Məhkəmə qərarları › İş №3(3-6)-1018/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1018/2026

24.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1018/2026 24.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi Bağır-zadə Nofəl İsax oğlunun, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi nümayəndə1 iştirakları ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin direktoru tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi “xxxx” MMC barəsində İXM-in 428.7.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir İnzibati xəta haqqında protokoldan görünür ki, “xxxx” MMC (VÖEN: **********) tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi ünvanında, ##.##.2026-cı il tarixində, saat 14:25-də “xxxx” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Nəticədə “xxxx” MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 5.000 (beş min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin direktoru apellyasiya qaydasında şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi öz qərarında Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən təqdim edilmiş inzibati xəta haqqında iş materiallarını, o cümlədən inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş aktı, fotoşəkilləri və poçt qəbzini hərtərəfli, tam və obyektiv tədqiq edərək, tərəflərin izahatlarım dinləyib qiymətləndirərək hesab edir ki, "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmişdir. Lakin məhkəmə birtərəfli qaydada işin faktiki hallarına qiymət verərək, barəsində inzibati təhbeh verilmiş şəxsin izahatlarındakı xüsusatlara məhəl qoymamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC öz fəaliyyətini tN/L-***/**** nömrəli, ## #### 2020-ci il tarixli lisenziya əsasında həyata keçirir. Həmin tarixdən etibarən açıq məkənda reklam yerləşdirilməsinə dair 1 il müddətinə icazə alınmış və növbəti illər ərzində icazənin müddəti uzadılmışdır. Qeyd edilməlidir ki, qanunvericiliklə prosedur olaraq icazənin müddətinin uzadılması müddətin bitməsinə 1 ay qalmış reklam yayıcısının müraciəti əsasında Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən həyata keçirilməsi müəyyən edilsə də, formalaşmış praktika üzrə reklam yayıcısının açıq məkənda reklam yerləşdirilməsinə dair icazənin müddətinin uzadılması üçün müddətin bitməsinə 1 ay qalmış mütləq şəkildə müraciət edilməsi Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən tələb edilmirdi. İş materiallarına əlavə edilmiş açıq məkənda reklam yerləşdirilməsinə dair i25010537400002 qeydiyyat nömrəli icazədən görünür ki, icazənin etibarlılıq müddəti ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək müəyyən edilmişdir. Lakin məhkəmə diqqət yetirməmişdir ki, həmin icazənin üzərində icazənin verilmə tarixi ##.##.2025-ci il qeyd edilmişdir. Necə ola bilər ki, 2025-ci ilin aprel ayında verilmiş icazə həmin ilin yanvar, fevral və mart aylarına şamil edilsin? Bu halın mövcudluğu ona dəlalət edir ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi icazənin müddətini reklam yayıcısının müraciəti olmadan, reklam yayıcısının qanunvericilklə müəyyən edilmiş qaydada ödənişləri əsasında avtomatik uzadırdı. İcazənin müddətinin uzadılması həm 2025-ci il üçün həm də ondan əvvəlki illərdə də bu qaydada həyata keçirilirdi. Belə ki, müvafiq dövrlər üzrə “xxxx’Mən icazə müddətinin uzadılması ilə bağlı hər hansı müraciətin təqdim edilməsi tələb edilməmiş, və uzadılma müraciət olunmadan həyata keçirilmiş və ümumiyyətlə belə müraciət tərəfimizdən tərtib edilməmişdir. Beləliklə bu qənaətə gəlmək olar ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi özü qanunvericiliyin tələblərinə riayət etməməklə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə etimad mühiti yaratmış, onun rəsmi * müraciəti olmadan hər il icazəni uzatmış, icazəni onun müddəti bitdiyi tarixdə deyil, bir neçə ay sonralar rəsmiləşdirmişdir. Nəticədə, həmçinin qanunvericilikə müəyyən edilmiş tələbləri icra etməməklə (hərəkətsizliklə), Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs-in etimadından sui-istifadə etməsi nəticəsində, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs-ə dair inzibati cərimə növündə tənbdeh tədbiri tətbiq edilmişdir. Bundan əlavə “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsinə və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydasf’nm 2.22,-ci bəndinə əsasən Müddəti bitmiş icazə, onun müddəti uzadılmadığı halda, müvafiq qurumun inzibati aktı ilə ləğv edilir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində reklam yayıcısına təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. ” Göründüyü kimi qanunverici icazənin müddətinin uzadılmaması halım (müddəti bitmiş icazə) müvafiq qurumun inzibati aktı ilə ləğv edilməsi və həmin aktın reklam yayıcısına təqdim edilməsi ilə şərtləndirir. Belə bir akt ümumiyyətlə mövcud deyil, nə də ki reklam yayıcısına təqdim edilməmişdir. Bu səbəbdən də Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən icazənin müddətinin əvvəlki qaydada uzadıİmayacağı və icazənin ləğv edilməsinə dair niyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada reklam yayıcısına çatdırılmamışdır. Bundan əlavə iş materiallarına Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin “xxxx" MMC-nə ünvanlanmış ##.##.2026cı il tarixli göstəriş və poçt qəbzi əlavə edilmişdir. Həmin poçt qəbzinin üzərində alan şəxsin soyadə və imzası qrafasmda '‘imtina edildi” yazılmış, sonra üzərinə xətt çəkilmiş və yanında Məmmədova soyadı qeyd edilmişdir. Bununla bağlı qeyd etmək istəyirik ki. sözügedən göstəriş “xxxx” MMC təqdim edilməmişdir və bizim hər hansı Məmmədova soyadlı işçimiz həmin məktubu almamışdır. Bununla bağlı biz birinci instansiya məhkəməsində də məhkəməni məlumatlandırdıq, lakin məhkəmə öz qərarında işin bu hallarma da əhəmiyyət vermədi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi Bağır-zadə Nofəl İsax oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək bildirdi ki, 2020-ci il tarixindən Reklam Agentliyi ilə əməkdaşlıq etmişlər. Müxtəlif vaxtlarda reklam agentliyinin əməkdaşı ərizəni ofisə gətirməklə imzaladırdı. Və bu illərlə belə davam etmişdir. Sonra məktub göndəriblər ki, bəs reklam yerləşdirmə qaydalarını pozublar. Məktubu qəbul edən əməkdaş işdən çıxmışdır. Həmin məktubu heç tapa bilmədilər. Onlarda praktika yaranmışdır ki, müxtəlif aylarda əməkdaş gətirib ərizəni verir. Sahibkarda da inam yaranıb, düşünüb ki, gətirəcəklər. Sahibkar praktikaya inanıb və bu hal baş vermişdir. Qeyd olunanları nəzərə alıb, məhkəmədən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarının ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhər Reklam İdarəsinin nümayəndəsi nümayəndə1 verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibət bildirdi ki, “xxxx” MMC barəsində ## ###### 2026-cı il tarixində akt tərtib edilmişdir. Qanunsuz reklam aşkar edilmişdir. Daha sonra ## ###### 2026-cı il tarixində göstəriş göndərilmişdir, lakin qanunsuz reklam yerləşdirilməsi aradan qaldırılmamış və ya yenidən müraciət edilməmişdir. Ola bilər qaydalar dəyişir. Göstəriş məktubu yanvar ayın 14 çatdırılıbdır, lakin məktub alandan sonrada qanunsuz reklam sökülməmişdir. Məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini və mübahisələndirilən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarın qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, verilmiş şikayət təmin edilməməli və "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki,.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan MN seriyalı ******* nömrəli, ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, “xxxx” MMC (VÖEN: **********) tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi ünvanında, ##.##.2026-cı il tarixində, saat 14:25-də “xxxx” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Nəticədə “xxxx” MMC tərəfindən İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, “xxxx” MMC (VÖEN: **********) açıq məkanda reklam yerləşdirmişdir. İş materiallarında olan Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair ##.##.2026-cı il il tarixli Aktdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi ünvanında yerləşən “xxxx” adlı obyektdə ##.##.2026-cı il tarixdə saat 14:10-da müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli “Famko Kuryer və kargo” xidmətinin poçt qəbzindən görünür ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnə ünvanlanmış göstəriş məktubu ##.##.2026-cı il tarixdə Məmmədova soyadlı şəxs tərəfindən qəbul edilmişdir. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasının ərazisində reklam fəaliyyətinin subyektləri arasında reklamın sifarişi, istehsalı, yayımı, istehlakı ilə bağlı yaranan münasibətlərə tətbiq edilir; Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir; “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 26.8-ci maddəsinə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsinin hakimi yuxarda qeyd olunan nəticəyə gələrkən hesab etmişdir, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə açıq məkanda reklam yerləşdirilməsi üçün verilmiş icazənin müddəti ## ###### 2025-ci il tarixində başa çatmışdır. Lakin ## ###### 2026-cı il tarixində tərtib edilmiş akt və fotoşəkillərdən aydın görünür ki, hüquqi şəxs icazə müddətinin bitməsinə baxmayaraq, reklam yayımını dayandırmamış, qanunsuz reklam fəaliyyətini davam etdirmişdir. Bununla da İXM-in 428.7.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv cəhəti tam formalaşmışdır. Hüquqi şəxsin nümayəndəsinin məhkəmədə "agentlik tərəfindən onlara məlumat verilməməsi və əvvəllər məlumat verildiyi üçün yaranmış etibarlı münasibətlərə inanmaları" və "göndərilən xəbərdarlıq məktubunu alan işçinin artıq işdən çıxarılması və həmin şəxsin məktubu rəhbərliyə təqdim etməməsi" kimi arqumenti məhkəmə tərəfindən əsassız hesab edilərək rədd edilir. İlk növbədə qeyd etmək lazımdır ki, hüquqi şəxs mülki dövriyyənin iştirakçısı kimi öz kommersiya fəaliyyətini, o cümlədən əldə etdiyi lisenziya və icazələrin müddətlərinin izlənilməsini idarə etməyə borcludur. X4 Agentliyinin üzərinə sahibkarlara onların icazə müddətlərinin bitməsi ilə bağlı "xatırlatma" göndərmək və ya müqaviləni yeniləmək üçün onların ünvanına getmək kimi bir öhdəlik qoyulmamışdır. “Qanunu bilməmək məsuliyyətdən azad etmir” prinsipinə müvafiq olaraq, öz icazəsinin müddətini bilməmək və ya izləməmək, bunun məsuliyyətə səbəb olmasından məlumatı olmamaq sahibkarı məsuliyyətdən azad edə bilməz. İkincisi, hüquqi şəxsin "məktubu qəbul edən şəxsin artıq işdən çıxarıldığına" dair irəli sürdüyü arqument İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinin tələblərinə uyğun olaraq əsassızdır. İXM-in 57.2-ci maddəsinə əsasən, hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq şəxsə qəbzə imza etdirilməklə verilir. İşə əlavə edilmiş ##.##.2026-cı il tarixli kuryer qəbzindən görünür ki, xəbərdarlıq məktubu bilavasitə hüquqi şəxsin rəsmi ünvanına çatdırılmış və “Məmmədova” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən hüquqi şəxsin nümayəndəsi və direktoru nümayəndə2 dolayı yol ilə həmin şəxsin əməkdaşları olduğunu, lakin 1 ay əvvəl (mümkün halda fevral ayında) işdən çıxarıldığını bildirsə də, bu hal onun məsuliyyətini istisna edən yox, əksinə təsdiq edən bir fakt kimi çıxış edir. Belə ki, sözügedən məktub ## ###### 2026-cı il tarixdə hüquqi şəxsə çatdırılmışdır ki, belə olan halda işçi həmin vaxt şirkətin rəsmi əməkdaşı olmuşdur. Mümkün halda həmin məktubun şirkət rəhbərliyinə çatdırılmaması isə MMC-nin öz daxili kargüzarlıq qaydalarının pozuntusudur. Sahibkarın öz daxili idarəetməsindəki qüsurlar dövlət orqanının bildirişini etibarsız edə bilməz. Hətta fərz edilsə belə ki, xəbərdarlıq məktubu şirkətə heç çatmayıb, bu hal belə inzibati xəta tərkibini istisna etmir. Çünki İXM-in 428.7.1-ci maddəsi xəbərdarlığa məhəl qoymamağı deyil, məhz "icazə olmadan reklam yerləşdirilməsini" tənbeh əsası kimi nəzərdə tutmuşdur. Hüquqi şəxs # ###### 2026-cı il tarixindən ## ###### 2026-cı il tarixinədək (protokol tərtib edilən günə qədər) fasiləsiz olaraq icazəsiz reklam yayımını həyata keçirmişdir. (hazırkı tarixdə də icazə almamışdır) Göründüyü kimi, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə gəldiyi nəticəni materialda olan sənədlərə, habelə qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki , barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsinə sonunca icazə ərizəsi ## ###### 2025-ci il tarixində verilmişdir. ##.##.2026-cı il tarixli Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi ünvanında yerləşən “xxxx” adlı obyektdə ##.##.2026-cı il tarixdə saat 14:10-da müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmiş və bununla bağlı akt tərtib edilmişdir. Daha sonra MMC-yə aktda qeyd olunan qanun pozuntularının 5 gün ərizndə aradan qaldırılması ilə bağlı göstəriş məktubu ünvanlanmış, poçt qəbzində olan məlumatlara əsasən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnə ünvanlanmış göstəriş məktubu ##.##.2026-cı il tarixdə Məmmədova soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən aktda göstərilən pozuntular aradan qaldırılmamış və ya açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün Bakı Şəhəri Reklam İdarəsinə müraciət edilməmişdir. Belə olan halda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən “Reklam haqqında” qanunvericiliyin tələbləri pozulmuş və bununla da, "xxxx” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx" MMC barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tənbeh etmişdir. Apellyasiya şikayətinin dəlilləri müdafiə xarakterli olmaqla əsassızdır, inzibati xəta törətmiş şəxsi məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. İnzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində inzibati tənbeh tədbiri seçərkən sonuncuya törətdiyi inzibati xətaya görə maddənin sanksiyasında hüquqi şəxsə münasibətdə nəzərdə tutulmuş tənbeh növü olan cəriməni ən aşağı həddə tətbiq etmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin direktoru tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar