Məhkəmə qərarları › İş №3(3-6)-1017/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1017/2026

14.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1017/2026 14.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X4 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatına ## #### 2026-cı il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin e******/**** nömrəli məktubu ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, icra haqqında qanunun və mülki qanunvericiliyin tələbinə əsasən borclu olduğu icra sənədləri üzrə ilk öncə mülkiyyətində olan əmlakla cavabdehdir. Belə ki, mülkiyyətində ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 263,7 kv.m olan mənzil vardır və həmin mənzil şöbənin icraatında olan digər icra sənədi üzrə tələbkar X1 xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin əmlak qiymətləndirilmiş və açıq hərraca çıxarılaraq satışı təmin edilmiş, həmin əmlak tələbkar V.Quliyev tərəfindən qəbul edilmiş, artıq qalmış 97219 manat onun digər icra sənədi üzrə borclu olduğu Zərərçəkmiş şəxs ödənilmişdir. Lakin tərəfindən hazırda V.Quliyevlə bağlanmış kredit müqaviləsi və onun əsasında verilmiş icra qeydi iddia icraatı qaydasında mübahisələndirilir İş üzrə iddiaya mahiyyəti üzrə baxılıb qurtarıldıqdan sonra onun tələbkar Zərərçəkmiş şəxs olan qalıq borcunun məbləği müəyyənləşəcək və bundan sonra icra sənədinə münasibətdə çox da olmayan qalıq borcunu ödəyəcəkdir. Hazırki vəziyyətdən göründüyü kimi icra qurumu tərəfindən icra sənədi üzrə icraat “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17ci maddəsinə əsasən dayandırılmalı olduğu halda bu edilməmiş və qanunun tələbi pozulmuşdur. İcra məmurunun tələbinə əsasən borcundan ##.##.2025-ci il tarixində şöbənin depozit hesabına 1500 manat məbləğini ödəmiş, hazırda 29430 ABŞ dolları məbləğində borcu qalmışdır və pensiya yaşına çatdığından dövlət tərəfindən pensiya da alır. Bu səbəbdən qalıq tələb pensiyasına yönəldilə bilər. Lakin icra şöbəsi tərəfindən bu icra tədbiri görülməmişdir. Məlum icra sənədinin icrasından qərəzli yayınma halı baş verməmişdir. İcra məmurunun bütün çağırışlarına gəlmiş və icra sənədi üzrə yaranmış öhdəlyinin çox hissəni icra etmişdir. İcra məmurun qanunsuz və heç bir əsası olamayan qərəzli hərəkətləri nətəcəsində cərimə olunmuşdur. Apellyasiya baxışı zamanı iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini müdafiə edərək məhkəmədən şikayətinin təmin edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq protokolu tərtib edən orqanın nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri məhkəməyə məlumat verməmişdir. Məhkəmə protokolu tərtib edən orqanın nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən cra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-***/**** saylı qərardadına əsasən iddiaçı Zərərçəkmiş şəxs iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə ərizəsinin təmin edilməsi, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs mülkiyyətində olan “X2” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin və Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 94, ** saylı mənzilin özgəninkiləşdirilməsi ilə bağlı rəsmiyyətin aparılması qadağan edilməklə üzərinə həbs qoyulması qərara alınmışdır. Sabirabad Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-***/**** saylı icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 87.500 ABŞ dolları məbləğində pul vəsaiti ödənilən zaman Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq alınıb Zərərçəkmiş şəxs verilməlidir. Sabirabad rayon İcra və probasiya şöbəsinin icraata başlamaq haqqında ##.##.2020ci il tarixli qərarına əsasən Sabirabad Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)- ***/**** saylı icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya bildiriş ünvanlanmış, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə ona xəbərdarlıq edilmişdir (bildiriş/qərar borclu tərəfindən imza edilməklə rəsmi qaydada alınmışdır). Sabirabad rayon İcra və probasiya şöbəsinin icra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında ##.##.2022-ci il tarixli qərarına əsasən Sabirabad Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-***/**** saylı icra sənədi icra olunması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin borclunun axtarışı haqqında ##.##.2023cü il tarixli qərarına əsasən Sabirabad Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)- ***/**** saylı icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığına görə sonuncu barəsində axtarış elan edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 3(005)- ****/**** saylı qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Hazırki iş üzrə birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Sabirabad Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-***/**** saylı icra sənədi üzrə Zərərçəkmiş şəxs qarşısında borclu qismində çıxış edir. İnzibati xəta haqqında protokola və digər sənədlərə görə həmin icra sənədi üzrə tələb tam yerinə yetirilməmiş və hazırki vaxtadək icra edilməli olan tələb (qalıq məbləğ) 50.031 manat təşkil edir. İcra sənədinin 2020-ci il tarixdə verilməsinə baxmayaraq, tələb borclu tərəfindən tam şəkildə yerinə yetirilməmiş, bu müddətdə borclu barəsində bir sıra icra tədbirləri həyata keçirilmiş, eyni zamanda 2025-ci ilin dekabr ayında inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında ptorokola məhkəmədə baxılması zamanı borclu 1500 manat ödəniş etmiş, bununla da icra sənədinin icrasından yayınmadığını əsas gətirmişdir ki, həmin protokola məhkəmədə baxılması nəticəsində icraata xitam verilmişdir. Lakin həmin ödənişdən sonra tələb yenidən icra edilməmiş qalmış, tərəflərin iştirakı ilə toplanmış materiallara baxılması zamanı da ötən müddət ərzində hər hansı ödənişin edilmədiyi müəyyən olunmuşdur. Bütün bu hallar isə borclu tərəfindən icra sənədi üzrə tələbi yerinə yetirməkdən və icra məmurunun qanuni tələblərinə əməl etməkdən yayındığına dəlalət edir. Məhkəmə inzibati işin materiallarını bir daha tədqiq edərək birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, şikayətdə göstərilənlər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə öz öhdəliyini icra etmək vəzifəsindən azad etməməklə onun tərəfindən Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi faktını istisna etmir. Məhkəmə onu da qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birinci instansiya məhkəməsinə verdiyi ifadəsində ona atasından miras əmlak qalması və həmin əmlakı öz oğluna bağışlaması faktını təsdiq etmişdir ki, bu da öz növbəsində onun tərəfindən həmin əmlak hesabına icra sənədi üzrə tələbi təmin etmək əvəzinə öz öhdəliyini qərəzli olaraq icra etmədiyinə dəlalət edir. Bundan başqa, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş inzibati tənbeh tədbirini müzakirə edib hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq ona qanuni və ədalətli inzibati tənbeh tədbiri təyin etmişdir. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilməsinə dair ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar