəsinin ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını dəyişdirmədən saxlamaqla qanuni və əsaslı nəticəyə gəlmişdir, apelyasiya qaydasında verilmiş şikayətdən qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Hesab edirəm ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-97)-1058/2026 nömrəli qərarının ləğv edilməsinə əsas ola biləcək hər hansı hal müəyyən edilmədiyindən, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməməsi və Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Dövlət Yol Polis İdarəsinin TP seriyalı, ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir,ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar