Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1025/2026 16.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli “Inzibati tənbeh vermə haqqında” qərardan Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baхaraq, Müəyyən etdim: Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli “Inzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ## ###### 2026-cı il tarixdə, saat 09:12 radələrində idarə etdiyi **-OG-*** dövlət qeydiyyat nişanlı "CHANGAN QIYUAN A05 PLUG-IN HIBRID” minik markalı avtomobillə Abbasqulu Ağa ünvan 1 ünvanında hərəkət edərkən Bakı şəhər DYPI YPX baş inspektoru Elçin Quliyev onu saxlayaraq, onun yol hərəkəti qaydasının pozduğunu qeyd etmişdir. Nəticədə, onun barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəddəsinin 327.2-ci maddəsinə əsasən protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 "Giriş qadağandır' yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxıl olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. O, həmin qanunda nəzərdə tutulmuş xətanı törətməmişdir. Yol patrul xidmətinin inspektoru onu etmədiyi pozuntuya görə inzibati məsuliyyətə cəlb etmişdir. Belə ki, o, avtomobili idarə edərkən dairəyə daxil olan zaman “STOP” etməklə, dairəyə daxil olub, hərəkət iştirakçılarına mane olmadan, yaxınlaşan nəqliyyat vasitələrinə yol verməklə, hərəkətimə davam etmişdir. Idarə etdiyi avtomobildə şəxsi kamera quraşdırılıb və videogürüntülərə əsasən mən heç bir yol hərəkəti qaydasını pozmamışdır. Hazırda Yol patrul xidməti tərəfindən ona videogörüntünü təqdim edilməmişdir. Təhlükəsizlik şəhər kameralında isə daha aydın görüntülər mövcuddur. Qeyd etdiklərinin nəzərə alınaraq, ##.##.2026-cı il tarixli, TP ******* nömrəli “Inzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli “Inzibati tənbeh vermə haqqında” qərardan Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayəti təmin edilməmişdir. Həmin qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verib Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə vaxtında və lazımı qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmişdir. Apellyasiya instansiya məhkəməsi, məhkəmə iclasının səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəfi dinləyib hesab edir ki, verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Şikayət müəllifi birinci instansiya məhkəməsinin qərarının əsassız və qanunsuz olmasını iddia etmişdir. Iş materiallarında olan Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli “Inzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Təqdim edilmiş videogörüntülərdən görünür ki, "CHANGAN QIYUAN A05 PLUG-IN HIBRID” minik markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yol hərəkəti qaydalarını pozması müəyyən olunmuşdur. Beləliklə, birinci instansiya məhkəməsində şikayətçinin göstərdiyi dəlilləri ətraflı araşdırılmaqla, toplanmış sübutları tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında məhkəmə şikayətin rəddi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.2-ci maddəsinin tələbinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir Inzibati xətalar qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.4-cü maddəsini rəhbər tutaraq, Qərara aldım: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli “Inzibati tənbeh vermə haqqında” qərardan Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1025/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1025/2026
16.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver