Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1021/2026 13.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Ibrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) Əli oğlunun iştrakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Əli oğlu barəsində Azərbaycan Respublikası IXMin 327.1-ci maddəsi ilə inzibati xətalara dair iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Qərarından şikayət verilən orqan tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Qərardan şikayət verən orqan (şəxs) Əli oğlu şikayət ilə məhkəməyə müraciət edərək Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin ## ###### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) Əli oğlu ## ###### 2025-ci il tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyev küçəsi ilə hərəkətdə olarkən, Azadlıq prospekti ilə kəsişmə nöqtəsində idarə etdiyi “X3 Hibrid” minik markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yüngül yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı o, sol zolaqla düz istiqamətdə və qaydalara uyğun hərəkətdə olmuşdur. Bu zaman “Shangan Qatyuon” minik markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qaydaları pozaraq, sağdan sıxılma yolu ötmə etməyə çalışmış, sola manevr edərkən onun avtomobilinin qabaq sağ buferinə toxunaraq qəza törətmişdir. Qəzanın faktiki səbəbi qarşı tərəfin düzgün olmayan manevri və təhlükəli ötmə cəhdi olmuşdur. Hadisə yerinə yaxın olan DYP-nin **-YP-*** nömrəli polis ekipajı hadisəyə baxış keçirmiş, hər iki avtomobilin sənədlərini toplamış və ilkin olaraq günahın qarşı tərəfdə olduğunu bildirmişdir. Bununla belə ## ###### 2025-ci il, saat 13:30 radələrində BDYP-nin baş inspektoru, polis mayrou X5 tərəfindən izahatı tam şəkildə alınmasına baxmayaraq, onun barəsində əsassız olaraq IXP******* saylı inzibati protokol tərtib etmiş və Qərardan şikayət verən orqan (şəxs) günahkar kimi qeyd olunmuşdur. Bu qərar hadisənin real gedişatına, obyektiv hallara və mövcüd sübutlara uyğun deyildir. Bu işlə bağlı, o, dərhal barəsində Inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin ##.##.2025-ci il tarixli, IXP ******* saylı protokolunun və onun əsasında verilmiş ##.##.2025-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi və əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə şikayət vermişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsi onun inzibati tənbeh olunmağı barədə inzibati işinə baxmış, *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərara əsasən şikayəti qismən təmin edilərək Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Bakı şəhər Polis Idarəsi X1 Idarəsinin ##.##.2025-ci il tarixli, TP ******* saylı Inzibati tənbeh vermə haqqıda qərarı ləğv edilmiş, Inzibati xəta haqqında iş Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırması üçün Bakı şəhəri X1 Idarəsinə geri qaytarılmışdır. Bakı şəhəri X1 Idarəsi, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən ##.##.2025-ci il tarixli, IXP ******* saylı protokol əsasında onun barəsində yenidən inzibati tənbeh barədə ##.##.2026-cı il tarixli, TP ******* nömrəli qərar qəbul etmişdir. O, ##.##.2025-ci il tarixdə 19:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi ilə hərəkət edərkən Azadlıq prospekti ilə kəsişmə nöqtəsində idarə etdiyi “X3 Hibrid” minik markalı, **-RB- *** dövlət qeydiyyat nişanlı avtomobillə yüngül yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı o, sol zolaqda düz istiqamətdə və qaydalara uyğun hərəkətdə olmuşdur. Bu zaman "Shangan Qatyuon" minik markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü qaydaları pozaraq, sağdan sıxılma yolu ötmə etməyə çalışmış, sola manevr edərkən onun avtomobilinin qabaq sağ buferinə toxunaraq qəzanı törətmişdir. Qəzanın faktiki səbəbi qarşı tərəfin düzgün olmayan manevri və təhlükəli ötmə cəhdi olmuş, nəqliyyat hadisəsindən sonra, hadisə yerinə yaxın olan DYP-nin **-YP-*** nömrəli polis ekipajı hadisəyə baxış keçirmiş, hər iki avtomobilin sənədlərini toplamış və ilkin olaraq günahın qarşı tərəfdə olduğunu bildirmişdir. Bununla belə, ## ###### 2025-ci il saat 13:30 radələrində BDYP-nin baş inspektoru, R X5 tərəfindən izahatı tam şəkildə alınmasına baxmayaraq, əsassız olaraq IXP******* saylı inzibati protokol onun barəsində tərtib edilmiş və o, günahkar kimi qeyd olunmuşdur. Göründüyü kimi, Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin R X5 ona qarşı qərəzli olaraq, eyni zamanda qeyriobyektiv formada yol qəzasında onu günahkar çıxarması düzgün deyil, çünki kamera görüntülərinə baxış keçirilsə, orada hadisə tamamilə əksini deyir. Aydın məsələdir ki, Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin R X5 hardasa marağı olduğundan belə bir qanunsuz qərar qəbul etmişdir. Şikayətçi hesab edir ki, barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin ##.##.2025-ci il tarixli, IXP ******* saylı protokolunun və onun əsasında verilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli qərar ləğv edilməli və əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Eyni zamanda Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin polis əməkdaşı X5 barəsində xüsusi qərardad çıxarılmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə şikayətin təmin edilməsi, Qərardan şikayət verən orqan (şəxs) Əli oğlunun Azərbaycan Respublikası IXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası IXM-nin 53-cü maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Qərarından şikayət verilən orqan apellyasiya qaydasında şikayət verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsini və ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Qərardan şikayət verən orqan (şəxs) Əli oğlu verilmiş şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Republikası DIN Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) Əli oğlu ## ###### 2025-ci il tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyev küçəsində idarə etdiyi “X3 Hibrid” minik markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarına riayət etmədiyinə görə Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi üzrə təqsirli bilinib 40 manat məbləğində cərimə edilməsinə dair Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş baxılması üçün həmin quruma göndərilmişdir. Iş materiallarında olan Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara görə Qərardan şikayət verən orqan (şəxs) Əli oğlu Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə yüz manat məbləğində cərimə edilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki inizbati xəta ilə bağlı Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə barədə qərar zəruri araşdırma aparılmadan qəbul edilmiş, bu səbəbdən də bu qərar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarı ilə ləğv edilmiş və qanunvericiliyin tələblərinə əməl olunması üçün iş baxılması məqsədi ilə səlahiyyətli orqana göndərilmişdir. Lakin Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən buna əhəmiyyət verilməmiş, barəsində icraat aparılan şəxsin iştirakı olmadan ## ###### 2026-cı il tarixdə yenidən qərar qəbul edilmiş, bu zaman heç bir araşdırma aparılmamış, işlə bağlı digər zəruri sübutlar göstərilməmişdir. Bununla da şəxsin təqsirliyini sübut edən kifayət qədər dəlil toplanılmayaraq Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) Əli oğlu barəsində Inzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında qərar ləğv edilməli və əməldə inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Iş üzrə toplanmış sübutları, işdə iştirak edən şəxslərin izahatlarını və apellyasiya şikayətinin dəlillərini birlikdə qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) Əli oğlu barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış, qanuni və əsaslı olaraq Qərardan şikayət verən orqan (şəxs) Əli oğlu barəsində Inzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında qərarı ləğv etmiş və əməldə inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam vermişdir. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayət təmin olunmamalı və Qərardan şikayət verən orqan (şəxs) Əli oğlunun Azərbaycan Respublikası IXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə edilməsinə dair Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1021/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1021/2026
13.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver