Məhkəmə qərarları › İş №3(3-6)-1019/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1019/2026

16.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1019/2026 16.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi, məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraaat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsi Nümayəndə iştirakları ilə, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarından hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə tərtib edilmiş ## ###### 2026-cı il tarixli, EP 0286550 (*****-*****/**) nömrəli inzibati xəta haqqında protokol eyni tarixli EP 0286551 (*****/*****) nömrəli qərardadla baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və inzibati xətanın bilavasitə obyekti olan 639.540 rubl məbləğinin 30 faizi miqdarında, yəni 191.862 rubl məbləğində cərimənin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəfindən məhkəmə iclasında iştirak edilərək, iş üzrə etiraz verilib bildirilmişdir ki, hüquqlarını təmsil etdiyi “AZBİORESURS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Rusiya Federasiyasının ərazisində fəaliyyət göstərən “EKO FİSH" şirkəti ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən “AZBİORESURS” Məhdud Məsuliyyətli Cəmiyyəti dondurulmuş kilkə balığını Rusiya Federasiyasının ərazisinə ixrac edirdi. Lakin ixrac zamanı baş vermiş müəyyən problemlərə əsasən dondurulmuş kilkə balığının bir hissəsi xarab olaraq yararsız vəziyyətə düşmüşdür. Buna əsasən “EKO FİSH” şirkəti tərəfindən “AZBİORESURS” Məhdud Məsuliyyətli Cəmiyyətinə rəsmi pretenziya məktubu göndərilərək, saf vəziyyətdə qalmış dondurulmuş kilkə balığını yenidən qiymətləndirilərək, yalnız məbləğin bir hissəsini ödəməmişdir. “AZBİORESURS” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2024-cü il tarixdə bu barədə rəsmi olaraq Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə məlumat verilmişdir. Məhz bu səbəbdən Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən bundan öncə bu məsələ ilə bağlı heç bir tədbirlər görülmürdü. Lakin naməlum səbəblərə görə artıq 2 (iki) il keçdikdən sonra Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən bu məsələ yenidən qaldırılmışdır. Tərəfindən Nərimanov Rayon Məhkəməsində, məhkəmə iclaslarında iştirak edərək yuxarıda qeyd olunanlar barədə məlumat verilmişdir. Halbu ki, qərarda ümumiyyətlə iştirakından və bu kimi hallar barədə izahatın verilməsindən ümumiyyətlə heç nə qeyd edilməyibdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraaat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun çıxış edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbdən olması və ya məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-ci maddəsinə əsasən Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab edir. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçısının çıxışlarını dinləyərək, məhkəmə belə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs “AZBİORESURS” Məhdud Məsuliyyətli Cəmiyyəti Rusiya Federasiyasında fəaliyyət göstərən “EKO FİSH” şirkəti arasında bağlanılmış ** nömrəli, ## ###### 2024-cü il tarixli müqaviləyə uyğun olaraq 01242000091147 sorğu nömrəli gömrük bəyannaməsi üzrə “dondurulmuş kilkə balığı” yükü ixrac edilmiş, lakin xarici iqtisadi fəaliyyətlər nəticəsində ümumilikdə 639540 rubl məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülməmişdir. İş üzrə ## ###### 2026-ci il tarixli “sənədlərə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, hüquqi şəxs "AZBİORESURS" Məhdud Məsuliyyətli Cəmiyyəti Rusiya Federasiyasında fəaliyyət göstərən “EKO FİSH” şirkəti arasında bağlanılmış müxtəlif müqavilələrə uyğun olaraq 01242000076053, 01242000077274, 01242000077581, 01242000078898, 01242000080268, 01242000083930, 01242000077591, 01242000078901, 01242000080282, 01242000083941, 01242000077282, 01242000078077, 01242000079674, 01242000080973, 01242000084713, 01242000077572, 01242000078894, 01242000079687, 01242000081848, 01242000084718, 01242000084723, 01242000084728, 01242000085647, 01242000086087 sorğu nömrəli gömrük bəyannamələri üzrə konsiqnasiya yolu ilə ixrac etdiyi malların müqabilində vəsait 180 (yüz səksən) gün ərzində müvəkkil bank hesabına köçürülmüşdür və qalıq vəsait qalmamışdır. İş üzrə ## ###### 2026-ci il tarixli “sənədlərə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, hüquqi şəxs “AZBİORESURS” Məhdud Məsuliyyətli Cəmiyyəti Rusiya Federasiyasında fəaliyyət göstərən “EKO FİSH” şirkəti arasında bağlanılmış ** nömrəli, ## ###### 2024-cü il tarixli müqaviləyə uyğun olaraq 01242000091147 sorğu nömrəli gömrük bəyannaməsi üzrə “dondurulmuş kilkə balığı” yükü ixrac edilmiş, lakin xarici iqtisadi fəaliyyətlər nəticəsində ümumilikdə 639540 rubl məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Konsiqnasiya əməliyyatı üzrə hesabatdan görünür ki, 01242000091147 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ödənilməli olan 752.400 rublun 112.860 rublu müvəkkil bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinə köçürülmüş, 639.540 rubl qaytarılmayan məbləğ mövcuddur. “Valyuta tənzimi haqqında” Qanunun 1-ci maddəsinin 9-cu hissəsinin “a” bəndində cari valyuta əməliyyatlarından biri kimi malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların, eləcə də ixrac-idxal əməliyyatlarının 180 gündən artıq olmayan müddətə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından köçürülməsi, 10-cu hissəsinin “q” bəndində isə malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə 180 (yüz səksən) gündən artıq müddətə ödəniş möhlətinin verilməsi və alınması göstərilmişdir. ## ###### 2017-ci il tarixli **** nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ixracda hesablaşmaları tənzimləyən Qaydaların 12-ci bəndinə hesablaşma üsulları ilə bağlı edilmiş dəyişikliklər nəticəsində dövlət müəssisələri və əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisələr tərəfindən malların (xidmətlərin və əqli mülkiyyətin) satışının yalnız onların haqqının qabaqcadan ödənilməsi, yaxud geri çağırılmayan akkreditiv açılması yolu ilə və ya bank zəmanəti əsasında həyata keçirilməsi kimi irəli sürülən tələblər aradan qaldırılmışdır. Yeni tələblərə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər (Qaydaların 12.1 və 12.2-ci bəndləri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” ## ### 2021-ci il tarixli qərarına əsasən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin ## #### 1997-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 (yüz səksən) gün ərzində təmin olunmalıdır. Habelə həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə- inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə qeyd etmişdir ki, inzibati xəta haqqında protokol və inzibati xata haqqında iş üzrə icraat materiallarında olan digər sənədlərlə tam sübuta yetirilir ki, hüquqi şəxs “AZBİORESURS” Məhdud Məsuliyyətli Cəmiyyəti Rusiya Federasiyasında fəaliyyət göstərən “EKO FİSH” şirkəti arasında bağlanılmış ** nömrəli, ## ###### 2024-cü il tarixli müqaviləyə uyğun olaraq 01242000091147 sorğu nömrəli gömrük bəyannaməsi üzrə “dondurulmuş kilkə balığı” yükü ixrac edilmiş, lakin xarici iqtisadi fəaliyyətlər nəticəsində ümumilikdə 639.540 rubl məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülməmişdir. Apellyasiya şikayətində malların ödənilməyən hissəsinin xarab olması səbəbindən pulların xaricdən bank hesabına köçürülmədiyi qeyd edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, apellyator ixrac olunan malların xarab olmasını təsdiq edən sübut təqdim etməmişdir. Ona görə tərtib edilən protokol əsaslı olaraq məhkəmə tərəfindən nəzərə alınmışdır. Göründüyü kimi iş materiallarında olan sübutlarla protokolda qeyd edilən inzibati xətanın törədilməsi təsdiq olunur. Odur ki, məhkəmə belə hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Habil Məmmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar