Məhkəmə qərarları › İş №3(3-6)-1022/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1022/2026

13.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1022/2026 13.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi X3, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük Idarəsinin nümayəndəsi X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələrində nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinərək Inzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə müvafiq olaraq həmin Məcəllənin 492.1-ci maddəsinə əsasən 1000 manat məbləğində cərimə tətbiq edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*- **)-***/**** saylı qərarından Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük Idarəsinin rəisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük Idarəsi ## ###### 2026-cı il tarixli, *****-*****/** nömrəli protokol tərtib edilmiş və protokola əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ilə “Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələrində nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinərək Inzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə müvafiq olaraq həmin Məcəllənin 492.1-ci maddəsinə əsasən 1000 manat məbləğində cərimə tətbiq edilmişdir. Həmin qərardan narazı qalan Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük Idarəsinin rəisi apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsini və hər vaqon üzrə tərtib edilmiş protokollar nəzərə alınmaqla yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rusiya Federasiyasının Nijeqorod Vilayətində yerləşən “xxxx” MMC-dən ünvan 1 ünvanında qeydiyyatda olan, “xxxx" MMCnin ünvanına ## ###### 2026-cı il tarixdə “Yalama" gömrük postundan keçən 10 vaqonda (vaqon № ********, 91114884, 91131540, 91148650, 98919368,91131516,95637997, 95638391,91115113 və 98916653) 758000 kq çəkidə və 174340,00 ABŞ dolları dəyərində “ərzaqlıq buğda" yükü idxal olunmuşdur. ## ###### 2026-cı i! tarixdə yükə baxış keçirmək məqsədi ilə həmin ünvana gedilən zaman, qeyd olunan vaqonlarda olan yükün gömrük orqanının icazəsi olmadan və gömrük rəsmiləşdirilməsi başa çatdırılmadan ## ###### 2026cı il tarixdə özbaşına vaqonlara vurulmuş gömrük təminatı vasitələrinin (plombların) qırıldığı və vaqonlarda olan yüklərin boşaldılması məlum olmuşdur. Faktla bağlı Xaçmaz Baş Gömrük Idarəsində “xxxx" MMC barəsində Inzibati Xətalar Məcəlləsinin 491,3-cü və 492.1 -ci maddələri ilə *****-*****/** saylı iş üzrə araşdırma aparılmış və “xxxx" MMC barəsində toplanmış materiallar baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Iş üzrə sənədlərə baxılaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərar qəbul olunmuşdur. Həmin qərara əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsi ilə 1000 manat cərimə tətbiq olunmuşdur. Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük Idarəsi hesab etmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi qeyd olunan qərarı işin hallan və hüquq normalarının tələbləri baxımından əsassızdır və ləğv olunmalıdır. Məlumat üçün bildirmişdirlər ki, ərzaqlıq buğda yükü hər nömrəsi qeyd edilmiş vaqona yüklənərək ayrılıqda gömrük təminatı (piomb) vurulmuş və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-in anbarında hər nömrəsi qeyd edilmiş vaqonun ayrılıqda gömrük təminatı (piomb) qırılaraq boşalılması müəyyən olunmuşdur. Bu faktlar alınmış izahatlar və video görüntülərlə sübuta yetirilmişdir. Bu səbəbdən də “xxxx" MMC barəsində qeyd olunan vaqonlar üzrə ayrılıqda inzibati xəta protokolları tərtib olunmuş və baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən bir gömrük təminatının qırılması halı kimi yanaşılaraq yalnız 1000 manat cərimə tətbiq olunmuşdur. Bununla da məhkəmənin iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qərar qəbul etdiyi qənaətinə gəlmək mümkündür. Qeyd olunanları nəzərə alaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 fevral 2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli qərarı ləğv edilməlidir. Məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük Idarəsinin nümayəndəsi apellyaisya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərədə tutulmuş qaydada məlumatlandırılmış Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi məhkəmə baxış iclasının iştirak etmədiyindən məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etdi. Işin halları və hüquqi məslələr: Şikayətdə göstərilənlərlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - ************** saylı gömrük bəyannəməsinə əsasən Rusiya Federasiyasının Nijeqorod vilayətində yerləşən "xxxx" MMC tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin ünvanına göndərilən 277.679,00 ABŞ dolları dəyərində 1.207.300,00 kq “ərzaqlıq buğda” adlı yük ## ###### 2026-cı il tarixdə ölkəyə idxal olunmuşdur (bəyannamənin 1-cı qrafasında kod 40 göstərilib). - “Malların və nəqliyyat vasitələrinin yoxlanılması haqqında” ## ###### 2026-cı il tarixli protokolda qeyd olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin (VÖEN: **********) adına 98915465, 91114884, 91131540, 91148650, 98919368, 91131516, 95637997, 95638391, 91115113, ******** nömrəli vaqonlarda idxal olunan və ************** saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş "ərzaqlıq buğda" yükünə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-in anbarında şirkətin nümayəndəsi X4 iştirakı ilə gömrük baxışı keçirilmişdir. Baxış zamanı Rusiya Federasiyasının Nijeqorod Vilayətində yerləşən "xxxx" MMC-dən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin (VÖEN: **********) ünvanına ## ###### 2026-cı il tarixdə "Yalama" gömrük postundan keçməklə 10 vaqonda (vaqon № ********, 91114884, 91131540, 91148650, 98919368, 91131516, 95637997, 95638391, 91115113 və 98916653) idxal olunmuş, 758000 kq çəkidə və 174.340,00 ABŞ dolları dəyərində "ərzaqlıq buğda" yükünün vaqonlara vurulmuş gömrük təminatının (plomb) qırılaraq gömrük orqanının icazəsi olmadan və gömrük rəsmiləşdirilməsi başa çatdırılmadan ## ###### 2026-cı il tarixdə vaqonlarda olan "ərzaqlıq buğda" yükünün boşaldılaraq anbarın ərazisində yerləşən taxılın saxlanılması üçün nəzərdə tutulmuş "taxıl silosunda" saxlanıldığı və qeyd olunan boşaldılmış vaqonların X2 stansiyasına yola salındığı müəyyən olunmuşdur. -"xxxx” MMC-nin nümayəndəsi X4 izahatında bildirmişdir ki, şirkətin əsas fəaliyyəti ərzaqlıq buğda və digər dənli bitkilərin Azərbaycan Respublikasına idxalından ibarətdir. Bu məqsədlə də Rusiya Federasiyasının Nijeqorod Vilayətində yerləşən “xxxx" MMC-dən "xxxx” MMC-yə 10 vaqonda (vaqon № ********, 91114884, 91131540, 91148650, 98919368, 91131516, 95637997, 95638391, 91115113, 98916653) 758000 kq çəkidə və 174.340,00 ABŞ dolları dəyərində “ərzaqlıq buğda” yükü idxal etdiyini bildirmişdir. X4 həmin vaqonların üzərində olan gömrük təminatını qıraraq (plomb) ərzaqlıq buğdanı boşaltmalarına səbəb kimi həmin buğda yüklərinin rəsmiləşdirilməsini fikirləşməsi ilə izah etmiş, həmçinin gömrük təminatının (plombun) qırılması və yüklərin boşaldılması barədə gömrük orqanına məlumat vermədiklərini bildirmişdir. - “Inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” ## ###### 2026-cı il tarixli, EP 0250289 (*****/*****) saylı qərardada əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən eyni vaxda törədilən inzibati xəta haqqında işlərə baxmaq məhkəmənin səlahiyyətinə aid olduğundan qeyd edilən işlər eyni vaxtda baxılaraq bir icraatda birləşdirilmişdir. Birinici instansiya məhkəməsi hesab etmişdir ki məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, qurum Inzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və daha ciddi xəta kimi həmin Məcəllənin 492.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində onun barəsində inzibati cərimə tətbiq edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.24-cü maddəsinə əsasən gömrük təminatı – gömrük nəzarəti və rəsmiləşdirilməsinin nəticələrini əks etdirmək üçün gömrük sərhədindən keçirilən mallara və nəqliyyat vasitələrinə gömrük orqanları tərəfindən vurulan plomblar, möhürlər və digər eyniləşdirmə vasitələri başa düşülür. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən mallar və nəqliyyat vasitələri gömrük sərhədini keçdiyi andan başlayaraq sərbəst dövriyyəyə buraxılanadək, məhv edilənədək, dövlətin xeyrinə imtina olunanadək, malların dövlət mülkiyyətinə keçirilməsi, yaxud həmin Məcəllənin 330-cu maddəsinə müvafiq olaraq onlar barəsində sərəncam verilməsinədək və ya mallar və nəqliyyat vasitələri gömrük ərazisindən faktiki çıxarılanadək gömrük nəzarəti altında olurlar. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 491.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, həmin Məcəllənin 492.1-ci maddəsinə əsasən gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə - fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. 492.1. Gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə - fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 34.1 və 34.2-ci maddələrinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə apellyaisya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instaniya məhkəməsi tərəfindən düzgün olaraq Inzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri tətbiq edilmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğundur Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələrində nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinərək Inzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə müvafiq olaraq ona həmin Məcəllənin 492.1-ci maddəsinə əsasən 1000 manat məbləğində cərimə tətbiq edilməsi barədə qanuni və düzgün nəticəyə gəlinmişdir, şikayətdə göstərilənlər qərarın ləğv edilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-136-ci maddələrini rəhbər tutaraq Qərara a l ı r a m: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük Idarəsinin rəisi tərəfindən verilmiş apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələrində nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinərək Inzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə müvafiq olaraq həmin Məcəllənin 492.1-ci maddəsinə əsasən 1000 manat məbləğində cərimə tətbiq edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*- **)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar