Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1016/2026 16.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X2, Boroyev Əli Əhməd oğlunun katibliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tənbeh olunması haqqında inzibati iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Qərardan şikayət verən orqan (şəxs) DİN-in BDYPİ-nin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayətlə müraciət edərək qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı ildə mobil nömrəsinə “sms” gəlmiş və bu barədə məlumat əldə etmək üçün “sms radar” tətbiqində daxil olmuşdur. Məlum olmuşdur ki, həmin gün saat 12 radələrində Binəqədi rayonu, Binəqədi şosesi, E.Əhmədov küçəsində “Hyundaı Elantra” markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobillə svetoforla nizamlanan yolayrıcında digər avtomobillərin sırasında hərəkətdə olarkən guya İXM-in 327.2ci (yolayrıcını keçmə qaydasının pozulması) maddəsinin tələbini pozduğuna görə 3 bal, 100 manat cərimə edilməyi barədə inzibati xəta qeydə alınmış və buna görə barəsində elektron qərar çıxarılmışdır. Həmin yerin yolayrıcında svetoforun yaşıl işığı yanarkən digər avtmobillərin arasında olmaqla hərəkətdə olmuş və İXM-in 327.2-ci maddəsinin (yolayrıcını keçmə qaydasını) tələbini pozmamışdır. Ümumiyyətlə hansı əsas və mötəbər sübutla barəsində qərar çıxarılaraq cərimə edilməyi məlum deyil və bu daha çox texniki səhv kimi qəbul edilməlidir. Araşdırmalar göstərir ki, kütləvi informasiya vasitələrində, internet resurslarında və televiziya kanallarında radar və kameralar vasitəsi ilə çəkilmiş xətaların bir qisminin texniki səhvlər nəticəsində qeydə alınması sübut edilmişdir. Hazırda şübhəli məqam həmçinin ondan ibarətdir ki, avtomobilinin yolayrıcında olması barədə sistemə yalnız fotoşəkil yerləşdirilmişdir. Xətanın mahiyyəti ondan ibarətdir ki, yolayrıcındakı “sarı tor” üzərində avtomobilin dayanması qadağandır, lakin həmin vaxt avtomobillə orada hərəkətdə olmuş və yolayrıcında dayanmağı yalnız videogörüntü ilə sübut edilə bilər. Videogörüntü isə dövlət qurumu tərəfindən təqdim edilməmişdir. Ona görə də xəta ilə bağlı şübhələr yaranmışdır. Hesab edir ki, tərəfindən hər hansı inzibati xəta törədilməmişdir. Xətanın törədilib-törədilməməsi fotoşəkillərlə deyil, yalnız videogörüntü əsasında müəyyən etmək olar. Ona görə də “xəta” ilə bağlı mötəbər və təkzibedilməz sübutlar təqdim edilmədiyi halda hazırki şikayət təmin edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Tural Musayev) ##.##.2026-cı il tarixli qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməmişdir. Qərardan, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət vermişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk məhkəmə iclası ## #### 2026-cı il tarixə təyin edilmiş və araşdırma zamanı işə baxan hakim iş materiallarında olan fotoşəkillərə baxdıqdan sonra sistemdə bununla bağlı videogöüntünün olub-olmadığını soruşmuş və öz növbəmdə cərimə məlumatına yalnız fotoşəkilin əlavə edildiyini bildirib xətanın sübutu ilə (yolayrıcında dayanmağım və ya hərəkətdə olmağımla) bağlı video görüntünün təqdim edilmədiyini bildirdim. İşə baxan hakim fotoşəkil formasında təqdim edilən “sübut”un şübhəli və qərar qəbul edilməsi üçün kifayət etmədiyinə görə məhkəmə iclasını ## #### 2026-ci il tarixə video görüntünün təqdim edilməsi səbəbindən təxirə salmışdır. Lakin, həmin tarixdə səlahiyyətli orqan tərəfindən tələb edilən videogörüntü (sübut) məhkəməyə təqdim edilməmişdir. Hakimin məhkəmə iclasını sübutun təqdim edilməsi səbəbindən təxirə salması və nəticədə yuxarıda qeyd etdiyim qərar çıxarması mənə qarşı qərəzli olmasının və işə qeyriobyektiv yanaşmasının nəticəsidir, onun məqsədi BDYPİ-nin haqsız mövqeyini hər vasitə ilə sübutlar olmadığı halda belə müdafiə etmək olmuşdur, bu da onun tərtib etdiyi şablon qərarından açıq-aşkar görünür. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 75-ci maddəsinin 2-ci bəndinə qeyd edilir: Əgər yolayrıcındax o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmasa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır. Hakim qərarında həmin maddəyə istinad etsə də, həmin hissədə qeyd edilənlər fotoşəkillərlə sübut edilmir, araşdırılması üçün mütləq videogörüntü təqdim edilməlidir ki, avtomobilimlə yolayrıcında dayanmağım sübut olunsun, əks halda, yəni avtomobil hərəkətdədirsə heç bir xətadan söhbət gedə bilməz. Qanunun həmin maddəsi isə sürücünün yolayrıcında avtomobili ilə yalnız dayanaraq xəta törətməsindən bəhs edir. Fotoşəkillərə əsasən ətrafda (yolayrıcında) xeyli avtomobil olduğu aşkar görünür, lakin videogörüntü olmadığı halda “xəta”nm olub-olmamasını müəyyən etmək mümkün deyil. Məhkəmə qərarından görünür ki, hakim yuxarıda qeyd etdiyim Qanunun 75-ci maddəsinin 2-ci bəndinin mahiyyətini, yəni “sürücünü dayanmağa məcbur edərək” cümləsi əsasında düzgün araşdırma aparmayaraq dayanmağımı sübut edəcək görüntünü əldə etməmişdir. Halbuki, bu sübutun (videogörüntünün) əldə edilməsi üçün məhkəmə iclasını təxirə salmışdır. Bundan başqa hakim qərarında qeyd edir ki, guya mən xəta törətmədiyim barədə hansısa sübut təqdim etməli idim. Halbuki hakim İXM-nin 8-ci maddəsi ilə tanış olsa idi bilərdi ki, bu növ islərdə sübut etmə vəzifəsi yalnız qərar çıxaran səlahiyyətli orqanın üzərinə düşür. Bütün qeyd edilənlər onu deməyə əsas verir ki, inzibati işlərə baxan hakimlər yol hərəkəti əleyhinə olan inzibati xətalarla bağlı işlərdə nəyin araşdırılacağını, hansı məqamlara diqqət edəcəklərini, şübhələrin olub-olmamasına, xəta ilə bağlı sübutun tam və mötəbər olmasına diqqət yetirmirlər və bu növ işlərə İXM-nin 8-ci maddəsinin tələblərini əsas tutaraq baxılmasına əhəmiyyət vermirlər. Bundan başqa, qərarın 3-cü vərəqin son abzasında hakim qərarı qərəzli olaraq sübut əldə etmədən BDYPİ-nin xeyrinə əsaslandırmağa çalışarkən qeyd etmişdir ki, 2 ədəd fotoşəkil fərqli vaxtlarda çəkilsə də, avtomobilim guya hərəkətsiz dayanmışdır. Halbu ki, fotoşəkillərə diqqətlə baxdıqda avtomobillərin hərəkət edərək yerlərini dəyişməsi aşkar görünür. Eyni zamanda qeyd edirəm ki, BDYPİ-nin nümayəndələri ümumiyyətlə məhkəmə işləri ilə maraqlanmayıb, iclaslarda iştirak etməyərək sübut təqdim etmədikləri halda məhkəmələr BDYPİ-nin haqsız və sübutsuz mövqelərini müdafiə edərək xeyrinə qərarlar çıxarır. Belə olan halda məhkəmə tərəfindən ədalətli, haqlı və obyektiv qərar verilməsinə vətəndaşın inamı qalmır o, məhkəməyə müraciət etməkdən məyus olur. Hazırkı inzibati iş məhkəmənin bu yanaşmasının bir nümunəsidir. Məhkəmə iclasının yeri və vaxtı haqqında qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi verilmiş şikayəti inzibati xəta haqqında iş üzrə icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, qeyd edir ki, şikayət təmin edilməməli və inzibati iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayətlə bağlı inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından əsaslı hesab edir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs), Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X1 İdarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarını mübahisələndirsə də, onun təqsiri məhkəmə icraatı zamanı inzibati iş üzrə toplanmış sübutlarla və inzibati xətanı əks etdirən fotoşəkillər ilə tam təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən məsələ üzrə qərar qəbul edərkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb ətraflı təhlil etmiş, gəldiyi nəticəni qanunun tələblərinə istinad edərək əsaslandırmışdır. Məhkəmədə bu məsələ ilə bağlı sənədlər tədqiq olunmuş, təhlillər aparılmış və məhkəmə araşdırması üzrə nəticə etibarı ilə yekun məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarında olan sübutları bir daha sadalamağa lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün onunla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına və birinci instansiya məhkəməsinin qərarına əsasən, inzibati orqan tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar əsaslı olmuş və məhkəmədə tədqiq edilmiş sənədlərlə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada tam sübuta yetirilmişdir. Şikayətin dəlilləri, inzibati iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə heç bir əsas vermir. Odur ki, qanunvericiliyin müddəalarını nəzərə alan və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda qeyd olunan xüsusatlara əsasən, inzibati iş üzrə apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X1 İdarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 133, 134, 135 və 136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında DİN-in BDYPİ-nin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1016/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1016/2026
16.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver